Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   40   41   42   43   44   45   46   47   ...   56

91 
 
Özünü  Yekaterinaya  xatırlatmaq  qərarına  gəlir.  Ona  ahu-zarla  dolu  bir 
Ģikayət  məktubu  göndərir.  Ġmperatriçadan  xahiĢ  edir  ki,  ondan  əvvəlki  lütf  və 
inayətini əsirgəməsin, yenidən ona Ģəfqət və məhəbbətini bəxĢ etsin. 
Həqiqətən,  o  adamlar  sadəlövhdürlər  ki,  yalnız  böyük  məhəbbətin 
xatirəsinə görə böyük xəyanətdən sonra olsa da hər Ģeyin unudulduğunu, hər Ģeyin 
də  yenidən  baĢlaya  biləcəyinə  ümid  bəsləyirlər.  Məhz  əsil  məhəbbət  olan  yerdə 
xəyanət  bağıĢlanmır.  Yoxsa  sevgi  və  xəyanətin  kədər  və  məyusluğu  içində  tək 
buraxılan qadından təkrar, "sevgi" ummaq özü düĢüncəsizlik deyilmi? 
Mamonov min bir ümidlə cavab gözləyir. Gözləyir ki, Peterburqa - birbaĢa 
saraya onu dəvət edəcəklər. Zənn edir ki, Yekaterina onu unutmamıĢdır, bağıĢlayıb 
təkrar onu yanına, əvvəlki hörmət və ehtiĢamına çatdıra bilər. Amma imperatriçanın 
cavabı onu ayıldır, baĢa  düĢür ki,  ümid bəsləməyi əbəsdir. Həm də  çox keçmir ki, 
Yekaterinanın  təzə  sevgilisi  olduğu  xəbəri  ona  çatır.  Bu  Platon  Zubov  idi.  O 
Mamonov  qədər  gözəl  idisə  də  onun  kimi  sadədil  deyildi,  həm  də  hiyləgər  idi. 
Mamonovun  isə  vicdanlı,  doğrucul  olmağı,  ikiüzlülüyü  bilməməsi  onu  ayağa 
vermiĢdi. 
Yeddi il keçirdi ayrıldıqları gündən. 1796-cı ilin noyabrın 7-də tezdən sübh 
çağı Yekaterina özünün yazı masası arxasında vəfat edir. 
Oğlu Pavel hakimiyyətə gəlir. Mamonov zirvədə olanda bu gözdən düĢmüĢ 
vəliəhdə  hörmətlə  yanaĢmıĢdı.  Pavel  taxt-taca  sahib  olarkən  ona  ürəyi  yansa  da, 
anasının bütün yaxın adamları kimi ona da anasının sevgilisi olduğunu keçmədi; onu 
təkrar saraya çağırıb özünə yaxınlıĢdırmadı. 
Tamam  unudulub  gözdən  düĢən  və  dərd-qüssə  içində  əriyən  Mamonov 
1803-cü ildə hələ çox gənc ikən vəfat edir. Ġmperatriça isə onu o qədər çox istəyirdi 
ki,  Mamonovdan  sonra  bir  də  kimi  isə  sevə  biləcəyinə  və  ona  bağlana  biləcəyinə 
inanmırdı. 
Qəlbinə yeni-yeni eĢq dolduqda rəfiqəsinə: axı bütün qıĢı soyuqda büzüĢüb 
donan  cücülərin  belə  baharda  ürəyinin  donu  açılır  o  civ-civə  baĢlayır.  Qəlbim  o 
bahar  kimi  bir  məhəbbət  istəməkdədir,  -  demiĢdi  eĢqdən,  hərarətdən  bir  an  belə 
soyumayan  bu  böyük  qadın.  Bununla  həm  vaxtsız-vədəsiz,  həm  də  yeni  eĢqinə 
bəraət qazandırmaq istəmiĢdi. 
...Bu  nəsildən  olan,  Mamonovların  digər  bir  nümayəndəsi  də  Ġvan  Ġliç 
Mamonov  (1680-1730)  da  gözəl  idi.  I  Pyotr  onu  özünün  çar  qardaĢı  Ġvanın  qızı 
Praskovya ilə evləndirmiĢdi. Praskovya imperatriça Anna Ġvanovnanın bacısı idi. Bu 
əlveriĢli qohumluğa görə Mamonov general-anĢef rütbəsinədək qalxa bilir. Ənənəyə 
görə  çar  ailəsinə  mənsub  qızlar  Avropanın,  xüsusən  də  Almaniyanın  hakim 
familiyalarına ərə verilirdilər. Amma bu dəfə bu ənənəni adaxlı oğlanın bu "türkanə 
laçının" qeyri-adi gözəlliyi sayəsində pozmaq mümkün oldu. 
...Köhnə  moskvalılar  arasında  "Mamonov  yaylağı"  kimi  məĢhur  olan 
malikanədə indi Kimyəvi fikiza Ġnstitutu yerləĢir. 
 


92 
 
RUS TARİXİNİ YARADAN TÜRK: KARAMZİN 
 
Tale  onu  lap  uĢaqlıqdan  tarix  yazmağa  hazırlayırdı.  O,  Simbirskdə 
Mülkədar  ailəsində  doğuldu.  Puqaçov  üsyanının  vahiməsindən  ailəsi  ilə  birlikdə 
qaçıb gizlənməli oldu. Parisdə Böyük Fransa inqilabının (1789-
1794) Ģahidi ola bildi. 
1812-ci ilin təslim olunmuĢ Moskvasının xiffətini yedi 
və  1825-ci  ilin 14 dekabrın Ģaxtalı  meydanında  xəstələndi  (Bu 
xəstəlik onu qəbrə apardı). Hər biri nəsillər tərbiyə etməli olan 
bu böyük hadisələr bir ömrə sığıĢa bildi. 
"Bədbəxt Liza" əsərinin müəllifi yazıçı Karamzin Ģeiri 
də, nəsri də, jurnalistikanı da bir yana qoyub tarixi araĢdırmağa 
keçir.  PuĢkin  onun  fövqəladə  tarixçilik  istedadı  barədə  dedi:  "Amerikanı  Kolumb 
kəĢf etdiyi kimi, Qədim Rusiya da Karamzinlə kəĢf edildi". 
Karamzin  türk-tatar  ovlağı  olan  qədim  türk  yurdu  Simbir  əyalətinin 
Karamzinka kəndində 1766-cı ilin dekabrın 1-də anadan olmuĢdur. Onun soyadının 
kökü  elə  Karataev,  Karakozov,  Karatiqin  familiyalarında  olduğu  kimi  o  qədər  də 
çətin  hiss  olunmur;  türk  "kara"  (böyük,  güclü,  mötəbər)  sözü  açıq-aĢkar 
görünməkdədir. 
Ulu babaları Kara Murza sərkərdə olub. Onun adı Kara Murza  - Karamza 
"Karamzin" (in Ģəkilçi) soyadını yaratmıĢdır. Lakin ailədə artıq həmin qədimi babanı 
unutmuĢdular. Karamzinlər öz nəsillərini 16-cı əsrdə yaĢamıĢ Semyon Karamzindən 
baĢlayırdılar.  Onun  oğlu  Dmitri  Semyonoviç  Karamzin  Vasili  ġuyskinin  vaxtında 
Moskva altında, Suzdal və Kasımovda xidmət aparmıĢdı (44, s.57-58). 
Karamzinin anası da məĢhur ailədən idi. Qızlıq soyadı Pozuxina olan anası 
onu doğarkən ölmüĢdü. Oğul anasını Ģeirlərində yad edirdi: "Sən mənə həyat verib, 
özün getdin. Həyatımın ilk çağında tale mənə dağ çəkdi". 
Karamzin  iki  dəfə  evlənmiĢdi;  hər  dəfə  də  onu  sevən  qadınla,  ləyaqətli 
insanla tale onu görüĢdürürdü. Ġlk qadını Liza bir uĢaq doğub dünyanı tərk etmiĢdi; 
yazıçı  onun  obrazını  "Rus  səyyahının  məktubları"nda,  Ģeirlərində,  povestlərində 
yaratmıĢdı.  Onunla  çox  xoĢbəxt  idi.  Tale  ona  2-ci  qadını  bəxĢ  edəndə  onun  sınıq 
könlünə sanki məlhəm qoydu; o Rusiyanın varlı dövlət adamı knyaz Vyazemskinin 
qızı idi. Bu qız qeyri-qanuni hesab olunsa da öz gözəlliyi, cazibəsi ilə hamını heyran 
qoymuĢdu. Çoxları onu yerdə, insanlar arasında yaĢayan mələk hesab edirdi. 
Ağıllı,  mərifətli,  gözəl  Yekaterina  yazıçıya  dərhal  "hə"  deyir,  onun  yetim 
qızına da analıq edir. Karamzinin həm də bununla maddi vəziyyəti düzəlir. Get-gedə 
onun  evi  Moskvanın  ən  mədəni,  ən  gur  yığıncaq  yerinə  çevrilir.  Heç  kəsin  salonu 
onun  evi  ilə  rəqabət  apara  bilməzdi.  Ən  ağıllı,  vacib  söhbətlər  burada  olurdu.  Axı 
hər  cəmiyyətdə  adamı  məclisə,  nahara,  Ģama  dəvət  edərlər  və  burada  insan  yeyib-
içə, Ģənlənə bilər, rəqs edər və s. amma söhbət - bax bu hər yerdə olmaz, hər yerdə 
baĢ tutmaz. Həm də ədibi o zaman qonaq çağırarlar ki, ona məhz sahəsilə bağlı iĢləri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə