Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   28   29   30   31   32   33   34   35   ...   56

67 
 
Çoğlakova  (qız  familiyası  Skavronskaya)  Yekaterinanın  qəlbinə  girmək  istəyirmiĢ 
kimi onu xeyli sorğu-suala tutur. Bu iki gəncdən birini seçməyi təklif edir və bu iĢin 
vətən  üçün,  dövlət  üçün  gərək  olduğuna  iĢarələr  vurur.  Əlbəttə,  Yekaterina  əvvəl 
qorxuya düĢür, bunları bir hiylə bilir və yaxasını ələ vermir. Lakin get-gedə onun bu 
iĢi  imperatriçanın  tapĢırığı  ilə  gördüyünü  duyur,  yumĢalıb  təslim  olur.  Öz  dediyi 
kimi Saltıkov gün kimi gözəl idi; Nəinki Peterburq saray dairəsində, heç dünyanın 
ən  böyük  saraylarında  onun  kimi  gözəl  oğlan  ola  bilməzdi.  Əslində  Saltıkov 
qardaĢlarının  hər  ikisi  Yekaterinanın  ağlını  baĢından  almıĢdı;  böyükləri  Pyotr  ağlı, 
Sergey  isə  gözəlliyi  ilə.  Və  o  seçimini  edir.  Bundan  sonra  ona  Ģərait  yaradılır. 
Saltıkov  çox  rahat  Ģəkildə  onun  yataq  dairəsində  görünməyə  baĢlayır.  Yekaterina 
dərhal  uĢağa  qalır.  Lakin  at  üstündə  saatlarla  əylənmək,  cıdır,  dostlar  ilə  uzun 
gəzintilər  ...  ehtiyatsızlıq  üzündən  bətnindəki  uĢağı  saxlaya  bilmir.  Amma  daha 
qayğısı yoxdur. Tezliklə təkrar hamilə qaldığını hiss edir. 1754-cü ilin sentyabrında 
bu dəfə sağ-salamat taxt-tacın gələcəkdə sahibi çar Paveli dünyaya gətirir. Cürbəcür 
Ģaiyələr  gəzirdi.  Fransa  səfirliyindən  Parisə  göndərilən  depaĢada  uĢağın  əslində 
çariçə  Yelizavetanın  qanunsuz  uĢağı  olduğu  xəbər  verilirdi.  Hər  nə  isə...  Ġmperiya 
böyük  bayram  Ģənliyinə  baĢlayır.  Böyük  Ģəhərlədə  cah-cəlallı  ziyafətlər  verilir, 
paytaxtda  toplardan  salam  atəĢləri  atılır.  Hər  yerdə  imperiyanın  taxtı-tacının  varisi 
doğulması münasibətilə Ģadlıq, fərəh hökm sürür. Saltıkovu isə Ġsveçə diplomatik iĢə 
göndərirlər. Ayrılıq baĢlanır. Yəni onu demək istəyirlər ki, vəzifəni, iĢini icra etdin, 
daha sənə ehtiyac yoxdur, gedə bilərsən, xoĢ gəldin. Əri III Pyotr isə uĢağı olmasa 
da,  qayğısı  da  yox  idi;  həftədə  bir  qıza  vurulurdu.  Ġndi  isə  gələcək  çar  üçün  əsil 
məhəbbət  baĢlamaqda  idi;  o  Yelizaveta  Vorontsovaya  vurulmuĢdu.  Yekaterinanın 
kimdən  uĢaq  doğduğunu  da  bilirdi,  onu  özünə  övlad,  özünü  də  ona  ata  saymırdı. 
Odur  ki,  əvvəldən  onsuz  da,  araları  soyuq  olsa  da  indi  o  Yekaterinadan  lap  üz 
çevirmiĢdi,  rəsmiyyət  xatirinə  onunla  oturub-durub,  cəmiyyətə  çıxırdı.  Beləliklə 
Yekaterina  lap  tək  qalmıĢdı.  Gündəliyində  bu  barədə  qeydləri  onun  tək-tənha 
çəkdiyi  həsrət  ağrılarını  çatdırır.  Birdən-birə  alıĢdığı  məhəbbətli  günlər  bitib 
qurtarmıĢdı.  Sevgilisi Saltıkov uzaqlarda  idi.  Həm də  əli ora  çatan Yekaterina  onu 
güddürüb məlumat almıĢdı ki, gözəl Saltıkov onun kimi qüssələnmir "hər yubkanın 
ardınca  qoĢur"... "Həm  də  Saltıkov  səfir  olduğu  ölkədə  dəhĢətli  xəbərlər  yayırmıĢ, 
uĢağın atası mənəm, deyə, öyünürmüĢ" (16, s.12). 
UĢaq  isə  "atası"  Saltıkova  yox,  gözəl  Saltıkovun  Pyotr  Saltıkov  deyilən 
general qardaĢına, simaca çirkin olan "əmisinə" oxĢadı. 
Lakin oğulda öz çar atasına böyük sevgi yaranacaqdı. Anası Yekaterinaya 
böyüdükcə nifrət edirdi. Çünki hakimiyyət onun idi. O isə 40 yaĢına keçə-keçdə idi, 
anası  onu  saraya  yaxın  qoymur,  hər  an  onun  yan-yörəsini  yoxlatdırır,  izlətdirirdi. 
Odur  ki,  anası  ölən  kimi  özü  hakimiyyətə  gəldikdə  ilk  sualı  atası  haqqında  oldu. 
Çünki Yekaterina hakimiyyəti ələ keçirdikdə elə ilk gündəcə atasını öldürtmüĢdülər 
(sonra  özünün  4  illik  hakimiyyəti  də  atası  kimi  boğulub  öldürülməklə  bitəcəkdi). 
Pavel  taxt-taca  sahib  olan  kimi  atasının  kağızlarını  araĢdırdı.  Atası  öldükdə  9  yaĢı 


68 
 
vardı.  Atasını  öldürən  Aleksey  Orlovun  (Yekaterinanın  sevgilisi  Qriqori  Orlovun 
qardaĢı)  etiraf  məktubunu  tapıb  rahat  köks  ötürdü,  deməli  atasını  öldürən  anası 
deyilmiĢ və dostu Qudoviçə atam doğrudanmı ölmüĢdür, hanı atam? Sualını bir daha 
vermədi.  Puqaçov  üsyanında  da  üsyan  rəhbəri  özünə  qatillərinin  əlindən  möcüzə 
kimi qurtaran III Pyotrun adını götürmüĢdü, axı xalqın çoxu yaxĢı çara inanırdı. 
Pavel  atasını  rus  çarlarının  dəfn  olunduğu  kilsəyə  gətirmək,  çarlara  layiq 
dəfn  etmək  iĢinə  giriĢdi.  34  il  keçirdi  atasının  ölümündən.  Onu  Aleksandr  Nevski 
Fəxri xiyabanından - o orada özü kimi bədbəxt Anna Leopoldovnanın yanında dəfn 
olunmuĢdu - gətirib çarlar sərdabəsində Peterburqda Petropavlovsk kilsəsində anası 
ilə bir sırada dəfn etdirdi. 
Yekaterinanın  göndərdiyi  rus  qoĢunlarını  Azərbaycandan  geri  çağırdı. 
Bütün daxili və xarici siyasətində anasının tam əksinə getməyə baĢladı. 
Anasının  bütün  sevimlilərini,  xüsusən,  "qəlb  dostlarını"  incidib  gözdən 
saldı. Elə özü də bu tədbirlərinin qurbanı oldu. Ona qarĢı həyata keçirilən sui-qəsdin 
baĢında  Yekaterinanın  ən  sonuncu  sevgilisi  Platon  Zubov  dururdu.  Çünki  ən  çox 
zərbə  bu  sonuncu  "aĢiqə"  dəyirdi.  Bütün  Zubov  qardaĢları  tutduqları  vəzifədən, 
eləcə də paytaxtdan uzaqlaĢdırılmıĢdı. I Pavel adı ilə hakimiyyətə gələn rus çarının 
öz  oğlanlarını  görməyə  gözü  yox  idi.  Hətta  çəkinmədən  əyanlarına  deyirdi:  "Onlar 
məndən deyil..." 
Bəlkə də öz doğulma tarixinə dair söz-söhbətlər ona da çatmıĢdı.  Axır ki, 
xalq arasında hələ daha xoĢagəlməz söz-söhbət gəzirdi ki, bu uĢağı heç Yekaterina 
doğmayıb, baĢqasından alıb, öz uĢağı kimi xalqa göstərirlər. 
Yox...  Hər  necəsə  də  gələcək  çar  Pavelin  doğulduğu  o  qıĢı  Yekaterina 
gündəliyində göstərdiyi kimi dostsuz-yarsız qalıb dərin qəm-kədər içində keçirirdi. 
Yekaterina  üç  dəfə  ana  olacaqdı.  Vəliəhddən  sonra  dünyaya  gələcək  qızı 
gələcək  PolĢa  kralı,  indi  isə  rus  sarayında  səlahiyyətli  nümayəndə  Ponyatovskidən 
idi.  Vəliəhd  açıqdan-açığa  əsəbləĢirdi  və  hanının  yanında,  "allah  bilir,  bu  uĢaq 
kimdəndir?!  Ġndi  mən  onu  özümünkümü  saymalıyam?!  Rəsmi  ər  ona  görə 
əsəbləĢirdi  ki,  canını  diĢinə  tutub  taxt-tacın  varisi  üçün  dözmüĢdü,  daha  bu  ikinci, 
üçüncüsü nəyə lazım idi?! 
Həqiqətən, üçüncü uĢaq doğulanda onların ər-arvad münasibətləri bitmiĢdi. 
Yekaterina artıq onun gözlərinin içinə baxa bilməyəcəkdi. Lakin üçüncü dəfə hamilə 
qalmağa cəsarəti çatır. Qraf Qriqori Orlovla bu eĢq macərası 1758-ci ildə baĢlamıĢdı. 
UĢaq  isə  1762-ci  ildə  doğuldu.  Əri  artıq  Yelizaveta  Petrovnanın  ölümündən  sonra 
(1761) öz qanuni taxt-tacına sahib olmuĢdu. Yekaterina geniĢ kapotlarla hamiləliyini 
gizlədirdi  yad  gözlərdən,  amma  ətrafına  sədaqətli  adamlar  yığa  bilmiĢdi.  Hər  Ģey 
əvvəldən hər dəqiqliyi ilə ölçülüb biçilmiĢdi.  Amma saatlarca çəkən doğuĢ zamanı 
sirr əyan ola bilərdi. Təbiət etibarilə Ģən, yeniyetmə qədər nadinc, Ģuluq adam olan 
imperator bir yerdə durmaq bilmirdi. Əgər gəlib öz gözləriylə görsəydi, öz ayağı ilə 
gəlib  hər  Ģeyin  üstünə  çıxsaydı...Ən  yaxĢı  halda  Yekaterinanı  zorla  rahibəliyə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə