77
xoruz banlamasını çox vaxt onun araya gələn xoĢagəlməz söhbəti kəsmək,
arzuolunmaz bir müsahibdən can qurtarmaq kimi qəbul edirdilər.
Rusiya Vətən müharibəsinin əfsanəvi qəhrəmanı Denis Davıdovun
gündəliyindən Suvorovla onun uĢaqlıq çağına düĢən görüĢü ilə bağlı oxuyuruq: Qraf
Razumovski və ershersoq Karl hərb sənətindən danıĢıb qızıĢmaqda idilər. Özünü
yatmıĢ kimi göstərən və yalandan indicə ayılmıĢ adamsayağı əsnəyib xoruz kimi
banladıqda heç kəs çəkindiyindən bir söz demədi. Hersoq inciyərək, siz mənim hərbi
bacarığıma Ģübhə edirsiniz, yoxsa bu nədir, knyaz?! Suvorov onun incidiyinin
fərqinə varmadan sakit tövrlə: mənim qədər yaĢa və döyüĢlərə mənim qədər gir,
sonra xoruz kimi də banlamazsan, toyuq kimi qaqqıldayarsan... (13. 52) Kilsələrdə
ürəkdən dua edirdi, hətta hərb meydanlarından kilsəyə ianə göndərirdi
valideynlərinin ruhunun anılması üçün. Kilsədə xofa düĢürdü, elə qəribəlikləri
burada da üzə çıxırdı, hansı əlamətinsə nəhs gələ biləcəyindən qorxub özündən
çıxırdı, onun bu cür vasvasılığı keĢiĢi güldürürdü. Çoxları onu qəddar sanır -
Attiladan, Teymurdan geri qalmadığını qeyd edirdilər. Lakin söz bura çatanda 1812-
ci il qəhrəmanı Davıdov ona haqq qazandırır. Suvorovun qaniçənliyinin tarixlərə
düĢdüyü döyüĢlərə - Ġsmayılı, VarĢavanı (xüsusən onun altındakı Praqanı) alanda su
yerinə qan axıdan sərkərdəyə bəraət qazandırır, hərb adamı kimi bunu öz bildiyi
kimi əsaslandırırdı. Adətən uzun mühasirədən, inadlı müqavimətdən sonra Ģəhər
alınarkən heç kimə aman verilmir və bu təbii haldır. Bunu nəzərə almaq lazımdır.
Hətta Praqaya daxil olanda özü qan hərisi olan sərkərdə rus soldatının Ģəhəri
tutarkən qanlı intiqama necə hazır olduğunu görüb özü qorxub təlaĢa düĢmüĢdü.
Həmin qan-qan deyən polkları kənarlaĢdırıb, döyüĢdə iĢtirak etməyən, ehtiyatda
duran alayları Ģəhərə buraxmıĢdı.
Bu qəribə adam həqiqətən güzgünü sevmirdi, onun yanında qocalıq
haqqında danıĢmaq olmazdı. Hətta döyüĢqabağı dinc məĢqdə ölənlər olurdu. Bunu
ona ehtiyatla çatdırırdılar. O isə qanı nə vasitə ilə olur-olsun təqdir edirdi: 5-10 adam
ölürsə qoy ölsün, əsil döyüĢdə minlərlə əsgər bu məĢqlərə görə sağ qalacaq. Tərifi
çox sevirdi... Türkcə bilirdi. Saraya gələrkən çar I Pavelin qardaĢ qədər yaxını qraf
Kutaysova sataĢmaq məqsədilə türkcə danıĢırdı. Qozlucada az qala əsir düĢəcəkdi.
Türklərin danıĢığını eĢidib baĢa düĢüb, onu diri tutmaq istəyirmiĢlər, bu nəhs
məqamda xilas üçün atına borcluydu.
Orduda çoxlu musiqiçi saxladığını ona irad tuturdular, hərbi Ģurada qalxıb
bunun əskərlərdə döyüĢ ruhunun qaldırdığını əsaslandırmıĢdı. Ömrü boyu
vuruĢduğu türk ordusunun həyatverici marĢları onun öz sümüyünə düĢürdü.
Kırım, Kuban, Taman torpaqlarını Rusiyaya bəxĢ edən, tatarları, noqay
ordalarını, çərkəzləri çara sədaqət andı içməyə məcbur edən Suvorovun evində
sədaqətsizlik hökm sürürdü. Arvadının indi də baĢqa bir adamla gənc mayor
Ġ.Sıroxnevlə açıq-aĢkar əlaqəsi ona da əyan olur. O arvadına illik maaĢ təyin edib
əlaqəsini kəsir, Smolnı Nəcib Qızlar institutunda oxuyan qızı NataĢaya anası ilə
görüĢməyi qadağan edir.
78
Yeganə varisi Arkadi qeyri-qanuni oğul olsa da, amma qanunla o
Suvorovun oğlu sayılmalı idi. Suvorov yara alır, sağalmaz yara. Ömrü boyu
döyüĢlərdə üst-üstə 12 dəfə yaralanmıĢdı. Bu isə onun ölümcül yarası idi. Arvadının
adını çəkmək ona o qədər ağır idi ki, o arvadına ayama ad qoyur və adamlarından
tələb edir ki, onlar onun bu adını iĢlətsinlər.
Özünün balaca boyundan, qırıĢlar basmıĢ üzündən vaxtsız qocalıq yağırdı.
YeriĢi isə cəld idi, tullana-tullana yeriyirdi. Amma Ġstanbulun iĢğalı planını
hazırlamıĢdı, 7 təpəsinin Ģəkli də cibində idi. General Zubovun yerinə Azərbaycana
o gəlməliydi. ġükür ki, o bəla bizdən ötüĢdü; o əllərdə on minlərlə türk qanı vardı;
Puqaçov üsyanını söndürməkdə rolu vardı, Balkanları o ram etmiĢdi. ġəxsi həyatda
bədbəxt idi, tək idi. Lakin tökdüyü qan-qada içində dəlicəsinə etirafları vardı.
Ġsmayıl qalasını fəth edəndə demiĢdi, adam ömründə yalnız bir dəfə belə döyüĢ görə
bilər. Xüsusən türklərin Ģəxsi Ģücaəti, qorxmazlığı onu vəcdə gətirirdi: Oçakovla
(Oçak-kala) Kıl Burun (indi Kmbrunn) arasındakı döyüĢdə türklərin fövqəladə
cəsurluğunu görüb qıĢqırmıĢdı: Afərin, yalın silahın üstünə necə cumurlar?! Nə
gözəl ordudur! Mən belə orduyla dünyanı fəth edərdim!
TURGEN ARSLAN - BÖYÜK RUS YAZIÇISI İ.S.TURGENEV
Qədim Türk sivilizasiyasının araĢdırıcısı və cəfakeĢi böyük alim
N.Baskakovun "Türk mənĢəli rus familiyaları" kitabında göstərildiyi kimi, Turgenev
soyadının kökündə türk, monqol sözü olan turgen "cəld,
sürətli, iti" durur (3, s.155-156; 44, s.100). Həmin söz özünün
əlavə mənalarına da malikdir, turgen "qızğın, əsəbi, hərarətli,
tələsgən, savaĢqan" məna çalarlarıyla Sibirin türk xalqlarının
dillərində, o cümlədən altay, xakas dillərində rast
gəlinməkdədir.
Hər halda soyadının əsasında duran turgen lüğəvi
vahidi sözün həmin bu əlavə mənalarıyla əlaqədardır. Çünki
turgen sözünün məhz "qızğın, öcəĢkən" mənaları insanın
xasiyyətini və temperamentini xarakterizə etdiyi üçün soyadı (ləqəb) yaratmağa daha
əlveriĢlidir.
Qızıl Orda mirzəsi (murza - Ģahzadə) Arslan Turgen Turgenevlər nəslinin
banisi sayılmalıdır. 1440-cı ildə Böyük Knyaz Vasili Tyomnının (1415-1462) yanına
gəlmiĢ, xaçlanmıĢ və Ġoann adını götürmüĢdür.
Böyük knyaz ona lütf və inayət göstərmiĢ, çünki Turgen Mirzə titulundan
göründüyü kimi tatarlar içində Ģan-Ģöhrətli simalardan olmuĢdur.
Yazıçı Ġvan Sergeyeviç Turgenevin doğulduğu və mərkəzi malikanələri
olan Spassk-Lutovinovada mülkədar kontorunun üstündə asılan gerbində də onların
əsil köklərini əks edən əlamətlər saxlanılırdı:
Dostları ilə paylaş: |