Minaxanim təKLƏLİ


BÜTÜN ÖMRÜNÜ TÜRKLƏRLƏ VURUŞLARA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   30   31   32   33   34   35   36   37   ...   56

71 
 
BÜTÜN ÖMRÜNÜ TÜRKLƏRLƏ VURUŞLARA 
HƏSR EDƏN BÖYÜK TÜRK-SƏRKƏRDƏ SUVOROV 
 
N.Baskakov  böyük  sərkərdə  A.V.Suvorovun  soyadının  mənasını  iki 
ağlabatan  müddəalarla  (bunların  hər  hansı  birinin  inandırıcılığı  digərinin  rolunu 
azaltmır)  əsaslandırsa  da  hər  iki  halda  bu  soy  adının  türk 
mənĢəli  olması  fikrindən  bir  addım  da  olsa  geri  çəkilmir. 
Birinci  halda  Suvorov soyadının rus dilindəki türk  mənĢəli 
söz  olan  surovıy  "sərt,  zəhmli,  acıqlı"  mənası  ilə 
əlaqələndirir. Əgər həmin surovıy vahidinin sür söz kökünü, 
türk  dillərində  "açıq  boz  rəng"  mənasıyla  əlaqələndirsək 
(yəni  boz  adam;  bozarmaq,  sərt,  kəskin  hal  almaq)  məsələ 
aydınlaĢar. Yeri gəlmiĢkən rus dilinin dialektlərində surovıy 
sözünün  suvorıy  kimi  tələffüz  edildiyini  də  nəzərə 
çatdırmalıyıq.  Tarixçi-filoloq  N.Baskakovun  əsaslandığı 
ikinci fikir ondan ibarətdir ki, bu da Suvor soy adının Suvar türk tayfa adı ilə əlaqəli 
olmasıdır. Suvarlar (savirlər, sabirlər) məlumdur ki, hunlarda böyük bir nəslin adidir 
(3, s.85). 
MüĢahidələr göstərir ki, geniĢ türk coğrafiyasında, o cümlədən yurdumuzun 
sinəsində  suvarlarla  bağlı  adlar  çoxdur,  bu  da  həmin  nəslin  gücünü,  nüfuzunu 
təsdiqləməkdədir.  Lakin  onu  da  verində  qeyd  edək  ki,  bir  çox  türk  əsilli  rus 
Ģəxsiyyətləri  kimi  Suvorovların  da  PolĢa,  Litva,  Ġsveç  dövlətlərindən  çıxıb  Rusa 
gəlmələrinə  aid  nağıllar  uydurulmuĢ,  beləliklə  bilərəkdən  onların,  o  cümlədən 
Suvorovların mənĢəyi yanlıĢ göstərilmiĢdir. 
Müəyyən  müəlliflərin  Suvorovun  soy  adını  suvari  "atlı"  mənası  ilə 
bağlamaları  inandırıcı  təsir  bağıĢlamır.  Amma  hər  halda  Suvorovlar  Rusa  nisbətən 
sonra daxil olan ailələrdəndir. 
Beləliklə,  sərkərdənin  ulu  babası  1622-ci  ildə  çar  Mixai  Fyodoroviçin 
vaxtında Rusa gələrkən Suvor adı daĢıyırdı (3. s.84-85). 
Beləliklə, Suvorov soy adı cavan familiya sayılmalıdır. Onun Rus tarixində 
görünməsi  XVII  əsrin  ilk  rübünə  aiddir.  Lakin  əldə  olan  tarixi  məlumatlar  bu 
əfsanələrlə  tutmur. Bu zamanlar bir sıra tarixi hadisələri nəzərə  alsaq onda görərik 
ki,  Rus  dövlətinə  yanaĢan  türk  ailələri  istila  olunan  Sibir  xanlığı  ərazisindən, 
müstəqilliyini itirməyə baĢlamıĢ Kasımov xanlığından qopub gələ bilərdi. Çünki bu 
dövr tatar ailələrinin göstərdiyimiz ərazilərdən intensiv Ģəkildə axıĢıb gəldikləri vaxt 
idi.  Həm  də  Suvorovlar  Ġvan  Qroznı  ilə  Kazan  səfərində  iĢtirak  etmiĢdilər.  Bu  isə 
daha əvvəlin söhbətidir. 
Beləliklə,  sərkərdənin  babası  artıq  öz  bacarığı,  öz  cəsurluğu  ilə  çarın 
diqqətini cəlb etmiĢ, çar Pyotr onu malikanə və fəxri fərmanla mükafatlandırmıĢdı. 
Bu  yaxınlıq  haradan  idi?  Əslində  rus  çarlarının,  hətta  çariçalərin  xas  alayı 
nəfərlərinin ailə bayramlarında iĢtirak etdiklərini bilsək də, bu münasibət daha əsaslı 


72 
 
bir  yaxınlıqdan  doğmuĢdu.  Suvorovun  babası  nəvə  kimi  simaca  çirkin  deyildi, 
əksinə bu gənc öz gözəlliyi, qədd-qaməti, qüdrətli səsi ilə çar Pyotrun bacısı Marfa 
Alekseyevnanın  nəzərini  çoxdan  cəlb  etmiĢ,  Kremlin  çar  kilsəsinin  dyakonu  olan 
Ġvan  Qavriloviç  Suvarov  onun  gizli  məĢuquna  çevrilmiĢdi.  Pyotrun  atasının  I 
nigahda  Miloslavskaya  Mariyadan  3  qızı  2  oğlu  olmuĢdu.  Surikovun  "Strelets 
edamının səhəri" məĢhur Ģəklini görmüĢsünüzmü? Bax orada çar karetasından Pyotr 
tərəfindən  məcburi  gətirilib  edama  qorxa-qorxa  tamaĢa  edən  qız  (o  karetanın 
pəncərəsindən baxır) Marfa Ģahzadədir (21.537). Pyotr onun böyük bacısı Sofiya ilə 
olan  gizli  sui-qəsd  iĢtirakını  bildiyindən,  görk  üçün  onu  bura  gətirmiĢdi.  Həmin 
mənzərəni  Ģərh edən sənətĢünas Kemenev bu  tapıntısında  Pyotr sarayındakı ingilis 
diplomatı Korbanın gündəliyinə əsaslanır. Sonra həmin məĢuq dyakonun oğlu Vasili 
soldat  kimi  orduya  daxil  olub.  Fərasəti,  zirəkliyi  səbəbindən  irəliləyib  general 
rütbəsinə  qədər  yüksəlib.  O  məĢhur  Suvorovun  atasıdır.  Suvorovların  böyük  hərb 
yolu bu cığırla baĢlamıĢdı. 
Suvorovların  Ryazan  zadəganları  olan  Ġzmaylovlar,  Sünbülovlar, 
Korobyinlər ilə qohum-əqraba olmasını, Suvorovlardan birinin 1482-ci ildə KaĢirada 
torpaqları  olan  əsilzadə  olduğu  göstərilir.  KaĢira  tatar  çayı  sayılan  Okanın  dik 
sahilində bir Ģəhər idi və Moskva dövlətinə hələ 1702-ci ildə daxil olacaq idi. 
Suvorovun  atası  Vasili  Ġvanoviç  Suvorov  (1709-1775)  Pyotrun  xaç 
oğulluğu idi. 1722-ci ildə Pyotra denĢik təyin edilmiĢdi; Onunla 7 illik müharibədə 
iĢtirak etmiĢdi. 
1762-ci  ilin  saray  çevriliĢində  Yekaterinaya  tərəfdar  çıxmıĢ,  onun  əri  III 
Pyotrun  qvardiyasını  tərksilah  etmiĢdi.  Yekaterina  ən  məsuliyyətli  tapĢırıqları  ona 
həvalə edirdi. Ata Suvorov özünün səbatlılığı, etibarı və satın alınmazlığı ilə Ģöhrət 
tapmıĢdı.  1768-ci  ildə  istefaya  çıxmıĢdı.  Bu  zaman  o  general  anĢef  rütbəsində  idi. 
Bəs  Suvorovun  çar  sarayı  ilə  soyuqluğu,  lap  düĢmənçiliyi  nə  ilə  bağlı  idi? 
Yekaterina  ilə  yola  gedən,  Ģöhrət  tapan  Suvorov  niyə  çar  Pavellə  münaqiĢələrə 
girirdi? 
Suvorov Ruisyanı daim müharibələrə sövq edirdi. Biri bu. Həm də sərkərdə 
Suvorovun özünün yeganə qızı Nataliya Nikolay Zubovun-Yekaterinanın ən axırıncı 
sevgilisi, favoriti Platon Zubovun qardaĢının arvadı idi. Yekaterina ölən kimi gözdən 
düĢən  Zubov qardaĢları I Pavelə  qarĢı sui-qəsdin əsas təĢkilatçısı  və  icraçısı idilər. 
Məhz  Nikolay  Zubov  çarın  əl-qolunu  bağlayanda  ona  müqavimət  göstərən  çarı 
külqabı ilə vurub huĢsuz hala salmıĢdı. 
Bunlar  az  idimi?!  Rus  dövlətinə  qəsbkar  müharibələri  qazandıran,  bu 
dövləti  eninə-uzununa  böyüdən  bir  Ģəxsiyyətin  I  Pavellə  "yola  getməməsinə" 
göründüyü kimi ciddi səbəblər vardı. Yoxsa Suvorovun çar nəzərindən düĢməsi, onu 
az  qala  inqilabçı,  bədii  qəhrəman  səviyyəsinə  qaldıracaqdı.  Məlum  səbəblərə  görə 
tarixçilər  də,  digər  araĢdırmaçılar  da  Suvarovla  çarın  guya  yola  getməməsini 
ĢiĢirtməklə sovet ideologiyasına müvafiq hərəkət edirdilər. Unutmamalı ki, dahi rus 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə