Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   36   37   38   39   40   41   42   43   ...   56

83 
 
arxasınca  dua-səna...  Gözlərim  dolur.  Yadıma  Oryolda  yazıçının  Vətənində 
keçirdiyim  günlər  -  Oryol  meĢələri,  xüsusən  türk  ab-havasını  saxlayan  Çaplıkin 
meĢəsi  (mən  onda  hələ  Çaplı  türk  adını  ayırd  etməmiĢdim)  zoğlu  yemliklər,  eĢqin 
bağlamıĢ  ağzını  öyrəĢən  tərələr,  ən  unudulmayan  isə  inciçiçəyi  basmıĢ  bəzəkli 
talalar,  hündür  otlu,  adamın  sinəsini  qucan  otluqlar,  vəhĢi  çəmənlər...  Ġlk  baharın 
odlu  günəĢinə  və  meĢə  sərinliyinə  qarıĢan  eĢqim,  hicranım,  həyəcanım...  Oka 
çayında  tatarların  Aka  (yəni  axar,  çay,  su)  dediyi  çaydakı  gəzintilər;  tatar  biçimli 
yerli  əhali  -  sonrakı  ruslar  düĢür  yadıma.  Buralarda  dildə-ağızda  Turgenevin, 
anasının kaprizləri, atasının macəraları gəzirdi. Jukovskini, Leskovu, Bunini yetirən 
torpaq, Oryolda kitabxanaya girdikdə Buninin gündəliyindən sətirləri zehnimə əzbər 
yazıldı.  Onun  bu  kitabxanaya  gəliĢi,  günorta  istisinə  düĢməyi,  eyni  mənim  kimi... 
Hara gedirdim hamını Turgenevlə fəxr edən görürdüm... Bir də malikanənin böyük 
həyətində yaĢlı, dövran görmüĢ palıd ağaclarının qəmli xıĢıltılarıyla hələ də özünün 
sonuncu sahibini anıb yad etdiyini görmüĢdüm. Riqqətlə andım o günləri. Artıq bu, 
qulağıma və könlümə dolan günorta azanının haqq-ədalət çağırıĢından idi. 
 
ŞÖHRƏTLİ QRAF ŞEREMETYEVLƏR. 
ÖZ VƏFA BORCUNUN ƏSİRİ OLAN QADIN 
 
Hər  xalqın  tarixində  cəsur,  igid,  qəhrəman  qadınlar  olub.  Bu  qadınlar 
çoxdan öz xalqlarının və vətənlərinin Ģöhrət və fikir sərhədlərini aĢıb dünya tarixinin 
maraqlı  səhifələrinə  çevriliblər:  Tomiris,  Janna  D'Ark,  ġarlotta 
Kopdye, Türkan Xatun, LakĢimi Bay... 
Amma  ayrıca,  xüsusi  bir  tip  qadınlar  var  ki,  bunlar 
fövqəladə  qəhrəmanlıqlar  göstərməmiĢ,  inqilabçı  kimi 
tanınmamıĢ,  yüksək  postlarda  xarüqələr  göstərməmiĢlər,  onlar 
sadəcə böyük qadın, əsil insan kimi tarixə bəzək olublar. Bu tip 
qadınlar  əzabkeĢlər  kimi  tarixə  köçürülür,  çəkdikləri  cəfa  və 
məhrumiyyətlər ibrət dərsinə çevrilir. 
Əlbəttə, oxucum duymamıĢ deyil ki, belə olan halda hər Ģey məhəbbətdən 
baĢlayır;  əzaba,  möhnətə  aparan  o  yol  eĢqdən,  hərarətdən  götürür  baĢlanğıcını.  Bu 
mənada I Pyotrun qardaĢ qədər yaxını, dostu feldmarĢal ġeremetyevin qızı qrafinya 
Natalyanın  həyatı  neçə  əsrdir  ki,  insan  qəlbini  oxĢayıb  heyran  qoymaqdadır.  Ġllər 
keçir; bu əhvalat, bu tale nə qarımır, nə qocalmır, nə dildən düĢmür, nə unudulmur. 
Bu günün hadisəsi kimi hər an heyrətlərə, heyranlıqlara səbəb olur. Axı eĢq həmiĢə 
bu günün təzəcə, pöhrə bir məhəbbəti və qədimin qədimi, köhnənin köhnəsidi. 
Ömrü  müharibələrdə  keçən  feldmarĢal  ġeremetyev  çox  gec  evlənmiĢdi. 
Arvadı məĢhur Saltıkovlardan idi. 5 yaĢı olanda atasını itirən Natalya ġeremetyeva 
1728-ci  ilin  yayında  özü  14  yaĢın  içində  olanda  anasından  da  məhrum  olur. 
Tamamilə  yetim  qalan  bu  qız  kimsəsiz  deyildi:  adlı-sanlı  qohumları,  baĢdan  aĢan 
var-dövlətləri  vardı.  ġeremetyevlər  misilsiz  dərəcədə  zəngin  idilər.  Bu  ailə 


84 
 
Rusiyanın ən varlı, ən Ģöhrətli ailələrindən biri idi. Belə olduğu halda onun əlini və 
könlünü  arzu  edənlərin  də  sayı  yox  idi.  Lakin  bunların  içində  indiki  halda 
imperiyanın  ən  qüdrətli  ailəsi  sayılan  Dolqorukilərin  oğlu,  gənc  çarın  dostu 
Natalyanın xoĢuna gəldi. 
I  Pyotrun  nəvəsi  -  bu  nəslin,  yeganə  kiĢi  nümayəndəsi,  çar  Pyotrun  öz 
əllərilə  ölüm  fərmanına  imza  atdığı  oğlu  vəlihəd  Alekseyin  oğlu  gənc  Pyotr 
hakimiyyətə keçmiĢdi. Gənc çar Dolqorukilərin qızına niĢanlı idi; belə olduğu halda 
Ġvan  Dolqoruki  çarın  qaynı  və  yaxın  qohumu  sayılırdı.  Hər  kəs  bu  ailəyə  yaxın 
olmağa  can  atırdı.  ġeremetyevlər də  bu  yolla  dövlətin ən  etibarlı adamı ilə qohum 
olmaqla  çara  da  yaxın  olacaqdılar.  Odur  ki,  Ġvan  Dolqorukinin  bu  təklifi 
ġeremetyevlərin  evində  sevinclə  və  razılıqla  qarĢılandı.  Natalya  isə  sevgi  və 
sevincdən  baĢını  itirmiĢdi.  Gənc  və  gözəl  knyaz  Dolqoruki,  qadın  ürəyinin  mahir 
ovçusu...  indi onun aĢiqi və adaxlısı idi. 
Çarın  və  eləcə  də  yüksək  saray  nücəbasının  iĢtirakı  ilə  1729-cu  ilin 
sonlarında,  yeni  il  qabağı  onların  niĢan  mərasimi  oldu.  Lakin  Natalyanın  qara 
günlərinin  baĢlanmasına  sayılı  günləri  qalırdı.  Az  sonra  bu  fərəh  bitəcək,  taleyin 
müdhiĢ  sətirləri  diqtə  olunacaqdı.  Xülasə,  gənc  çar  ovda  soyuqlayır  və  bir  neçə 
gündən  sonra  vəfat  edir.  Hakimiyyətə  Pribaltikadan,  ər  evindən  çağırılan  Pyotrun 
qardaĢı qızının isə onları görməyə gözü yox idi. Dul çariça özünü Biron, Osterman, 
Minix kimi almanlarla əhatə etmiĢ, onların hər sözünə inanır, hər hərəkətində onlara 
arxalanırdı.  Dünənki  ən  varlı,  ən  bəxtəvər  Dolqorukilər  ailəsi  üçün  ağır  günlər 
baĢlayır. 
Gəlinin mənfəətpərəst qohumları ona məsləhət görürlər ki, gözdən düĢmüĢ 
adaxlısından  imtina  etsin,  niĢanı  qaytarsın.  Amma  mümkündürmü,  bu?  15  yaĢın 
məhəbbəti...  Ġlk  baxıĢdan  ürəyin  dərinliklərinə  iĢləyən  eĢqin  odunu  belə  asanlıqla 
söndürmək mümkün iĢdirmi? Əksinə, çar ölən kimi elə onların ilk görüĢündə gənc 
adaxlısının  üzündə  bu  ailəni  gözləyən  fəlakətin  nəqĢəsini  sezdikdə  Natalya  onunla 
əhd-peyman bağlayır: Allah
 
onları ayıranadək birlikdə olmaq. 
Onlar  evlənərkən  çar  nəzərindən  düĢmüĢ  bu  ailəyə  görə  dilə-ağıza 
düĢəcəklərindən qorxan qohumlar heç toya da gəlmirlər. Toy toydan çox hüzr yerinə 
bənzəyirdi. Amma dünya bu sevənlərin eyninə deyildi. Toydan üç gün keçmiĢ yeni 
çariçənin  fərmanı  ilə  onlar  sürgün  edilirlər.  Əvvəl  onları  Penzadakı  mülklərində 
yaĢamağa göndərirlərsə də ardınca hər Ģeyləri əllərindən alınaraq uzaq Sibirə sürgün 
olunurlar.  Onların  sürgün  olunduqları  Berezov  kəndi  müasir  Surqut  yaxınlığında 
hicra  bir  guĢədə  kənd  idi.  Onlardan  əvvəl,  bu  kəndə  sürgün  olunmuĢ  knyaz 
MenĢikov  yenicə  ölmüĢdü.  Onun  "yıxılmasında"  və  məhvində  Dolqorukilərin  əli 
vardı. Ġndi özləri həmin yolu gedirdilər. 
...Natalya  ġeremetyeva  gündəlik  yazırdı.  Amma  15  yaĢından  üzləĢdiyi 
fəlakətləri  çox  sonra  qələmə  alacaqdı.  O  da  nəvəsinin  xahiĢi  ilə.  Hələlik  könlünə 
yazırdı vərəq-vərəq... 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə