Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   23   24   25   26   27   28   29   30   ...   56

57 
 
cazibədar sahil kəndinin adı - Ağ gəlin" olmuĢdur. Necə əziz, necə dəqiq addır! Belə 
ki, bu addan padĢah Süleymanın "Nəğmələr nəğməsi"ndən birbaĢa axıb süzülən ġərq 
poeziyasının koloritli dilinin ətri gəlir, - deyə Kuprin yazırdı. 
Kuprinin  ilk  evliliyi  uzun  çəkmir.  Çox  keçmir  ki,  o,  evdə  arvadının 
köməkçisi iĢləyən yeniyetmə alman qızına vurulur. Qızın isə bu div enerjili və həyat 
qədər  maraqlı  kiĢidən  ötrü  ürəyi  gedirdi.  Bu  alman  qızı  yazıçı  Mamin-Sibiryakın 
baldızı  idi.  Kuprinin  evinə  dayə  kimi  xidmətə  götürülmüĢdü.  Gizli,  həm  də  göz 
qabağında olan "oyunlar"ın üstü açılır, aĢkar olur. Nəhayət, 1907-ci ildə Kuprin bu 
qızla  nigah  bağlayır.  Əvvəlki  əhli-kef  qadınından  fərqli  olaraq  bu  xanım  ömrünün 
sonunadək  bir  mehriban  dayə  kimi  daim  Kuprinin  nazıyla  oynayır,  ona  əsil  qadın 
olur. 
...Kuprin  oktyabr  inqilabından  qorxuya  düĢüb,  1919-cu  ildə  xaricə  qaçdı. 
Fransada  yaĢadı.  Lakin  evdən  ötrü  bərk  xiffət  edirdi.  Nisgil  və  qübar  içində  18  il 
yaĢadığı  bu  qübar  onu  geriyə  dönməyə  məcbur  etdi.  Geri  dönmə  cəsarətinin  ona 
baha  baĢa  gələcəyi  ehtimalını  da  duyurdu.  Amma  sağlam  canını  itirmiĢdi  artıq. 
Beyninə  qan  sızmıĢdı.  Daha  itiriləcəyindən  qorxduğu  baĢı  da  qalmamıĢdı.  O  öz 
evinin içində ölmək istəyirdi. XahiĢi dərhal qəbul  olundu. Onu Moskvada təntənəli 
qəbul  etdilər.  Lakin  nə  danıĢmağa  dili,  nə  də  fikirləĢməyə  beyni  var  idi.  Amma 
ölməyə Vətən yaxĢı, - deyiblər. Ürək bu sevgiylə çırpınırdı. 
1937-ci  ilin  mayında  Rusiyaya  dönən  yazıçı  1938-ci  ilin  avqustunda  bu 
dünyaya gözlərini yumdu. 
 
JUKOVSKİ - ONUN ÖZ SOYADI DEYİLDİ 
 
Əgər Jukovski həqiqi familiyasına malik olub, onu daĢısaydı, o zaman rus 
ədəbiyyatı tarixində Bunin adlı üç nəhəng olacaq idi. 
Nobel  mükafatçısı  öz  qələmilə  ətirli  və  əlvan 
mənzərələr,  fövqəladə  Ģərqi  obrazlar  ustası  kimi  məĢhur  olan 
yazıçı Bunin hər zaman qürurla nəslindən danıĢır; bu qürurun 
mənbəyi olaraq özü ilə bərabər Jukovskini və bibisi Ģair Anna 
Buninanı nəzərdə tuturdu. 
Böyük rus Ģairi Jukovski Vasili Andreyeviç 1783-cü 
ilin yanvarında Tula quberniyasının MiĢensk kəndində anadan 
olmuĢdu.  Bu  diyar  sinəsində  özünün  pozulub  itməyən  əsil 
niĢanələrini - Bulqar çarlığının, ardınca möhtəĢəm Qızıl Orda 
epoxasının  əlamətlərini  saxlamaqda  idi.  "Tula  -  Tolu  Orda  imperiyasının 
Ģəhərlərindən  olmuĢ"  -  bu  adın  qədim  türk,  tatar  Ģəxs  və  ya  yer  adları  içərisində 
bolluğunu  nəzərə  alan  Karamzin  Tula  Ģəhərinin  adını  tatar  əsilzadəsi  adı,  xan 
ailəsinə  mənsub  olan  tarixi  Ģəxsiyyət  adı  ilə  bağlayır.  Həqiqətən  də  Tuladan  Rus 
Ģəhəri  kimi  danıĢanda  onu  müəyyən  tarixi  dövrlə  çərçivələmək  lazımdır.  Belə  ki, 
həqiqətən hələ XVI əsrdə Tula Ģəhəri (torpaqları) Moskva-Rus knyazlığına yeni-yeni 
daxil olmaqda idi. ġairin doğulduğu MiĢen(sk) kəndi adı da rus dilində olan saysız-


58 
 
hesabsız  türk  sözlərindən  olan  miĢen  “niĢan,  əlamət,  hədəf”  sözü  ilə  bağlıdır.  Bu 
kəndin  də,  digər  kəndlər  kimi  sahibi  Ģairin  həqiqi  atası  çox  varlı  mülkədar  olan 
Afanasi  Ġvanoviç  Bunin  idi.  Onun  Tula,  Oryol  və  Kaluqa  quberniyalarında  çoxlu 
mülkü var idi. 
Buninlər  hələ  monqol-tatarların  gəliĢinə  qədər  Rusa  qaynayıb  qarıĢan 
Bulqar türklərindən idilər. 
ġairin anası isə qəmli taleyinə oğlunun ağlamalı Ģerlər həsr etdiyi əsir türk 
qızı  Salihə  idi.  Salihə  öz  bacısı  Fatimə  ilə  birgə  1770-ci  ildə  ruslar  Bəndəri  iĢğal 
edərkən əsir düĢmüĢdü. 
Bu gün müasir Moldovanın liman Ģəhəri olan Benderdən vaxtilə bu qədim 
Osmanlı  Ģəhərində  iki  dəfə  olmuĢ  Övliya  Çələbi  "aman  yeri  Bəndərabad"  deyə 
"Səyahətnamə"sində  ondan  güclü  qala  kimi  bəhs  edirdi:  "Turla  (Dnestr  çayının 
qədim  türk  adı)  nəhri  kənarında  qayalar  üstündə  tikilmiĢ  bu  gözəl  qalanın  hər  bir 
daĢı fil gövdəsi boyda sərt daĢlardır. MemarbaĢı Sinan ağa bu qalanı tikərkən bütün 
məharətini göstərmiĢdir". 
Qala  1770-ci  ildə  Rus-Türk  müharibəsində  iĢğal  olunsa  da  ruslar  çox  ağır 
itkilər verir. Bu itki də onların qələbə sevinclərinə ağır kölgə salırdı. Odur ki, Ģəhərə 
girərkən  dəhĢətli  intiqam  aldılar.  Heç  kimə  rəhm  etmədilər,  əllərinə  kim  keçdi, 
qılıncın ağzına verdilər. 
Bəndəri  tutarkən  ordusunun  çox  tələfat  verdiyini  eĢidən  II  Yekaterina 
general Paninə: "Bu qədər qurbanlar bahasına bu qalanı almaqdansa, almasanız daha 
yaxĢı  olardı"  -  deyə  generalın  tərsliyinə  və  bihudə  qaniçənliyinə  narazılığını  ifadə 
etmiĢdi. Yandırılıb külə verilən və əhalisi qılıncdan keçirilən bu Ģəhərdə bu kiçicik 
qızların  sağ  qalması  bir  möcüzə  idi.  Oryollu  mülkədar  rus  zabiti  Afanasi  Bunin 
təzəcə  pardaqlanan  gül  kimi  incə  və  təravətli  bu  qızı  atının  tərkində  düz  evinə 
müharibə qəniməti, əziz töhfə kimi gətirmiĢdi. 
Türk qızı doğma Turla çayından (indiki adı Dnestr) Oka çayı sahillərinədək 
olan  bu  yolu  ümidlə  nicat  gözlədi.  Oğrun-oğrun  baxan  gözləri  arxadan  bir  çapar, 
xilas gözləyirdi, heç kimsə yox idi... Rus-türk müharibələrinin alovlandığı XVIII əsr 
boyunca  belə  tarixçələr  adi  hal  idi.  Yazıçı  Sergey  Aksakovun  arvadının  anası 
Gülsüm  (rus  cəmiyyətində:  Ġqelsum)  12  yaĢında  Oçak  kalanın  (müasir  Oçakov) 
mühasirəsi  zamanı  əsir  düĢmüĢdü.  MəĢhur  Aksakov  qardaĢlarının  nənəsi  türk  qızı 
imiĢ!... 
Rus Ģairi Vasili Kapnistin anası Kırımda əsir tutulan Səlimə adlı türk qızı 
idi. MəĢhur arlist ġepkinin arvadı paĢa qızı Aliyə iki yaĢında əsir düĢmüĢdü. 1791-ci 
ildə, Anapa baĢdan-baĢa od tutub yananda. 
Göz yaĢları içində sevgi doğulurdu. Bu yaĢla dolu gözlər onlara mərhəmət 
və  Ģəfqətlə  baxan  gözlərə  biganə  qala  bilmirdi.  Nə  qədər  ki,  Afanasi  Buninin  canı 
sağ idi, malikanənin əlavə, ayrıca hissəsində - fligeldə Salihə ilə yaĢayırdı. Tezliklə 
onu  xaçladılar;  yeni  adı  Yelizaveta  Turçaninova  oldu  (Turçaninova  "türk  qızı" 
deməkdir).  Oğlu  olanadək  Salihənin  üç  qızı  olmuĢdusa  da  körpələr  çox 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə