Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   20   21   22   23   24   25   26   27   ...   56

50 
 
ToxtamıĢ xanla son döyüĢü oldu. Qıpçaqlara birləĢən ruslar onların böyük yardımı 
ilə Mamayı yendilər. Mamay bu uğursuz döyüĢdən canını zorla qurtarıb Kırıma qaça 
bildi.  Kırım  torpaqlarına  çəkilən  Mamayı  uğursuzluq  burada  da  izləməkdəydi.  Az 
sonra  Kafa  Ģəhərində  (indiki  adı  Feodosiya)  xaincəsinə  öldürüldü.  Əski  Kırım 
Ģəhərində  (indiki  adı  Starıy  Krım)  Mamay  Kurqanı  abidəsi  var.  Deyilənlərə  görə, 
Mamay  xan  burada  dəfn  edilmiĢdir.  Ġndi  açıq  səma  altında  muzeyi  xatırladan  bu 
xaraba  Ģəhər vaxtilə çox abad, gözəl Ģəhər olmuĢdu. ġəhərdə  həmin zamanlara  aid 
Özbək xan məscidi vardır. 
Mamayın  övladları  rus  dövlətçiliyi  iĢində  böyük  xidmətlər  göstərmiĢdi. 
Xristianlığı  qəbul  etdikdən  sonra  onlar  Qlinskilər  kimi  tanınırdılar.  Mamayın 
ölümündən  sonra  övladları  mülk  torpaqları  olan  Dnepr  sahili  torpaqlarına 
yerləĢdilər.  Xristianlığı  ilk  olaraq  Qlinsk  və  Poltava  Ģəhərlərinin  sahibi  olan  oğlu 
Mansur  Kiyat  qəbul  edir.  Mülk  Ģəhəri  olan  Qlinsk  Ģəhərini  adını  familiya  götürür. 
Bu  kübar  ailə  Litva  sarayı,  ardınca  Almaniya  kübar  dairələri  ilə  sıx  əlaqələr 
saxlayıb, təhsili, təlim-tərbiyəni Almaniyada alırdılar. Babaları Mamay xanın Litva 
knyazı  Yagello  ilə  sıx  müttəfiqliyini  yada  salaq.  Yelena  özü  Litva  knyazları 
sarayında  tərbiyə  almıĢdı.  Knyaz  Yagello  ilə  ulu  babasının  müttəfiqliyi  sayəsində 
ailələr arasında siyasi və mənəvi bağlar yüz il ərzində qırılmamıĢdı. 
Mamayın  övladları  xristianlığı  qəbul  etdikdən  sonra  içərilərindən  güclü 
dövlət adamları çıxmıĢdır. Məsələn, XVI əsrin baĢlanğıcında  Ġvan Lvoviç  Kırımda 
elçi olmuĢ, Kiyevin voyevodası Mixail Qlinski də III Vasiliyə yaxın adam sayılırdı 
(44, s.48-49). 
Yelena  Mixail  Qlinskinin  qardaĢı  qızı  idi,  atası  öldüyündən  əmisi  evində 
tərbiyə almıĢdı. 
Hətta  gələcəkdə  bu  nəsildən  çıxan  knyaz,  voyevoda  Qlinski  Mixail 
Vasilyeviç (...?-1559) Kazan yürüĢünün iĢtirakçısı və öz bibioğlusu Ġvan Qroznının 
ən sadiq adamı kimi yenicə fəth olunmuĢ Kazanın ilk baĢ voyevodası (1552-1555) 
olacaqdır.  Dünənki  türklüyünə  yaraĢmayacaq  Ģəkildə  yerli  müsəlman  zadəganların 
kütləvi qırğınlarına rəhbərlik edəcəkdi. Əsli Qızıl Orda xanından olan knyaz Qlinski 
öz  qarət  və  qırğınları  ilə  yerli  əhalini  Kazandan,  eləcə  də  böyük  yollar  və  çaylar 
üstündəki Ģəhərlərdən qovub çıxaracaqdı (42, s.149). 
Yelenada  ulu  babasının  hərisliyi  özünü  göstərməkdə  idi;  çox  erkən  dul 
qalan Yelena  ərinin ölümündən sonra  onun qardaĢlarıyla  qəddarcasına  rəftar edir  - 
onları  türmədə  saxladır.  Hətta  əl-qolu  açılsın  deyə  ona  ata  əvəzi  olmuĢ  əmisini  də 
zindana saldırır. Lakin çox keçmir ki, özü də, arxalandığı məĢuqu knyaz Obolenski 
də  sui-qəsd  nəticəsində  öldürülür.  (Qeyd:  Onun  qəbri  Sovet  hakimiyyətinin  ilk 
illərində  dəfn  olunduğu  Voznesenski  kilsəsindən  çar  sərdabələri  yerləĢən 
Arxangelski  kilsəsinin  zirzəmisinə  köçürülmüĢdü.  Yelena  Qlinskayanın  nəĢinin 
tədqiqi onun həqiqətən zəhərləndiyini göstərmiĢdi). 
Beləliklə, Rus taxt-tacının varisi, tarixə Ġvan Qroznı (qorxunc Ġvan) adı ilə 
düĢən qüdrətli rus çarı IV Ġvanın ulu babası Mamay xan olmuĢdur. 


51 
 
Ġvan  Qroznı  qəsbkar  idi:  Volqaboyunun,  Sibirin,  Kazan,  Astarxan 
torpaqlarının  fəthi,  bu  xalqların  xristianlaĢdırılması  onun  dövründən  baĢlayır.  O 
Rusiya  torpaqlarını  görünməmiĢ  vüsətlə  geniĢləndirdi.  Ölkə  daxilində  qanlı 
repressiya  baĢlatmıĢdı.  Hətta  öz  qohum-əqrabasına  da  rəhm  etmədi.  Çox  qəddar, 
zalım və qaniçən idi. 
Rusiyanın  Pribaltikaya  sahib  olmaq,  Baltik  dənizinə  çıxmaq  uğrunda 
baĢladığı  Livon  müharibəsi  (1558-1583)  gediĢində  Payda  (digər  adı:  VeysenĢteyn) 
Ģəhərinin  mühasirəsi  zamanı  Ġvan  Qroznının  sevimlisi,  inandığı  adamı,  cəlladı 
Malyuta  Skuratov  öldürülür.  Çarın  gözlərini  qan  örtür,  əsir  götürülən  alman  və 
isveçləri tonqalda yandırır. 
Həqiqətən gözlərini qan örtmüĢdü. Böyük oğlu vəliəhdi idi. Gəlinini evdə 
alt  paltarında  dolaĢan  gördükdə  qeyzlənmiĢ,  deyinmiĢ,  oğlu  ilə  mübahisəyə 
keçmiĢdi.  HəmiĢəki  kimi  elə  hirslənmiĢdi  ki,  onu  dəmir  ucluğu,  ĢiĢ  əsa  ilə  vurub 
öldürmüĢdü.  Repinin  çəkdiyi  mənzərədə  hər  Ģey  olduğu  kimidir.  PeĢiman  çar, 
ġamaxı xalçaları üstündə can verən oğlu. 
Digər  oğlu  xəstəhal,  ağıldan  kəm  idi,  ən  kiçik  oğlu  da  müəmmalı  Ģəkildə 
özündən sonra öldürüləcəkdi, həm də epilepsiya xəstəsi idi. 
O, müstəbidliyi ilə yanaĢı Rusiya tarixində çoxarvadlılığı ilə ad çıxarmıĢdı. 
Axı müsəlman ġərq ölkələrindən fərqli olaraq xristian ölkələrində çar yalnız bir dəfə 
evlənə  bilirdi  (bəzi  istisnalar  nəzərə  alınmalıdır),  Ġvan  Qroznı  isə  altı  dəfə  nigah 
bağlamıĢdı. 
Bunlar onun damarlarında axan türk qanı ilə bağlı idimi?! 
Mamay  xanın  adı,  yadigarları  tarixdə  yaĢamaqdadır:  "Dünən  mən 
Feodosiyadan 25 verst aralı ġah Mamayda Ayvazovskinin malikanəsinə getmiĢdim", 
- deyə A.P.Çexov öz ailəsinə 22 iyul 1888-ci il tarixli məktubunda yazırdı. 
Məktubda  adı  çəkilən  ġah  Mamay  kəndinin  indi  adı  dəyiĢdirilib 
Ayvazovski  qoyulmuĢdur.  Hazırda  Kırımda  Kirov  rayonuna  aid  yaĢayıĢ 
məntəqəsidir. 
Bu  ada  Azərbaycan  adları  sırasında  da  rast  gəlmək  olar.  Süleyman 
Rəhimovun "Mehman" povestində  Mamayeva  soyadından üslubi  məqsədlə  istifadə 
edilmiĢdir.  O,  prokurorun  arvadı  Züleyxanın  qızlıq  familiyasıdır.  Sadə,  gözü  tox 
prokuror Mehmandan fərqli olaraq keçmiĢ əsilzadə olan Züleyxa Ģan-Ģöhrətə biganə 
deyil. Odur ki, prokurorun öz xanımını istehza ilə "Mamayeva" çağırmasının səbəbi 
olmamıĢ deyildir. 
Yurdumuzun  yer  adları  sistemində  Mamaylı  kənd  adı  (Qəbələ  rayonuna 
aid),  ġuĢa  Ģəhərində  Mamaylı  məhəlləsi  adı,  AbĢeronda  Saray  kəndində  Mamaylı 
tirəsi adı və s. yaĢamaqdadır. 
Rusiyada  Volqoqrad  (keçmiĢ  tatar  Ģəhəri  Sarıtsin)  ətrafında  Mamay 
Kurqanı  tarixi  adında  hifz  olunmaqdadır.  Krasnodar  ölkəsində  (Adıgey  MR) 
Qruzinskaya  Mamayka,  Adler  rayonunda  (keçmiĢ  Ardlar)  Russkaya  Mamayka 
kəndləri  vardır.  Kırımda  ġah  Mamay,  Mamay  Kozlev  (əsl  adı  Gözlev)  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə