Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   26   27   28   29   30   31   32   33   ...   56

63 
 
dünyanı tərk edir. Tərcümə etdiyi "Ġliada" əlində yarımçıq qalır. Tezliklə Rusiyaya 
gətirib Aleksandr Nevski Fəxrdi Dərgahda dəfn edirlər. Əbədi mənzili Karamzinin 
yanındadır. 
 
SƏXAVƏTLİ BAXRUŞİNLƏR 
 
Rus  mədəniyyət  tarixində  BaxruĢinlər  soyunu  tanımayanlar,  o  cümlədən 
müasir  oxucularımızın  arasında  Rusiya  Teatr  Muzeyinin  BaxruĢin  adına  olmasını 
bilməyənlər  gərək  olmasın.  Belə  olan  halda  kimdir  BaxruĢinlər?  Moskva  tüccarı 
arasında  BaxruĢinlər əsilli-nəsilli,  hörmətli ailələrdən biri  hesab edilirdi.  Bu  vaxtın 
rus  ictimaiyyəti  arasında  onlar  kimi  səxavətli,  xeyriyyəçi,  kilsəyə,  yetim  və 
kimsəsizə,  kasıb-füqaraya  kömək  edən  ikinci  bir  xeyirxah  kimsəyə  rast  gəlinmir. 
Anına BaxruĢin soy adı heç pravoslav adına da oxĢamır axı?! 
Əslində BaxruĢinlərin kökü Qasımov tatarlarına  gedib 
dayanır.  BaxruĢinlərin  xristianlığı  qəbul  etmə  tarixi  XVI  əsrin 
axırlarına  təsadüf  edir.  Həmin  vaxt  BaxruĢinlər  Ryazan 
torpağının  Zaraysk  Ģəhərində  sakin  idilər.  Bu  torpaq  Mordva 
tatarlarının  vətəni  idi.  Onlar  özlərinə  mordvalı,  mokĢa,  ərzya-
Ryazan  adı  da  burdandır,  deyirdilər.  Bu  ailə  xristianlığı  qəbul 
edəndə  nəsil  ağsaqqalı  öz  xahiĢnaməsində  göstərirdi  ki, 
götürdüyü bu yeni dində öz atası BaxruĢun adını familiya kimi 
daĢımağa qoy ona icazə versinlər. 
Demək  lazımdır  ki,  Qızıl  Ordalıların  xristianlığa  iman  gətirməsi  Özbək 
xanın  hakimiyyəti  illərində  xüsusi  vüsət  almıĢdı.  "1312-ci  ildə  Özbək  xan 
hakimiyyətə  keçib  islamı  dövlət  dini  elan  edəndə  monqol  noyanları  "Ərəblərin 
dinini"  qəbul  etmək  istəmədilər.  Özbək  xan  bu  hərcmərcliylə  barıĢmaq  istəmədi, 
onda  islamı  qəbul  etməyənləri,  o  cümlədən  öz  yaxını  olan  70  Çingiz  Ģahzadəsini 
edam  etdirdi.  1315-ci  ildə  Ağ  Orda  xanı  Ġlbasan  da  həlak  oldu.  Bu  vətəndaĢ 
müharibəsindən  canını  qurtaranlar  Rusiyaya  qaçmaqla  canlarını  xilas  edə  bildilər. 
Və  Kulikovo  çölündə  Mamaya  qarĢı,  həmçinin  Litva  üzərinə  hücumda  Moskva 
qoĢununun  əsas  nüvəsinə  çevrildilər  (L.Qumulyov,  A.Pançenko.  "ġam  sönməsin 
deyə"  (rusca),  s.17).  Beləliklə  bu  "qaçaqaç"dan  sonra  Rusa  pənah  gətirmə,  böyük 
knyazlara  sığınma  geniĢ  vüsət  alır.  Habelə  bu  "siyasi  sığınma"  Kazan  xanlığının 
məhvindən  sonra  daha  Ģiddətlə  intiĢar  tapır.  Çünki  artıq  pravoslav  dinini  qəbul 
etməyənlərin  boyunlarına  çəkməli  olduqları  və  üzləĢdikləri  ciddi  məhrumiyyətlər: 
ağır vergilər, mal-mülkün müsadirə olunması, hüquqlardan məhrum etmə və bunun 
əksinə olaraq "yeni xaçlanmıĢlara" əta edilən cəlbedici güzəĢtlər bu tərəddüdləri və 
iman üçün sədaqəti uçurmaqda, yox etməkdə idi. 
BaxruĢinlər  xristianlığı  qəbul  etdikdən  sonra  da  hələ  200  ildən  artıq 
Zarayskda  yaĢadılar.  Zaraysk  Ģəhərinin  əsil  türkcə  adı  Saraydır.  Ġndi  Moskva 
vilayətində  Ģəhərdir.  Oka  çayının  bir  qolu  olan  Osotour  çayı  üzərində,  Moskvanın 


64 
 
cənub-Ģərqində  (164  km.  ondan  uzaqda)  yerləĢir.  Qızıl  Orda  Ģəhəri  kimi  XII  əsrin 
baĢlanğıcında  Kızıl  adı  ilə  çiçəklənməyə  baĢlamıĢ,  həmin  əsrin  sonunda  isə  adı 
dəyiĢdirilərək Saray Ģəhəri adlandırılmıĢdı. 1431-ci ildə talançı ruslar gəmilərlə üzüb 
Ģəhərə çıxmıĢ onu qarət etmiĢdilər. III Vasilinin fərmanı ilə Saray Zaraysk (rus dili 
tələffüzünə uyğun olaraq) adlandırılmıĢdı. 
BaxruĢinlər  burada  əvvəllər  mal-qara,  sonra  isə  dəri  ticarəti  ilə  məĢğul 
olurdular. Tacir BaxruĢinlər milyonçu adını 1821-ci ildə Moskvaya köçdükdən sonra 
qazana  bildilər.  BaxruĢinlər  ailəsi  burada  Orda  dövründən  tatar  slabodası  olan 
Taqankada  (bu  məhəllədə  taqan  (türkcə  qab-sacayağı,  ümumiyyətlə  qab-qazan 
hazırlayan sənətkarların yaĢadıqları bu tarixi ərazi onların adı ilə adlınmıĢdır). Saray 
Ģəhərindən  köçüb  gəlmiĢ  həmyerlilərinin  məskunlaĢdığı  həyətlərdə  yerləĢdilər. 
Moskvada  onlar  xam  dəri  ticarətinə  giriĢirlər,  bəxtləri  gətirir;  tezliklə  onlar 
Moskvanın  sayılan  ən  varlı  ailələrindən  birinə  çevrildilər.  Hələ  öz  türklüyünü 
unutmamıĢ  bu  ailənin  pozulmaz  bir  qanunu  var  idi:  Saxtakarlıqdan  və  haramdan 
qaçmaq,  uzaq  durmaq.  Eyni  zamanda  heç  kimə,  müĢtərilərə  də  borc  vermirdilər. 
Xəsisliyə  qədər də  qənaətcil idilər. Haqq-hesab dəftərində  böyük  məbləğdə  lütf  və 
ehsanlarından tutmuĢ dilənçiyə verilən iki qəpiklik sədəqəyə qədər hər bir ianə qeyd 
olunurdu.  "BəxĢiĢ  var  xalvar-xalvar,  hesab  var  dinar-dinar"  məsəli  onların  həyat 
tərzində əsas prinsipləri idi. Firavan yaĢasalar da qudurğanlıq etmirdilər, əyyaĢlıq bu 
ailədə qadağan idi. Əks halda günahkarı elə öz ailəsində ağır cəza gözləyirdi. Tatar 
köklərini  unutmamıĢdılar,  ataları  ölsə  də,  evli  qardaĢlar  bir  evdə  yaĢayır, 
ayrılmırdılar. Hamısı sözsüz olaraq böyük qardaĢ Pyotr BaxruĢinə tabe idi. 
HəmiĢə  döyüĢdə  olan  rus  ordusundan  götürdükləri  hərbi  sifariĢlər  onların 
dövlətini  bir  neçə  qat  artırdı:  Kırım  müharibəsi  (1853-1856)  və  1877-1878-ci  illər 
Rus-Türk  hərbində  dövlət  sifariĢlərinin  hesabına  onlar  bir  daha  varlansa  da  bu 
milyonçu ailənin həyat tərzi dəyiĢməz qalmıĢdı; ailədə təmtərağı sadəcə sevmirdilər. 
Var-dövlət sanki baĢlarından tökülürdü; tezliklə BaxruĢinlər Moskvanın ən 
xeyriyyəçi  zənginlərinə  çevrildilər.  Elə  tarixə  də  öz  səxavətlərinin, 
xeyirxahlıqlarının  hesabına  da  düĢə  bildilər.  Hər  bir  cəmiyyət,  birlik  BaxruĢin 
qardaĢlarını özlərinə baĢçı seçirdilər ki, təĢkilatın xeyriyyə iĢləri qaydasında getsin, 
yəni  cəmiyyətin  büdcəsi  qaydasında  olsun.  BaxruĢinlər  Moskvada  indiki  Repin 
meydanında pulsuz ev tikib bu evin mənzillərini tavanasız ailələrə, baĢçısını itirmiĢ 
yoxsullara payladılar. Kasıb qızlar üçün sənət məktəbi açdılar ki, onlar əxlaqsızlığa 
qurĢanmasınlar,  öz  əllərinin  zəhməti  ilə  yaĢasınlar.  BaxruĢinlər  bununla  bir  çox 
əxlaq vaizlərindən fərqli olaraq əməli iĢ gördülər. Az təminatlı ailələrə yeməkxana, 
uĢaqlarına  oyun,  istirahət  müəssisələri,  kitabxana  təĢkil  edirdilər.  Doğma  Saray 
Ģəhərini  də  unutmurdular.  Bu  dünənki  Türk  ailəsi  indi  yeni  inanclarından  bərk 
yapıĢmıĢdılar;  təzə  etiqadlarının  pravoslavlığın  inkiĢafı  adına  burada  böyük  kilsə 
tikdilər  və  Sarayın  kasıb  qızlarına  cehiz  verib,  toyunu  edib  köçürdülər.  Ana 
Ģəhərlərinin  bütün  kasıb  təbəqəsini  saxlamaqdan  ötrü  burada  fond  açmıĢ,  xeyriyyə 
tədbirləri üçün ayrıca vəsait qoymuĢdular. Bütün qardaĢlardan çox yaĢayan Aleksey 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə