Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   33   34   35   36   37   38   39   40   ...   56

77 
 
xoruz  banlamasını  çox  vaxt  onun  araya  gələn  xoĢagəlməz  söhbəti  kəsmək, 
arzuolunmaz bir müsahibdən can qurtarmaq kimi qəbul edirdilər. 
Rusiya  Vətən  müharibəsinin  əfsanəvi  qəhrəmanı  Denis  Davıdovun 
gündəliyindən Suvorovla onun uĢaqlıq çağına düĢən görüĢü ilə bağlı oxuyuruq: Qraf 
Razumovski  və  ershersoq  Karl  hərb  sənətindən  danıĢıb  qızıĢmaqda  idilər.  Özünü 
yatmıĢ  kimi  göstərən  və  yalandan  indicə  ayılmıĢ  adamsayağı  əsnəyib  xoruz  kimi 
banladıqda heç kəs çəkindiyindən bir söz demədi. Hersoq inciyərək, siz mənim hərbi 
bacarığıma  Ģübhə  edirsiniz,  yoxsa  bu  nədir,  knyaz?!  Suvorov  onun  incidiyinin 
fərqinə  varmadan  sakit  tövrlə:  mənim  qədər  yaĢa  və  döyüĢlərə  mənim  qədər  gir, 
sonra xoruz kimi də banlamazsan, toyuq kimi qaqqıldayarsan... (13. 52) Kilsələrdə 
ürəkdən  dua  edirdi,  hətta  hərb  meydanlarından  kilsəyə  ianə  göndərirdi 
valideynlərinin  ruhunun  anılması  üçün.  Kilsədə  xofa  düĢürdü,  elə  qəribəlikləri 
burada  da  üzə  çıxırdı,  hansı  əlamətinsə  nəhs  gələ  biləcəyindən  qorxub  özündən 
çıxırdı,  onun  bu  cür  vasvasılığı  keĢiĢi  güldürürdü.  Çoxları  onu  qəddar  sanır  - 
Attiladan, Teymurdan geri qalmadığını qeyd edirdilər. Lakin söz bura çatanda 1812-
ci  il  qəhrəmanı  Davıdov  ona  haqq  qazandırır.  Suvorovun  qaniçənliyinin  tarixlərə 
düĢdüyü döyüĢlərə - Ġsmayılı, VarĢavanı (xüsusən onun altındakı Praqanı) alanda su 
yerinə  qan  axıdan  sərkərdəyə  bəraət  qazandırır,  hərb  adamı  kimi  bunu  öz  bildiyi 
kimi  əsaslandırırdı.  Adətən  uzun  mühasirədən,  inadlı  müqavimətdən  sonra  Ģəhər 
alınarkən  heç  kimə  aman  verilmir  və  bu  təbii  haldır.  Bunu  nəzərə  almaq  lazımdır. 
Hətta  Praqaya  daxil  olanda  özü  qan  hərisi  olan  sərkərdə  rus  soldatının  Ģəhəri 
tutarkən  qanlı  intiqama  necə  hazır  olduğunu  görüb  özü  qorxub  təlaĢa  düĢmüĢdü. 
Həmin  qan-qan  deyən  polkları  kənarlaĢdırıb,  döyüĢdə  iĢtirak  etməyən,  ehtiyatda 
duran alayları Ģəhərə buraxmıĢdı. 
Bu  qəribə  adam  həqiqətən  güzgünü  sevmirdi,  onun  yanında  qocalıq 
haqqında  danıĢmaq olmazdı.  Hətta  döyüĢqabağı dinc  məĢqdə  ölənlər olurdu. Bunu 
ona ehtiyatla çatdırırdılar. O isə qanı nə vasitə ilə olur-olsun təqdir edirdi: 5-10 adam 
ölürsə qoy ölsün, əsil döyüĢdə  minlərlə əsgər bu məĢqlərə görə sağ qalacaq. Tərifi 
çox sevirdi... Türkcə bilirdi. Saraya gələrkən çar I Pavelin qardaĢ qədər yaxını qraf 
Kutaysova sataĢmaq  məqsədilə  türkcə danıĢırdı.  Qozlucada  az qala  əsir  düĢəcəkdi. 
Türklərin  danıĢığını  eĢidib  baĢa  düĢüb,  onu  diri  tutmaq  istəyirmiĢlər,  bu  nəhs 
məqamda xilas üçün atına borcluydu. 
Orduda çoxlu musiqiçi saxladığını ona irad tuturdular, hərbi Ģurada qalxıb 
bunun  əskərlərdə  döyüĢ  ruhunun  qaldırdığını  əsaslandırmıĢdı.  Ömrü  boyu 
vuruĢduğu türk ordusunun həyatverici marĢları onun öz sümüyünə düĢürdü. 
Kırım,  Kuban,  Taman  torpaqlarını  Rusiyaya  bəxĢ  edən,  tatarları,  noqay 
ordalarını,  çərkəzləri  çara  sədaqət  andı  içməyə  məcbur  edən  Suvorovun  evində 
sədaqətsizlik  hökm  sürürdü.  Arvadının  indi  də  baĢqa  bir  adamla  gənc  mayor 
Ġ.Sıroxnevlə  açıq-aĢkar  əlaqəsi  ona  da  əyan  olur.  O  arvadına  illik  maaĢ  təyin  edib 
əlaqəsini  kəsir,  Smolnı  Nəcib  Qızlar  institutunda  oxuyan  qızı  NataĢaya  anası  ilə 
görüĢməyi qadağan edir. 


78 
 
Yeganə  varisi  Arkadi  qeyri-qanuni  oğul  olsa  da,  amma  qanunla  o 
Suvorovun  oğlu  sayılmalı  idi.  Suvorov  yara  alır,  sağalmaz  yara.  Ömrü  boyu 
döyüĢlərdə üst-üstə 12 dəfə yaralanmıĢdı. Bu isə onun ölümcül yarası idi. Arvadının 
adını çəkmək ona o qədər ağır idi ki, o arvadına ayama ad qoyur və adamlarından 
tələb edir ki, onlar onun bu adını iĢlətsinlər. 
Özünün balaca boyundan, qırıĢlar basmıĢ üzündən vaxtsız qocalıq yağırdı. 
YeriĢi  isə  cəld  idi,  tullana-tullana  yeriyirdi.  Amma  Ġstanbulun  iĢğalı  planını 
hazırlamıĢdı, 7 təpəsinin Ģəkli də cibində idi. General Zubovun yerinə Azərbaycana 
o gəlməliydi. ġükür ki, o bəla bizdən ötüĢdü; o əllərdə on minlərlə türk qanı vardı; 
Puqaçov üsyanını söndürməkdə rolu vardı, Balkanları o ram etmiĢdi. ġəxsi həyatda 
bədbəxt  idi,  tək  idi.  Lakin  tökdüyü  qan-qada  içində  dəlicəsinə  etirafları  vardı. 
Ġsmayıl qalasını fəth edəndə demiĢdi, adam ömründə yalnız bir dəfə belə döyüĢ görə 
bilər.  Xüsusən  türklərin  Ģəxsi  Ģücaəti,  qorxmazlığı  onu  vəcdə  gətirirdi:  Oçakovla 
(Oçak-kala)  Kıl  Burun  (indi  Kmbrunn)  arasındakı  döyüĢdə  türklərin  fövqəladə 
cəsurluğunu  görüb  qıĢqırmıĢdı:  Afərin,  yalın  silahın  üstünə  necə  cumurlar?!  Nə 
gözəl ordudur! Mən belə orduyla dünyanı fəth edərdim! 
 
TURGEN ARSLAN - BÖYÜK RUS YAZIÇISI İ.S.TURGENEV 
 
Qədim  Türk  sivilizasiyasının  araĢdırıcısı  və  cəfakeĢi  böyük  alim 
N.Baskakovun "Türk mənĢəli rus familiyaları" kitabında göstərildiyi kimi, Turgenev 
soyadının  kökündə  türk,  monqol  sözü  olan  turgen  "cəld, 
sürətli, iti" durur (3, s.155-156; 44, s.100). Həmin söz özünün 
əlavə  mənalarına da  malikdir, turgen "qızğın, əsəbi, hərarətli, 
tələsgən,  savaĢqan"  məna  çalarlarıyla  Sibirin  türk  xalqlarının 
dillərində,  o  cümlədən  altay,  xakas  dillərində  rast 
gəlinməkdədir. 
Hər  halda  soyadının  əsasında  duran  turgen  lüğəvi 
vahidi  sözün  həmin  bu  əlavə  mənalarıyla  əlaqədardır.  Çünki 
turgen  sözünün  məhz  "qızğın,  öcəĢkən"  mənaları  insanın 
xasiyyətini və temperamentini xarakterizə etdiyi üçün soyadı (ləqəb) yaratmağa daha 
əlveriĢlidir. 
Qızıl Orda  mirzəsi (murza  -  Ģahzadə) Arslan Turgen Turgenevlər  nəslinin 
banisi sayılmalıdır. 1440-cı ildə Böyük Knyaz Vasili Tyomnının (1415-1462) yanına 
gəlmiĢ, xaçlanmıĢ və Ġoann adını götürmüĢdür. 
Böyük knyaz ona lütf və inayət göstərmiĢ, çünki Turgen Mirzə titulundan 
göründüyü kimi tatarlar içində Ģan-Ģöhrətli simalardan olmuĢdur. 
Yazıçı  Ġvan  Sergeyeviç  Turgenevin  doğulduğu  və  mərkəzi  malikanələri 
olan Spassk-Lutovinovada mülkədar kontorunun üstündə asılan gerbində də onların 
əsil köklərini əks edən əlamətlər saxlanılırdı: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə