Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   22   23   24   25   26   27   28   29   ...   56

55 
 
Kuprinin ġərqə, türk həyatına bəslədiyi sonsuz maraq yaradıcılıq xəttinə də 
təsir edib keçə bilirdi. Bu maraq və aludəlik onun Ģərq ruhu hakim olan "Sulamif", 
"Süleyman  peyğəmbərin  ulduzları",  "Qismət"  (əsli  "Kismet"),  "Kırım",  "Məcid", 
"Nargilə  qolbağ",  "Ġstintaq",  "Gecə  növbəsi"  əsərlərində  uğurlu  türk  obrazları 
yaratmasına kömək etmiĢdir. Eləcə də "Təkbətək" əsərində yaratdığı Bek-Ağamalov 
surəti  Ģərq  xarakterli-doğrucul,  ləyaqətli  bir  obraz  olaraq  hər  biri  ayrıca  bitkin 
psixoloji məzmun saxlayan insanlardır. Kuprin təĢəxxüslü Bek-Ağamalov simasında 
uğurla Qafqazlı zabit obrazı yaratmıĢdı. 
Həm  də  surətlərlə  bərabər,  estetikliyi,  öz  ibtidailiyi  ilə  ilahi  gözəllik 
yaradan  adətlər,  mərasimlər  təsvir  edir.  Türk  həyat  tərzini  Kuprin  qeyri-adi 
dəqiqliklə, yaddaqalan, eləcə də parlaq boyalarla nəqĢ edir. "Nargilə bilərzik" kimi 
məĢhur  əsərindəki  qız  -  bu  Ģərqli,  çəkik  tatar  gözlü  qız,  hətta  öz  kübar,  ağayana 
görünüĢlü bacısından da daha güclü marağa və sevgilərə səbəb olur. 
Kuprinin  istifadə  etdiyi  Ģərq  sözləri  onun  əsərlərinə  ətir,  diri  ruh  gətirir, 
hadisələrə  və  təsvirə  parlaq,  xariqə  rənglər,  boyalar  əlavə  edir.  Yazıçı  "Ġstintaq" 
əsərində  böyük  məhəbbətlə  bədbəxt  türk  obrazı  yaratmıĢdı;  burada  məhkumun  və 
müstəntiqin tərsliyinin və inadının buzunu ikincinin birinciyə onun ana dilindən tez 
tapıb iĢlətdiyi doğma və əziz olan "Allah" və "ana" sözləri qırıb əridə bilir. Əsgər rus 
silistini,  cəzanı,  kazarma  məhkumluğunu  unudur;  mərhəmətə  və  ədalətə  ümid 
bağlayır.  Bu  əziz  kəlmələrin  eĢqinə  Kuprin  hekayədə  ustalıqla  psixoloji  situasiya 
yaradır. Ġstintaqı aparan zabit (Kozlovski) özü istəməsə də qələbə çalır. Zabit birinci 
ildir ki,  elə  türk əsgərin özü kimi qulluğa  baĢlamıĢdı.  Əslində  o, vicdanlı adamdır, 
amma  iĢin  sonunu  fikirləĢmədən  cidd-cəhdlə  psixoloji  istintaq  aparır.  Əsgərlə 
ümumi  dil  tapmaq  naminə  hətta  rus  dilində  danıĢmasına  baxmayaraq,  cümlələrin 
qrammatik  quruluĢunu  türk  dilinə  uyğunlaĢdırmağa  çalıĢır.  Müstəntiq  zabit  öz 
peĢəsinə  aludəliklə  elə  uzağa  gedir  ki,  tatar  əsgərin  yadına  "ana"nı,  "Allah"ı  salır. 
Beləliklə, rus dilində zorla danıĢan tatar əsgər bu yad mühitə "ana" kəlməsi ilə onun 
min verstlərlə  uzaqda  qoyub  gəldiyi  isti,  mehriban varlığın adını eĢitməklə  "təslim 
olur";  oğurluq  etməkdə  günahlandırılan  bədbəxt  tatar  indiyədək  sussa  da,  zabitin 
təsadüfən tapıb iĢlətdiyi doğma "ana" sözü onu hipnoz edir, "dilini açır" və nəhayət, 
onu məhv edir. O beləliklə bəlkə də etmədiyi oğurluğu və onun cəzasını bu Ģirin və 
qərib  kəlmənin  təsiri  altında  çiyinlərinə  götürür  və  o,  ağır  cəzaya  məhkum  edilir. 
"Ana"  sözündən  axan  nur  və  Ģəfqət  müstəntiqin  də  gözlərini  açır,  o  da  etdiyi 
qəbahəti  anlayır,  tatar  əsgərin  doğma  dilində  "ana"  kəlməsini  iĢlədib,  onu  bədbəxt 
etməsinə təəssüflənir. 
Balaca  adamların,  həyatın  mağmın  qoyduğu  adamların  təsviri  Kuprin 
qələmi ilə çox uğurlu aparılır. Kuprin belə adamlara qarĢı həssasdır, sanki öz bəlalı 
taleyini  nəql  edir.  Həqiqətən  öz  dediyi  kimi,  Ģöhrət,  pul,  ad-san  onu  tapanacan 
sərgərdanlıq  etmiĢdi:  çilingər,  çapçı,  əkinçi  iĢləmiĢ,  tütün  satmıĢ,  Azovda  sirkdə 
çalıĢmıĢ, aktyor olmuĢdu. 


56 
 
Onun-bunun  yanında,  dost-tanıĢın  evində  qabırğa  qonaq  kimi  günlərini 
keçirən Kuprin birdən-birə varlı bir qızla üzləĢir. 
Qızın  da  qəribə  taleyi  vardı,  qanunsuz  doğulmuĢdu.  Anası  onu  aparıb 
qundaqda  varlı,  lakin  Allah  adamı  olan  Marya  Davıdovanın  qapısına  qoymuĢdu. 
Davıdova  yaĢlı,  varlı  qadın  idi,  "Mir  bojiy"  jurnalını  çıxarırdı,  özünün  də  uĢaqları 
var  idi.  Lakin  bu  tapdıq  qızı  övladlığa  götürəndən  sonra  öz  uĢaqları  bir-birinin 
ardınca tələf olur, götürülmə qızın ayağı düĢmür sanki bu evə. Sonda bütün uĢaqlar 
öldüyünə görə yeganə varis bu qız olur. Bu qız olduqca Ģən, qayğısız bir qız idi. Onu 
hələ də "Musya" çağırırdılar. Hər kəs onun kimi Ģaqqıldayıb gülə bilmirdi. 1902-ci 
ildə  evlənirlər.  Onun  ayağı  yazıçıya  düĢür.  Kuprin  varlanır.  Özü  də  necə? 
Təkəbbürlü  bir  ağaya  çevrilir  və  onsuz  da  kiçik  kiĢmiĢi  tatar  gözlərini  qıyaraq 
təĢəxxüs satır. 
Yazıçı Belozerskaya-Bulqakova da həmin günləri xatırlayaraq yazırdı: Mən 
Kuprinə,  onun  sevimli  üzünə  yaĢlı  tatarlara  məxsus  sevimli  çöhrəsinə  acgözlüklə 
tamaĢa edirdim. 
Kuprin elə  özü də  addımbaĢı acı olduğundan çoxlarının  yan ötdüyü tarixi 
həqiqətə iĢarə edirdi: "Burada hər bir rusun damarlarında  axan köçəri monqol qanı 
özünü göstərmirmi?" 
Dostu  Ġvan  Bunin  onun  yaradıcılığına  sonsuz  rəğbətini  və  eyni  zamanda 
həsədini  elə  də  məharətlə  gizlədə  bilməyərək  ona  həsr  etdiyi  "Kuprin"  yazısında 
göstərirdi: "Onda  xariqüladə  keyfiyyətlər, qeyri-adi dərəcədə  özünü göstərən,  nəyə 
desən dəyən cazibə və nə qədər də tatar xasiyyətləri var idi?! Anası tatar familiyalı 
knyaginya idi, həmiĢə də görürdüm ki, Aleksandr Ġvanoviç özünün tatar qanı ilə çox 
öyünür. ġöhrətin zirvəsində olduğu vaxtlar, yadımdadır ki, rəngli tübeteyka geyir və 
qonaqlıqda, eləcə də restoranda elə ağayana otururdu ki, elə bil əsil xan idi. Qəzet-
jurnal naĢirləri onun dalınca qaçıĢırdılar və yazıq-yazıq yalvarırdılar ki, min-iki min 
avans götürsün, yalnız söz versin ki, onları unutmayacaq. O isə ətli, yastı üzlü, ağır 
adam, astaca türkcə fısıldayırdı: - Qet"... (6, s.252-253). 
Elə dostu Buninlə küsüĢməyi də bu həssas nöqtədən baĢlayır, birinci arvadı 
Kuprina  -  Ġordanskaya  xatırlayır:  Kuprinin  ana  tərəfdən  tatar  xanı  nəslindən 
olmasını,  dönə-dönə  eĢidən  yazıçı  Bunin  daha  dözə  bilmədi.  -  Bəli,  Aleksandr 
Ġvanoviç,  yalnız  anası  tərəfdən  zadəgandır,  -  dedikdə  Kuprin  bərk  tutuldu  və 
masanın üstündəki gümüĢ çay qaĢığını götürüb, dinməzcə onu sıxdı, əzib yumruladı, 
onu otağın bir küncünə tulladı (23, c.233). 
Aleksandr  Kuprin  yaddaĢlarda  və  həm  də  torpağın  köksündə  möhür  kimi 
qalan bu izlər haqqında 29 dekabr 1901-ci il tarixli məktubunda A.P.Çexova yazırdı: 
"Yaltadan getdikdə mən Ryazan quberniyası meĢələrinə düĢdüm. Orada heyrətamiz 
adlarından  tatar,  hətta  poloves  qədimliyi  ətri  gələn  yerlərdə  torpaqölçən  iĢlədim". 
Eyni  hörmət  və  məhəbbətlə  əski  Qara  Dəniz  boylarının  türk  tarixinə  iĢarə  ilə:  - 
Bizim sanatoriya çiçəkləmiĢ armud, alma, badam və ərik ağaclarının ağ dalğalarında 
itib  batmıĢdır.  Deyirlər,  bu  torpaqların  keçmiĢ  sakinləri  çərkəzlərin  dilində  bu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə