Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   48   49   50   51   52   53   54   55   56

110 
 
Bunlarla  bərabər,  yazıçı  hökmən  təkrar  olaraq  tarixi  romanlara  qayıtmaq 
fikrində idi. Odur ki, Pyotrun hakimiyyətinin ilk illərindən bəhs edən "Brın meĢəsi" 
adlı 2 cildlik romanını 1846-cı ildə yazıb tamamladı və tezliklə çap etdirdi. Əlbəttə, 
bu  əsərdə  də  "Yuri  Miloslavski"  talantının  gücü  hiss  olunurdu.  Oxucular  isə 
yazıçının  Miloslavskiyə  görə  qazandığı  qələbəni  bu  yeni  kitabla  yerə  vurmaq 
istəmirdilər.  Ədalətlə  baxılsa,  görünər  ki,  bu  kitab  heç  nəylə  ilk  tarixi  romandan 
geridə  qalmır.  Sadəcə  əsas  iĢ  onda  idi  ki,  o  ilk  yazılmıĢdı;  onun  yerinə  bu  kitab 
əvvələ düĢsəydi, onda uğur bu yeni kitabın olacaqdı. Yazıçının Ģirin dili və üslubu 
onun səmimi, açıq xasiyyətindən xəbər verirdi. Bu səmimiyyət və təbiilik o dərəcədə 
idi  ki,  qəhrəmanların  acı  taleyinə  hönkür-hönkür  ağlayar,  günlərlə  özünə  gələ 
bilməzdi.  Qəhrəmanlarına  olan  bu  qəlb  bağlılığı  oxucularla  da  onun  könül 
yaxınlığına səbəb oldu. 
Zaqoskin böyük irs qoyub getmiĢdir. 29 cildlik roman, povest, hekayə, 17 
komediya və 1 vodevil. 
Müasirlərinin  söylədiyinə  görə  onun  qapqara  gözlərində  səmimiyyət 
qığılcımları  oynaĢır,  onun  xasiyyətinin  əsas  əlaməti  olan  xeyirxahlıq  da  elə  bu 
gözlərdən aĢıb daĢırdı. 
Dostu  və  bioqrafi  yazıçı  Sergey  Aksakov  onun  xatirəsinə  həsr  etdiyi 
məqaləsində yazır: Zaqoskinin xarakterinin əsas keyfiyyəti bunlar olmuĢdu: vicdanlı 
olmaq,  Ģənlik,  qeyri-məhdud  dairədə  xeyirxahlıq  və  hər  Ģeyə  inanmaq.  Sonuncu 
xasiyyətini "uĢaq xasiyyəti" adlandırsalar da insanlar çox vaxt belə adamlara hörmət 
etmir, fürsət  tapan  kimi belə  adamları aldadırlar. FikirləĢirlər ki,  "düzlər elə  düzdə 
də qalmalıdır". 
Heç kimin dalınca danıĢmaz, baĢqaları bu qüsura yol verdikdə belə bundan 
xoĢlanmadığı  duyulardı.  Tez  özündən  çıxıb  coĢduğuna  görə  bəzən  istəmədən 
xatirlərə dəyərdi, dərhal peĢman olar, hətta bəzən həmin adamı günlərlə arayıb tapar, 
könlünü alardı. 
Deyəsən,  türklük,  türkanəlik  neçə  yüz  illərdi  ġovkəl  Akbulat  oğlunun 
nəsillərinin qanından heç bir damla da əskilməmiĢdi. 
 
O TAXTINI VULKAN ÜZƏRINDƏ 
QURMUŞDU. RUS ÇARI BORİS QODUNOV 
 
Rus  çarı  Boris  Qodunov  1552-ci  ildə  Kazanın  istila  olunduğu  ərəfədə 
anadan  olmuĢdu.  Atası  ortabab  mülkədar  idi.  Ulu  babalarının  Rus  çarına  xidmətə 
gəldiyi vaxtdan artıq 200 il keçirdi. Rusun dostuna dost, düĢməninə düĢmən idilər. 
Ailə elə  də  məĢhur ailə  deyildi.  Bəlkə  elə  gözə dəymədikləri üçün də  Ġvan  Qroznı 
varlı  və  Ģanlı  boyarlara  divan  tutanda  Kostromalı  Qodunovlar  onun  diqqətini  cəlb 
etməmiĢ, beləliklə qanlı repressiya onlardan yan keçmiĢdi. 
Çox keçmir ki, Boris Qodunovun atası ölür, övladsız əmisi onu və bacısını 
himayəsinə alır. Tezliklə bu yetim uĢaqları saraya götürürlər. Özündən kiçik bacısı 


111 
 
gözəl  Ġrina  təhsilli-tərbiyəli  və  mətin  bir  qız  kimi  sarayda  hamının  hüsn-rəğbətini 
qazanır. Belə  ki,  çar Ġvan Qroznı oğlu  Ģahzadə  Fyodor cavanlıq 
həddinə  dolan  kimi  onu  gəlin  gətirir.  Boris  Qodunov  özü  da 
çardan  sonra  dövlətin  ikinci  adamı  sayılan  Malyuta  Skuratovun 
qızı  ilə  evlənir.  Çox  keçmir  ki,  Qodunovun  qaynatası  Skuratov 
Livoniyada  (Livon  müharibəsi  gedirdi)  bir  qalanın  mühasirəsi 
zamanı  Ġsveç  gülləsinə  tuĢ  gəlir.  Ġvan  Qroznının  onu  nə  qədər 
istədiyi  bir  daha  aydın  olur.  Qəzəbdən  baĢını  itirmiĢ  çar  böyük 
tonqal  qalatdırır, əlindəki əsir isveçliləri diri-diri tonqala atdırır, 
yenə ürəyi soyumur. 
Ġtki böyük idi. 
Boris  Qodunov  ilk  gəncliyindən  çar  qulluğu  aparmıĢ,  çara  yaxın  adam 
olmuĢdu.  Belə  ki,  çarın  yataq  otağına  qarovul  dəstəsini  təyin  edən,  ona  göz  olan 
Qodunov  özü  idi.  Daim  sarayda  yaĢayan  Qodunov  tarixçi  Klyuçevskinin  obyektiv 
rəyinə  görə  bir  dəfə  də  olsun  özünü  ləkələyən  və  cəmiyyətin  gozündən  salan  bir 
hərəkətə də yol verməmiĢdi. Amma onun həyatının bu zaman burulğanlar, fırtınalar 
içində keçdiyini də gərək qəbul edəsən. 
1581-ci  ildə  öz  otağında  yarıçılpaq  oturan  "ədəbsiz"  gəlinini  hirslənib 
döyən  Ġvan  Qroznı  bu  yersiz  hərəkətinin  onun  öz  taleyində  necə  məĢum  rol 
oynayacağını  yatsa  da  yuxusunda  görməzdi.  Oğlu  vəliəhd  Ġvan  arvadının 
müdafiəsinə  qalxır,  çünki  gəlin  bu  döyülmədə  uĢaq  salmıĢdı.  Çar  qəzəb  içində 
əlindəki dəmir ucluqlu ağır əsa ilə oğlunu vurub öldürür. Vəliəhdi öldürməklə artıq 
Rus  taxt-tacının  gələcək  sahibi  Ģahzadə  Fyodor  olur.  Çar  qaynı  olacaq  Qodunovun 
hörməti  və  nüfuzu  birə  beĢ  artır.  Ömrünün  son  illərində  çar  Ġvan  Qroznı  hamıdan 
çox  Qodunova  inanırdı.  Oğlu,  indi  yeganə  varisi  Fyodoru  ona  əmanət  edirdi. 
Qodunovlarla  yola  getməyən  knyaz  Tulupovları  və  Kolıçevləri  (hər  iki  ailə  türk 
əsilli  idi)  ucdantutma  qırdırır.  Lakin  indi  yeganə  varisinin  (sonuncu  arvaddan 
doğulan oğlu hələ bələkdə idi) övladı olmadığını görüb arvadını boĢatdırmağa onu 
razı sala bilmir. Çünki Ġrina Qodunova gözəl olmaqla bərabər zabitəli, hökmü-fərma 
qadın idi; Ģahzadə tamamilə ondan asılı idi. Füsunkar Ġrina Qodunova  həm də  Rus 
tarixində  ilk  qadındır  ki,  rəsmən  ilk  dəfə  çıxıĢ  edib  -  Konstantinopol  patriarxı 
qarĢısında. 
1584-cü  ildə  təkcə  adı  ilə  ölkəni  lərzəyə  salan  çar  Ġvan  Qroznı  vəfat  etdi. 
Öz  əllərilə  oğlunu  öldürdükdən  sonra  onun  həyatı  da  ruhu  kimi  pozulmuĢdu.  Bu 
vaxtdan Rusun fırtınalı dövrü baĢlayır. 
Boyarların  bir  çoxu  ağıldan  zəif  Fyodoru  taxtdan  salmaq  niyyətində  idi. 
Onu taxtda saxlayan qaynı Boris Qodunov idi. Əslində Rusu o idarə edirdi. 
Qodunovun  düĢmənlərinin  baĢında  Rüriklər  nəslindən  olan  ġuyski 
qardaĢları  dururdu.  Onlar  özlərini  çarlığın  qanuni  varisi  bilir,  Qodunovun 
hakimiyyətini  qanunsuz  sayırdılar.  Təsadüfi  deyil  ki,  Yalançı  Dmitridən  sonra 
hakimiyyətə  gələcək  Vasili  ġuyski  Yalançı  çara  qarĢı  sui-qəsd  ərəfəsində 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə