Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   48   49   50   51   52   53   54   55   56

108 
 
Hər  ailənin  öz  kitabı  var  idi.  Amma  hər  kitaba  da  belə  tale  müyəssər 
olmur.. 
PuĢkin  kitabın  müəllifinə  -  yazıçı Zaqoskinə  vəcdlə  yazırdı: "Aludəçiliklə 
oxuduğum romanınızı ona görə yarıda kəsirəm ki, sizə ürəkdən təĢəkkür edim "Yuri 
Miloslavski"yə  görə.  Təbrik  edirəm,  müvəffəqiyyətinizi, 
oxucuları da  hazırkı epoxanın ən  yaxĢı əsərinə  malik olduğuna 
görə" (47, s.40). 
Bu əsər indiyə  qədər  yalnız  öz  qələm  yoldaĢlarının  və 
ya həmfikirlərinin kiçik dairəsinin tanıdığı bir yazçının əsəri idi. 
Patriarxal  rus  həyatını  dərindən  əks  edən  bu  əsərin  ayrı-ayrı 
səhnələri  tütünqabıların,  örpəklərin,  dəsmalların  üzərinə  nəqĢ 
olunmaqla  bu  böyük  ölkənin  hər  yerinə  yayılır,  sadə  xalq 
kütlələrinə  -  oxumaqdan,  yazmaqdan  uzaq  olan  camaat  arasına  müəllifin  çıxarıb 
məĢhurlaĢdırırdı.  Bu  əsərdən  sonra  xalq  onun  bundan  əvvəl  və  sonra  çıxan 
kitablarına aludə olub oxumağa, əldən ələ ötürməyə baĢlayırlar. 
Bu  yazıçı  Zaqoskin Mixail  idi.  Əvvəl-əvvəl  hələ  tale  uğurları ondan  uzaq 
idi. "Yuri Miloslavski"nin müəllifinə bəxt hələ sonra yar olacaqdı. 
Hələlik o Penza vilayətindən  qoĢub paytaxta  bəxt aramağa gələn  minlərin 
biri  idi.  Əvvəlcə  o  az  maaĢlı  iĢlərdə  tez-tez  bu  iĢ  yerlərini  dəyiĢə-dəyiĢə 
çalıĢmaqdadır. 
Əslində ata-babaları Penzada hədsiz var-dövlətə malik idilər. O Qızıl Orda 
dövrü  əyanlarından  olan  ġavkal  və  ya  ġevkat  Akbulat  oğlunun  törəməsi  idi. 
Zaqoskinlər nəslinin ulu babası ġavkal 1472-ci ildə böyük knyaz III Ġvanın yanına 
xidmətə gəldi. BaĢqa çarəsi yox idi. Çar hücum edib Qızıl Ordanın paytaxtı Sarayı 
qarət  edib  yandırmıĢdılar.  ġevkat  Ak  Bulatoviç  yeni  mühitdə  daha  çox  özünün 
Zaqoska ləqəbi ilə məĢhur oldu. Ġndi belə adlanırdı: Zaqoska Aleksandr Akbulatoviç 
(Zaqoska  zaqir,  zağar  izaqor  "qalib,  hiddətli,  sərt"  sözündən).  Elə  törəmələri  də 
özlərinə soy adı götürəndə bu ayamadan istifadə etdilər. Zaqoskinin öz oğlunun və 
dostu yazıçı S.T.Aksakovun yazdığına görə yazıçı belə bir qədim və Ģöhrətli ailəyə 
mənsub olması ilə fəxr edirdi (18, s.355, 399). 
ġavkal  Akbulat  oğlunun  nəslindən  çıxanlar  voevoda,  süfrəçi  olmuĢ, 
müxtəlif səfirliklərdə çalıĢmıĢdılar. 
Yazıçı  özü  də  ata-babalarının  mülkü  Penzada,  Ramzay  kəndində  1789-cu 
ilin 14 iyulunda anadan olmuĢdu. Rus tarixi romanını ilk olaraq yazmaq ona nəsib 
olmuĢdu.  Bu  əsərə  kimi  onu  komediyanəvis  və  xarakteri,  xasiyyətincə  də  Ģən, 
zarafatcıl  adam  kimi  tanıyırdılar.  Ġndi  isə  bu  tarixi  roman  onun  gözlədiyindən  də 
artıq yazıçıya uğur, həm Ģöhrət, həm də pul gətirdi. 
Üstəlik çar özü bu kitabı da, ardınca çıxan yeni tarixi romanı - "Roslavlev"i 
oxumuĢdu.  Yüksək  qonararla  bərabər,  daha  böyük  lütf  göstərərək  onu  Moskva 
teatrlarının direktoru təyin etdi. Az keçməmiĢ yazıçını saraya qulluğa dəvət etdilər. 
Çar özü onu Saray kamerheri (otaqçı) vəzifəsinə keçirir. Bu kitaba görə aldığı əmək 


109 
 
haqqına  o  indiyədək  yaĢadığı  qaynatasının  evindən  yeni  aldığı  dəbdəbəli  evinə 
köçür. 1830-cu ildə Moskvaya gələn gənc çar I Nikolay onunla görüĢmək arzusunda 
olduğunu bildirir. Əlini sıxaraq "Mən özümə heç vaxt bağıĢlamazdım ki, Moskvada 
ola-ola  "Yuri  Miloslavski"nin  müəllifilə  görüĢüb  tanıĢ  olmamıĢam".  Bu  görüĢ 
damarlarında  türk  qanı  axan  yazıçının  ürəyində  dərin  təəssüratlar  yaratdı.  O  hər 
zaman qədir bilənliklə  bu  Ģah lütfünü  unutmur,  yad edirdi.  Çar Nikolaya  bəslədiyi 
sədaqəti ömrünün sonuna kimi qəlbində hifz edib saxladı. 
Əmir  Ak  Bulatın  kötücəsi  bu  gün  ən  mühafizəkar  bir  xristian,  fanatik  bir 
rus  vətənpərvəri  kimi  ad  çıxarmıĢdı.  Moskvanı  heç  nəylə  müqayisə  edə  bilmirdi. 
Etiqadınca  isə  qatı  pravoslav  idi;  dostları  bu  hədsiz  dindarla  yol  getməkdən 
bıqmıĢdılar. Kilsələrlə dolu Moskvada hər addım baĢı arabanı (karetanı) saxlayır xaç 
çəkib dua oxuyurdu; onun atları sahibinin xarakterindəki bu vərdiĢi hiss etdiyindən 
kilsələrin  yanında  özləri  dururdu.  Cümə  günlərinə  uğursuz  bilib  heç  nə 
planlaĢdırmazdı.  Vorobyov  dağından  -  öz  bildiyi  müĢahidə  nöqtəsindən  Moskvaya 
tamaĢa edib riqqətə gələrək ağlamaq adətləri - qəribəlikləri vardı. 
Yazıçı bahadırlara məxsus bədən quruluĢa, fiziki gücə malik idi. Onun çox 
vaxt  nidalarını  və  suallarını  eĢidərkən  nərə  çəkdiyini  zənn  edirdilər.  Bir  dəfə 
dünyanın məĢhur pəhləvanı Rappo Moskvaya gəlir. Öz gücü ilə öyünməyi sevən və 
eyni  zamanda  xariciləri,  xüsusən  almanları  görməyə  gözü  olmayan  Zaqoskin 
"düĢmənini"  utandırıb  məğlub  etmək  istəyir;  Rappo  ilə  təkbətək  güləĢə  çıxmaq 
istəyir, amma  rütbə  və  tutduğu vəzifə  buna  mane  olur  -  onsuz  da  neçə  vaxt idi  ki, 
kabinetində möhkəm dəmir çubuqları əyir, ağır çəki daĢlarını qaldırır, vurub-yıxırdı. 
Bunlar  təkəbbür  dərəcəsinə  qalxmasa  da,  onda  xudbin  bir  millətçilik  (bəlkə  də 
Ģovinizm)  vücuda  gətirirdi.  Odur  ki,  Slavyanofillər  onun  dostu  -  qardaĢı  idi; 
Aksakovlara da cani-dildən yaxınlaĢıb qovuĢması buradan irəli gəlirdi. 
Nəhayət 1842-ci ildə Moskva teatrlarının direktoru vəzifəsindən öz ərizəsi 
ilə  azad  olunur.  Daha  məsul  və  Ģərəfli  bir  mövqeyə  keçirilir;  Rusiya  Dövlət  Silah 
Palatasına direktor təyin edilir. 
Ġndiyədək nə yazmıĢdısa da, nə qədər ilhamla, məsuliyyətlə olsun heç biri 
"Yuri  Miloslavski"  təravətinə  və  gücünə  dola  bilməmiĢdi.  Lakin  onun  bu  dövrdə 
yazmağa  baĢladığı  4  cildlik  "Moskva  və  moskvalılar  (1842-ci  ildən  1850-ci  illər 
arasında  çap  olunmuĢdur)  kitabı  özünün  zəngin  fakt  və  materiallarının  bolluğuna 
görə  diqqəti  cəlb  edir.  Kitab  o  qədər  maraqlı  və  həyat  təcrübələrilə  zəngindir  ki, 
yazıçının  iti  və  canlı  müĢahidələrinin  miqyasına  heyrətlənməyə  bilmirsən.  Bu  da 
təsadüfi  deyil,  30  il  idi  ki,  heç  Moskvadan  ayağını  qırağa  qoymamıĢdı.  Bu 
dördcildliyin əhatə etdiyi materialları Moskvaya və onun əhalisinin məiĢətinə, həyat 
tərzinə,  əxlaqına  aid  məqalələr,  hekayələr  təĢkil  edir.  Bu  kitablar  xüsusən 
moskvalıların  böyük  oxucu  marağına  səbəb  oldu.  Çünki  onlar  bu  kitabın 
səhifələrində bir çox tanıĢ sima görür, bir çoxları isə burada hökmən tanıĢ adamları 
axtarıb tapmaq istəyirdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə