Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   25   26   27   28   29   30   31   32   ...   56

61 
 
Xəbər nə qədər gözlənilməz olsa da məhəbbət artıq onun qəlbində elə dərin 
riĢə  atmıĢdı  ki,  belə  qəfil,  göydəndüĢmə  mənfur  "tapıntı"  da  onun  eĢqini  öldürə 
bilmir. 
Jukovski  həyatı  boyunca  yeganə  eĢqi  olan  qızın  -  MaĢa  Protasovanın 
sağlığında  da,  ölümündən  sonra  da  ona  çox  Ģerlər  həsr  etmiĢdi.  Həqiqətən  Ģairin 
məhəbbət  lirikası  faciəvidir:  "O  qıza",  "Mahnı",  "19  may  1823-cü  il",  "Sevincim 
səndədir",  "Dəniz"  adlı  Ģeirlərində  Ģair  hər  Ģeydən  uca,  fəqət  ayrılığa  və  ölümə 
məhkum olan "bəhrəsiz" məhəbbəti vəsf edir. 
Rədd cavabı alan Ģair səfərbərliyə almır, Tarutin altında düĢərgədə "ġair rus 
döyüĢçülərinin  düĢərgəsində"  adlı  vətənpərvər  Ģeirini  yazır,  Rus  ordusunu  əl-əl 
gəzən bu coĢqun vətənpərvərlik Ģeiri Ģairə müqayisəyə gəlməz Ģöhrət gətirir. Həmin 
ruhda baĢladığı "Svetlana" poemasını bitirir. Ġlk əsəri onun siyasi və ədəbi baxıĢları 
etibarilə  N.M.Karamzinin  davamçısı  olduğunu  göstərirdi.  "Olum  və  ya  ölüm" 
təhlükəsi  qarĢısında  qalan  Rusiyada  bu  anlarda  elə  güclü  patriotizm  dalğası 
qalxmıĢdı  ki,  varlılar  -  ağalar  öz  rəiyyətindən  alaylar  düzəldib,  paltarını,  çörəyini, 
silahını  verib,  bu  qüvvələri  cəbhəyə  atırdı.  Varlı  tacirlər  "daĢ  tərəzi  günahkarları", 
"arĢından bir çərək sürüĢdürən" dünənki pul hərisləri bu gün bütün var dövlətlərini 
“uf”  demədən ortaya  qoymuĢdular. Bunun  sədaları  yazıçı  Lev Tolstoyun "Hərb və 
Sülh" əsərindən eĢidilməkdədir. 
Jukovskinin də  bu duyğuların əlində  yazdığı "Ġmperator Aleksandra" Ģeiri 
onun taleyini həll edir, ana - imperatriça Mariya Fyodorovna onu saraya dəvət edir, 
paytaxta çağırır. ġair əvvəl sarayda Ģahzadə qızlara, eləcə də gələcək çar Nikolayın 
niĢanlısı alman Ģahzadəsi olan gəlinə rus dili və ədəbiyyatı dərsi verir. Onun mənən 
büllur xisləti, təmiz vicdanı, Ģəfqətli qəlbi hamının diqqətini cəlb edir, heyrətə salır, 
ehtiram oyadırdı. Odur ki, Ģairə imperiyanın gələcəyini tapĢırırlar; 1825-ci ildən çar 
I  Nikolayın  oğlu  vəliəhd  Aleksandr  Nikolayeviç  (gələcək  rus  çarı  II  Aleksandr) 
tərbiyəçisi  təyin  olunur.  Gələcəkdə  II  Aleksandrın  gördüyü  mütərəqqi  tədbirlər, 
azadlıq  yolunda  proyektləri  (məhz  o  hakimiyyətə  gəldiyi  gün  dekabristlərin  əfv 
olunma  fərmanına  qol  çəkdi,  dekabristlər  bütün  hüquqları  bərpa  olunaraq  geri 
çağırıldılar;  təhkimçilik  hüququnu  ləğv  etdi  və  s.)  nəticəsində  rus  tarixində 
"Aleksandr Osvoboditel" (nicat verən) ləqəbini qazandı. Bunlar monarxın, padĢahın 
qəlbinə hələ körpəykən müəlliminin axıtdığı nur - Ģəfqət və mərhəmətin nuru idi. 
15  il  daim  vəliəhdin  yanında  oldu,  ondan  ayrılmadı.  Jukovski  siyasi 
baxıĢlardakı fərqə belə baxmadan istedadlı adamlara böyük hörmət  göstərib dəstək 
olurdu.  Ölümünə  qədər  PuĢkinin  dostu  oldu.  Belinski  bunu  nəzərdə  tutaraq 
Jukovskinin  cəmiyyətdəki  yerini  düzgün  müəyyənləĢdirməyə  çalıĢaraq  ona  verdiyi 
qiymətində bunu belə ifadə edirdi: "Jukovski rus ədəbiyyatı üçün böyük əhəmiyyət 
kəsb edən simadır... Jukovski olmasaydı PuĢkin də olmazdı". 
PuĢkin bu qəlbə, təmənnasız dostluğa bütün ümidlərini bağlamıĢdı. Ölərkən 
son  nəfəsdə  ailəsini  ona  tapĢırdı.  Və  əbədi  vəfa  əlaməti  olaraq  barmağından  heç 
çıxarmadığı bəxt-qələbə simvolu olan firuzə üzüyünü çıxarıb ona yadigar verdi. Bu 


62 
 
üzüyü xanım Vorontsova Ģair Cənubda sürgündə olarkən ona yadigar vermiĢdi. Bu 
üzüyü xanım ona aĢiq olan Ģairə vermiĢdi ki, füruzə üzük damarında ərəb qanı axan 
dəli  aĢiqi  qadadan-bəladan  saxlasın.  PuĢkinin  o  qadına  həsr  etdiyi  Ģeirlər  içində 
"Talisman" Ģeiri (talisman əsli türkcə olub tilsim, cadu sözündəndir, rus dilində də 
həmin mənalarda iĢlənilir) bu üzüklə bağlıdır. 
...  Bəndələrin  ondan  əsirgədiyi  mərhəməti  Allah  Jukovskiyə  bol-bol 
vermiĢdi.  Sarayda  böyük  nüfuzu  sayəsində  Rusiyanın  bir  çox  qabaqcıl  adamlarını 
ağır ittihamlardan qurtara bilirdi. 
PuĢkinə, Hertsenə,  Lermontova, ġevçenkoya, Baratınskiyə, dekabristlərə  - 
terrorçu  inqilabçılara,  hamıya,  hər  kəsə  kömək  dururdu.  Vəliəhdlə  imperiyanı 
gəzərkən (vəliəhdin hədd-buluğa çatması münasibətilə) Kurqanda olarkən Ģahzadəni 
müĢayiət  edən  Jukovski  dekabristlərlə  görüĢür,  bağrına  basır.  Əslində  bağrına 
basdığı bir çox məhbusları heç məhkumluqdan əvvəl tanınırdı. Hamıya kömək edir. 
Polyaklara  -  öz  ölkələrinin  milli-azadlıq  mübarizəsinə  qalxmıĢ  polyaklara  kömək 
durur, elə oradaca vəliəhddən onları xahiĢ edir. 
Bir dəfə  yazıçı  və  naĢir Kireyevdən ötrü çara  ağız  açarkən əminliklə: ona 
mən  zamin  dururam,  -  deyə  çarı  arxayın  salmaq  istədikdə  çar  Nikolay  onun 
təmənnasız  adam  olduğunu,  mələk  qədər  təmizliyini  nəzərdə  tutub:  Bəs  sənə  kim 
zamin duracaq?! - demiĢdi. Bununla onun fədakarlığını yüksək qiymətləndirmiĢdi. 
Xarakterindəki dərin və ülvi humanizm, çox bütöv düĢüncə tərzi Jukovskini 
Rusiyanın ən yaxĢı adamları ilə tanıĢdırıb dost etdi. 
...Jukovski rus oxucusunu dünya ədəbiyyatının böyük simaları ilə tanıĢ etdi: 
F.ġiller,  C.Bayron,  Lamott  Fukeni  tərcümə  edib  rus  dilinə  çevirdi;  Homerdən, 
Firdövsidən,  Hind  ədəbiyyatından  abidə-nümunələri  rus  oxucularına  yetirdi.  Rus 
xalqının  folklor  irsindən  bəhrələnərək  eynən  PuĢkin  kimi  sevdalı,  sehirli  nağıllar 
yazdı:  "Çar  Berendeyin  nağılı",  "YatmıĢ  Ģahzadə",  "ġahzadə  Ġvan  və  Boz  Qurd", 
"Zambaq ağacı", "Çəkməli PiĢik". 
Anası  çoxdan  ölmüĢdü.  Atasının  arvadı  isə  83  il  yaĢamıĢdı.  Anası 
günüsünün  ölümündən  sonra  nəhayət  çıxıb  oğlunun  yanına  gəlmiĢdi.  Onun  da 
yanında  ölmüĢdü.  Jukovskinin  anası  Novo  Deviçi  qəbristanlığında  dəfn  olunmuĢ, 
baĢdaĢına  yalnız  "E.T." xristian adının və  soy adının baĢ hərfləri həkk olunmuĢdu. 
Məchul bir ömür və taleyin bu dünyada qalan mübhəm niĢanəsi. 
1841-ci  ildə  onun  tərbiyəçi  vəzifəsi  baĢa  çatır.  Fəxri  təqaüdə  çıxıb 
Almaniyada  məskunlaĢır. 21 aprel  1841-ci  ildə  Drüssel-dorfda  rəssam  Reyterin 18 
yaĢlı qızı ilə evlənir. Özünün - bu qədimi türkün 58 yaĢı vardı. Sevdiyi Mariya - ilk 
məhəbbəti isə 18 il əvvəl ölmüĢdü. 
Lakin ailə həyatı uğurlu olmur. Arvadının xəstəliyi, öz nasazlığı, gözlərinin 
tutulmaq  təhlükəsi  ...  ömrün  gözəl  çağlarının  ötüb-getdiyini,  qalanının  isə  fərəhsiz 
möhlət olduğunu ona üst-üstən yetirməkdə idi. 
Nə qədər can atsa da, Rusiyaya bir də dönə bilmir, dostları, doğma MiĢen 
kəndi,  Muratovo,  Dolbino...  həsrəti  ilə  Baden-Badendə  1852-ci  il  aprelin  14-də 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə