Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   2   3   4   5   6   7   8   9   10   ...   56

15 
 
60 yaĢını keçhakeçdə dostlarına qadına olan ilahi duyğularının daha da yüksəldiyini 
etiraf edirdi. Elə bil məhz bu hisslər özü onun qəlbinə gözəllik və mərhəmət axıdırdı. 
Ömrün  qürubunda  Ümmül-Banu  ilə  tanıĢ  olmuĢdu.  Onları  general 
Loxvitskinin qızı Teffi təxəllüslü mühacir yazıçı tanıĢ etmiĢdi, tərcüməçi kimi. 
Ümmül-Banunu  Paris  parisli  edə  bilməzdi.  Özü  istəsə  də.  O,  Ģərqli  qızı  idi. 
Bakıdan  getmiĢdi.  Gözəl  idi,  amma  daha  çox  ekzotik,  effektli  Ģərqli  görünüĢdə. 
Cazibəsi artıq idi. Model iĢləmiĢdi. Ġndi isə yazmağa ehtiyac duymuĢdu. YaĢı qırxı 
keçirdi, içində özündən xəbərsiz doğulub böyüyən nisgil ona Bakı xiffətini yedirirdi. 
Axı  Bunin  belə  qızı  ömrü  boyu  gəzmiĢdi  də,  gözləmiĢdi  də.  Əsərlərində 
təsvir  etdiyi  türkanə  gözəlliklərə  aludəliklə  gör  neçə  illərmiĢ  bu  qızdakı  qaĢı-gözü 
çəkirmiĢ. 
Bilə-bilə bu gözlərə füsunkarlığı, dodaqlara gül təbəssümü, qəlbə coĢğun Ģərq 
ehtirasını doldururmuĢ. 
Rus  ədəbiyyatında  ən  gözəl  qadın  portretləri  yaratmıĢdı.  Bütün  əsərlərində 
qəhrəman qadındır; hamısı da bir nəfər kimi ġərq qadınıdır, görkəmi ilə də, xarakteri 
ilə  də.  Bu  qadınlar  o  qədər  möhtəĢəm  və  ali  idi  ki,  nə  qədər  mükəmməl  yaradılsa 
belə  kiĢi  obrazları  bu  surətlərə  fon  kimi  xidmət  edirdi.  Fövqəladə  gözəllərin  - 
gözəlliklərin  təsvirində  epitetləri  də  türkləĢirdi  -  "türk  kimi  gözəl,  türksayağı 
qəĢəng", "ġamaxı Ģahzadəsi" və s. 
Bu  qadınlardakı  məhəbbətə,  eĢqə,  divanə  sevgilərə  -  öz  yaratdığına  vəcdlə 
vurulurdu. 
Bu  görüĢ  ərəfəsində  yenicə  yazdığı  "Təmiz  bazar  ertəsi"  əsərindəki  qızı  - 
əsərin qəhrəmanı ilə yanaĢı, oxucunu da baĢdan edən o qaragözlü qızı - indi Ümmül-
Banu  adında  tapmıĢdı.  O  qızı  ki,  Bunin  Moskvanın  qarlı  küçələrinə,  qapı-
pəncərələrini buz örtmüĢ evlərinə, kirĢələrinə, kəsif qoxulu restoranlarına  yaraĢdıra 
bilmir. Gözləri önündə bu qızın Ģahanə gözəlliyi dursa da, xəyal isə Astarxan... Ġran 
...Hindistan...  deyə-deyə  buralardan  uzaqlaĢır;  baharın-günəĢin  heç  vaxt  tərk 
etmədiyi, gecəsi gündüzündən yaraĢıqlı, ətirli, isti ġərqə uçurdu. 
Cazibəsinə  qul  olduğu  bu  ġərqli  qızı  nə  boz,  tutqun  göylərə,  nə  də  qarlı 
səhralara yaraĢdıra bilirdi. 
Maksim  Qorki  Buninin  ġərq  sevgisini  öz  böyüklüyündə  yaxĢı  duya  bilmiĢ, 
bu sevgini Buninin "irsi sevgisi" adlandırmıĢdı. 
ġərqə  vurğun  idi!  ġərqi  adətlərə,  xarakterlərə  aludə  idi.  Xeyli  qabaq 
vəsiyyətini  etmiĢdi:  -  Öləndə  üzüaçıq  yox,  üzübağlı,  hörmətlə  dəfn  olunmaq. 
Dostluqda  möhkəm,  etibarlı  idi,  sözünün  də  ağası  idi.  Dostları  ilə  təpədən-
dırnağacan  bitkin,  bütöv,  səmimi  idi.  Odur  ki,  ayrıca  Bunin-Çexov,  Bunin-Qorki, 
Bunin-Kuprin, Bunin-ġalyapin... deyə əhdi-vəfadan söz açmaq olar. 
QardaĢlarını, xüsusən böyük qardaĢım lap Ģərqli ehtiĢamı ilə sevirdi. Ona elə 
bağlı idi ki, bu məhəbbət adamın yadına ġərq nağıllarını salır. Bu qardaĢ aclıq çəkən 
Rusiyada qalıb acından öləndə bu xəbər Parisdə Buninə çatanda o elə kədərlənmiĢdi 
ki, yaxınları onun sağlığı üçün qorxuya düĢmüĢdü. 


16 
 
Qadınlara necə iltifatlı, necə vurğun idi! Təsadüfi yol əyləncəsinin səbəbkarı 
bir  dəfə  gördüyü  bir  qadını  da,  ömrünü  verdiyi  qadını  da  bir  tuturdu;  xatirələrinə 
eyni  ehtiram,  eyni  sayqı.  AtəĢin  duyğuların  ortağı  olan  ilk  qadın  bir  ömürlük 
ayrılıqdan  sonra  yuxusuna  girirdi  və  onda  könül  təbəddülatları  yarada  bilirdi. 
Gündəlikdən  xəsis  -  lakin  içindən  yanan,  döyünən  duyğularını  köpürən  cümlələr 
xariqüladə  hekayələrə  keçirdi.  Bu  qadınların  nə  əlinin  tumarını,  nə  dəli  öpüĢlərini 
unudurdu;  paltarlarının  lap  xəlvəti  qırçınlarından  tutmuĢ  gün  yandırmıĢ  boynunun 
qıdıqlayıcı  ləzzəti  də  yadında  qalmıĢdı.  Əsil  Ģərqli  kimi  sevirdi.  ġərqli  kimi 
qısqanırdı.  Bu  qısqanclıqlar  içində  neçə  dəfə  ölümə  yaxın  gəlmiĢdi.  Bu  hisslər, 
sarsıntılar,  zəlzələlər  yazıya  köçürülür,  gözəl,  parlaq,  zəngin,  ilahi  qadın  portreti 
doğururdu. Bunin qadını mələk qədər ecazkar nəqĢ edirdi. 
Heç dünya özü, həyat belə nə qadın qədər, nə eĢq qədər Ģirin deyildi. Bunin 
ġərqli  kimi  də  əzab  çəkirdi;  nəĢəsiz,  əsəbi,  dərdli  gəzirdi  günlərlə;  ürəyində  isə 
məhəbbəti daldaladır, ildən illərə keçirirdi. 
On üç dəfə Ġstanbulda olmuĢdu! Bu Ģəhərə də vurulmuĢdu, onun tarixinə də - 
taleyinə də. 
Hələ  ilk  gəliĢindən  ondan  qırsaqqız  olub  yapıĢan  yunan  keĢiĢciyəzi  onu 
naqqallığı ilə bezdirsə də yazıçı vəcdlə Ġstanbul mənzərəsinə baxır, ayağını torpağa 
basan kimi ağlar səslə onu "Vizantiya yadigarları" deyə naftalinli "tarixlərə" çəkmək 
istəyən bu həyasız yunandan yaxasını qurtarır. Bunini ölü Vizantiya  xatirələri yox, 
islamın  bu  torpaqlardakı  nailiyyətləri,  yaratdığı  bərəkətli,  köklü  mədəniyyəti  cəzb 
edirdi. Hətta məĢhur Aya-Sofiyanın sonradan islam abidəsinə çevrilməsindən sevinc 
duyur;  Ġslam  mədəniyyəti,  türk  incəsənətinə  xüsusi  aludəlik  göstərir,  Ġstanbulu  bir 
islam  Ģəhəri  kimi  təqdir  edir;  ayağını  pak  suların  yuduğu  inzibati  binadan  çox, 
yazıçıya füsunkar cənnət guĢəsi kimi görünən sultanlar sarayını vəsf edir. Nə olsun, 
ulu  babaları  Özbək  xandan  qatı  müsəlman  qaydaları  tətbiq  etdiyinə  görə  qaçıb 
uzaqlaĢmıĢdılar. 
Arvadı,  daha  doğrusu,  keĢməkeĢli  həyatının  ortağı,  könül  dostu  Vera 
Muromtseva bunları sezirdi, bunu təbii hal sayırdı. Bunini türk tarixi maraqlandırır, 
coĢdurur,  vəcdə  gətirirdi.  Gəmi  Ġstanbula  yaxınlaĢdıqca  gözlərindən  sevgi,  riqqət 
yaĢları axıdırdı. Bu Ģəhəri on üç dəfə görsə də. 
Sonradan  kef-iĢrət  oylağına  çevrilən  Ġstanbulu  dövrələyən  bu  dənizlər  nə 
qədər davalar görmüĢ, köksündə Vətəni qoruyan hərb qalalarını qürurla saxlamıĢ, bu 
sulara nə qədər Ģəhid qanı tökülmüĢ. Bunin bu qanlı tarixə sevgi və hörmətlə baxa 
bilir.  Bu  dənizin  sularında  əks-sədasını  saxlayan  türk  bağrından  qopan  fəryadları 
eĢidə bilir. 
Göz  yaĢları  ilə  oxuduğum  -  oxuduğumuz  əsərlər  var!  Buninin  "Fəryad" 
hekayəsi  var.  Rus  anası  yüz  ildən  bir,  bəlkə  min  ildən  bir  Bunin  kimi  yazıçı  doğa 
bilər. Hekayəni oxuduqda bu qəlbə, bu ədalətə heyran qalırsan. Bu gün rus ziyalıları 
arasında Bunin kimi yazıçının olmadığına yana-yana təəssüf edirsən. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə