Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   21   22   23   24   25   26   27   28   ...   56

52 
 
Yevpatoriya  rayonunda  Mamay  kəndləri  olmuĢdur.  (Ġndiki  adları  Jeltokamenka, 
Tunnelnoe, Verxneye...). 
Mamay  (mama)  sözünün  mənasının  əski  inamlarımızla  bağlı  olması 
Ģübhəsizdir.  Qohumluq  termini  "mama"  bu  məna  izlərini  saxlamaqdadır.  Bu  ada 
geniĢ türk adları xəritəsində tez-tez rast gəlinməsi də onunla bağlıdır. 
Məsələn,  Mamay  Kutan  kəndi  (Dağıstan,  Qayakənd  rayonu),  Mama  çayı 
(Ġrkutsk vilayətində (Rusiya) çay, Mamaykino (Mari MR, Markinsk ray.), MamadıĢ 
Ģəhəri  (Tatarıstan),  Mamay  kəndi  (Qırğızıstan)  Yeni  yol  ray.,  Mamaçan  Tatar 
körfəzində dağ, Mamakay Yurt (Qroznı yax.) kurortu və s. Mamay adı ilə yaranan 
türk yer adlarının bolluğunu göstərir. 
Rus  tarixində  xüsusi  yer  tutan  Mamay  adı  rus  dilinin  qatlarına  keçib 
möhkəmlənmiĢdir. Bu addan ən çox simvollaĢmıĢ Ģəkildə istifadə olunur. 
Mamay adı onun tarixi vuruĢları, qəti hücumu, amansız döyüĢləri    ölüm-
dirim savaĢ Ģəraiti ilə simvollaĢmıĢdır. 
Rus  xalq  atalar  sözü  və  məsəllərdə  bu  ad  qarətçi,  talançı  mənalarında 
istifadə  olunur:  «Пусто,  словно,  Мамай  прошел;  И  Мамай  правды  не  сьел 
(BomboĢdur, sanki Mamay keçib; Heç Mamay da həqiqəti yeyə bilməyib) və s. 
Bu adın rus dilində müxtəlif frazeoloji birləĢmələr tərkibində, eləcə də bir 
çox məcazi məqsədlərlə iĢlədilməsi Mamay xan adının belə kənar dil mühitində tam 
və bütöv mövqeyə malik olduğunu göstərir. 
ġübhəsiz, bu mövqe Mamay xanın rus xalqının tarixində geniĢ və həlledici 
yer tutduğunu sübut edir. 
Digər  Qızıl  Orda  xanları  kimi  birbaĢa  Çingiz  xanın  nəslindən  olmasa  da, 
ağlı  və  fərasəti  sayəsində  Qızıl  Ordanı  görünməmiĢ  yüksəliĢə  qaldırdı.  Lev 
Qumilyev  Mamay  xanı  cəsur  sərkərdə,  bacarıqlı  təĢkilatçı,  mahir  siyasətçi  kimi 
xarakterizə edir. 
Mamay xan rus tarixinə Ġvan Qroznını verdi. Ġvan Qroznı ġərq hökmdarları 
sayağı  öz  övladlarını  qətl  etməklə  səltənətini  də  puç  etdi.  Rus  tarixində  daim 
damarında  türk  qanı  axan  bu  sülaləyə  bununla  son  qoyuldu.  Hakimiyyət  baĢqa 
sülalənin, əslən Skandinav törəməsi olan Romanovların əlinə keçdi. 
 
 
 


53 
 
KULUNÇAK XANIN NƏVƏSİ - RUS YAZIÇISI KUPRİN 
 ALEKSANDR İVANOVİÇ (1870-1938) 
 
Balaca  Kuprinin  atası  vəbadan  öləndə  gələcək  yazıçının  bir  yaĢı  vardı. 
Vaxtilə  cah-calallı  ailə  yoxsul  vəziyyətə  düĢmüĢdü.  Penza  əyalətində  əlində  qalan 
kiçik əkin sahəsi ilə üç yetimi saxlamaq qeyri-mümkün idi. Odur 
ki, anası 1874-cü ildə onu götürüb pansionata - Dul evinə köçür. 
Daha  əvvəl  isə  iki böyük qızını dövlət hesabına  qapalı  məktəbə 
vermiĢdi.  Ailə  artıq  öz-özünü  saxlaya  bilmirdi.  Get-gedə 
vəziyyətin ağırlaĢdığını görən ana oğlunu Razumovski Yetimlər 
evinə  verir.  Özü  isə  ömrünün  sonunadək  bir  daha  evinə  qayıda 
bilmir. Dul evində yaĢayır. 
Gələcək  yazıçı  məhrumiyyətlər  və  onun  doğurduğu 
xəcalət içində böyüyürdü. Hər tərəfdə kobudluq, rəhimsizlik, qəddarlıq və biganəlik 
hökm sürürdü. 
Hələ  ki,  məhəbbət  adına  heç  nə  yox  idi.  Gələcəkdə  böyük  məhəbbəti, 
qızğın eĢqi tərənnüm edəcək yazıçının bu gün gördüyü hələ ki, yalnız qəddarlıq idi; 
gələcək  yazıçı  yoxsulluğun  qılınc  kimi  kəsib  doğradığı  yaralı  ürək  gəzdirirdi.  12 
yaĢında anası onu hərbi məktəbə düzəldir. Kadet məktəbində oxuyandan öz imkanlı 
yoldaĢlarının  qarĢısında  anasının  evsizliyinə  və  kasıblığına  görə  xəcalət  çəkir, 
sirrini-dərdini heç kimə açmırdı. 
Əslində isə anası Lyubov Kulunçakova (1840-1910) yazıçı üçün ömrü boyu 
tükənməz  qürur  mənbəyi  idi.  O,  qədim  tatar  əsilzadəsi  Kulunçakovların  qızı  idi. 
Knyaz  Kulunçak  Qasım  xanın  əyanlarından  idi  (44,  s.67).  XV  əsrdə  Rusa  pənah 
gətirmiĢ,  pravoslavlığı  qəbul  etmiĢ,  çox  varlı  adam  kimi  Ģöhrət  tapmıĢdı.  Rusların 
içində  Kollontay  Ģəklinə  düĢən  türk  familiyası  da  əslində  kulun+tay  (day,  at) 
sözündən  yaranmıĢdır.  Artıq  XVII  əsrin  II  yarısında  Penza  vilayətinin  Narovçat 
rayonunda  Kuprinin  babası  Knyaz  Klunçakovun  mülk  və  torpaqlara  sahib  olduğu 
görünür.  Ailə  söhbətlərinə  görə  isə  ata-babaları  öz  kefçilliyi  və  qayğısız  həyatı  ilə 
ətrafda  ad  çıxarmıĢdı.  Bu  səbəbdən  də  böyük  sərvət  ildən-ilə  azalıb  gedirdi.  Ġndi 
Penza vilayətindəki qədim Narovçat və ya o zaman deyildiyi kimi, Naruçat XIII-XV 
əsrlərdə  Qızıl  Ordanın  əsas  Ģəhərlərindən  sayılırdı;  Ulus  MukĢa  adlanan  tatar 
xanlığının  mərkəzi  idi.  Bu  ad  Ģəhərin  üzərində  yerləĢdiyi  MukĢa  və  ya  MokĢa 
çayının  adı  ilə  bağlıdır.  Bu  torpaqdakı  tatarlar  da  MokĢa  tatarları  adlanırlar.  1313-
1367-ci  illərdə  Qızıl  Ordanın  sikkələri  burada  kəsilirdi  (Müasir  ruslar  bu  pulu 
özlərinin ilk pulları hesab edirlər. Qızıl pullar türkcə "tenka, denqa", mis pullar "pul, 
pulo" adlanırdı. Tarixçi Karamzinin və baĢqa nüfuzlu tədqiqatçıların göstərdiyi kimi, 
hər  iki  üzü  tatar  yazısı  ilə  yazılırdı).  Bu  zaman  Narovçatın  ən  geniĢ  yayılmıĢ  adı 
MukĢa idi. XV əsrdən Rus dövlətinə daxil edilmiĢdi: Kazan xanlığı iĢğal olunandan 
(1552) sonra mukĢalı tatarların xristianlaĢdırılması xüsusi vüsət alır, tatarları silah və 
ağır vergilər gücünə xristianlaĢdırmağa baĢlayırlar. 


54 
 
Arxeoloji qazıntılar nəticəsində Narovçatda məscid, hamam, kərpic evlərin 
qalıqları, müsəlman məzar-sərdabələri aĢkar olunmuĢdu. 
Kuprin  burada  Penza  quberniyasının  Narovçat  Ģəhərində  1870-ci  ilin  26 
avqustunda məmur ailəsində anadan olmuĢdu. 
Kuprin  anasına  pərəstiĢ  edirdi.  Lakin  onun  yoxsulluğuna  və  baĢqa 
adamların qarĢısında alçalmasına dözə bilmir, alıĢmır, utanır, əzab çəkirdi; heç vaxt 
bu təhqiri unutmurdu. Türk xanının qızı olan ananın isə böyük arzuları var idi; ana 
oğlunun  təminatlı  gələcəyi  üçün  çox  fikir  çəkirdi.  Oğluna  hərbi  məktəbə  daxil 
olması  üçün  göz  yaĢları  içində  yalvarırdı.  Bütün  uĢaqlıq  və  gəncliyinin  bu  ağır 
təəssüratları  "Kadetlər",  "Ġgid  qaçqınlar",  "Yunkerlər",  "Müqəddəs  yalan" 
əsərlərində əks olunmuĢdu. 
Odur ki, ondan haradasa və nə vaxt tərcümeyi-hal tələb etdikdə yarızarafat 
tərzində: "Bütün əsərlərim tərcümeyi-halımdır", - cavabını verirdi. 
Kuprin onu zabit görmək istəyən anasının ümidlərini alt-üst edir. BaĢ ġtab 
Akademiyasına  imtahanlar  ərəfəsində  istefa  verir  və  sərgərdan  həyata  baĢlayır. 
Məqsədi  ədəbiyyatla  ciddi  məĢğul  olmaq  idi.  UĢaqlıq  və  yeniyetməlik  illərinin 
məhrumiyyətləri  və  sıxıntıları  gələcək  yazıçıya  lazım  olan  həyat  materialını 
vermiĢdi. Həmin illərin acı güzəranı, yoxsulluq onda baĢqalarının dərdlərinə diqqət 
və  qayğı,  zəiflərə  acıma,  kimsəsizə,  arxasıza  ülfət,  mərhəmət  hissləri  tərbiyə 
etməkdə idi. 
Uğursuzluqlar isə hələ ki, onu izləməkdə idi. Akademiyaya girə bilməməsi, 
böhtanlar,  iftiralar,  daim  onu  izləyən,  yaxasından  yapıĢan  yoxsulluq  həyatın 
rəzalətlərini  böyüdür,  ədaləti  itirirdi.  Kuprin  özündə  olan  yazıçılıq  istedadının 
anasından  gəldiyini  hər  zaman,  hər  yerdə  inadla  qeyd  edirdi.  Anasından  ona  irsən 
incə, kövrək hisslər, canlı müĢahidələr və emosionallıq (o, bunu "əsil tatar naturası" 
adlandırırdı) gəlmiĢdi. Ana nənəsindən hələ uĢaqkən gözəl əfsanələr, sehrli nağıllar, 
tarixi  əhvalatlar  eĢitmiĢdi.  Bunlar  onun  ġərq  mövzusunda  yazdığı  gələcək  əsərləri 
doğuracaqdı. Sirli-sehrli, nağılvari əsərlər, lakin qüdrətli, müdrik, fəlsəfi əsərləri bu 
uĢaqlıq nağıllarından yaranacaqdı. ġərqə məxsus cəsurluq, fədakarlıq öz növbəsində 
alicənablıq, güclü, nəĢəli məhəbbət, hər yerdə ədalət simasında çıxıĢ edən Allah hər 
Ģeyi eĢidən və görən Allahın xofu olan əsərlər meydana çıxacaqdı. 
Yazıçı A.Kuprinin nə qədər qəribə olsa da ġərq sevgisi, türk ehtirası, türk 
mədəniyyətinə  ehtiramı,  cazibəsi  və  s.  onun  "anam  tatar  knyazı  Kulunçak  xan 
nəslindəndir"  -  harayı  ilə  bir  doğmuĢdur.  Bütün  ömrü  boyu  öz  əslinin  tatar 
xanlarından gəldiyini qürurla qeyd edir, həm də bu soyadının kulunçak, kulun, dayça 
mənasını  da  əlüstü  göstərirdi.  Müasirlərinin  xatirələrinə  görə,  tatar  araqçını  qoyur, 
ümumiyyətlə, ġərqi görkəmdə gəzir, özünün paytaxtda qəribə görünən baĢdan-ayağa 
türk paltarı ilə hər kəsi heyrətləndirirdi. Varlanandan sonra əsil türk ağası kimi ianə, 
sədəqə  verməsi,  türk  sözlərini  danıĢığında  çoxaltması  və  s.  ilə  yanaĢı,  ailə 
məktublarını da "Ġsgəndər" imzalayırdı. Beləliklə, öz Aleksandr xristian adının Ģərq 
variantını təxəllüs kimi iĢlədirdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə