Minaxanim təKLƏLİ


İLK MƏHƏBBƏT ÖMRÜN PROLOQUDUR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   2   3   4   5   6   7   8   9   ...   56


 
İLK MƏHƏBBƏT ÖMRÜN PROLOQUDUR 
(Anna Axmatovaya həsr olunur) 
 
Mənə tatar nənəmin  
nadir hədiyyələri  
Və xaçlanmama 
 acı gileyləri vardı 
(Anna Axmatova) 
 
Yenicə  açılmıĢ  qızıl  gül  ətirli  duyğular,  nübar  dadlı  ilk  hiss-həyəcanlar 
sonrakı  bütöv  ömrün  ilk  səhifələridir.  Sonu  kədərlə  bitən  romanın  sevincli  ilk 
səhifələri  kimi...  Ömür  boyu  qəlblərə,  gözlərə  damla-damla 
süzüləcək  bu  röya-nağıl  ĢipĢirindir,  lakin  qərib  və  kədərlidir.  Bu 
qısa  və  yarımçıq  anlar  sakit  xəyalların  ilğımlı  uzaq  nöqtəsi  kimi 
sehirli  və  cazibədardır.  Cadu  tilsimi  və  ...  Və  duyğuların 
körpəliyini,  ibtidasını  ömür  boyu  saxlaya  bilən  kiçicik,  oğrunca 
yazılmıĢ ilk sevgi məktublarıdır. 
Çılğın,  dəli,  az  qala  xoĢbəxt  sevgilərdən  illərcə  ayrılıb 
uzaqlaĢdıqca ondan yazıq xatirələr qalır. Lakin qısa, ani sevgilərin hekayələri, qalan 
ömrü yandırıb yaxmağa qadir olan qığılcıma da çevrilə bilər. 
...Əsrlərin  qovĢağında  yaĢamıĢ  rəssam  Modilyani  35  yaĢın  içində  öldükdə 
sevgili  qadını  Janna  Ebütern  həmin  günün  səhəri  özünü  6-cı  mərtəbədən  atıb 
öldürdü. Ondan sonra  yalnız  bircə gecə  yaĢamağa  gücü çatmıĢdı bu gənc  və  gözəl 
qızın. 
Nə  olsun  ki,  bu  böyük  rəssam  yarımaclıqda  yaĢayır,  üstəlik  içir  və  həĢiĢ 
çəkirdi. Onların yetim qalan kiçicik qızları böyüdü və atasının - italyan boyakarı və 
heykəltəraĢı  Amedeo  Modilyaninin  bioqrafiyasını  yazdı.  Anası  ilə  bir  sırada 
rəssamın  həyatında  yer  tutan  qadınları  da,  onların  aĢiqanə  macəralarını  da  geniĢ 
təsvir  etdi.  Lakin  Modilyaninin  Anna  Axmatova  ilə  olan  sevgisindən  yazmağı 
unutdu. 
...Anna  toydan  sonrakı  "ballı  ay"ını  əri  ilə  Parisdə  keçirməyi  hələ 
qərarlaĢdırarkən tale ona öz qəribə, lakin əziz töhfəsini hazırlamıĢdı. Yox... bu qızıl 
və cəvahirat dükanından alınan bahalı hədiyyə deyildi. Bu "hədiyyənin" dəyərini heç 
bir Ģey ilə ödəmək mümkün deyil. 
1910-cu  ilin  may  aymda  Parisə  gələn  Anna  Axmatova  burada  Ġtaliyadan 
yenicə  gəlmiĢ  bu  gənc  rəssamla  tanıĢ  olur  və  görüĢlərin  silinməz,  pozula 
bilinməyəcək xatirəsi naminə bir il sonra  - 1911-ci ildə təkrar Parisə dönür. Bütün 
qıĢı  məktublaĢmıĢdılar. Hər ikisi 21  yaĢın içindəydi,  həyat əllərində  dopdolu Ģərab 
qədəhləri kimi aĢıb-daĢırdı. 
Ən məhsuldar ilində 20 Ģer yazacaqdı. Bu əmək qələbəsi idi! Axı bunlar əsil 
incilər  idi.  Ġstər  alın  təri,  istər  cəvahirat  dənələri  olsun.  Anna  hələ  çox  gənc  ikən 
 



 
ĢöhrətlənmiĢdi. Onun Ģeirlərindən tünd Ģərab kimi dərhal  məst olurdular, bunu özü 
də  bilirdi,  həm  də  bu  Ģeirlərdən  az  olmayan  qadın  cazibəsinə  malik  olduğunu  da 
duyurdu.  Bu  zamandan  öz  boy-buxunu,  eyni  zamanda  zərif,  çiçəkli  yaylıq  örtdüyü 
gözəl  biçimli  baĢını  məğrurcasına  sağa-sola  döndərə-döndərə  yeriĢi  ilə  hamını 
məftun etməyə baĢlamıĢdı (28, 11). 
"Hər  aĢiqin  bir  dövranı  var"  -  aĢiqliyi  1915-ci  ilə  təsadüf  edən  ilahiyyatçı 
Boris  Anrep  Bizans  mozaikasına  aĢina  olmaqda  idi;  bu  onun  hobbisi  idi.  Axırda 
onsuz  da  mozaikaçı  rəssam  oldu.  Sonralar  mühacirətdə  yaĢayırdı.  O  da  Annanı 
mozaik  əks  etmiĢdi.  Bu  Ģəkil  London  Milli  Qalereyasında  saxlanılmaqdadır. 
Annanın  siması  antik  görünüĢə  malik  idi;  rəssamların  diqqətini  əbəs  yerə  cəlb 
etmirdi. 
...Çılpaq qadın Ģəkillərini çox dərin, az qala izaholunmaz mübhəmliklə, lakin 
incə,  intim  cizgilərlə  yaradan  rəssam  Modilyani  bu  Ģərqli  gözəlin  daxili  ətrini 
duymuĢdu. Eyni zamanda cəlbedici Ģərqli görünüĢ, bağıĢladığı ekzotik təəssüratlar, 
Ģahanə soyuq vüqarı ona əsil ġərq Ģahzadələri görkəmi verirdi. Anna Axmatova bu 
Ģahanəliyi ömrü boyu saxlamağa nail olmuĢdu. Hətta oğlu tutulduqda 17 ay sərasər 
türməyə  azuqə  daĢıyıb  saatlarla  həbsxana  qabağında  durarkən  də,  eləcə  də  aclıq 
çəkən  mühasirə  Leninqradından  köçürülüb  DaĢkənddə  -  evakuasiya  Ģəraitində 
yaĢadıqda  belə.  Hətta  onu  ilk  dəfə  görənlər  qibtə  və  təəccüblə  müharibə 
məhrumiyyətlərinin  bu  "xoĢbəxt"  Ģahzadəsinə  baxır,  bu  yeriĢ  və  davranıĢa  alıĢmıĢ 
Ģair dostları da ondakı ruha, amiranəliyə, həyat eĢqinə heyrət edirdilər. 
Axı Anna Axmatova bir vaxt Moskvanı cəzalandırıb onu alovun ağzına verən 
Qızıl  Orda  hakimi  Əhməd  xanın  (...  -  1481)  törəməsi  olduğunu  hər  yerdə  qürurla 
söyləməkdə  idi.  Tarixlərdə  söylənən  bu  "intiqamın"  səbəbi  o  idi  ki,  rus  qaçaqları 
1472-ci  ildə  Saray  Ģəhərini  zəbt  edib  yandırmıĢdılar.  Əhməd  xan  da  (Axmat)  qisas 
almıĢdı. Saray Ģəhərinin dəbdəbəsi qarĢısında Moskva kiçik bir Ģəhər olsa da intiqam 
intiqam idi. 
Odur ki, həddi-büluğa yetiĢəndə öz könlü ilə rəsmi familiyası olan Qorenko 
soy  adından  imtina  etdi.  Ulu  babalarının  əsil-nəsil  adı  olan  Axmatova  familiyasını 
götürdü və ömrü boyu xan babasından, onun Ģöhrətindən ayrılmadı (42. 50). 
1946-cı ildə partiyanın ədəbiyyat barədə məĢum qərarından sonra adı bədnam 
olmuĢ Axmatovadan küçədə tanıĢları da yan keçirdilər. O buna da mərdliklə dözdü 
(Ali  və  orta  məktəb  dərsliklərində  öyrədilən  bu  qərar  yalnız  1988-ci  ildə 
dərsliklərdən çıxarıldı). Sovet hakimiyyəti illərinin baĢlanğıcından ta ölümünə kimi 
məhrumiyyətlər çəkə-çəkə təkcə vüqarını saxlaya bildi. Öz familiyasını isə "əzəmətli 
tatar  adı"  adlandırırdı  (татарское,  дремучее…)  Pravoslav  kilsələrində  dinin  və 
Rusun əbədi düĢməni kimi əsrlərlə lənətlənən Əhməd xanın adı ilə qürurlanırdı. 
...Onların  görüĢlərində  elə  bil zahirən  nə  bir hərarət, nə  bir dəlilik, çılğınlıq 
yox idi; sanki qaynar eĢq coĢmadan soyumuĢdu. Yox... qəlblər öz tüğyanında idi. 
Anna Axmatovanın heç bir hərəkəti aĢiq rəssamın nəzərindən yayınmır, o bu 
qadının  hər  kiçicik  jestində  ilahilik,  Ģairanəlik  kəĢf  edirdi.  Bir  dəfə  onun 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə