Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   35   36   37   38   39   40   41   42   ...   56

81 
 
münasibəti pozulur. Ana onları əxlaqca sabit, təmiz görmək istədiyindən onlara pul 
verərkən haqq-hesab çəkirdi. Bu da övladların xoĢuna gölmirdi. Soyuqluq yaranırdı. 
Onlar oturub analarının ölümünü gözləyirdilər. 
Lakin birdən-birə elə hadisə baĢ verir ki, bu əhvalat yazıçının taleyini diqtə 
etməli  olur.  Ġtalyan  operası  ilə  Polina  Viardo  Rusiyaya  qastrola  gəlir.  Onun  əri 
məĢhur  musiqiçi  Vlardo  idi.  Polina  fransız  olsa  da  hamı  onun  ispan  mənĢəyindən 
xəbərdar  idi,  hətta  onun  qaraçı  qızı  olduğu  da  söylənilirdi.  Amma  pula  çox  fikir 
verirdi.  Artistliyi  kommersiya  əməliyyatlarına  bənzəyirdi.  Səhnədə  görünəndə  hər 
kəs  təəssüflə  "çirkindir!"  deyə  köks  ötürsələr  də  elə  ki,  ağzını  açıb  oxumağa 
baĢlayırdı,  sanki  bu  vaxta  kimi  heç  kim  heç  yerdə  oxumaq  eĢitməmiĢdi.  Bir  anda 
salon  fəth  edilirdi,  ehtizaza  gələn  tamaĢaçılar  harada  olduqlarını  belə  unudurdular. 
Turgenev  isə  doğrudan  baĢını  itirir.  Belə  məĢhur  müğənni  üçün  onun  kimi  sevgili 
ağılagəlməz dəlilik idi. Pulu da yox idi, anası hələ sağ idi; odur ki, ovçuluğu sevən 
ər üçün Turgenev mahir ovçu kimi kompanyon ola bilir və əri vasitəsilə onlara ayaq 
açıq.  Həyatında  bu  təsadüf  böyük  dönüĢ  yaradır.  Bu  təsadüf  ona  -  rəhmdil, 
mehriban,  zarafatcıl,  Ģən,  qayğısız,  bir  növ  atdığını-tutduğunu  bilməyən  bu  yaĢlı 
"uĢağa"  böyük  məhəbbət  bağıĢlasa  da  bu  məhəbbət  həm  də  hicrana,  düĢkünlüyə, 
ağrıya,  həqarətə,  zəlalətə  açar  idi;  bu  qadının  ardınca  onun  sürgün  həyatı  baĢlayır. 
Özünü  onun  ailəsi  qarĢısında  kiçiltməsi,  əlinə  malı-mülkü  çatanda  isə  bütün  var-
dövlətini onlara  xərcləməsi  hətta  əsərlərinin gəlirini Viardonun uĢaqlarına  vəsiyyət 
etməsi müasirlərini,  ən  çoxu da  dostlarını  qıcıqlandırıb əsəbiləĢdirir, dərdə salırdı. 
Yarızarafat Polilnanı "Ledi Maqbet" adlandırırdılar. 
Ana isə taleyin ona pul, var-dövlət qədər də bol verdiyi dərd içində vaxtsız 
qocalıb  əldən  düĢmüĢdü;  təkidlə  onu  Rusiyaya  çağırırdı.  Onu  gətirmək  üçün  son 
çarəyə əl atır. Onun maaĢını kəsir, yalnız geri qayıtmağa pul göndərir. Turgenev nə 
qədər  inad  etsə  də  kasıblıq  imtahanından  keçə  bilmir.  Elə  bil  lampanın  piltəsini 
çəkdin; yola düĢür. Ana isə ölümünün gəlib çatdığını anlamıĢdı. Onsuz da nə zaman 
idi ki, əlil arabasında gəzirdi. Ġstəyirdi oğullarını görə, paylarını verə, xeyir-dualarını 
çatdıra.  O  gəldikdə  isə  qohumları,  el  yığılıb  onu  dəfn  etmiĢ,  qəbristanlıqdan  evə 
qayıdırdılar. Gecəni yatmayıb anasının ona yazıb qoyduğu ölümqabağı gündəlikdəki 
qeydlərini  oxudu.  Mal-mülk  bölünəndə  ailəli  qardaĢının  ürəyini  qırmadı,  ona  çox 
güzəĢt etdi, fəqət "Spasskoe məndə qalsın" dedi. 
Özünün  də  son  saatları  gəlib  çatanda  qürbətdən  Fransadan  Polonskiyə 
yazırdı: "nə vaxt ki, Spasskda olacaqsınız məndən evə, bağa, mənim cavan palıdıma, 
Vətənə baĢ əyib salamımı yetirin. Yəqin bir də mən oraları görmərəm". 
Bütün əsərlərindən mərkəzi Rusiyanın bu əyalətinin xoĢ mənzərəsinin ətri 
gəlirdi.  UĢaqlığı  keçən, böyüyəndə  küsüb çəkildikləri atasının  kəndi Turgenovo da 
onun ilahımının beĢiyi olurdu. "Bejin çəmənliyi" kimi gözəl əsəri məhz Turgenovo 
təbiətinə  ithaf  olunmuĢdu.  Ən  gözəl  əsərlərindən  olan  "Rudin",  "Zadəgan  ocağı", 
"Ərəfə", "Atalar və oğullar", çoxlu sayda povest və hekayələr 1855-1861-ci illərdə 
yaratdığı  Ģedevrlərin  hamısı  bu  torpaqla  nəfəs  alırdı.  Bu  bərəkətli  torpaq-mordva 


82 
 
tatarlarının  keçmiĢ  ovlağı  Qızıl  orda  dövrünün  mədəniyyət  beĢiyinin  doğmalığı 
damla-damla  süzülüb  qızğın  məhəbbətə  çevrilmiĢdi.  Məhz  burada  təbiətə 
vurulmuĢdu,  ecazkar  təbiətə  aludə  olmuĢ  ədəbiyyata  gətirdiyi  insanlar  öz  qəlb 
gözəlliyi  ilə  heç  də  bu  təbiətdən,  qıĢı  qıĢ,  baharı  bahar  olan  əlvan,  zəngin,  dolu, 
füsunkar  dünyadan  geri  qalmırdı.  Ədəbiyyatda  romantik,  xəyalpərvər,  qızıl  ürəkli 
gənc surətlər yaratdı. Xüsusən alovlu, gözü, qəlbi, canı, nəfəsi sevgi dolu təmiz qız 
obrazları doğurdu ki, ədəbiyyatda xüsusi Turgenev tipi deyə ifadə yaratdı. 
Yeddi  arxadan  dönəni  türk  olan  Ġvan  Turgenev  bir  türk  insanı  kimi 
kövrəyin  kövrəyi  idi,  həlim,  yumĢaq  adam  idi,  sadədən  sadə,  kefcil,  səxavətli  və 
qadınsevər idi. Babaların yadigarı Spassk meĢələrini satır ki, Viardonun qızına yaxĢı 
cehiz düzəltsin. O sanırdı ki, qadınsız (özü ağıllı qadın deyir) cəmiyyət nə qədər Ģən 
və  əyləncəli  olsa  da  yağlanmamıĢ  araba  təkəri  cırıltısı  tək  zəhlətökəndir.  Və  türk 
nəvəsi  kimi  qadınsız  və  məhəbbətsiz  yaĢaya  bilmirdi.  Dövrün  məĢhur  qadınlarının 
dostu  idi;  Rus-Türk  müharibəsində  könüllü  tibbi  bacısı,  qəhrəman  Baronessa 
Vrevskaya  Yulya,  yazıçı  Lev  Tolstoyun  bacısı  qrafinya  Mariya,  yazıçı  Vovçok 
Marko və son eĢqi, son fürsəti aktrisa Mariya Savina. 
Ağır  xəstəliyə  tutulmuĢdu.  Yerindən  dura  bilmirdi.  Onurğa  beyninin 
xərçəngi ona insanın çəkə bilməyəcəyi əzabı verirdi. Bir neçə dəfə ölüb dirilmiĢdi, 
keçirdiyi  klinik  ölümdə  gördüklərini  yazmaq  istəyirdisə  də  yaza  bilmirdi.  Özü 
deyərdi ki, bunu indiyədək heç kəs yazmamıĢdır, çünki belə tamaĢalardan sonra hələ 
heç kəs dirilməmiĢdir axı... TəkbaĢına, unudulmuĢ, atılmıĢ halda ölürdü. Sığındığı, 
hər Ģeyini verdiyi Viardo ailəsinin evində 2-ci mərtəbədə dar kabinetdə can verirdi. 
Hələ  də  turp  kimi  sağlam  olan  Viardo  xanımsa  öz  evində  musiqi  dərsi  verirdi. 
Yazıçının  kabineti  onun  auditoriya  salonunun  üstündə  idi.  Rusiyanın  qədirbilən 
adamları  ölməkdə  olan  yazıçını  ziyarət  etdikcə  bu  qeyri-insani  münasibətdən 
həyacana  düĢürdülər.  Lakin  olan  olmuĢdu.  Yazıçı  gücü  çatan  qədər  yenə  də  ev 
yiyələrinə haqq qazandırır, onları müdafiə edirdi. 
Bu zaman onun gözləri məhəbbətdən axan yaĢ ilə dolurdu. Amma nə vaxt 
idi ki, morfisiz gözlərini yumub dincələ bilmirdi. Allah bu böyük türkün ürəyinə nə 
qədər Ģəfqət və mərhəmət vermiĢdi... Hər kəsdə onun bu halı  - məhəbbətdən aldığı 
yaralar  rəhm  və  acıma  oyadırdı.  Fransanın  yazıçıları  da  onu  ziyarət  edir,  vaxtaĢırı 
baĢ çəkirdilər. 
O isə bundan da dəhĢətli ölümü kağızda öz qələmi ilə təsvir edə bilmiĢdi. 
"Atalar və oğullar" əsərinin qəhrəmanı Bazarovun ölümü ilə. Ġndi elə bir ölüm onun 
öz yaxasını dəstələyib əlində möhkəm tutmuĢdu. Fransada olduğunu unutmuĢdu, son 
anları  çatanda  rus  dilində  vidalaĢdı.  22  avqust  1883-cü  ildə  əbədi  dünyaya  köçdü, 
saat 2 idi. 
Ġmkan  tapıb  demiĢdi:  -  Volkov  qəbiristanlığında,  Belinskinin  yanında... 
Vəsiyyətinə əməl etdilər. 
Rəssam  ġamronun  yazıçının  bu  halını  əks  edən  naturadan  əlüstü  çəkdiyi 
Ģəkilə baxıram, bu anda günorta azanının səsi otağı doldurur. Azan elə-belə bitmir, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə