Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   24   25   26   27   28   29   30   31   ...   56

59 
 
yaĢamamıĢdı.  Salihə  əvvəl  evdə  ağanın  kiçik  uĢaqlarının  dayəsi  kimi  xidmət 
göstərirdi, daha sonra təsərrüfatı idarə etməyi də ona həvalə etmiĢdilər. 
Gələcək  Ģair  doğulanda  oğlunu  öz  adına  yazdıra  bilməyən  Bunin  onun 
gələcəyindən  ötrü  əndiĢə  keçirir;  belə  ki,  gələcəkdə  onun  əsilsiz,  kəndli  oğlunu 
müddətsiz əsgərlik və təhkimçilik boyunduruğu gözləyirdi. Odur ki, uĢağa zadəgan 
"ata"  tapmaq  lazım  idi.  Dostu  olan  kasıb,  lakin  qəlbi  bol  mərhəmətli  zadəgan 
Andrey Jukovskini öz oğluna rəsmən ata yazdırmağa razı sala bilir. UĢağa ata kimi 
hər hansı bir təhkimli kəndlisini də yazdıra bilərdi, lakin belə olduqda bütün qapılar 
bu talesiz uĢağın üzünə bağlanmayacaqdımı?! 
Hələ  gələcək  Ģair  anadan  olmamıĢ  Buninlər  ailəsinə  fəlakət  üz  verir. 
Onların  on  bir  uĢağından  altısı  bir-birinin  ardınca  vəfat  edir.  Onların  arasında 
Leypsiq universitetinin tələbəsi olan yeganə oğulları da  var idi. Ġndisə oğlu olması 
münasibətilə Bunin kənddə yeni kilsə tikdirir. Yarımçıq bir sevinc içindədir o. 
UĢaq  doğulan  kimi  altı  uĢağı  dalbadal  əlindən  gedən  dərdli  ana  bu 
qanunsuz uĢağı dərhal götürüb saxlayır. Amma onun kimliyi barədə bircə kəlmə də 
demədən. 
Dərddən  ölüm  yatağına  düĢən  ata  son  vəsiyyətində  üzünü  arvadına  tutub 
yalvardı:  "Xanım,  mən  gedirəm,  anına  bu  iki  bədbəxti  sənə  tapĢırıram.  Onların  bu 
dünyada heç kimləri yoxdur, rəhm eylə". 
Jukovskinin  uĢaqlıq  illəri  atası  evində  keçsə  də  bu  evdə  onun  güzəranı 
anasının  kənizliyi  üzündən  kədərli  keçirdi.  Həqiqi  atasını  heç  tanımamıĢdı,  onun 
kimliyi  müəmma  idi  onun  üçün.  Heç  kimlə  də  bu  barədə  -  çəkindiyi  mövzuda 
danıĢmazmıĢ.  "Mən  həmiĢə  tək  idim,  tək-tənha;  yenə  özümü  hamıdan  kənarda 
tuturam,  çünki  heç  vaxt,  heç  yerdə  mənə  mərhəmət  göstərməmiĢlər.  Odur  ki,  adi 
qeydkeĢliyi belə mən böyük lütf və inayət kimi qəbul edirəm",  - deyə gündəliyində 
sonralar yazacaqdı. 
Sonra  ərli  bacılarının  evində  ayrı-ayrı  müəllim  və  tərbiyəçilərin 
himayəsində  təlim-tərbiyə  almıĢdı.  Ata  evində  də,  sonra  Tulada  gimnaziyada 
oxuyanda da, ərli bacılarının evində qalarkən daim qızların əhatəsində olurdu. Bu da 
onun onsuz da yumĢaq olan mehriban təbiətinə öz təsirini göstərirdi. 
Jukovskinin atası oğluna saxta  dvoryan  familiyası verməklə  qapıları onun 
üzünə açmıĢdı. Lakin onun doğulması ilə bağlı əhvalat, qeyri-qanuni oğul damğası 
hər  zaman  özünü  hiss  etdirirdi.  Ġstər  cəmiyyətdə  örtülü  münasibət,  istər  anasının 
qarabaĢ  həyatı  ona  dağ  çəkir,  anasının  Buninlərin  evində  nökərlərlə  bir  yaĢaması 
onun  bərkiməmiĢ  gənc  qəlbinə  sağalmaz  yara  vururdu.  Anasını  bu  evdə  -  onun 
doğulduğu  evdə  qulluqçu  görməsi,  sahiblərinin  qabağında  ayaq  üstə  durması, 
xanınların  hüzurunda  otura  bilməməsi  onun  ürəyinə  kədəri  köklü-köməçli  əkib 
göyərdirdi. 
14 yaĢı olanda Moskva Universitetinin nəzdində Nücəba pansionuna daxil 
olub, dörd il orada təhsil alır. Ġlk Ģeirlərini yazmağa baĢlayır. Pansionda Derjavin və 


60 
 
Lomonosov ruhunda təntənəli və fəlsəfi mədhiyyələrini yazır. Əslində bu ruhu gözəl 
anasının ağlaya-ağlaya gizlində pıçıltıyla oxuduğu qəmli türkülərdən almıĢdı. 
Universitetdə  "Sobranie"  (ToplanıĢ)  adlı  ədəbi  cəmiyyət  fəaliyyət 
göstərirdi. Universitet yoldaĢları - Bludov, DaĢkov, Uvarov, Turgenev qardaĢları idi. 
Bunlar  Rusiyanın  gələcəkdə  böyük  dövlət  adamları  olacaq  gəncləri  idi.  Bu  əsnada 
balladalarını  yazmağa  giriĢir:  "Lüdmila"  (1808),  "Kassandro"  (1809),  "Svetlana" 
(1808-1812)  çap  olunur.  Rusiyada  romantizmin  nəfəsi  duyulmağa  baĢlayır. 
Tərcüməçiliyə  böyük  maraq  göstərir,  ən  çox  alman  ədəbiyyatına  giriĢir.  ġillerdən 
baĢlayır... Belinski sonralar onun haqqında sərrast deyəcəydi: "Jukovskinin səbəbinə 
alman poeziyası bizə doğmadır". 
Ən  mühüm o idi ki,  anasını qul-qarabaĢlıq etdiyi evdən ayırıb, ayrıca  evə 
köçürür. Qərib ürək  gülməyi-sevinməyi  yadırğamıĢdı.  Al-qana  boyanan doğmaları, 
yanan evlərinin müdhiĢ xatiratını bu yad ellərdə gördüyü təhqir və zülm əsir Salihəni 
onu əzizlərinin doğrandığı kazak qılıncından da bərk kəsirdi. 
Ġndi burada o türküləri oxumaq olardı, balasının qaraca saçlarını tumarlayıb 
doyunca  "yavrucuğum"  deyə  bilərdi.  Lakin  yaralı  könül  bülbül  Ģikəstəsini 
yadırğamıĢ,  yenidən  cəh-cəh  vurmağa  dili  dönmürdü.  Adını  dəyiĢmiĢ,  onu  kilsədə 
xaçlamıĢdılar. Ġndi onun Salihə adını  - təmiz, nurlu qadın adını da dini-inancı kimi 
qadağan  etmiĢdilər.  Yeni  xristian  adına  alıĢıb  uyğunlaĢmalı  idi.  Özünün  doğduğu 
xristian oğlunun xətrinə. Amma ahu ceyran ədalı alagözlü anasının Ģirin ninniləri nə 
qulağından,  nə  qəlbindən  çəkilib  getmirdi.  Anası  "Bəndərdə  yüz  yerindən 
qılınclanan anası o qədər gənc idi ki, onları uĢaq vaxtı yatıranda sanki gəlinciklərini 
yatırdan yeniyetmə qız idi. 
...ġair nəhayət doğma evi buraxıb Moskvaya yola düĢür. "Vestnik Yevropı" 
jurnalının  redaktor  iĢini  aparır.  Ġlk  mətbuu  Ģeri  olan  "Kənd  məzarlığı"  adlı  böyük 
Ģeiri bu jurnalda  çıxır. Lakin  canını diĢinə  tutub  məcburən  iki il qala  bilir. Tələsik 
kəndə  dönür.  Gizli  həsrət  daĢıyırdı.  Moskvaya  gələn  kimi  kənddə  bacısı  qızlarının 
dərsi  ilə  məĢğul  olarkən,  öz  Ģagirdi  Mariya  Protasovanı  sevirdi...  Məhəbbətini 
gizlədirdi.  QarĢılıqlı  xoĢbəxt  məhəbbət!..  Hardasan?!  Özlüyündə  öz  məhəbbətinin 
xülya,  xam  xəyal  olduğunu  bilir  və  susurdu.  Ġndi  tarixlə,  ədəbiyyatla  məĢğul  olur, 
oradan  əsas  və  ciddi  biliklər  əldə  edirdi.  Bunlar  gələcəkdə  onun  fəaliyyətinin  əsas 
damarlarını  gücləndirəcək,  onun  ciddi,  ağır  çəkili  yaradıcılığının  ruhunun 
ölməzliyini təmin edəcəkdi. 
1812-ci  il  Vətən  müharibəsi  baĢlayır.  Rusiyada  hamı  silaha  sarılır, 
Napoleon  ordularının  qalibiyyətli  yürüĢləri  və  bunun  müqabilində  fəlakətə  düĢən 
Vətənin ağrıları hamının bir anda düçar olduğu və həmin andaca hamını birləĢdirən 
faciə onu cəsarətləndirir, onun dilini açır... Jukovski elçi düĢür. 
Qızın anası (Jukovskinin ata bir bacısı) nəhayət onların bacı-qardaĢ olduğu 
səbəbindən  bu  izdivacın  qeyri-mümkün  olduğunu  bildirib  birdəfəlik  etiraz  edir. 
Yetim türk oğluna sevgini də çox görürlər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə