ki, onların yeri deyil. Birini ehtirasını söndürmək, əylənmək, şan-şöhrət qazanmaq
üçün əlində saxlayırsan, o birinə də deyirsən ki, səni sevirəm, lap ürəkdən sevirəm,
başqa cür sevirəm... Ancaq qabağındakı da eşşək deyil, bilir ki, onu da ehtiyatda
saxlayırsan. Rədd ol, get! Belə görürəm ki, sən çox məhəbbət növlərinə bələdsən.
– Elə deyil! Sən dediyin kimi deyil! Başqa şeydir... Sən deyən kimi deyil... Mən
qayıtmaq istəyirəm... Sənin yanına qayıdacağam...
Ravik qədəhi yenə doldurdu:
– Ola bilsin ki, istəyirsən. Ancaq bu da özünü aldatmaqdır. Özün özünü güclə
aldadırsan ki, düşdüyün vəziyyətdən canını qurtarasan. Sən heç vaxt
qayıtmayacaqsan!
–Qayıdacağam!
–Yox! Qayıtsan da, çox qalmayacaqsan! Çünki sabah başqası çıxacaq, o da təkcə
səni istəyəcək, varı da, yoxu da sən olacaqsan və hər şey təzədən başlayacaq.
Həmişə də belə olacaq... Görəcəkli günlərim var imiş...
– Yox! Yox! Heç yerə getməyəcəyəm...
Ravik güldü:
– Əzizim, iki gözüm,–onun səsində nəsə nəvazişə oxşar bir şey var idi,–sən mənim
yanımda qalan deyilsən. Küləyi də, axar suyu da tutub saxlamaq olmaz. Suyu
saxlasan, iylənəcək, küləyin qabağını kəssən, boğuq havaya dönəcək... Sən bir
yerdə qərar tutub qalmaq üçün yaranmamısan, Joan!
– Elə sən də...
– Mən?–Ravik qədəhi başına çəkdi, «səhər-səhər o sarışın, sonra da ölümünü
qoynunda gəzdirən, dərisi kövrək ipəyə dönmüş Ket,–deyə ürəyindən keçirdi.–İndi
də bu... Təklif gözləmədən gəlir, həyat eşqi ilə alışıb-yanır, nə etdiyini də bilmir,
ancaq elə inamla eləyir ki, kişilər ondan baş aça bilmir, gah sadəlövh olur, gah da
adamı valeh edir, öz aləmində etibarlıdır, ancaq, əslində, anası təbiət kimi
etibarsızdır, adamı didərgin salır, ancaq özünün də yurdu-yuvası yoxdur, kimisə
tutub saxlamaq istəyir, lakin axırda özü qoyub gedir...»
– Mən?–Bir də təkrar elədi.–Sən mənim nəyimə bələdsən? Həyatı suallarla dolu
olan bir adamın qəlbinə məhəbbət odu düşməsini sən haradan bilərsən? Sənin ucuz
ehtirasın onun yanında nədir ki?! Ömrü boyu yıxılıb-durmağa məhkum olmuş bir
adam təsadüfən özünə dayaq tapanda, sonsuz «niyə»lər sonu görünən «sən»ə
çevriləndə, sükut səhrasından hiss və duyğular ilğım kimi baş qaldıranda, səndən
ixtiyarsız qanın cuşa gəlib, təlxəklik eləyə-eləyə adi meşşan həyatından da,
şirinşirin
arzulardan da füsunkar bir aləm yaradanda sənin o ucuz ehtirasın neyləyər?
229
Sən heç bilirsənmi, gümüşü rəngə boyanmış aləm, evləri sədəfdən və qızılgül
kvarsından hörülmüş, qıpqırmızı qan kimi bərq vuran şəhər nə deməkdir? Elə
bilirsən, bunlar haqda o dəqiqə danışmaq olar? Elə bilirsən, dil o dəqiqə dönüb
onları söz və hisslərin hazır qəlbinə sala bilir? Sən nə bilirsən, qəbirlərin ağzını
əjdaha kimi açıb gözləməsi, dünənin, zülmət dolu gecələrin dəhşətli qorxusu nə
deməkdir? Qəbirlər qorxuya baxmır, ağzını açıb gözləyir, sən də görürsən ki, onun
içində heç skelet də qalmayıb, hamısı torpağa dönüb. Bu torpaq gələcək məhsulun
rüşeymidir, ilk cücərtisidir! Sənin belə şeylərdən xəbərin varmı? Yox, sən təkcə
ehtirası, həmişə qalib gəlməyi xoşlayırsan. Eləsini istəyirsən ki, əriyib sənə
qarışmağa hazır olsun, ancaq bacarmasın... Sən coşqunluğu, çılğınlığı xoşlayırsan,
ona görə də ürəyin həmişə boş qalacaq... Çünki adam elə şeyi saxlaya bilər ki,
onun öz qəlbində bitmiş olsun. Belə tufan olan yerdə də çox şey bitməz! Onlar
yalnız tənhalığın zülmət dolu gecələrində bitir... Ancaq bu şərtlə ki, ümidsizliyə
qapılmayasan... Sənin belə şeylərdən xəbərin varmı?– O, bu sözləri yavaş-yavaş,
Joanın üzünə baxmadan dedi, sanki, onu tamam unutmuşdu... Və qurtaran kimi ona
baxdı:– Gör bir nələr danışıram?! Bu çeynənmiş səfeh sözlər kimə lazımdır? Bu
gün həddən artıq içmişəm... Gəl, sən də bir az iç, sonra da çıx get...
Joan onun yanında çarpayıya oturub, qədəhi aldı:
– Başa düşdüm!–dedi. Üzünün ifadəsi tamam dəyişmişdi.
«Sifəti yenə güzgüyə döndü!–Ravik ürəyindən keçirdi.– Nə deyirsən, orada əks
olunur...»
Bu sifət indi mənalı və gözəl idi!
– Başa düşdüm...–Joan təkrar elədi. – Bəzilərini də duydum... Ancaq, Ravik, sən də
məhəbbətə, həyata çox vurulduğun üçün məni tez-tez unudurdun. Mən sənin üçün
həmişə bəhanə olmuşam... Yanına gələn kimi öz gümüşü aləminə qapılmısan,
mənə fikir verməmisən...
Ravik xeyli onun üzünə baxandan sonra:
– Bəlkə də...–dedi.
– Sən həmişə öz aləminlə məşğul olmusan və orada elə şeylər tapmısan ki, mən
çox vaxt sənin həyatından uzaqlarda qalmışam...
– Bəlkə də... Ancaq sənin ipinin üstünə odun yığmaq olmaz, Joan. Bunu özün də
bilirsən...
– Nə vaxt istəmisən ki?
– Heç vaxt...–Ravik bir az fikirləşəndən sonra dilləndi.–Adam öz isti yuvasından
didərgin düşəndə başına bəzən çox qəribə işlər gəlir, özü də qəribə işlər görür...
Mən isə bunu istəmirdim.
Qəflətən gecənin qəlbinə dərin sükut çökdü. Və birdən əbədiyyətin özü qədər uzaq
keçmişdə Joanın onunla yanaşı uzandığı gecələrdən birinə çevrildi... Bütün şəhər
yenə də harayasa köçüb getmişdi, yalnız üfüqlərdən həzin bir zümzümə eşidilirdi
və elə bil, saatların zənciri qırılmış, zaman da səssiz-səmirsiz dayanmışdı.
Dünyanın ən adi, ən sirli möcüzəsi yenə gəlib onları tapmışdı: iki insan bir-biri ilə
söhbət edir və hərəsi də öz aləmində... Sözlər adlanan o səslər də beyinlərin
qaranlıq guşələrində bir-birinə oxşayan səksəkəli lövhələr, hisslər oyadır, səs
tellərinin təsadüfi titrəyişindən, o titrəyişin sehirli əks-sədasından, bomboz, tutqun
təsəvvürlərin arasından yenə bir səma boylanır və buludlar, çaylar, uzaq keçmişlər,
230
çiçəklənən, solan güllər, acılı-şirinli həyat təcrübəsi də həmin səmada əks
olunurdu...
– Sən məni sevirsən, Ravik?! – Bu sözlər həm sual idi, həm də cavabı...
– Hə... Ancaq səndən uzaq gəzmək üçün əlimdən gələni edirəm...
Ravik bu sözləri elə yavaşdan dedi ki, elə bil, heç birinə dəxli yox idi. Joan ona
fikir vermədi:
– Heç cür təsəvvür edə bilmirəm ki, biz nə vaxtsa ayrılacağıq. Müvəqqəti ayrılıq
Dostları ilə paylaş: |