Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   48   49   50   51   52   53   54   55   56

106 
 
barıĢmağa  qoymadı.  Buna  baxmayaraq  XVIII  əsrin  ortalarında  artıq  çuvaĢ,  mari, 
mordva, udmurtların və baĢqırdların böyük əksəriyyəti xristianlığa gətirildi. BaĢqırd 
atlıları  Rusiyanın  ardıcıl  apardıqları  müharibələrə  cəlb  edilirdi.  Onlar  mahir  atıcı 
idilər. 
Yazıçı  onun  yaradıcılığının  canını  təĢkil  edən  trilogiyasında  bu  doğma 
yerlərin  adamlarını,  onların  həyat  tərzini,  məiĢətini,  etnoqrafik  cizgilərini  böyük 
məhəbbətlə  çatdırır;  hər  addımda  bu  torpağın  adlarıyla  oxucusunu  tanıĢ  edir: 
Çufarov  (Çufar-Cəfər),  Kara  tabın  (kara+tabın  "ilxı"),  Karmala,  Kanlı  (çayı) 
ÇeremĢan,  Kandurça,  Bir,  Menzeli  (Mənzil),  Baxmetovka,  Kakarma,  Ġnza  (çayı), 
Uzu  (çayı),  eləcə  də  bu  yerlərdəki  türk  soyları:  Bakteev,  KurmıĢov,  Baxmetov, 
Erlıkin,  Tevkelev,  Karataev,  Çeprunov,  Mansurov...  keçmiĢ  Bulqar  həyatı  və 
mədəniyyətilə  nəfəs  alan  bu  torpaqların  əsl  tarixi  ilə  maraqlanmağa  sövq  edir.  Or 
çayının üstündə yerləĢən Ģəhərin adının Orenburq qoyulması və bu addakı yad, uzaq 
"burq"  kəlməsi  onu  hiddətləndirir.  O  bilirdi  ki,  ören  "düz,  düzənlik,  örüĢ,  çöl" 
(müqayisə et: Örən qala, Keci Ören) kimi saf türk sözünə "burq" alman kəlməsinin 
bitiĢdirilməsilə bu ad nə qədər eybəcərləĢdirilmiĢdir. 
Aksakovun  yaradıcılığında  əsrlər  boyunca  rus  ədəbi  dilində  iĢlənə-iĢlənə 
sabitləĢən  türk  sözlərilə  yanaĢı,  onun  özünün  çox  iĢlətdiyi  sözlər  və  ifadələr  də 
vardır.  Bunlar  onun  uĢaqlıq  və  həyatının  çox  hissəsi  keçən  əzəli  türk  yurduna 
bələdliyi  və  yaxınlığı,  bu  yerlərə  bəslədiyi  məhəbbətin  nəticəsində  baĢ  vermiĢdi: 
laqun (ləyən), burak, osot (ot növü), kuliqa (tala), karmazin (al qırmızı parça), emen 
(çörək, azuqə, taxıl ehtiyatı), ĢiĢ (təpə, zirvə), sırt (yüksəklik), sıçuq (kolbasa növü) 
...  sanki  yazıçının  dilində  türk  sözlərinin  bolluğu  özü  dil  açıb  öz  dililə  türk 
mədəniyyətinin  gücünü  və  təsirini  göstərməkdədir:  kumaĢ  (qumaĢ),  kisa  (kisə), 
taqan (tava, qazan), urema (kol meĢəliyi,  irəmə), bastılnik (öt-ələf), yurt,  kuraxtan, 
tormoz, kutema, çepaq (balıq adları), çebızqa (tütək), epança... 
Doğma təbiətin poetik, Ģairanə təsviri və bu yöndəki heyrətamiz yaradıcılıq 
uğurları  yazıçının  bu  təbiətə  möhkəm  bağlılığından  xəbər  verirdi.  Bu  zaman 
təbiətdəki  bizimlə  birgə  yaĢayan,  nəfəs  alan  otlar,  ağaclar,  quĢlar,  balıqlar,  vəhĢi 
heyvanlar və onların həyatı nə qədər məharət və ustalıqla yaradılmıĢdır. 
Bu əsərlə tanıĢ olan Turgenev heyrətə gəlmiĢdi: əgər birdən teter quĢu dilə 
gəlib özü haqqında danıĢa bilsəydi, əminəm ki, Aksakovun onun haqqında dediyinə 
elə bir Ģey əlavə edə bilməzdi. 
Aksakovun yetiĢdirdiyi oğulları da rusun etnik köklərini yaxĢı dərk etməklə 
"o  baĢlanğıcı"  Ģərəfləndirməyə,  göylərə  qaldırmağa,  Rusun  soykökündə  dayanan 
mədəniyyətin  türk  xarakterini  danmağa  cəhd  göstərdilər.  Sonra  onlar 
"Slavyanofillər" cərəyanının təĢkilatçısı, lideri, ilhamçısı adını alacaqdılar. Və dildə 
rədd  etdikləri  o  böyük  mədəniyyəti  və  onun  təsirini  əslində  diriltməklə  təsdiq 
edəcəkdilər.  Zaman  keçdikcə  rus  cəmiyyətində  Qərbçilərə  qarĢı  olan 
slavyanpərəstlər  cərəyanı  bir  çox  milli  dəyərləri  bərpa  etməklə  bir  sırada  rusun 
keçmiĢ türksayağı geyimini də təbliğ edirdilər. 


107 
 
Sarayda əhəmiyyətli mövqe tutan oğlu Ġvan Aksakov çox çalıĢırdı ki, saray 
təntənələri  günlərində  hamı  öz  qədimi  geyimini  -  çar  Pyotrun  "tatar  geyimidir",  -
deyə  rədd  etdiyi  öz  geyimini  geysin.  Və  buna  da  nail  olur:  kiĢilər  zərxara 
kaftanlarda, qadınlar da əlvan Ģərq ipəklərindən - atlas və taftadan tikilmiĢ sarafan və 
epançalarda,  baĢlarında  cıqqaları  Peterburq  və  Moskvanın  çar  saraylarını  "1001 
gecə" nağıllarına çevirəcəkdilər. 
Axı  bunlar  etnoqrafik  əhəmiyyət  daĢıyırdı;  çünki  geyim  özü  millətin 
qədimlik və kamillik keyfiyyətlərinin danılmaz faktlarıdır. 
Aksakovun  digər  oğlu  Konstantin  Rusun  keçmiĢinə  elə  vurğun  idi  ki, 
paytaxtın küçələrində nümayiĢkaranə Ģəkildə qədim geyimdə gəzirdi. Çox vaxt onu 
küçədə  arxalıqda,  ayağında  quncu  naxıĢlı  çəkmə,  belində  kəmər,  baĢında  bəzəkli 
papaq... görənlər onu türk bəyinə oxĢadırdılar. 
Slavyanofillərin  ideoloqu  olan  oğlu  Ġvan  Aksakov  (1823-1886)  "Den", 
"Moskva",  "Rus",  "Russkaya  beseda"  qəzetlərinin  redaktoru  idi.  1877-78-ci  illər 
Rus-Türk  müharibəsində  imperiyanı  qaplayan  və  fanatikcəsinə  ayağa  qaldıran 
"Slavyan qardaĢlarımızı türk əsarətindən xilas etmə" kompaniyasının təĢkilatçı oldu. 
Ġvan Aksakov San-Stefanovoda bağlanan sülh zamanı Ru siya hökumətinin 
özünün  kifayətləndiyi  "payın"  əslində  az  olduğuna  görə  o  qədər  həyəcanlandı  ki, 
onun  çıxıĢları  Osmanlı  dövlətinə  güzəĢtə  getdiyinə  görə  birbaĢa  çar  hökumətinə 
çevrilmiĢdi.  Buna  görə  də  bu  "Ģuluqçu  Ģovinisti"  müvəqqəti  paytaxtdan 
uzaqlaĢdırdılar. 
Balkanların xristian əhalisi ayağa qalxanda onun nüfuzu qədər böyük idi ki, 
bir  çox  bolqar  seçki  komitələri  bolqar  taxt  tacına  onun  namizədliyini  irəli 
sürmüĢdülər. 
Hələ 1855-ci ildə Bessarabiyada (bu zaman Kırım müharibəsi baĢlamıĢdı) 
Moskva  könüllülərinə  komandanlıq  etmiĢdi.  Əslində  onun  bu  müharibədə  iĢi 
xəzinədarlıq  idi.  Bu  iĢi  elə  qənaətlə  və  dürüstlüklə  aparmıĢdı  ki,  hətta  yoxlamalar 
ondan yan keçirmiĢ. 
Həqiqətən  Aksakovun  yetiĢdirdiyi  oğullar  rus  tarixində  alovlu 
vətənpərvərlər kimi qalacaqlar. 
 
HAMININ DOST BİLDİYİ ADAM - ƏYAN VƏ YAZIÇI ZAQOSKİN 
 
Bütün Peterburq, bütün Rusiya "Yuri Miloslavski" kitabını oxuyurdu. Hara 
gedirdin,  harda  olurdun,  söhbət  həmin  kitabdan  düĢürdü.  "Yuri  Miloslavski  və  ya 
ruslar  1612-ci  ildə"  əsərinin  qəhrəmanları  gənc  ürəklərdə  vətənpərvər  duyğuları 
oyadıb canlandıra bilmiĢdi. Ürəklər Vətən eĢqiylə lərzəyə gəlmiĢdi. 
Bu  tarixi  əsər  çox  cazibədar  bir  dildə  yazılmıĢ  macəra  dolu  maraqlı  bir 
kitab  idi;  rus  xalqının  1612-ci  ildəki  PolĢa-Litva  istilasına  qarĢı  qalxıĢdığı  milli-
azadlıq mübarizəsinə həsr edilmiĢdi. "Yuri Miloslavski"də hər bir ailə öz babalarını 
görüb tanıya bilirdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə