Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   14   15   16   17   18   19   20   21   ...   56

37 
 
Kantemir  rəsmən  I  Pyotrun  ġərq  məsələləri  üzrə  müĢaviri  idi.  Rusiyaya 
yerləĢən  kimi  çarın  əllərindən  var-dövlətlə  birlikdə  (bəxĢ  olan  bu  torpaqlar  ana 
vətənindən - Moldaviya ərazilərindən böyük idi) knyaz titulu da aldı. 
Pyotr onu sevirdi və inanırdı. Onların "dostluğ"u çoxdan baĢlanmıĢdı... 
Kantemir moldav hakimi Konstantin Kan Temirin (1627-1693) oğlu idi. 22 il 
Ġstanbulda  yaĢamıĢdı.  Burada  diplomatik  missiyanı  yerinə  yetirirdi.  Bu  zaman 
ərzində  türk  dilini  gözəlcə  öyrənmiĢ,  bu  xalqın  mədəniyyətinə,  ədəbiyyatına  və 
tarixinə bələd olmuĢdu. 
Öz  zəmanəsinin  yaxĢı  təhsil  görmüĢ  bir  adamı  idi.  Ġstanbulda,  həm  də 
"Patriarx  məktəbi"ndə  təhsil  almıĢdı.  Bu  məktəb  əski  Vizantiya  ənənələrini  hifz 
etmiĢ  məktəb-təhsil  ocağı  idi.  Beləliklə,  türk  dilini  bilən,  ərəb  və  fars  dillərinə  də 
aĢina olan Kantemir həm də yunan-latın təlimi almıĢdı. 
Onun  xarüqə  keyfiyyətlərini  nəzərdə  tutan  V.Belinski  Kantemiri  "Rus 
yazıçılarının  portret  qalareyası"  əsərində  hərtərəfli  adam  kimi  xarakterizə  edir: 
"Knyaz Kantemir alim bir Ģəxs idi... Berlin akademiyasının üzvü idi, türkcə, farsca, 
yunanca, latınca, italyanca, rusca, moldavca danıĢır, fransız dilini əməlli-baĢlı bilir, 
özündən  sonra  latın,  yunan,  moldav  və  rus  dillərində  bir  çox  əsərlər  qoyub 
getmiĢdir". 
Dmitri Kantemir qədim tatar xanı sülaləsindən çıxmıĢdı. Onun familiyası kan 
(xan) Temir (temir, timir, dəmir) buna sübutdur (3, s.250-251). A.N.Kononov onun 
Əmir Teymurun (Teymurləngin) nəslindən olduğunu irəli sürür (22, s.28). 
Kantemir  (1673-1723)  Ġstanbulda  yaĢayarkən  artıq  gizli  casuslar  vasitəsilə 
Pyotrla  əlaqəyə  girir.  Pyotr  Osmanlı  imperiasına  daxil  olan  xristian  xalqlarının 
xilaskarı  rolunu  boynuna  çəkərək,  Balkan  xalqlarının  xristian  və  slavyan  hisslərini 
coĢduraraq  onları  özü  üçün  alət  etməkdə  idi.  Beləliklə,  1710-cu  ildə  sultan 
tərəfindən Moldav taxtına əyləĢdirilən Kantemir bu tacı bircə il daĢıya bildi. Türkiyə 
ilə savaĢa baĢlayan I Pyotr Kantemirə böyük ümid bəsləyirdi; Kantemir ona əsgəri 
güc də vəd etmiĢdi. O, lazımi anda arxadan qoĢunu ilə qalxıb Pyotra qoĢulmalı idi. 
Lakin  gözlədikləri  kimi  olmur.  Purut  çayı  (əsil  adı:  Burat)  üstündə  Rus 
qoĢunları  biabırcasına  məğlub  olur,  deyirlər  Pyotr  özü  də  bu  döyüĢdə  türklərə  əsir 
düĢür. Çar Pyotr bu barədə sonralar etiraf etməkdən usanmırdı: "Prut xəcalətimi mən 
ölüm  yatağında  belə  unutmayacağam".  Rus  tarixində  bu  döyüĢ  "Prut  bədbəxtliyi" 
adlandırılır (19, s. 171). 
Odur  ki,  məğlubiyyətdən  sonra  öz  ölkəsində  qala  bilməyən  Kantemir  4 
minlik qoĢunu, arvadı, altı uĢağı ilə Rusiyaya keçir. Geriyə yolu bağlanan Xan Purut 
sülhü  bağlanandan  sonra  həmiĢəlik  Rusiyada  yerləĢir.  Əvvəl  ailə  Xarkovda 
məskunlaĢır  və  Ukraynada,  Kurskdakı  malikanələrində  yaĢayır.  1713-cu  ildə  isə 
knyaz  ailəsi  ilə  Moskvaya  köçür.  Sülh  bağlanarkən  türk  tərəfi  məğlub  olan 
Rusiyadan xain çıxan moldav hakimi Xan Temiri də geri istəyirlər. 
Çar  Pyotr  diplomatik  iĢlərini  həvalə  etdiyi  vəkili  ġapirova  bununla  bağlı 
yazdığı  məktubunda  göstəriĢ  verirdi:  "Mən  knyazı  onlara  verə  bilmərəm.  O,  mənə 


38 
 
sevgisi üzündən var-dövlətindən, mal-mülkündən keçdi. Verdiyim sözü geri götürə 
bilmərəm.  Mən  indi  vicdandan  baĢqa  heç  nəyə  sahib  deyiləm...  Əgər  onu  geri 
versəm, onda bu mənimçün padĢah olmaq Ģərəfindən məhrum olmaq deməkdir" (19, 
171).  1719-cu  ildə  çarın  dəvəti  ilə  paytaxta  -  Peterburqa  köçür.  Dmitri  Kantemir 
Rusiyanın dövlət iĢlərinə cəlb edilir. 
Pyotr Kantemirin xidmətlərini layiqincə qiymətləndirdi; onu Senata üzv təyin 
etdi, Moskvada və Peterburqda ev bağıĢladı, Kursk yaxınlığında malikanələr verdi, 
ildə 60 min manatlıq təqaüd təyin etdi. 
Pyotr  ona  da,  oğullarına  da  yaĢayıb  fəaliyyət  göstərmələri  üçün  həqiqətən 
padĢah  inayəti  göstərirdi.  ġübhəsiz,  çar  yalnız  Rusiyanın  yaxın  ġərqdə  maraqları 
xatirinə Türkiyə və Ġslam tarixini öyrənən Kantemirə fikir verirdi. Tarixçi Kantemir 
bütün əsərlərini Rusiyada yaratdı. Kantemirin "Moldaviyanın tarixi, coğrafi və siyasi 
təsviri"  əsəri  öz  tarixi  və  etnoqrafik  qiymətinə  görə  bu  gün  də  eyni  dəyəri 
saxlamaqdadır. 
1716-cı  ilin  sonlarına  doğru  Kantemir  "Osmanlı  xanədanının  yüksəliĢi  və 
süqutu"  əsərini  tamamladı.  Bu  kitab  Osmanlı  imperiyasının  siyasi  və  hərbi 
vəziyyətinə  dair  ilk  sistematik  əsər  idi  və  dərhal  ingilis,  alman,  fransız  dillərinə 
tərcümə edildi. 
Aradan  az  keçməmiĢ,  1720-ci  ildə  daha  bir  mükəmməl  əsər  ortada  idi.  Bu 
yeni kitab "Türk imperiyasının vəziyyəti və dini sistemi" adlanırdı. 
Dmitri  Kantemirin  ailəsində  uĢaqlarının  müəllimi  Ġvan  Yuryeviç  Ġlinski 
yaĢayırdı. Bu kitabı rus dilinə o tərcümə etmiĢdi. Ġlinski daha sonra Kantemirin Ģəxsi 
katibi iĢləmiĢdi. Lakin Ġlinskinin əsl Ģöhrəti qabaqda idi.Onun adı Seçenev, Radlov 
kimi simalarla bir çəkiləcəkdi. Rus imperiyasına daxil edilən istila torpaqlarının yerli 
türk əhalisini xristianlaĢdırmaqda çarizmin dəstəyi olan missionerlər kimi... 
Kitab ən çox "Məhəmməd dininin hazırki vəziyyəti" adı ilə yayılırdı. 
Pytorla  Azərbaycandan  geri  dönən  Kantemir  yolda  ikən  1723-cü  ilin 
avqustunda vəfat edir. 
Kantemirlə  I  Pyotr  arasında  bir  vicdan  əhdləĢməsi  var  idi;  nə  zaman 
Moldaviya Rusiyaya keçəcəksə onun hakimi Kantemirlərdən olmalı idi. Odur ki, bu 
ümid  bu  ailədə  hələ  uzun  illər  yaĢamaqda  davam  edəcəkdi.  Buna  görə  də,  ata 
Kantemirdən  sonra  onun  oğulları  bu  ideyanın  bəhrəsini  səbrlə  gözləməkdə  idilər. 
Pyotrun  ölümündən  çox-çox  illər  sonra,  Pyotrun  qardaĢı  qızı  Anna  Ġvanovnanın 
vaxtında  baĢ  verən  Rus-Türk  müharibəsinin  (1736-1739)  nəticələri  Kantemir 
oğullarını bərk maraqlandırdığından satirik Ģair olan Antiox Kantemir "Ġmperatriça 
Annaya doğum günü münasibətilə" mədhiyyəsini yazdı. Çünki Antiox Kantemir öz 
atası  ilə  Pyotrun  əhdini  bilirdi;  bu  səbəbdən  müharibənin  nəticəsinə  öz  ailə 
müqəddəratı  kimi  yanaĢırdı.  Antiox  Kantemir  öz  Ģerini  "qələbə  nəğməsi"  sanırdı. 
Annaya üç mədhiyyə yazmıĢ, birini hətta "Ġmperatriça Annaya onun varvarlara qarĢı 
qələbəsi münasibətilə" adlandırmıĢdı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə