Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   39   40   41   42   43   44   45   46   ...   56

89 
 
həm də onun savadından razı idi. Ona o qədər inanırdı ki, harasa göndərdiyi əmr və 
sərəncamları onunla baxıb məsləhətləĢdikdən sonra yola salırdı. Yekaterina Qrimmə 
yazdığı məktubda vəcdlə hey ondan danıĢır, vurğunluğunu gizlədə bilmir: Mamonov 
həmiĢə  əlində  qələm  oturur.  Bu  "Qırmızı  Kaftan"ın  altında  vicdanın  ağır  xəzinəsi 
gizlənmiĢdir.  O  gözəl  ürək  sahibidir  və  ağlı  dörd  kiĢiyə  çatar.  Mamonov,  mənim 
"Qırmızı Kaftanım" bitib-tükənməyən Ģənlik  mənbəyi,  heyrətamiz  dərəcədə  zəngin 
məlumata malikdir; qeyri-adi tərbiyəyə və orijinallıqlara sahib olmuĢdur. 
Qrimm  Yekaterinanın  daim  məktublaĢdığı,  xəbərləĢdiyi  adamı  idi. 
Yekaterina  Mamonova  heyranlığını  nəinki  gizlədə  bilmir,  hətta  ona  olan  sevgidən 
baĢını  itirdiyini  anladır:  "biz  (ən  çox  Mamonovu  nəzərdə  tutur)  poeziyaya  olan 
vurğunluğumuzu cinayət kimi gizləyirik, biz  musiqini dəlicəsinə sevirik;  hər Ģeyin 
istiqamətini, yönünü tapmaqda bizdə nadir istedad vardır. Allah bilir ki, biz axı nəyi 
bilmirik?! Biz deklomasiya deyirik, birlikdə gəvəzələyirik, hər hansı cəmiyyət olur-
olsun  söhbət  aparmağı  bilirik.  Biz  hədsiz  nəzakətliyik;  burada  hər  kəs  rus  dilində 
istər  məzmun, istər gözəl üslubca  yazmağı bacarmır, amma  biz  rusca da, fransızca 
da  yaza  bilirik.  Bizim  xarici  görünüĢümüz  daxili  keyfiyyətimizlə  tutur,  düzgün  üz 
quruluĢumuĢ  dünyanın  hər  yerində  rast  gəlinməyən  qara  qaĢ-gözlər,  kübar  rəftar, 
yüngül yeriĢimiz ... var". 
Yekaterina  26  yaĢına  girməkdə  olan  məĢuqunu  polkovnik,  ardınca  elə 
həmin  ildəcə  general-mayor  rütbəsinə  qaldırır.  QıĢ  Sarayında  daimi  yaĢamaq  üçün 
dairə ilə mükafatlandırır. Lakin Mamonov hələ Sarayda elə bir nüfuz sahibi deyildi. 
Onun ulduzu hələ bundan sonra özünün tam gücündə parlayacaqdı. 
Elə  ki,  1787-ci  ildə  Yekaterina  onu  özü  ilə  bərabər  Kırıma  səyahətə 
götürdü, onların həm cismən, həm də qəlbən yaxınlığı güclənməyə baĢlayır. 
Bu  səfər  boyu  o,  Yekaterinanın  əyan-əĢrəfi  və  xarici  qonaqlarla  gündəlik 
görüĢlərində,  eləcə  də  hər  an  imperatriçanın  yanında  olmaqla  onun  söhbətlərində 
iĢtirak edir. 
Bu siyasi nümayiĢkaranə  səyahət  idi.  Yekaterina  və  Potyomkin  Rusiyanın 
Qara  dəniz  boyunda  möhkəmlənməsini  və  heç  kimin  artıq  buna  maneə  törətmək 
iqtidarında ola bilməyəcəyini nəzərə çarpdırmaq istəyirdilər. 
Bu  səfərdə  isə  imperator  II  Ġosif  (II  Ġosif  Rus-Türk  müharibəsində 
Rusiyanın müttəfiqi idi) və PolĢa kralı Stanislav-Avqust Ponyatovski, həmçinin bir 
çox  dövlətlərin  səfirləri,  diplomatlar  iĢtirak  edirdi.  Rusiya  Kırımı  bütövlükdə  istila 
edib  baĢa  çatdırmıĢdı,  Yekaterina  yeni  istila  olunan  torpaqlara  baxmaq  istəyirdi, 
baĢlıcası isə bütün Avropaya bunu göstərmək istəyirdi. 
Dnepr  çayı  üstündə,  Kanev  Ģəhərində  Ponyatovski  onları  gözləyirdi. 
Mamonovu  qısqanclıq  bürümüĢdü.  Hələ  Yekaterinanın  öz  çarlığından  əvvəl,  gəlin 
olduğu  çağlarda  onların  məhəbbət  macərası  baĢlamıĢdı.  Bu  Mamonovun  yaĢından 
qabağın "söhbət"i olsa da indi o əzab çəkirdi, onun bu halına saray adamları gizli-
gizli  gülürdülər.  Rəsmi  görüĢ  bitir  və  Yekaterina  onun  qısqanclıqdan  alıĢıb  yanan 
gözlərini  gördükdə  aĢiqinə  ürəyi  yanır,  Mamonovu  inandırır  ki,  bu  görüĢ  çox 


90 
 
darıxdırıcı  oldu.  SaĢa  Mamonov  bəzən  qısqanclıqda  çox  uzaqlara  gedir,  ulu 
babalarının türk qanı qaynayırdı qanında. Bu da Yekaterinaya xoĢ gəlirdi. Bir dəfə 
güclü  rəqibə  görə,  Yekaterinanın  gözəl  bir  zabitə  aludə  olmasından,  əslində  ani 
vurğunluğa görə o həqiqətən xəstələnir. 
Ġmperatriçanın  digər  əvvəlki  aĢiqlərindən  tənbəl  Orlovdan,  fırıldaqçı  və 
əyyaĢ Potyomkindən fərqli olaraq o dövlət iĢlərində fəal iĢtirak edir. 
Yekaterina  Mamonova  möhkəm  bağlanmıĢdı,  1788-ci  ildə  ona  qraf  titulu 
verib  general-adyutant  vəzifəsinə  təyin  etdi.  Nəhayət  ġurada  iĢtirak  etmək  hüququ 
verdi.  Böyük  var-dövlət  bağıĢladı.  Hamı  ona  qibtə  edirdi.  Mamonov  isə  həqiqi 
məhəbbəti  tapmıĢdı  gizlicə.  O  imperatriçanın  fröylinası  knyaginya  Liza  ġerbatova 
ilə seviĢirdi, ona evlənməyə söz vermiĢdi. 
Yekaterina  təhqir  olunmuĢdu.  Dünyanın  böyük  Ģairlərinin,  ən  məĢhur 
füosoflarının  mədh  etdikləri  bu  böyük  qadın  alçaldılmıĢdı.  "ġimal  Semiramidası" 
"Tomiris" adlandırılan padĢah, məhəbbəti siyasətlə birləĢdirən bir dahi aldadılmıĢdı. 
Yekaterinanın  Ģəxsi  katibi  Xrapovitskinin  gündəliyində  20  iyun  1789-cu  ilə  aid 
qeydlərdən aydın olur ki,  imperatriçanın öz  Ģəxsi katibi ilə  həmin  gün çox açıq və 
səmimi söhbəti olub: "8 ay idi ki, mən ondan Ģübhələnirdim. Mənə xəstə olduğunu 
dcyir, otağından çıxmırdı.  Nəhayət indi  mənə  vicdan əzabı çəkdiyini,  daha  bunları 
gizlətmək istəmədiyini danıĢdı.  Bizim daha  birgə  həyatımız  mümkün ola  bilməz,  - 
deyə mənə ürəyini açdı. Axı niyə o əvvəldən bu duyğular onu əsir etməyə baĢlarkən 
hər Ģeyi boynuna almırdı? Əgər o mənə üç gün əvvəl yox, vaxtında danıĢsaydı... O 
bilmir  ki,  mənə  nə  qədər  zülm  eləmiĢdir.  Ġndi  mən  onlara  xoĢbəxtlik  arzulayıram. 
Mən onları təbrik edəndə o ağladı. Deməli əski məhəbbət hələ ürəyində yaĢayırmıĢ". 
Bir  həftədən  sonra  toy  olur.  Adəti  üzrə  imperatriça  öz  fröylinasının 
bəzənməsində  iĢtirak  edir.  Gəlinin  saçlarına  toy  münasibətilə  bağıĢladığı  daĢ-qaĢlı 
qızıl  sancaqları  öz  əllərilə  bərkidərkən  baĢının  ətinə  soxulan  sancağın  ağrısından 
"günahkar" gəlin qıĢqırır. 
Yekaterina  onları "bağıĢlayıb" yaxĢı hədiyyələr verir: toy  nəməri olaraq 3 
min  təhkimli  (təkcə  ailədəki  kiĢilərin  sayı  nəzərdə  tutulur),  100000  manat  pul  (o 
zaman bu pula Peterburqda hazır saray almaq olardı). Lakin əsil "hədiyyə" qabaqda 
idi.  Onlara  dərhal  Peterburqu  tərk  etmək  tapĢırılır.  Daha  nə  etməli  idi.  Ġntiqam? 
Qan? Qisas? Yox. Heç biri lazım deyildi. Yaxın rəfiqəsi Anna NarıĢkina ona Platon 
və Valerian Zubov qardaĢlarını təqdim elədi. 
...Təzə  toylular  Moskvaya  yerləĢdilər.  Mamonov  sevdiyi  qızla  izdivacdan 
məst  olmuĢdu;  ailə  xoĢbəxtliyi  içində  üzürdü.  Lakin  bu  həyatdan  ötrü  verdiyi 
qurbanlar  özünü  hiss  etdirməyə  baĢladı.  Heç  nə  onun  yaddaĢından  bir  az  irəlidəki 
parlaq həyatın nəĢəsini silib apara və ya yerini doldura bilmirdi. 
Təsadüfən  düĢdüyü  Ģərait  və  Ģahanə  həyatın  Ģirin  nağıl  kimi  yarıda 
qırılması  artıq  onu  yandırıb  yaxmaqda  idi.  Evliliyindən  bir  il  keçər-keçməz 
peĢimanlıq və nankorluq xəcaləti onu qaplamağa baĢlayır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə