Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   27   28   29   30   31   32   33   34   ...   56

65 
 
BaxruĢin  (92  yaĢ)  var-dövlətinin  daha  böyük  hissəsini  öz  uĢaqlarına  deyil,  yetim 
uĢaqlara  və  kilsəyə  vəsiyyət  etdi.  BaxruĢin  teatrının  əsasını  (indi:  Qorki  adına 
Moskva Bədaye Teatrı) o qoymuĢdu. Odur ki, BaxruĢinləri tarixə  yazıb həkk edən 
onların  milyonları  yox,  sənətə  aĢiqlikləri  və  bu  yolda  gördükləri  iĢlər  oldu. 
Aleksandr  BaxruĢinin  hər  üç  oğlu  sənət  vurğunu  idi,  onlar  köhnə  tacirlərdən 
fərqlənirdilər.  Xüsusən  onlardan  biri  Aleksey  BaxruĢin  incəsənətə,  xüsusən  teatra 
olan həvəsi ilə onları ötüb keçdi. O teatra, sənətə aid olan əĢyaları xüsusi səylə yığır, 
sərgilər təĢkil edir, eksponatları nümayiĢ etdirmək üçün evində muzeylər yaradırdı. 
Xüsusi  malikanələrində  muzey  açaraq  bu  muzeyi  eksponatları  aĢıb  daĢan  Ģöbələrə 
böldü: teatr, etnoqrafik, musiqi alətləri, teatr afiĢaları, sənətə aid kitablar və s. Elə bu 
kolleksiyası əsasında 1894-cü ildə Rusiyada ilk teatr muzeyi açılır. 1913-cü ildə bu 
muzeyi və muzey üçün üç mərtəbəli gözəl daĢ evini Rusiya Elmlər Akademiyasına 
bağıĢlayır. Belə bir ürək sahibi Aleksey BaxruĢin inqilabdan sonra da Rusiyanı tərk 
edib heç yerə getmir. 
Bu zəngin nəslin var-dövlətinə  son qoyacaq Oktyabr inqilabı yaxınlaĢırdı. 
Ġnqilabın ilk illərinin aclığı dəhĢətində Aleksey BaxruĢinin milyonçu qızı olan arvadı 
çəkməçi  iĢləyib  qazancı  ilə  ailəsini  saxlamağa  məcbur  olur.  Onları  səsdən  də 
məhrum  edirlər.  Özü  ağır  xəstə  idi.  Oğlu  tuthatutdan  yayınaraq,  həm  də  bir  parça 
çörək üçün kənddə yaĢayırdı. Əzab çəkən atasını yanına apardı, ona bir otaq da ayıra 
bildi. Bəlkə buradakı rahatlıq atasının ömrünü uzada bilər deyə, amma ata BaxruĢin 
həyatın  zərbələrinə  səbr  göstərirdi.  Ağır  zəhmət  hesabına  böyük  var-dövlət 
toplamıĢdılar.  Xalqa  heç  kimin  etmədiyi  səxavəti  gostərmiĢdilər;  neçə-neçə  Allah 
evi, kilsə tikdirmiĢdilər. Sonra Oktyabrın "Səmum yelləri" hər Ģeyi süpürüb atanda 
məhrumiyyətlərlə  bərabər  keçmiĢ  dövlətlərindən  təkcə  dözüm  və  təvəkkül  onlarla 
qaldı. Bu keyfiyyət digər gözəlliklər kimi onların indi damarlarında daĢıdıqları 5-6 
nəsil əvvəlki ulu babalarının türk qanı idi. 
 
SALTIKOVLARIN RUS TAXT-TACINA XİDMƏTİ 
 
Acgözlüklə  oxunan,  dinlənən,  öyrənilən  kitab,  nağıl,  tarixin  qəhrəmanı 
ecazkar  qadın;  sehirkar,  əsrarəngiz,  miflərə  bürünmüĢ,  əslində  yaxın  tarixin 
dastanlaĢan  qəhrəmanı  Katerina  -  II  Yekaterina.  Bu  gün  də 
Ģöhrəti həsəd və qibtələrə səbəb olan qadın padĢah... Təpəgöz 
nağıllarına  bənzər  elə  nağıllar,  rəvayətlər  eĢidirəm  ki...  Bu 
çirkin  ittihamlara  heyrət  edirəm.  Lakin  sakitcə,  qənaətlərimi 
daĢdan  keçən  sübutlarımı  bir  yana  qoyuram.  Az  qala  əlinə 
qılınc  almıĢ,  bu  az  bilib  çox  danıĢan  müsahibimə:  Axırıncı 
dəfə nə vaxt kitab oxumusunuz?! 
...Saltıkovlar  Rusiyanın  əsilli-nəcabətli  ailələrindən 
sayılırdılar. Bu nəsildən böyük sərkərdələr çıxmıĢdı. Ġki dəfə 
çar  ailəsi  ilə  qohum  olmuĢdular.  Çar  Mixail  Fyodoroviçin  anası  Saltıkovların  qızı 
idi.  Yenə  rus  çarı  I  Pyotrun  böyük  qardaĢı  çar  V  Ġvanı  da  Saltıkovlar  ailəsindən 


66 
 
evləndirmiĢdilər.  Belə  ki,  sonralar  rus  taxt-tacına  sahib  olan  Rusiya  imperatriçası 
Anna Ġvanovna (1730-1740) anası tərəfindən Saltıkovlardan hesab olunurdu. 
Saltıkovlar  nəsli  tatar  əsilzadəsi  olan  Saltık  bəydən  törəyib,  sonra  rus 
tarixində knyaz, qraf nəsli kimi ad almıĢdılar. 
Anna  Ġvanovna  hakimiyyətə  gələndə  dayısı  Saltıkova  qraf  titulu  verdi. 
Onun doğmaca dayısı general anĢef Vasili Saltıkov (1675-1755) Rus dövlətinə hərbi 
uğurlar  gətirmiĢdi.  7  illik  müharibədə  digər  dayısı  general  Saltıkov  1742-ci  ildə 
Kunersdorf  döyüĢündə  (indiki  PolĢa  ərazisindədir)  böyük  itkilər  bahasına  olsa  da 
(tarixin ən qanlı müharibələrindəndir) qələbə çaldı. 
Aydınlıq xatirinə deməliyik ki, tarixdə bu nəslin daha bir "məĢhuru" vardır. 
Bu,  adı  tarix  kitablarına  düĢən  qadın,  mülkədar  xanım  Saltıkçadır.  7  il  ərzində  bu 
gənc və qəĢəng xanım 139 adamı xüsusi qəddarlıqla öldürmüĢdü. Anına  o mənĢəcə 
Saltıkovlara  mənsub  deyildi:  Saltıkova  onun  özünün  yox,  ərinin  familiyası  idi.  Bu 
familiyaya çox hörmət bəsləyən II Yekaterina onu ömürlük həbsə  məhkum etdi və 
Saltıkov soyadından məhrum qoydu. O cəllad qadın sadəcə Darya Nikolay qızı deyə 
adlandırıldı. 
Yuxarıda  dediyimiz  kimi  Saltıkovlar  çar  evi  ilə  iki  dəfə  qohum 
olmuĢdular... 
Pyotrun qızı Yelizaveta çarlığa baĢlayan kimi Almaniyadan 14 yaĢlı bacısı 
oğlunu  Rusiyaya  gətirtdi  və  özünə  vəliəhd  elan  etdi.  Onun  Almaniyaya  ərə  gedən 
bacısı  bu  uĢaq  doğulandan  üç  ay  sonra  vəfat  etmiĢdi.  Çarlıq  edən  Yelizaveta  isə 
rəsmən ərdə olmamıĢdı, odur ki, öz bacısı oğlunu özünə varis təyin etdi, dərhal da 
oğlana  adaxlı  tapıldı.  Gəlin  də  Almaniyadan  seçildi  və  saraya  dəvət  olundu. 
Pravoslav  dininə  keçirilərək  niĢanlandı  və  bir  il  sonra  onların  toyu  oldu. 
Almaniyadan  gələn  gəlinin  Sofiya-Avqustanın  adını  Yelizaveta  dəyiĢərək,  öz 
anasının Ģərəfinə Yekaterina qoydu. 
Ġndi  budur  onların  evliliyinin  8-ci  ili  də  keçməkdədir.  Yekaterina  isə  bir 
dəfə  də  olsun  hamilə  qalmamıĢdır.  Onun  özünün  məktublarında,  ələlxüsus, 
gündəliyində  Yekaterinanın  bundan  narahat  olduğu  duyulmasa  da,  çar  sarayı  bərk 
nigaranlıq keçirir. Öz təbiəti etibarilə ağıllı və həm də çox səmimi, eləcə də cəlbedici 
qadın olan Yekaterina yüksək cəmiyyətin cavan kiĢilərilə fərəh içində yaĢayırsa da, 
ciddi  və  müstəqil  addım  atmağa  cürət  edə  bilmir.  Onun  hər  bir  addımı  izlənilir, 
dediyi hər bir söz yerinə çatdırılırdı. 
Lakin  görünür  bu  məsələ  imperiyanın  özünün  həlli  vacib  məsələsi 
olduğundan bu iĢi onsuz həll edirlər. Hər Ģeydən əvvəl onu bilirlər ki, hamıdan çox 
ətrafında  iki  gənc  daha  çox  dolanır.  Hər  ikisi  saray  əyanlarının  oğludur.  Biri  Lev 
NarıĢgin  (çariça  Yelizavetanın  dayısı  nəvəsi),  digəri  Sergey  Saltıkov.  1752-ci  ildə 
Sergey  Saltıkovun  26  yaĢı  var  idi.  2  il  idi  ki,  fröylöyn  Matryona  Pavlovna  Balkla 
evlənmiĢdi.  Sergey  həm  gözəl,  həm  də  çox  zirək  idi.  Yekaterina  onu  "fəndgir" 
adlandırırdı.  O  Yekaterinanın  bərk  xoĢuna  gəlirdi.  Yekaterina  özü  gündəliyində 
yazır  ki,  çariça  Yelizavetaya  ən  yaxın  olan  qadın  çariçanın  doğmaca  xala  qızı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə