Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə29/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   25   26   27   28   29   30   31   32   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
82 
 
il tarixli tövsiyə qərarında isə üzv dövlətlər internetdəki məhdudiyyətsiz yaradıcılığı və xəbərləşmə azadlığını 
təşviq etməyə çağırılıb. Qərarda qeyd olunub ki, internet səhifəsinə sahib olmaq istəyən şəxslər qarşısında hər 
hansı icazə və ya buna bənzər məhdudiyyət şərtləri qoyulmamalıdır.  
Sənəddə rəsmi qurumların internetə nəzarət, məhdudiyyət və süzgəc tətbiq etməməsinin önəmi vurğulanıb. 
Həmçinin o da qeyd edilib ki, internetə məzmunla bağlı qoyulan çərçivələr digər kommunikasiya vasitələrinə 
tətbiq olunan məhdudiyyətlərdən çox olmamalıdır.  
Nazirlər Komitəsinin 6 mart 2008-ci il tarixli qərarında da İnternetdə Xəbərləşmə Azadlığına dair 28 may 2003-
cü il tarixli deklarasiyaya istinad edilərək qeyd olunub ki, dövlət qurumları ümumi nəzarət, əngəlləmə və süzgəc 
tətbiqi vasitəsilə dövlət məlumatlarına çıxışı, eləcə də internetdə sərhəd tanımayan digər əlaqələri  
kəsməməlidir: ―Bir sıra üzv ölkələrdə xalqın bir sıra yerli və xarici saytlara çıxışının siyasi arqumentlərlə  
əngəllənməsi meylləri var. Dövlətin nəzarətinə əsaslanan bu və ya başqa cəhdlər qəti şəkildə qınanmalıdır‖.  
Qərarda  üzv dövlətlərdə internet məzmununa çıxışı qadağan edən hər hansı müdaxilənin ifadə azadlığını pozma 
və virtual məkanda informasiyaya çıxışı yasaqlama mənasına gələ biləcəyi vurğulanıb. Nazirlər Komitəsi qeyd 
edib ki, internetə bu cür məhdudiyyətlər Avropa İnsan Haqları Konvensiyasının 10.2-ci maddəsinin tələblərinə 
uyğun olmalıdır. Sənədə görə, yalnız internet istifadəçiləri könüllü olaraq və məsuliyyətini hiss edərək süzgəc 
tətbiq etməsi bu sistemdən istifadəni haqlı çıxara bilər. Əks halda filtrləmə sistemi Avropa İnsan Haqları 
Konvensiyasının 10-cu maddəsi ilə müdafiə olunan söz azadlığı və informasiya əldə etmək hüququna ziddir. 
Qərarda deyilir ki, internet istifadəçilərinin məzmunun filtrlənməsi və əngəllənməsi qərarlarına etiraz və izahat 
istəmək hüququ olmalıdır.  
  
 
 
 
 
 
 
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
83 
 
 
 
 
 
 
 
ĠNTERNET MEDĠASININ TƏNZĠMLƏNMƏSĠ: HÖRÜMÇƏYĠ TORA SALMAQ OLARMI? (II yazı) 
 
 
Qanunvericilik bazası 
 
―Azərbaycanda internet mediasının tənzimlənməsi ilə bağlı qanunvericilikdə ciddi problem mövcud deyil. Daha 
doğrusu, bu sektorun məzmun baxımından tənzimlənməsi üçün hər hansı qanunvericilik təşəbbüsünə ehtiyac 
yoxdur. Sadəcə, mövcud qanunları müəyyən qədər inkişaf etdirmək olar‖. Media Hüququ İnstitutunun rəhbəri 
Rəşid Hacılı belə deyir.  
Ekspertin ―Media forum‖a verdiyi açıqlamaya görə, internet mediasının məzmun baxımından tənzimlənməsi ilə 
bağlı qanunvericilik bazası yetərlidir: ―KİV haqqında qanunda medianın digər subyektlərinə aid edilən 
tənzimləmə internet mediasına da aiddir. Tutaq ki, hansısa özəl məlumatı  yaymaq və ya kimisə təhqir etmək 
qəzet üçün hansı hüquqi məsuliyyəti yaradırsa, internet saytı üçün də o məsuliyyəti yaradır. Sadəcə, mövcud 
qanunvericiliyi müəyyən qədər inkişaf etdirmək olar. Məsələn, diffamasiya haqqında qanunun qəbulunu 
sürətləndirmək lazımdır‖.  
Rəşid Hacılı Azərbaycanda internet  mediasının texniki və infrastruktur baxımından tənzimlənməsi ilə bağlı 
qanunvericilik və təcrübə problemlərinin olduğunu söyləyir.   
―İREX-Azərbaycan‖ media təşkilatının hüquqşünası Ələsgər Məmmədli də internet mediasının 
qanunvericilikdə subyekt olaraq qəbul olunduğunu deyir və ―KİV haqqında‖ qanunun əsas anlayışlarına istinad 
edir: ―Həmin bölmədə kütləvi informasiya vasitələrinin formaları göstərilib: dövri mətbu nəşrlər - qəzet, jurnal, 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
84 
 
toplu, bülleten və başqa nəşrlər; teleradio proqramları; informasiya agentlikləri; internet; kinoxronika 
proqramları və digər yayım formaları. Göründüyü kimi, Azərbaycan qanunvericiliyində internet medianın bir 
qolu olaraq qəbul edilib və bu sahədəki tənzimləmələrə media aspektindən baxmaq  lazımdır. Bu o deməkdir ki,  
kütləvi informasiya vasitələrinin hüquq və vəzifələrinə dair qanunvericilikdəki normalar teleradiolara, mətbuata, 
informasiya agentliklərinə şamil olduğu qədər internet üzərindən yayımlanan bütün formalı yayımlara da 
aiddir‖.  
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  də bu sahədə qanunvericiliklə bağlı ciddi 
problemlərin olduğunu düşünmür: ―Rəsmi nümayəndələr çıxışlarında onu vurğulayırlar ki, internetdə hansısa 
zərərli informasiyalar,  təhqirlər və digər bu kimi məsələlər yer alır və bu səbbədən tənzimləməyə ehtiyac var. 
Amma məncə, bu əndişələri əsas gətirib internet mediasını tənzimləmək cəhdində bulunmaq əsassızdır. Çünki 
bu məsələlərlə bağlı qanunvericilik var. ―KİV haqqında‖ qanun, İnzibati Xətalar Məcəlləsinin, Cinayət 
Məcəlləsinin müvafiq maddələri, ―Uşaq hüquqlarının müdafiəsi haqqında‖ qanunun müddəaları internetdə 
ortaya çıxacaq belə problemləri tənzimləməyə yetir. Ona görə də  mən hesab edirəm ki, bu sahədə yeni 
qanunvericilik təşəbbüsləri ilə çıxış etmək internet mediasının fəaliyyətinin məhdudlaşdırılmasına yönəlib‖.  
Osman Gündüz ölkə rəsmilərinin beynəlxalq təcrübədən çıxış edərək tənzimləmə metodları təklif etdiklərini, 
amma bunun yanlış olduğunu bildirir: ―Bakıda təşkil olunan konfransda da demokratik nəzarət mexanizmləri ilə 
bağlı fikirlər səsləndi. Amma hətta bu mexanizmləri də Azərbaycana tətbiq etmək təhlükəlidir. Hansısa qurum 
yaradıb və ya hansısa quruma səlahiyyət verib internet mediasına nəzarəti ona həvalə etmək demokratik ənənəsi 
olan ölkələrdə problem yaratmaz. Amma Azərbaycan kimi demokratik ənənəsi olmayan ölkələrdə bu qurum 
dərhal senzora çevriləcək. Azərbaycanda hələlik internetə ali hakimiyyət səviyyəsində senzura yoxdur. Amma 
belə faktlar olub ki, ayrı-ayrı məmurlar səviyyəsində provayderlərə təzyiqlər edilib, hansısa saytlar bağlanıb. Bu 
da demokratik ənənənin olmamasının göstəricisidr.  
Ona görə də hətta demokratik ölkələrdəki ən gözəl qanunları ştamplayıb tətbiq etmək də bizdə senzura ilə 
nəticələnəcək. Bu səbəbdən də, məncə, tənzimləməyə tələsmək lazım deyil.  Üstəlik, Azərbaycanda internet 
mediası ilə bağlı elə ciddi problemlər də yoxdur ki, xüsusi tənzimləməyə ehtiyac  olsun. İnternetin həyat tərzinə 
çevrildiyi Avropa ölkələrində hələ bu məsələ indi müzakirəyə çıxarılır, biz hara tələsirik? Hələ Avropa anlaşıb 
vahid standart müəyyənləşdirə bilməyibsə, biz hansı təcrübəyə istinadən  tənzimləməyə çalışırıq?‖ 
 
Rabitə Nazirliyi tənzimləməyə ehtiyac görmür 
 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə