Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   43   44   45   46   47   48   49   50   ...   56

97 
 
lazımdır.  O  mənim  böyük  generalım  olacaqdır"  deyə  uzaqgörənlik  göstərmiĢ  və 
Kutuzovun qədrini bilmiĢdi. 
Artıq Kutuzov Suvorovun qoĢununda döyüĢ komandiridir. Kutuzov ağıl və 
böyük  taktika  tələb  edən  diplomatik  iĢi  də  döyüĢ  tapĢırığı  kimi  ciddiyyətlə  yerinə 
yetirirdi.  Arvadına  yazdığı  məktublarda  (arvadının  qızlıq  familiyası  Bibikova  idi) 
yeni  oxuduğu  kitablardan  danıĢır,  ondan  da  bunu  tələb  edib  gözləyirdi;  paytaxtın 
mədəni və elmi aləmindən aldığı xəbərləri acgözlüklə dinləyirdi.  Allah ona beĢ qız 
övladı pay vermiĢdi. Qızlarından biri - ağıllı Liza PuĢkinlə dostluq edirdi. 
Alınmaz  türk  qalası  Ģöhrətini  daĢıyan  Ġsmayılın  taleyi  həll  olunanda 
Potyomkin  Suvorova  "ümidim  bir  Allaha  və  sənin  igidliyinədir",  deyə  yazırdı. 
Suvorov  qala  üstünə  gələrkən  qoĢunda  ehtiyat  nərdivanları  və  kəndirləri,  dərin 
müdafiə  xəndəklərini  dolduran  çuvalları  götürməklə  yanaĢı  ona  bərk  lazım  olan 
adamı - Kutuzovu da yanına alıb qala altına gətirmiĢdi. 
Suvorov  zabitlərə  döyüĢqabağı  tapĢırıqları  göndərib  hər  kəsin  vəzifəsini 
özünə anlatdıqda dərhal özünəməxsus lakonik tərzdə: "bu Kutuzova aid deyil, o özü 
hər Ģeyi bilir" - deyirdi. 
Ġsmayıl  qalasına  hücumda  Kutuzov  məsul  yerdə  durmuĢdu.  Ona  altıncı 
cinaha  komandirlik  etmək  tapĢırılmıĢdı.  Ġtki  çox  idi,  qan  su  yerinə  axırdı.  Hətta 
kazakların belə gözü qorxmuĢdu, geri çəkilmək lazım idi. Amma bunu Suvorova heç 
kim  cürət  edib  çatdıra  bilməzdi.  Yalnız  Kutuzov,  qan  tökməkdə,  qırğında 
Suvorovdan heç də az hünərli olmayan Kutuzov ürək edib Suvorova: güc bitir, mənə 
əsgər  verin,  deyə  bildi:  bilirdi  ki,  belə  güc  yoxdur,  meydanda  ölülər  qalmıĢdır. 
Suvorov:  "Rusiyaya  artıq  Ġsmayılın  alınması  və  Kutuzovun  ona  komendant  təyin 
olunması  haqqında  raport  yola  salınmıĢdır"  deyə  qələbə  yolunda  silahla  bərabər 
iĢlətdiyi  inadı  və  rəĢadəti  iĢə  saldı.  Ġndi  son  hücuma  baĢlamaq  olardı,  lazım  olan 
səviyyədə ruh yüksəkliyi təmin olunmuĢdu. 
Həqiqətən  qalada  qırğına  ilk  baĢlayan  da  Kutuzovun  kazakarı  və  yeger 
alayları oldu. 
DöyüĢün sonunda özünə gələn kimi arvadına yazırdı: "Daha ömrümdə belə 
döyüĢ  görmərəm.  BaĢımda  tüklərim  bimbiz  durub.  Yanımda  kim  vardı  həlak  olub. 
DüĢərgədə  kimi  soruĢuram  ya  ölüb,  ya  da  can  üstündədir.  Ürəyim  qanla  dolub, 
gözlərimdən  yaĢ  süzülür.  Bütün  gecəni  tək  idim.  Həm  də  o  qədər  iĢ  var  ki,  heç 
yaralıları  hələ  yerləĢdirə  bilməmiĢəm.  ġəhəri  də  qaydaya  salmaq  lazımdır.  Elə 
türklərin on beĢ mindən artıq meyidi qalıb. Korpusu da cəm edə bilmirəm, sağ qalan 
zabitimiz  demək  olar  ki,  yoxdur".  Kutuzov  səmimi  dostuna  (arvadına)  yazdığı  elə 
səmimi məktubunda ruslardan ölənləri demirsə də onların sayı türklərdən ikiqat artıq 
olmalı idi. Odur ki, bu cəfəngiyyat qələbə heç kimə lazım deyildi. Paytaxtda, hətta 
əyanlar belə Suvorovun qan hərisliyindən nifrət edib çiyrinmiĢdilər. 
Yara  dəyməyən  ailə  qalmamıĢdı.  Aylar  belə  keçir,  nəinki  türklərin,  heç 
rusların meyidini yığıĢdırıb qurtara bilmirdilər. 


98 
 
Suvorov  Peterburqdan  Kutuzovun  təltif  olunmasını  xahiĢ  etdi.  Qələbədən 
dərhal sonra Kutuzov general rütbəsinə layiq görülür. Bu zaman Kutuzovun 45 yaĢı 
var idi. 
Ġsmayıl qalası alındığı ərəfədə taledən zərbə almıĢdı: yeganə oğlu çox gənc 
ikən  çiçəkdən  ölür.  Məktublardan  göründüyü  kimi  qanla  dolu  açıq  qəbrə  çevrilən 
Türk qalası Ġsmayılın dərdi kimi onun da bir insan kimi öz dərdi var idi. Məğrur türk 
qalası  Ġsmayıl  alındısa  (Bu  qalanın  adı  onun  qəhrəman  komendantı  igid  kapitan 
Ġsmayılın  (XV  əsr)  adındandır)  rusların  hələ  Dunay  səfərləri,  Maçin,  Babadağ  və 
Ġsakçı döyüĢləri Qara dəniz uğrunda müharibələr irəlidə idi. lakin hələlik də uğurlar 
böyük idi: Yassı sülhündə (1791) qazanılan nailiyyətlər nəticəsində Qara dənizə yol 
açılmıĢdı. 
Müharibə  və  döyüĢlərin  Ģəraiti  imkan  verirdi  ki,  düĢmənin  gözünün  içinə 
baxasan,  qılınclar  çaqqıĢanda  kükrəyən  sinələr,  qanlı  gözlər  özü  qılınc  kimi 
iĢləyirdi.  Bəzən  bu  savaĢ  meydanı  pəhləvan  meydanına  dönürdü.  Dəfələrlə  türklə 
üzləĢən  Kutuzov  da  onlara  heyrətini  gizlədə  bilmirdi;  düĢməndən  təhsinlər  almaq 
hər  orduya  nəsib  olmur.  Kutuzov  türkləri  Dunay  boyundakı  Slistriya  qalasında 
mühasirədə  saxlarkən  arvadına  1811-ci  il  10  oktyabr  tarixli  məktubunda  yazırdı: 
"Турки которые заперли восемь дней, уже едят лошадиное мясо, без хлеба и 
без солей, и не сдается" (24, с.257). 
Qızı  E.M.Kutuzovaya  (Tizenhauzenə)  -  PuĢkinin  dostuna  1811-ci  il  13 
dekabr  tarixində  Buxarestdən  yazırdı:  "Не  знаю,  что  будут  говорить  о  моей 
компании по ее окончании, но я ею очень доволен... Среди пленних есть один 
трехбунчужный  паша  Чапан-оглу  в  возрасте  25  лет.  Он  так  красив  и  так 
элагантен, что мог бы вскружит голову всему Петербургу (24, с.275). 
...Napoleon  Moskvaya  hücum  edəndə  isə  sərkərdə  Kutuzov  artıq 
yaĢlanmıĢdı.  Qoca  qartal  Borodino  çölündən  rusların  vahimə  içində  qaçdığını 
görürdü.  Odur  ki,  hər  Ģey  itirilməmiĢ,  yəni  ordu  məhv  olmamıĢ  dərhal  geri 
çəkilməyin vacib olduğunu baĢa düĢdü. 
8 sentyabr sübhçağı fransızlar qarĢı tərəfi - cəbhəni boĢ gördülər. 
Kutuzovun  Rastopçin  (Moskvanın  general-qubernatoru)  və  general 
Benniqsen  kimi  əleyhdarları  ona  gülüb  ələ  salırdılar:  Qoca  fransızlardan  qorxur... 
Qoca isə səbr və təcrübəsini iĢə salmıĢdı: dözüm və fəndə güvənirdi. Bu böyük səbr 
içində  rahatlıq  və  müdrikliyini  əldən  vermirdi.  Qarlı  qıĢ  günlərində  hələlik  "dincə 
oturan"  rus  düĢərgələrində  ümumdüĢmən  elan  olunmuĢ      Napoleonu  zarafat  və 
hədyan  mənbəyi  edib  gülürdülər.  Xalq  folkloru  yaranmaqda  idi.  Bir  dəfə  bir  zabit 
Kapoleonu  dolayıb  güldükdə  Kutuzov  onu  saxlayıb  "cavan  oğlan,  kim  sənə  icazə 
verib  ki,  dahi  sərkərdə  haqqında  belə  danıĢasan?"  deyə  onu  məzəmmət  etmiĢdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə