Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   29   30   31   32   33   34   35   36   ...   56

69 
 
göndərərdi.  Onsuz  da  Yelizaveta  Vorontsova  ilə  evlənmək  istəyirdi  və  qızı 
ürəkləndirirdi ki, onu boĢayıb səni alacağam. 
Ġndi də bu xatalı iĢin çarəsini tapırlar. Çar hələ ilk gəncliyindən yanğınlara 
tamaĢa etməyi sevərdi. ġəhərdə yanğın düĢdüyünü eĢidib dərhal həvəslə ora tələsər, 
yanğını  söndürməyə  giriĢərdi.  Ġndi  də  Yekaterinanın  sancısı  baĢlayanda  onun  otaq 
xidmətçisi-inandığı adam ġukin hər tərəfdən od vurub, alovun ağzına verir öz evini. 
Ġmperator öz əyanları ilə yanğın yerinə qaçır. Yekaterina azad olur. Onun indi oğlu 
olmuĢdu.  Dərhal  əvvəlldən  hazırlanmıĢ  evə  göndərilən  uĢaq  əmin  bir  yerdə  ciddi 
nəzarət  altında  böyüməyə  baĢlayır.  Bir  neçə  aydan  sonra  hakimiyyətə  gələn 
Yekaterina Orlovdan doğduğu oğluna Ukraynada, Tulada iri torpaq sahələrini mülk 
olaraq  yazdırır.  Ukraynada  ona  bağıĢladığı  Bobrinsk  Ģəhərinin  adını  ona  familiya 
yazdırır. Bu nəsil Rusiyanın ən varlı ailələrindən biri olacaqdı. Nəvə Bobrinski çar 
sarayında yüksək vəzifəyə layiq görüləcəkdi. Ġndi də Rusiya elmi dairələrində alim 
müasirimiz Bobrinskilər Yekaterinanın gizli doğulan oğlunun törəmələridir. 
Lakin  onun  ömrü  boyu  məĢuqları  bir-birini  əvəz  etsə  də  Saltıkov  onun 
qəlbinin  ilk  dostu,  gözünün  ilk  ovu  idi.  Saltıkov  ona  vəliəhd  bəxĢ  etmiĢ,  ona  ana 
olmaq səadətini göydə Allah, yerdə o müyəssər etmiĢdi. 
UĢaq  dünyaya  gələn  kimi  Yelizaveta  Saltıkovu  bir  daha  paytaxta 
buraxmamağı  ona  kənddəki  mülkündə  yaĢamağı  əmr  etdi.  Saltıkov  ölümünə  kimi 
kənddə yaĢadı, günlərini saraydan uzaqda baĢa vurdu. 1807-ci ildə ömrü sona yetdi. 
Bu  ailədən  bir  qız  sonralar  sarayda  Ģərəfli  ada  yetiĢəcək  imperatriçənin  fröylinası 
olacaqdı. I Nikolayın tacqoyma mərasimində bu qız balda görünəndə çar ailəsi onun 
boynunda  özlərinin  çar  ailəsi  cəvahiratından  birini  -70  il  qabaq  yoxa  çıxmıĢ 
medalyon-boyunbağını  görürlər.  Qız  çar  kolleksiyasının  bu  nadir  əsərinin  ona 
əmisindən  keçdiyini  deyəndə  hamıya  hər  Ģey  aydın  olur.  Onun  əmisi  Saltıkov 
Yekaterinanın  ilk  sevgilisi,  vəliəhdin  atası  idi;  özü  də  razılıq  və  xoĢluqla  seçilmiĢ 
sevgili. 
Yekaterina  uĢaqlıqdan  özünü  sevdirməyə  hazırlanırdı.  Çox  tərs  və  acıdil 
olan anası ona "sən gözəl deyilsən..." dedikcə Yekaterina  Allahın ondan əsirgədiyi 
gözəlliyi  öz  əllərilə  qazanmağı  düĢünürdü.  14  yaĢında  gəlin  olduqda  öz  ağlı  və 
fərasəti ilə yetkin yaĢdakı qadınları geridə qoyurdu. Bilirdi ki, gözəl çöhrəsi və boy-
buxunu  olmasa  belə,  özünü  gözəl  göstərə  bilər.  Çox  oxuyurdu,  ağıllı  və  cazibədar 
nitqi  vardı,  kinli  deyildi,  ona  qarĢı  olan  haqsızlıq  və  düĢmənçiliyi  tez  unudub 
bağıĢlaya bilirdi, dost və yaxınlarını illər keçsə belə unutmurdu. 
Ġnsanlara qarĢı cinsindən, yaĢından asılı olmayaraq çox mehriban və lütfkar 
idi.  Onu  çox  sevirdilər.  Sevgililəri  də  vəfalı  və  fədakar  olurdu.  Onu  bu  qərib 
Ģahzadəni rus taxt-tacına heç kimi yox, sadiq dostları çıxardı. 
...Ġlk  məĢhur  Saltıkov  XIII  əsrdə  Saltıkov  Mixail  idi.  Onun  oğlu  Terenti 
Saltıkov  Aleksandr  Nevskinin  yanında  Ģöhrətli  boyarlardan  sayılırdı,  Neva 
döyüĢündə  (1240)  bir  igid  kimi  ad  çıxarmıĢdı.  Onun  nəticəsi  olan  Saltıkov  Ġvan 
"Moroz"  ləqəbi  ilə  məĢhur  idi  və  əvvəllər  Saltıkov  Moroz  soy  adı  daĢıyırdılar. 


70 
 
Rusiyanın  varlı  Morozov  soyu  Saltıkovların  bir  qoludur.  Yenə  bunun  kimi 
Qolovkinlər qolu da bu nəsildən ayrılan qədim və Ģöhrətli soydur. 
Rus  xidmətinə  keçən  daha  bir  məĢhur  Saltıkov  böyük  knyaz  Vasilinin 
yanında silahdar olmuĢdur (1508). 
Rus  familiyası  Salıtkov  türk  sözü  Saltık  sözündən  yaranmıĢdır.  Rus  canlı 
danıĢığında  “на  свой  салтык”  yəni  "öz  bildiyi  kimi,  insanın  özünə  sərfəli  olan 
tərəfləri  qiymətləndirmə  kimi"  anlaĢılır.  Saltık  həm  də  danıĢıq  dilində  "nümunə, 
örnək" mənalarında  məlumdur. Bir də  rus dilində  saltık "axsaq, bir ayağını çəkən" 
(bu məna ən çox tatar və qazax dillərində saxlanılır) kimi də iĢlənir. Rus dilində bu 
söz  bu  məsələdə  "özünəməxsus"  mənasında  iĢlənməkdədir:  «У  всякий  шылык  
(baĢlıq) на свой салтык». 
Türk tarixi, eləcə də coğrafiyası, həmçinin folkloru Saltık adıyla zəngindir. 
Məsələn, Ərzurum bəyi Saltık, XVII əsrdə isə Övliya Çələbinin bəhs etdiyi 
Sarı Saltıq bahadır. Dnestr (türk adı Turla) burada Sarı Saltık Sultan dəfn olunduğu 
üçün  Baba  Dağ  adlandırıldığını,  Ģəhərdə  sultanın  təkkəsi  və  ona  bitiĢik  gözəl  Ulu 
cameni ziyarət etməsini söyləyir. Baba Dağı 1791-ci ildə ruslar istila etmiĢlər. 
Ġlk  səlcuqlu  fəthləri  sırasında  ġərqi  Anadoluda  qurulan  ilk  türk 
bəyliklərindən  birinin  adı  Saltuklular  olduğu  aydın  olur.  Bu  bəyliyi  türk 
əmirlərindən  Saltuk  bəy  qurmuĢdu.  Beləliklə,  bu  bəyliyin  qurucusu  sayılan  Əmir 
Saltukun adı Malazgird savaĢında (1071) türk ordusu sıralarında tarixlərə düĢmüĢdü. 
Professor Roza Eyvazovanın Əfqanıstanın türk mənĢəli toponimlərinə həsr 
etdiyi tədqiqatında da həmin adların içində Saltık yer adlarının da olduğu aydın olur. 
Tambov  vilayətində  (Rusiya)  Saltıkov  kənd;  Saltık  aulu  (Dağıstan)  belə 
toponimlərdəndir. 
MəĢhur  rus  yazıçısı  Saltıkov  ġedrin  (ġedrin  təxəllüsüdür)  əslində  Satıkov 
familiyasına  mənsubdur.  Çara  ardı-arası  kəsilmədən  yazdıqları  ərizələrdə  öz  soy 
adlarına  bircə  səs  əlavə  etməklə  Saltıkov  familiyasına  keçməyə  izin  ala  biliblər. 
Çünki Satıkov hara, Saltıkov kimi Ģöhrətli familiya hara? I Pyotrun ən yaxın dostu 
və  silahdaĢı  olan  ġeremetyevin  xanımı  və  öz  xatirələrilə  tarixdə  qalacaq  qızı 
Nataliya  ġeremetyevanın  anası  Saltıkovalardan  idi.  Beləliklə  Saltıkov  rus 
familiyasının kökündə Saltıq türk sözündən yaranmıĢ ləqəb durur. XVII əsrin 30-cu 
illərində Saltıkovlar arasında Kurqan ləqəbi daĢımıĢ Saltıkov da olmuĢdur (3, s.87). 
Yenə türk sözü Kurqan (qurulmuĢ, tikilmiĢ, məzar təpəsi) bu Ģəxsiyyətin adına ləqəb 
kimi  qoĢulmuĢdur.  Çox  ehtimal  ki,  ləqəb  boyuna  görə  verilmiĢdir.  Məlum  olduğu 
kimi ruslarda  bu ləqəb onu daĢıyanın uca boyuna  və  nəhəngliyinə, əzəmətinə  görə 
verilirdi. 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə