Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   19   20   21   22   23   24   25   26   ...   56

48 
 
əhalinin  qırılıb,  özününsə  Yermolov  tərəfindən  əsir  götürülməsini  nəql  etmiĢdi. 
Yermolovun  yanğınları  və  talanları,  dar  ağacları  Qafqazın  istilasını  sürətləndirirdi. 
PuĢkin  əbəs  yerə  "Qafqaz,  təslim  ol,  Yermolov  gəlir"  deyə  yazmamıĢdı.  Qafqaz 
müsəlmanlarının üsyan mərkəzini yerlə-yeksan etməkdən ötrü 1818-ci ildə mühüm 
hərb  qalası  tikdirir.  Qala  özü  də  adı  kimi  (Bu  Qroznı  qalası  idi)  vahimə,  qorxu 
törətməli idi. 
Az yaĢlı uĢaqlar, müharibənin əvəzsiz qənimətləri dərhal xaçlanır - dünənin 
acarları,  çərkəzləri,  abxazları,  alanlar  (müasir  osetinlər)  və  s.  onlarla  müsəlman 
tayfaları dönüb xristian olurdular. 
Yermolov  da  bu  yaralı  xəstə  uĢağı  monastra  verir.  UĢaq  uzun  müddət  bu 
fərqli  yad  mühitə  alıĢa  bilmir,  hey  qaçmaq  istəyirmiĢ.  Sonralarsa  həmin  rahib 
çəkdiyi möhnətdən uzun sürən bir xəstəliyə düçar olur və vəfat edir. 
Həmin  dövrdə  belə  qəziyyələr  çox  idi.  Məsələn,  rus  rəssamı  P.Z.Zaxarov 
da  uĢaqkən  qırılıb  tərk  olan  bir  çeçen  ailəsindən  ruslara  əsir  düĢmüĢ,  Qafqazın 
hakimi  general  Yermolov  onu  Tiflisə  aparmıĢ,  burada  isə  onu  xristianlığa 
gətirmiĢdilər. Belə əhvalatlar çox idi. M.Y.Lermontov da Qafqazda belə əhvalatları 
eĢitməyə  bilməzdi.  Belə  yandırıcı  təəssüratlar  onu  "Mıtsıri"  poemasını  yazmağa 
ruhlandırmıĢdı. 
Çox  təəssüf  ki,  gənc  ikən  mütaliə  etdiyimiz  bu  əsər  belə  bizim  üçün 
Qafqazın istilası  barədə  olan  həqiqətlərin ortaya çıxarılmasında  köməyə  yetməmiĢ, 
ala-yarımçıq,  baĢlıcası  yalan  məlumatların  zərərli  təəssüratlarını  silib  apara 
bilməmiĢdi. 
...Ay  Bulat-Rozen  Konstantin  Mixayloviç  ömrü  boyu  uĢaqkən  baĢı  çəkən 
ayrılığın  kədərindən  ayrılmadı.  Eyni  zamanda  ana-ata  istəyinin,  mehrinin  əlaməti 
olan öz əsil adından imtina etmədi. 
Ay  Bulat  adı  tatarlar  və  türklər  arasında  sıx-sıx  rast  gəlinən  addır.  Lap 
qədimdən  Volqa  bulqarlarına  məxsus  adlardandır.  Tarixdə  MiĢar-bulqar  üsyançısı 
Ay Bulat olmuĢdur ki, - bulqar və kazak birləĢmiĢ üsyançılarına rəhbərlik etmiĢdir. 
Ay Bulat türk (tatar) sözü olan ay "qəmər, hilal" bulat "əla növ polad" yəni 
ay  kimi  gözəl,  polad  (bulat)  kimi  möhkəm  deməkdir.  Bulat  həm  də  bu  metaldan 
hazırlanan  "qılınc"  mənasında  iĢlədilir.  Ġndi  də  tatarlar,  o  cümlədən  çeçenlər 
arasında ad kimi geniĢ istifadə edilir (3, s.139; 4, s.39). 
...ġair  dünyanın  ən  əziz,  ən  nəvaziĢkar  səslərində  -  ana  pıçıltılarında  onu 
cəmisi  bir  neçə  dəfə  eĢitmiĢdisə  də,  ikicə  il  daĢıdığı  bu  adı  qulaqlarında  əbədi 
saxlamıĢdı.  Ġndi  ona  ana  məhəbbətindən  yeganə  yadigar  qalan  bu  adı  ömürlük 
təxəllüs olaraq daĢıyıb yaĢatmaqdaydı. 
 
 
 
 
 


49 
 
İVAN QROZNI QIZIL ORDA HAKİMİ MAMAY XANIN NƏTİCƏSİDİR 
 
Rus  çarı  III  Vasili  (1479-1533)  övlad  üzünə  həsrət  idi.  Həmin  illərin  Ģair 
təbli salnaməçisi 20 il uĢaqsız həyat keçirən böyük knyaz Vasili haqqında yazırdı ki, 
öz  qızıla  tutulmuĢ  örtülü  arabasında  Ģəhər  ətrafında  gəzməyə 
çıxan  çarın  gözü  ağacdakı  quĢ  yuvasına  sataĢır.  Yuvada 
civildəĢən  ətcəbala  quĢcuğazlara  baxıb  dərdli-dərdli  ağlayır:  - 
QuĢlar  da  məndən  xoĢbəxtdir,  -  deyir.  Nəhayət  taxt-tacında  öz 
varisini  görmək  istəyən  çar  Vasili  gəzintidən  evə  ciddi  niyyətlə 
də  qayıdır:  -  Yenidən  evlənmək.  Salnaməçinin  xüsusi  rəmzlə 
verdiyi  bu  əhvalat  Karamzinin  də  diqqətini  cəlb  etmiĢ,  bu 
əhvalatı  çarın  və  dövlətin  həyatında  dönüĢ  nöqtəsi  kimi 
dəyərləndirmiĢ, "Rus dövlətinin tarixi"nə daxil etmiĢdi. Çarın ilk qadını boyar Ġoan 
Sapurun qızı Solomoniya Saburova idi. Saburovanın Qızıl Orda mirzəsi (mirzə Qızıl 
Ordada yüksək titul idi) ailəsindən çıxmasını bütün tarixçilər, o cümlədən Karamzin 
də təsdiqləmiĢdir (20, t.6, s.56). 
Çar ikinci dəfə evlənərkən bu nigah seçimində iĢtirak edən kübar ailələrin 
qızları  içində  Yelena  Qlinskayaya  üstünlük  verir,  bu  hündür  boy-buxunlu,  xarüqə 
gözəli bəyənir və qərarında qətiyyət  göstərir. Arvadım  - çariça Saburovanı 21 illik 
evlilikdən sonra buraxıb 1526-cı ildə zorla Suzdal-Pokrovski monastrına göndərir. 
Ağıllı və gözəl Yelena Qlinskilər nəslindən idi. Vaxtilə məĢhur olan - həm 
adlı-sanlı,  həm  də  zəngin  ailə  sayılan  Qlinskilər  indi  keçmiĢ  Ģöhrətə  malik  olmasa 
da, Yelena  xarici adətlər əsasında tərbiyə almıĢ, patriarxal  Moskva Ģəhərinin avam 
qızlarından fərqlənirdi. Yüksək təhsil-tərbiyə görən Yelena həm də füsunkar idi. Bu 
isə heç bir mal-dövlətlə ölçülə bilməzdi. Gözəl Yelena çara iki oğul bəxĢ edir: Ġoann 
və Yakov. 
Bir  çox  müəlliflərin,  o  cümlədən,  "Ġvan  Qroznı"  kitabının  müəllifi 
R.Q.Skrınnikovun  göstərdiyi  kimi,  Yelena  Qlinskayanın  ulu  babası  Mamay  xan 
olmuĢdu. 
Qızıl Orda hakimi Mamay xan (...?-1380) türk sərkərdəsi və bahadırı kimi 
tarixdə  çox  geniĢ  Ģöhrət  tapıb.  Tatar  sərkərdəsi  Xıdır  xan  öldükdən  sonra,  Mamay 
hakimiyyət  arzusuna  düĢür.  Xan  nəslindən  olmadığına  baxmayaraq  Qızıl  Orda 
hakimi  Berdi  bəyin  bacısı  ilə  (qeyd:  Berdi  bəy  Cani  bəyin,  Cani  bəy  də  qüdrətli 
Özbək xanım oğludur) evləndikdən sonra dağılmağa üz qoymuĢ bu hakimiyyəti ələ 
keçirmiĢ, bununla çarpıĢma meydanına atılmıĢdı: bu mübarizədə Abdul, Məhəmməd 
Sultan,  Tülübək  və  s.  xanları  yenmiĢdi  (48,  t.36,  s.517).  Qızıl  Orda  dövlətini 
gücləndirmək,  onu  qoruyub  saxlamaq  məqsədilə  böyük  iĢlər  həyata  keçirmiĢdir. 
Mamay  xan  misilsiz  hünərlərə  sahib  olmuĢ,  keçirdiyi  döyüĢlərdə  həmiĢə  qələbə 
qazanmıĢ,  böyük  ad  qoymuĢdur.  Sonuncu  döyüĢü  Kulikova  çölündə  olan  döyüĢ 
(1380)  oldu.  Müharibə  meydanında  məğlub  olub  qaçan  Mamayın  Azov  boyunda 
qarĢısını kəsdilər. Burada tarixən döyüĢ yeri olan Kalka (Kalçık) çayı boyunda onun 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə