Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   6   7   8   9   10   11   12   13   ...   56

21 
 
öldürdülər. Kənd bilərəkdən hamısı elliklə bu iĢdə iĢtirak edirdi ki, bu əzazil qadına 
qarĢı sui-qəsddə kimisə ayrıca günahlandırıb cəzalandırmasınlar. 
Arakçeyev  sevgilisi  qadının  ölümü  ilə  əməlli-baĢlı  qəm-qüssəyə  batır, 
dostunu dəfn edir və məzarının yanında özünə yer saxlayır. Dərdli gecələrini qadının 
son  yadigarlarını  eĢələyib  oxumaqla  keçirir.  Bu  qadının  kağızlarını  oxuyub  tanıĢ 
olduqca bu ölüb gedən sevgilisini indi tanımalı olur: inanıb etibar etdiyi bu qadının 
iĢ  aĢırıb  rüĢvət  aldığım,  onun  adıyla  nələr  etdiyini  öyrənir.  Eləcə  də  digər 
oyunlarının  Ģahidi  olur.  Deyirlər  ki,  o  bundan  qeyzlənir,  keçmiĢ  aĢnasının  qəbrini 
sökdürüb ümumi qəbristanlığa köçürür. 
Dünən  həqiqət  sanıb  baĢı  ilə  cavabdeh  olduğu  müqəddəsliklər  bu  gün 
rəzilliyə  çevrilmiĢdi.  Arakçeyev  bu  tale  oyununa  mat  qalır;  rüĢvət  verən  insanları 
özünün yas içində olan malikanəsinə dəvət edib əĢyaları - rüĢvət hədiyyələri göstərib 
"götürün,  bunlar  sizindir,  mən  hər  Ģeyi  bilirəm..."  demiĢdi.  Adamlar  bu  an  ona 
inanırdılar. 
O  neçə  gecə  idi sevgilisinin  kağızlarını oxuyub onlarla  da  tənhalığın ilk acı 
çağlarını ovutmaq istəyirdi.  Əksinə  olmuĢdu. Həqiqətin  -  xəyanətin üstü açılmıĢdı, 
gec olsa da... 
Akarçeyevin  coĢqun  həyatında  maraqlı  dəqiqələr  çox  idi:  Hərbi  nazir  kimi 
maaĢı qaldırarkən onun əmri əcaibliklər doğurur, rota komandirlərindən baĢqa digər 
zabitlərin  maaĢlarının  artırılmasına  sərəncam  verir.  Bunun  səbəbini  sadəcə  belə 
əsaslandırmıĢ  və  bunu  heç  kimdən  gizlətmirdi;  rota  komandirləri  rotadan  gələn 
gəlirlə dolana bilər. Bununla o sanki hərb sahəsindəki oğurluğu elə bil etiraf etməli 
olurdu.  Hərbi  intizam  elə  qanına  hopmuĢdu  ki,  evdə  də  hərbi  qaydalar  hökm 
sürürdü:  heç  kəs  porsiyadan  artıq  yemək  götürə  bilməzdi.  Ətrafda,  hər  yerdə  ideal 
təmizlik yaradırdı, bu təmizliyə hamı riayət edirdi. 
Arakeçevin  qanuni  nigahı  olmadığından  sevgilisi  Anastasiya  Minnikovadan 
doğulan  qeyri-rəsmi  yeganə  oğlu  ġumski  familiyası  daĢıyırdı.  Bu  oğlan  uĢaqlıq 
illərində keçirdiyi xəstəlikdən qurtulmaq üçün həkimin daim içirdiyi spirtli içkidən 
adətkərdə  olmuĢdu.  Çar  Nikolay  Arakçeyevin  ölümündən  sonra  onu  Qafqaza  - 
Yermolovun  yanında  iĢləməyə  göndərdi.  Çünki  oğlan  axırıncı  dərəcədə  sərxoĢluq 
edirdi və saraydakı fligel adyutant vəzifəsindən də buna görə azad olunmuĢdu. 
Çar  müharibə  meydanına  çevirdiyi  qan  içində  üzən  Qafqazın  ağır 
tərbiyələndirici məktəb olacağını düĢünürdü. Bu oğlan savadlı və fitri istedada malik 
bir gənc idi, hələ çox gənc ikən içki onun axırına çıxdı, bihudə yerə də öldü. 
Arakçeyevlərin  türk  əsilli  olmaları,  Qızıl  Ordadan  ayrılıb  rus  knyazlarına 
qoĢulmuĢ ailələrdən olması Ģübhəsizdir. Onların soyu XV əsrin ortalarında II Vasili 
zamanı Rusa xidmətə girən, xristianlığı qəbul edib xaçlanan və xristian adı götürüb, 
lakin  türk  soyadını  saxlayan  Arakçı  Evstafyevdən  baĢlayır,  Arakçı  Moskva 
knyazının sarayında məsul vəzifə daĢıyırdı. 
Arakçı  sözü  bütün  türk  dillərində  arak,  rakı  "Ģərab"  və  "çı"  məĢğuliyyət  və 
peĢə  bildirən  Ģəkilçi  vasitəsilə  düzəlmiĢdir.  Arakçeyevlərin  familya  gerbində  həkk 


22 
 
olunmuĢ  qızıl  kamandan  atılan  ox  rəsmi  həm  də  ailənin  türklüyünə  və  rus  dövləti 
qarĢısında  hərb  xidmətlərinə  iĢarədir  (3,  s.115).  Rus  tarixinin  baĢlıca  simalarından 
olan  bu  böyük  və  məĢhur  Ģəxsiyyət  bir  çox  tarixi  əsərlərdəki  obrazlarda  öz  tam 
əksini tapmıĢdı. Yazıçı V.V.Krestovskinin "Babalar" ("Dedi") əsərində Arakçeyevin 
türk  mənĢəyi  qabarıqlaĢdırılır,  bu  türklük  onun  özünü  alçaltmaq  üçün  düĢmənlərin 
əlində  bir  vasitə  olur:  "Arakçeyev?  ...Arakçeyev  nədir,  kimdir,  axı?  Arak...  Aman 
allahım, bu nə vəhĢi familiyadır?" 
Yazıçı  Aleksandr  Hertsen  də  öldürücü  istehza  ilə  bu  böyük  dövlət  adamını 
"Gələcəyə  Məktub"  əsərində  "Baskak",  "Tatar  baskakı"  adlandırmaqla  onun  çox 
asan  sezilən  türk  mənĢəyinə  iĢarə  vururdu.  Həyatda  da  belə  idi:  Onu  gözü 
götürməyən  yüksək  saray  əyanları  Arakçeyevin  qeyri-rus  mənĢəyinə  tez-tez 
toxunurdular. 
Xasiyyətindəki  zalımlıq,  despotizm  onun  yaratdıqlarını,  min  cəfa  ilə 
qoruduqlarını, dövlətə xidmətini, hətta onun xeyirxahlığını belə kölgədə qoyurdu. 
Onun  əməyi  sayəsində  kəndlilər  bir  çox  güzəĢtlərlə  kreditlərə  malik  idi. 
Ətrafda  olan  kəndlilərə  nisbətən,  özbrinin  maddi  vəziyyətinə  görə  qat-qat  yaxĢı 
dolanmalarına  rəğmən,  Arakçeyevin  zülmündən  cana  doymuĢdular,  rifah 
hallarındakı  üstünlüklərə  baxmayaraq  onun  kəndliləri  özlərini  bədbəxt  sanırdılar. 
Arakçeyevin  övladı  yox  idi;  bütün  var-dövlətini  hələ  sağlığında  Novqorod  Kadet 
korpusuna  vəsiyyət  etmiĢdi.  Varlı  sarayını  onlara  əsgər  qıĢlası  kimi  hədiyyə 
vermiĢdi.  Korpus  Arakçeyevin  adını  və  gerbini  daĢıyırdı.  Bütün  bunlar  hər  Ģeyi 
təməlindən uçurub dağıdan sovet quruluĢuna qədər davam etməkdə idi. 
 
ADMİRAL KOLÇAK 
 
Kolçak 
Aleksandr 
Vasilyeviç 
(4.11.1874-7.2.1920). 
Admiral, 
rus 
əksinqilabının  rəhbərlərindən  biri.  Rus-Yapon  və  I  Dünya  müharibəsi  iĢtirakçısı. 
Sovet  hakimiyyətinə  qarĢı  vuruĢmuĢ,  1918-ci  ildən  Sibir 
hökumətinə  baĢçılıq  etmiĢdir.  1920-ci  ilin  yanvarında  həbs 
edilmiĢ,  Sovet  hökuməti  tərəfindən  güllələnmiĢdi  (Böyük  Sovet 
Ensiklopediyası, XII cild, s.477 (rus dilində)). 
"O,  məhəbbət  və  elm  üçün  doğulmuĢdu,  lakin  tale  onun 
umuzlarına  talan  olmuĢ  vətən  naminə  hərbi  diktatura 
hakimiyyətinin ağırlığını və məsuliyyətini yüklədi",  - deyə onun 
vəfalı  rəfiqəsi,  sədaqətli  dost  olan  Anna  Timirova  çox  sonralar, 
ixtiyar çağlarında yada salırdı. 
Anna  Timirova  özü  1893-cü  ildə  əski  çərkəz  yurdu  Kislovodskda  anadan 
olmuĢdu. 1975-ci ilin yanvarında öz əcəli ilə ölmüĢdü. MəĢəqqət və əzabla dolu bir 
ömür yaĢamıĢdı. Admiral Kolçak həbs olunarkən könüllü olaraq onunla həbsxanaya 
girmiĢ, həmin gündən, yəni 1920-ci ilin yanvarından ta 1960-cı ilin mart ayına kimi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə