Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   42   43   44   45   46   47   48   49   ...   56

95 
 
inanmaq  lazım  gəlir...  ġair  həmiĢə  padĢahdan  ənam  gözləməz  ki...  HəmiĢə  çarın 
yanında  idi,  dostluqlarına  arxalanıb  hər  Ģeyi  qırmızı-qırmızı  ona  deyən  vəzir  kimi 
özünü aparırdı. Çar I Aleksandr öldükdə də hər gün sarayda idi, bir xalq elçisi kimi 
xalqın gileylərini çatdırır, imperatorun səhvlərini göstərirdi. Öz xəstəliyini də yaman 
duyurdu: acıdil və kinli idi; danıĢır, hey danıĢırdı. Çarın anası isə susurdu. Nəhayət 
dözə  bilmədi,  dərdli-dərdli:  "Ana  ürəyinə  yazığın  gəlsin,  aman  ver  Nikolay 
Mixayloviç!  -  deyə  fəğan  etdikdə  Karamzin  müdrikcəsinə:  Ülya-həzrət,  mən  təkcə 
ölən  hökmdarın  anasına  yox,  həm  də  yeni  taxta  çıxacaq  hökmdarına  anasına 
Ģikayətlənirəm, demiĢdi. 
22 mayda isə artıq böyük tarixçi yox idi. Xalq iĢə inanırdı ki, Karamzin sağ 
olsaydı dekabristlərin edamına yol verməyəcəkdi. Bəlkə də... Amma o özü onlardan 
əvvəl  ölüb  bu  dünyanı  tərk  etdi.  Ġndi  onun  və  arvadının  qoĢa  məzarı  Aleksandr-
Nevski xiyabanındadır. 
"Mən  təkcə  tarixlə  məmnunam",  deyən  Karamzin  12  cildlik  "Rus 
dövlətinin tarixi" kitabını  Romanovların tarixinə  qədər (1613) iĢləyib çatdıra  bildi. 
Tarix yarımçıq qaldı, tamamlanmadı. Öz ömrü kimi. 
 
BAHADIRLAR NƏSLİ. RUS SƏRKƏRDƏSİ KUTUZOV 
 
Kutuzov  haqqında  çox  yazılıb.  Əgər  onun  haqqında  nələrsə  hələ 
yazılmayıbsa  bu  təkcə  sərkərdənin  mürəkkəb  və  çətin  həyat  yolu  və  ya  ömrün 
qəhrəmanlıq  səhifələri  ilə  bağlı  deyil,  bizim  nəzərimizcə 
Kutuzovlar kimi məĢhur bir nəslin mənĢə məsələsinin düzgün həlli 
də  əvvəldə  qeyd  etdiyimiz  həmin  cəhətlərdən  az  əhəmiyyət  kəsb 
etmir. 
Rus  nücəbasının  "Məxməri  kitab"ında  Kutuzovların  ulu 
babasının almanların içindən çıxaraq Aleksandr Nevskinin yanında 
xidmətə  girməsindən danıĢılır. Bu "alman əsilli" məsələsi Ģöhrətli 
ailələrin  o  zaman  öz  soylarına  ĢərəfĢan  artırmaq  məqsədilə  qoĢduqları  uydurmalar 
idi,  belə  nağıllara  tez-tez  təsadüf  edilirdi.  Çünki  türk  əslini  etiraf  etmək  bir  növ 
cinayəti və onun xəcalətini boynuna çəkmək qədər həqarətli idi. 
Bu  "qissəyə"  inansaq  həmin  almanların  içindən  qopub  gələn  həmin 
namuslu  kiĢinin  adı  Qavrila  idi.  Sonralar  həmin  Qavrilanın  kötücəsi  Kutuz  ləqəbi 
daĢıyacaqdı.  Bu  ləqəbdən  Kutuzovlar  nəsli  baĢlayır.  Hətta  Kutuzovların  qızı 
sonuncu Kazan çan Simeon Bekbulatoviçin xatunu idi (Qeyd: Simeon Bekbulatoviç 
xristianlığı qəbul etmiĢ xan nəslindəndir). Sonra Kutuzovlardan qardaĢlardan birinin 
ləqəbi ilə (QoleniĢçe) QoleniĢev-Kutuzov deyə bir qol da ayrılmıĢdır. 
Kutuzovların  soy  adları  ilə  bərabər  türk  adları  ilə  də  yaĢadıqları  məlum 
olur.  Məsələn,  sənədlərdə  Kutuzovların  Bulıqa,  Burduk  və  s.  kimi  adları  da  qeyd 
olunmuĢdu. 


96 
 
Kutuz  və  ya  kudur  (maq)  r  və  z  səslərinin  türk  dillərində  xarakterik 
əvəzlənməsi hadisəsini nəzərə alsaq sözlərin eyniliyini qəbul etmək lazım gəlir. Rus 
dilində kutuzka "türmə, kamera, təcridxana" mənaları (quduz sözü ilə bağlı) daĢıyır. 
Türk  dülərində  quduz  "qudurmuĢ,  quduz  dəymiĢ,  dəlisov,  qızğın  adam" 
mənasını daĢıyır. 
Tədqiqatçılar  Aksak,  Bulqak  kimi  qədim  türk  ləqəbləri  içərisində  Kutuz 
(qudurmuĢ) adını da göstərmiĢlər (3. 12,35,92; 44. 69). 
Nəhayət,  Kutuzovların  ilk  nümayəndəsinin  Aleksandr  Nevskinin  yanında 
xidmətə girən Bahadır Qavriladan və ya türk əsilli Kutuzovların 1230-1240-cı illər 
arasında Moğol istilasından qorxaraq Aleksandr Nevskiyə  qaçıb sığınan bir Bulqar 
tayfasından olması da güman edilir. 
Kutuzovun  atası  da  hərbçi  idi,  hələ  I  Pyotrun  vaxtında  hərbi  xidmətə 
baĢlamıĢ,  general  rütbəsində  istefaya  çıxmıĢdı.  O  qədər  ağıllı  kiĢi  idi  ki,  xalq 
arasında "Ağıllı kitab" ləqəbi qazanmıĢdı. 
General  Kutuzovdan  öz  oğluna  irsən  elmə  həvəs,  təhsilə  maraq,  zəhmətə 
sevgi  hissləri  keçmiĢdi.  Oğul  Kutuzov  oxumağa,  öyrənməyə,  hər  Ģeyi  dərindən 
bilməyə can artırdı. Gənc Mixail Kutuzovu artıq artilleriya mühəndis məktəblərində 
həm  də  Ģən  xarakterinə  görə  sevirdilər.  Lakin  onda  ağılla  bərabər  tizfəhmlilik, 
ehtiyatlılıq  və  demək  lazımdır  ki,  hiyləgərlik  də  sezilirdi.  Gənclikdə  -  öyrəndiyi 
xarici  dillər  arasında  türk  dili  də  var  idi.  Bu  fəndgirlik  bütün  yürüĢlərdə  həlledici 
məqamda onun dadına çatırdı. Borodino döyüĢündə gecə ikən qaçıb aradan çıxarkən 
də  ehtiyatlılığı,  hiyləgərliyi  əlindən  tutmuĢdu.  Filidə  Hərbi  ġurada  qardaĢı  oğlu 
mürəkkəb  Ģəraiti  nəzərdə  tutaraq  ondan:  "Nə  edəcəksiniz?"  deyə  sorduqda  "döyüĢ 
olmayacaq,  o  birinə  baxarıq",  -  deyə  tək  gözü  ilə  mənalı-mənalı  göz  vuranda  da 
həmin hiyləgərliyi iĢinə yaramıĢdı. 
Kutuzov  haqqında  adətən  belə  düĢünürlər  ki,  o  birbaĢa  rəhbər  mövqeyə 
qalxmıĢ,  ordunu  o  saat  qələbədən  qələbəyə  aparmıĢdı.  Əslində  bu  Ģöhrət  naminə 
ömrün 40 ili səfərlərdə - müharibələrdə keçmiĢdi. 
Ordu komandanlığına gələn yol cəbhələrdən keçirdi. 1770-ci ildən isə onun 
Türk  cəbhələrindən  keçən  yolu  baĢlayır.  General  Rumyantsevin  ordusunda  Dunay 
kompaniyasında  iĢtirak  edir.  Kutuzov  Dnestr,  Prut  və  Dunay  arasındakı  böyük 
ərazilərin  ruslara  keçməsinin  Ģahidi  olur.  Ġlk  döyüĢ  qələbəsini  dadır.  Bu  əzəli  türk 
torpaqları uğrunda Pyotr çox səy göstərmiĢdi, indi onun ölümündən 40 il keçdikdən 
sonra  həmin  yerlər  Rus  imperiyasına  daxil  edilməkdə  idi.  Bu  qələbəyə  görə 
Rumyantsev 39 yaĢında feldmarĢal rütbəsinə layiq görülür. Gənc Kutuzov üçün isə 
bu qələbə hərbi sənət məktəbi rolunu oynadı. BaĢ ġtab zabiti kimi o rus qoĢunlarının 
da,  əleyhdarlarının  qoĢununun  da  hərəkəti  barədə  mükəmməl  məlumatlara  malik 
olur, mürəkkəb əməliyyatlardan baĢ çıxardırdı. 
Kutuzovun gözünü kor edən yaranı isə (o buna görə Ģəklini həmiĢə yandan 
çəkdirirdi)  1774-cü  ildə  Kırımda  AluĢta  döyüĢlərində  almıĢdı.  Ġlk  müalicəsini  alan 
kimi  xaricə  -  sularda  müalicəyə  göndərilir.  II  Yekaterina:  "Kutuzovu  qorumaq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə