Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   31   32   33   34   35   36   37   38   ...   56

73 
 
sərkərdəsi rus ordusunun general issimusu adını və knyaz titulunu məhz çar Pavelin 
əlindən qəbul etnıiĢdi. 
Amma  həqiqətən dinc, sadə  yaĢayırdı.  Təmtərağı sevmirdi.  Heç bir Ģeydə 
təntənə  və  parıltını  yaxın  qoymurdu.  Özlüyündə  maraqlı  olan  bir  əhvalatı  nəzərə 
çatdıraq:  Suvorov  Alp  yürüĢündən  geri  dönür.  Bohemiyanın  paytaxtı  Praqada, 
əyləndikdən  sonra  baĢının  dəstəsi  əyan-əĢrəfi  ilə  Ģəhəri  tərk  edir.  Morav  Ģəhəri 
Neytitçenkdə dəfn olunmuĢ Avstriya feldmarĢalı Laudonun uyuduğu sərdabəyə baĢ 
çəkir.  Bu  məĢhur  insanın  -  cahangirin  sənduqəsinə  onun  bütün  xidmətləri,  həyatı, 
rütbə  və  titulları  təfərrüatı  ilə  həkk  olunmuĢdu,  Suvorov  düĢüncələr  içində  latınca 
epitafiyalarla  bəzədilmiĢ  məzara  baxıb:  nəyə  lazımdı  bu  uzunluqda  yazı?  Onunla 
yanaĢı  Fuks  durmuĢdu.  Sərkərdə  gözlərini  onun  üzündə  gəzdirir,  Fuksun  ağıllı 
üzündə  həmin  anın  həyacanını,  ağır  düĢüncələrini  seyr  edib:  Yox!  Haçan  mən 
ölərəm, onda mənim baĢ daĢımda vəsf hal yazmayın. Sadəcə üç söz, üçcə söz yazın: 
"Burada  Suvorov  yatır".  Belə  də  olur.  Bu  söhbət  kifayət  qədər  yayıla  bilmiĢdi. 
Suvorov ölüm yatağında olarkən onunla vidalaĢmağa gəlmiĢ insanların hərəsi ilə bir 
cür dil tapır, hərəsi ilə bir cür vidalaĢırdı. Derjavin onunla görüĢə gələndə, canlanır. 
Axı  Ģair  ona,  onun  qələbələrinə  gör  nə  qədər  odalar  həsr  etmiĢdi.  Mənə  hansı 
epirafiyanı  yazacaqsan?  -  deyə  soruĢduqda  Derjavin  ikiüzlülük  etmədən,  yaian 
təsəllilərə lüzum görmədən: "Burada Suvorov yatır" - epitafiya belə olacaq. Sərkərdə 
vəcdə gəlir: Ġlahi, necə də gözəldir! 
Suvorov acıdil olsa da bu acı dil sözün düzünü deyirdi; düĢmənləri də çox 
olurdu,  çox-çox.  Bir  gün  ondan  soruĢmuĢlar  ki,  qələbə  ona  necə  müyəssər  olur?  O 
dərhal cavab verir: Əsgəri sev, o da səni sevəcəkdir. Bütün sirr bundadır. Bunu iĢdə 
də edirdi. Türklərin Qara dənizə bir mil kimi girən quru zolağın üstündə Kıl Burun 
qalası divarları önündə  vuruĢda  igid Əyyub paĢanın  komandanlığı altında  türklərin 
fövqəladə hünərini, cəsarətini görən rus əsgərlərinin qorxub vahimə içində qaçmağa 
üz  qoyduğunu  görəndə  irəli  atılmıĢ,  əsgərlərini  ruhlandıra-ruhlandıra  qalaya  doğru 
aparmıĢdı. 
UĢaqlıqdan  ağlağan,  çəlimsiz  bir  körpə  olmuĢdu,  boyca  yaĢıdlarından 
balaca,  lakin  dilli-ağızlı,  dəcəl,  ipə-sapa  yatmayan  bir  uĢaq  idi.  Hələ  kiçik 
yaĢlarından atasının topladığı və mütaliə etdiyi hərb kitablarını, böyük sərkərdələrin 
həyatlarına aid ədəbiyyatları acgözlüklə oxuyurdu. 
Hannibalı  əlindən  yerə  qoymurdusa  da,  Ġsveç  kralı  XII  Karla  keçdi  bütün 
məhəbbəti,  hüsn-rəğbəti.  XII  Karl  ölənə  kimi  (döyüĢdə  ölmüĢdü)  Rusiya  ilə 
vuruĢdu;  Pyotrun  qatı  düĢməni  idi.  Poltavada  üz-üzə  vuruĢurdular.  O  idi  Prut 
döyüĢündə "əbədi qənim" Pyotru əlindən buraxan Baltaçı Mehmet paĢanın kaftanını 
qılıncı ilə cıran... 
Ata  Suvorov  əl-ayağa  düĢür.  Bu  təhlükəli  məhəbbət  idi.  Poytru  onun 
gözündə yüksəltməyə çalıĢır, xatirələr danıĢır, Poytrla bağlı xatırlamalı nələr yox idi, 
onun  denĢiki  (bu  denĢik  qul,  xidmətçi  yox,  o  zamankı  adyutant,  yavər  idi)  kimi 
həmiĢə yanında olmuĢdu; o idi çarın cavan silahdaĢı. Bu silahdaĢın xatirələri canlı və 


74 
 
iĢıqlı idi. Nəhayət istədiyinə nail olur. Ümumiyyətlə, ötkəm, tərs, cavanlıqdan əcaib, 
qəribə  adam  kimi  tanınan  oğul  Suvorov  atasının  bir  sözünü  iki  eləmirdi.  Atasının 
təkidi və göstəriĢi ilə də özünə həyat yoldaĢı seçir. Rusiyanın adlı-sanlı ailələrindən 
birinin  qızı  ilə  Varvara  Prozorovskaya  ilə  evlənir.  Bir  qızları  olandan  sonra 
arvadının əsil təbiəti üzə çıxır. Öz gözləri ilə onun xəyanətinin Ģahidi olanda, tamam 
üz  döndərir.  Heç  Yekaterina  da  ürək  edib  ona  "barıĢ"  deyə  bilmir.  Lakin  sonralar 
arvadının baĢqa adamdan doğduğu Arkadini qəbul edir qızı ilə bərabər özünə vərəsə 
sanır. Qismət, tale yox, sədəqə taleyin sədəqə qisməti o oldu ki, Suvorovun soyunu 
həmin Arkadi davam etdirməli oldu. 
Necə  olmalı  idi?!  Özünün  bütün  eĢqi  müharibələrə  idi,  qanlı  müharibələr 
yalnız onun adıyla bağlıdır. Ġsmayıl qalası alındıqdan sonra Peterburqda bu qələbəni 
bayram etməyə əlləri gəlmirdi. Bu yenilməz türk qalasını almağa görə buraya atılan 
bütün qüvvə demək olar ki,  məhv olmuĢdu. DöyüĢün axĢamı Kutuzov öz arvadına 
məktubda  yazırdı  ki,  sanki  müharibə  meydanında  yox,  səhradayam.  Heç  kim 
qalmayıb  tanıdıqlarımdan,  gördüklərimdən;  ya  ölüblər,  ya  da  bu  saat  can 
verməkdədirlər. 
Qalanın  müdafiəçisi  türklərin  sevgi  və  imanın  verdiyi  vəhĢi  bir  cəsarətlə 
döyüĢə atıldığını,  Ģir kimi sağa-sola  vuruĢunu görən VI cinahın rəhbəri Kutuzovun 
özünün döyüĢ meydanında əl-qolunun sustaldığını duyan Suvorov ona öz yavəri ilə 
bir  kiçicik  ürəkləndirici  məktub  göndərir:"Sizi-Ġsmayıl  qalasının  rəisini  təbrik 
edirəm". Kutuzov ürəklənmiĢdi. 
Ġsmayıl qalası Osmanlının ən möhtəĢəm və ən etibarlı hərb qalası Ģöhrətini 
yaĢayırdı.  Onu  mühasirədə  saxlayan  rusların  bütün  cəhdi  boĢa  gedirdi.  Qalanın 
komandantı  Sərəsgər  Aydoslu  Mehmet  paĢa  narahat  olan  padiĢaha  qürurla:  "Tuna 
nəhri  tersine  akar,  kök  yerin  üzerine  düĢer,  fakat  biz  kaleyi  təslim  etmeye  karar 
vermeriz" deyə  cavab vermiĢdi (45, VII, s.99). Həm də  payız  girmiĢdi,  belə  getsə, 
ruslar mühasirəni buraxıb getməli idilər, qoĢuna da yoluxucu xəstəlik düĢüb tüğyan 
edirdi.  Vəziyyəti  öyrənən  Yekaterina  bu  iĢə  Suvorovun  gərək  olduğunu  hiss  etdi. 
Onu  cəbhədə  öz  yerindən  ayırıb  Ġsmayıl  üstünə  göndərdi.  Çünki  1787-1791-ci  il 
Rus-Türk  müharibəsinin  nəticəsini  bu  qalanın  kimdə  qalması  həll  edəcəkdi:  türklər 
ölüm-dirim  müharibəsinə  hazır  idi.  Qalanın  müdafiəsinə  göndərilən  qüvvələri 
gətirən  gəmilər  çəkilib  getmiĢdi,  bu  isə  açıqdan-açığa  onu  göstərirdi  ki,  son  türk 
əsgəri qalıncaya qədər dava gedəcək. 
Suvorov dekabrın 2-də artıq Ġsmayıl qalasının altında idi. O burada qoĢunu 
yenidən  hazırlamalı  oldu;  eyni  Ġsmayıl  qalasının  istehkamları,  bəndləri  kimi 
maneələr düzəltdirib gecə-gündüz məĢq etdirirdi. Hücumqabağı əsgərlərin qarĢısına 
gəldi:  rus  qoĢunu  iki  dəfə  Ġsmayılı  mühasirəyə  aldı,  hər  dəfə  də  geri  çəkildi.  Ġndi 
üçüncü  dəfə  də  bizə  ya  qələbə  çalmaq,  ya  da  burada  Ģərəflə  ölmək  qalır.  O,  rus 
əsgərinin dilini bilirdi... 
Qala uğrunda  ölüm-dirim savaĢı baĢlayır. DöyüĢün qızğın  çağında  özü də 
qızğın baĢla döyüĢə atılırdı. Xidmətçisi kazak həmiĢə onunla idi. "Limonad" adı ilə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə