Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   37   38   39   40   41   42   43   44   ...   56

85 
 
Gündəliklər  indi  də,  göz  yaĢları  ilə  oxunur.  Əsil  ġekspir  faciəsi,  çiynində 
tale  zərbələri  guppuldayan  dünən  hakim,  bu  günün  ən  fəqir,  miskin,  fələkzədələri. 
Var-dövləti  birdən-birə  kasıblıq,  ad-sanı  təhqir  və  rəzalət,  xanım-xatınlığı  qul-
qaravaĢlıq  əvəz  etməkdədir.  Lakin....  Atalar  sözü  var:  "Betərin  də  betəri  var". 
Sürgün  həyatının  8-ci  ilində  yıxılmıĢ,  diz  çökmüĢ  bu  ailənin  belini  də  sındırırlar. 
Dolqorukilərin  -  bu  bədbəxtlərin  baĢına  dillərinin  ucbatından  bəla  gəlir.  Onun 
hökumətdən  -  imperatordan  və  onun  sevimlisi,  ölkənin  faktiki  hakimi  Birondan 
narazılığını  lazımi  yerlərə  çatdırırlar.  Dolqorukilər,  uĢaqları,  qardaĢları  həbs  edilir; 
istintaqa  saysız  adam  cəlb  edilir.  Nəhayət,  böyük  oğlu  Natalyanın  əri  Ģaqqalarına 
edam  cəzasına  məhkum  edilir.  Üç  əmisinin  boynu  vurulur,  kiçik  qardaĢlar  dilləri 
kəsilib  katorqa  cəzasını  çəkməyə  göndərilir,  üç  bacısı  zorla  rahibəliyə,  Sibir 
monastırlarına atılır. 
Ata və ana Dolqorukilər bir neçə il əvvəl, sürgün illərinin baĢlanğıcında öz 
əcəllərilə  ölüb  bu  biabırçı  sonluqdan  qurtarmıĢdılar.  ġeremetyeva  ərinin  dəhĢətli 
taleyindən bir il sonra xəbər tutur; ona evə qayıtmağa izn verirlər. Ġndi onun oğlunun 
8 yaĢı var, bir də qucağında az yaĢlı anadangəlmə xəstə uĢağı. ġeremetyevlərin aĢıb-
daĢan var-dövlətinin qabağında bu qəfil "varis"in - mal, mülkə yeni ortağın qayıdıb 
o  dünyadan  gəlməsinə  bu  ailədə  sevinən  yox  idi.  QardaĢı  ölü  bildiyi  bacısının 
"dirilib"  gəlməsinə  darılıb  onu  çox  soyuq  qarĢılayır.  1740-cı  ildə  -  payızda 
Moskvaya daxil olduğu  gün  çar Anna  Ġvanovnanın vəfat  etdiyi  gün  idi.  Həqiqətən 
həyatda hər Ģeyin arasında bir əlaqə və bağ olduğunu düĢünməkdə hər kəs haqlıdır. 
O  isə  əhd  etmiĢdi,  ərindən  sonra  rahibəliyə  getmək.  Bu  "beĢgünlük" 
dünyanın  daha  hansı  məkri,  bicliyi  və  baĢgicəlləndirən  nəvaziĢləri  -  ləçərlikləri 
qalmamıĢdı  o  görməsin?!  Odur  ki,  qərarı  qəti  idi.  Lakin  böyük  oğlunu  ayaq  üstə 
qoymalı  idi  və  psixi  xəstə  uĢağa  görə  də  hələlik  taledən  möhlət  istəyir.  Nəhayət, 
oğlunu  böyüdüb  evləndirən  kimi  Kiyev  monastrına  rahibəliyə  daxil  olur.  Xəstə 
oğlundan  sonra,  bir  an  belə  ayrılmadığı  oğlu  öləndən  sonra  heç  iki  il  də  onsuz 
yaĢaya bilmir, 57 yaĢında vəfat edir. Kədər və yasla dolu bir həyata son verilir: bu 
ölüm həqiqətən azad olma və böyük rəhmət zövqü idi. 
Həyatın  lap  baĢlanğıcında  15  yaĢlı  bir  qızı  bu  addımı  atmağa  nə  vadar 
etmiĢdi?  Təkcə  məhəbbətmi?  Axı  bu  məhəbbət  cəmi  bir  neçə  gün  idi  ki, 
doğulmuĢdu. Fəlakətə bir neçə gün qalmıĢ. Yəni o məhəbbət təkcə öz-özünəmi belə 
güclü idi? Həm hə, həm də yox! Ona görə ki, məhəbbətin dağların, okeanların qadir 
ola bilmədiyi gücünü qəbul etməklə yanaĢı bu məhəbbətin özünə güc və ilham verən 
dəyanət-tərbiyənin doğurduğu dəyanət və mərdliyi dərk etmək gərəkdir. Mərhəmət, 
Ģəfqət, dara düĢən insana acıma və qayğını təlqin edən tərbiyənin gücünü. 
Rusiyanın  məĢhur  familiyalarından  biri  ġeremetyevlərin  tarixi  Aleksandr 
Nevskinin  silahdaĢı  Kobıla  (at)  ləqəbli  Andreydən  baĢlayır  (3,  s.82-84).  Andrey 
Kobılanın  (Kobıla  türkcə  at  cinsi  adıdır)  5-ci  övladı  (nəvəsinin  nəvəsi)  Andrey 
ġeremet və onun qardaĢı Simeon Yıpança məlumdur (XIV əsr). Həmin ġeremetdən 
ġeremetyevlərin  böyar  nəsli  baĢlayır.  Rusiya  tarixində  Kazanın  alınmasında 


86 
 
Volqaboyu  tatarlarının  üsyanının  yatırılmasında,  Livon  müharibəsində  rəĢadət 
göstərdikləri  qeyd  olunur  (44,  s-93).  Övliya  Çələbi  Kırıma  səyahət  edərkən 
ġeremetyevdən,  onun  kazak-rus  gücləriylə  Kırıma  hücumundan  və  tatarlara  əsir 
düĢməsindən danıĢır. 
Qrafinya Natalyanın atası Boris Petroviç ġeremetyev Pyotra o qədər yaxın 
idi ki, o, bir də knyaz Ramadanovski xəbərdarlıq etmədən Pyotrun kabinetinə daxil 
ola bilərdilər. 1719-cu ildə ġeremetyev öldükdən sonra Pyotr qüssələnər və tez-tez 
deyərmiĢ:  biz  də  tezliklə  bu  dünyadan  köçəcəyik.  Ona  ən  yaxın  dostu  kimi  abidə 
qoymaq istəyirdi. Lakin özünün ölümü ilə bu iĢ yarımçıq qaldı, baĢ tutmadı. 
Bütün  saray  əyan-əĢrəfi  bilirdi  ki,  çar  ehtiyatlı  ġeremetyevə  inanır,  etibar 
edir. 
Çarın gələcək arvadı I Yekaterina ünvanı ilə imperiyanın taxtına əyləĢmiĢ 
Marta Skavronskaya da hələ 1702-ci ildə ruslara əsir düĢəndə ġeremetyev bu gözəl 
qızı - iki günün gəlinini kapitandan müharibə qəniməti kimi almıĢ bir neçə gün sonra 
MenĢikova bağıĢlamıĢdı. 16 yaĢlı bu qaragözlü və Ģirindilli, xoĢ rəftarlı bu bəĢabəla 
gəlini yalnız bundan sonra çar görmüĢ, ona gözü düĢmüĢdü. Bu onun arvadı, baĢında 
imperiyanın tacını daĢıyacaq çariçəsi olacaqdı. Ġki dostdan sonra nəhayət ona qismət 
olmuĢdu. Dostların arası açıq idi... 
ġeremetyevlərin  Pyotr  epoxasından  baĢlayan  dövrü  daha  məzmunlu  və 
daha  parlaqdır.  Artıq  ailə  Rusiya  tarixində  xeyriyyəçi,  mesenat  adamlar  kimi 
məĢhurlaĢırlar.  Bu  nəsildən  teatr  həvəslisi,  kolleksioner,  muzey  yaradıcısı,  xor  və 
orkestr  təĢkilatçısı,  naĢir,  yazıçı  çıxır.  ġeremetyevlərdən  rus  tarixi  tədqiqçisi, 
Arxeoloji  komissiya  yaradıcısı  kimi  adamlar  yetiĢir.  Var-dövlətlə  yanaĢı  bu  kimi 
xeyirxah iĢlərə qoĢulurlar. 
N.Baskakovun göstərdiyinə görə ġeremet adı (onlar öz familiyalarını əvvəl 
elə  beləcə  rus  dili  Ģəkilçisi  qoĢulmadan  iĢlədirlər)  ġir  Muxammet  adından 
götürülmüĢdü. ġir Muxammet adı eynilə türk əsilli rus soyadı olan Baxmetov (Bay 
Muxammet) qəlibilə yaranmıĢdır (3, s.82-84). 
ġeremetyevlərlə  Koliçevlər  və  Yapançalar  eyni  türk  ocağının  odunun 
zərrələridir.  Hər  üçünün  nəsil  gerbi  eynidir.  Bu  gerbdə  gümüĢü  aypara  üstündə 
bunçuq, çarpazlaĢmıĢ ox  və  qılınc  kimi Ģərqi elementlər  həkk olunmuĢdur.  Azacıq 
dəyiĢikliklə ġeremetyevlərin digər qolu məĢhur Suxovo-Kobılinlər və Yakovlevlərin 
gerbi də eyni atributları saxlamıĢdır. 
ġeremet  türkcə  həm  də  dəlisov  at  "Ģermetli  at"  mənasını  verir. 
ġeremetyevlərin  ulu  babasının  Kobıla  (at)  adı  daĢımasını  da  nəzərdə  saxlamaq 
lazımdır.  ġeremet  qədim  bulqar  nəslindən  olan  müasir  çuvaĢ  dilində  "yazıq, 
peĢiman,  xəcalətli"  deməkdir.  Lakin  bu  söz  fars  dilində  "Ģərməndə"  -  "peĢiman" 
sözü ilə bağlı olduğu üçün bu izahat müvafiq görünmür. 
Moskva və Moskvaaltı ərazilər ġeremetyevlərlə bağlı yadigar adları hələ də 
öz sinəsində saxlamaqdadır. Arbat küçəsində ġeremetyev sarayı, ġeremetyev kəndi 
və  onunla  adlanan  hava  limanı,  ġeremetyevlərin  xalq  üçün  açdığı  xəstəxana  (indi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə