Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   17   18   19   20   21   22   23   24   ...   56

43 
 
"Ġsmayılın alınması münasibətilə Rusa lirik mahnı" mədhiyyəsində yüksək 
bəlağətlə: Yalnız sənin qartalın ayın qabağını kəsdi",  - deyə qələbəni vəsf edir. Bu 
zaman qartal sözü ilə fateh 
Rusu, ay dedikdə bayrağı ay-ulduzlu Osmanlı dövlətini nəzərdə tuturdu. 
Həmçinin o vaxtın  salonlarında, hökumət tədbirlərində  himn kimi oxunan 
"Zəfər ĢimĢəyi çax!..." Ģerində "Məhəmmədilər" üzərindəki qələbə vəsf olunur. 
Türk  hərb  qalaları  Ġsmayılın,  Oçakovun  alınması,  general  Valerian 
Zubovun 1796-cı ilin mayında Dərbəndi zəbt etməsi münasibətilə qalibiyyət Ģeirləri 
yazdığı  kimi,  VarĢavanı  qan  içində  boğub  təslim  etdirən  Suvarova  təntənəli 
mədhiyyə, II Yekaterinanın ölümünə elegiyasını yazdı. 
Derjavin  öz  əslini-kökünü  gözəlcə  bilirdi.  ġeirlərində  bəzən  zarafatla  olsa 
da,  özünü  "Murza",  "Baqrımın  varisi"  əsərlərini  isə  "tatar  nəğmələri"  adlandırırdı 
(39,  I  т,
 
c.349);  Kazanı  isə  bir  ana  qucağı  kimi  unuda  bilmirdi;  "Arfa"  Ģeirində 
kazan-tatar motivləri riqqətlə yaradılmıĢdı. 
Ġlk odalarını "Atillanın varisi, Ra çayının sakini" (Ra, Pha  - Volqa çayının 
qədim  adıdır,  antik  müəlliflərdə,  o  cümlədən,  Ptolomeydə  belə  iĢlənib)  kimi 
imzalayırdı. Ona Ģöhrət gətirən və üzünə bəxtin qapılarını açan  - "Felitsa" odasının 
isə Moskvada məskunlaĢan, lakin öz qulluq iĢləri ilə əlaqədar Peterburqda yaĢayan 
Tatar  Mirzəsi  (Ģahzadəsi)  tərəfindən  yazıldığını  göstərirdi.  O  bu  adları  bilərəkdən 
iĢlədirdi.  Bunlar  onun  dövründə  təbii  idi:  xristianlaĢan  və  Moskvanı  dolduran 
əsilzadə türklər - "yeni ruslar" adi hal idi. 
Derjavinin  müasiri  olan  Ģair  və  dramaturq  V.V.Kapnist  Felitsanın  gözəl 
obrazını  yaratdığına  görə  onu  Rafael  adlandırır  və  ona  həsr  etdiyi  Ģerində  "Mirza" 
deyə ona xitab edirdi. 
Yekaterina  özü  də  bədii  yaradıcılıqla  məĢğul  olur,  jurnal  buraxır,  dram 
əsərləri,  uĢaqlar  üçün  hekayələr,  Ģerlər  yazırdı.  Elə  Ģair  kimi  də  hərəkət  edirdi. 
Derjavinə  göndərdiyi  zərfi  "Qırğız-qaysaq  Ģahzadəsindən  Mirzə  Derjavinə"  ünvanı 
ilə  yollayır,  üstü  brilyantla  bəzənmiĢ,  içi  pulla  dolu  tütünqabı  hədiyyəsi  ilə. 
Ġmperatriça  Rusiya  Akademiyasının  ilk  qadın  prezidenti  olan  rəfiqəsi  Yekaterina 
DaĢkovaya  "bu  Ģeirləri  oxuyub  dəli  kimi  ağlayıram",  -  deyə  elə  ağlaya-ağlaya  da 
etiraf edirdi. 
O  Ģairin  yaratdığı  Ģahzadə  qızda  -  qırğız  Ģahzadəsində  özünü  görüb 
tanımıĢdı. "Kim məni belə duya bilərdi?",  - deyə  göz  yaĢları tökürdü. Onun saysız 
məĢuqları  içində  həqiqi  məhəbbətlə  sevdiyi  gənc  general  Aleksandr  Lanskoy 
müəmmalı  Ģəkildə  yenicə  ölmüĢdü.  Söz  gəzirdi  ki,  onu  Yekaterinaya  qısqananlar 
zəhərləmiĢlər. 
Hökmdar  dostluq  etdiyi  fransız  yazıçısı  və  filosofu  Qrimmə  yazdığı  (9 
sentyabr 1784) intim  məktubda  kədər və  xiffətdən əriyə-əriyə  "artıq dörd aydır ki, 
otağımda  güclə  gəzirəm,  heç  kimi  qəbul  etmirəm  və  adam  arasına  çıxmıram, 
insanların,  sadəcə  görünüĢləri  belə  məni  çimçəĢdirir  və  üzür",  -  deyə  etiraf  edirdi 
(16, s.55;7, s.178). 


44 
 
ġer-mədhiyyə  Y.DaĢkovanın  nəĢr  etdiyi  "Sobesednik"  jurnalında  nəĢr 
olunmuĢdu.  Yekaterinanı  ağladan  bu  Ģeir  müəllifinə  elə  əbədi  Ģöhrət  gətirir  ki, 
Rusiya hələ buna bənzər nəyinsə Ģahidi olmamıĢdı. 
Dahilərdən hansısa deyib ki, hökmdar öz dövrünü xarakterizə edir. Bu əsr 
elmə-maarifə güclü maraq və ehtiram əsri idi. Elə vaxt olmuĢdu ki, çariça öz kabinet 
pulundan  çatıĢmayan  maaĢları  -  məvacibləri  ödəmiĢdi.  Yekaterina  Ģairin  lirasına 
müharibələrdə  gurlayan  topların  səsi  qədər  əhəmiyyət  verir  və  qiymətləndirirdi. 
Alimlərə  xüsusi  qayğı  ilə  diqqət  göstərən  imperatriçanın  həyat  tarixçəsindən 
göründüyü  kimi,  Rusiya  Elmlər  Akademiyasının  tədbirləri  Yekaterinanı  onun 
özünün  Ģəxsi  nailiyyətlərindən  artıq  maraqlandırırdı.  Ətrafına  topladığı,  iĢlədiyi 
dövlət  adamlarını  savadına  görə  saraya  cəlb  etmiĢdi,  yaltaqları  paytaxtına  belə 
buraxmırdı. 
Böyük  rus  Ģairi  A.S.PuĢkin  bədii  yaradıcılığında  Derjavindən  müxtəlif 
münasibətlərlə bəhs etmiĢdi. 
"Fonvizinin kölgəsi" əsərində onu qırxıq tatar (britıy tatarin) deyə yad edir: 
 
ġanlı Lomonosov Pinddə bir zaman,  
Gördü ki, Rusda bir qarıĢıqlıq var.  
Üzü-baĢı qırxıq tatar - nəğməkar,  
Əlində lirası qaldırır tufan. 
(tərcüməçi: Ə. Tələt) 
 
Mühacirət illərində yazıçı Buninin Fransada evində yaĢamıĢ ədib A.Baxrax 
xatirlərində  yazır  ki,  Bunin  birdən-birə  mütaliəsini  saxladı  və  əlində  oxuduğu 
Derjavinin Ģeirlərində poetik ifadələrin gözəlliyinə heyran qalaraq vəcdlə çığırdı: Bir 
bax, gör bu tatar nə yazıb, daha gözəlini heç kəs yaza bilməz!.. 
Ədliyyə  naziri  iĢləyərkən  onun  Ģeirləri  nə  qədər  gözəl  olsa  da  və  çox 
oxunsa  da,  zarafata  salıb  deyirdilər  ki,  Derjavin  nazir  olduğu  üçün  onu  oxumağa 
məcburuq.  Lakin  əslində  rus  Ģeirinə  dərin  və  canlı  lirizm  bəxĢ  etmiĢdi  bu  böyük 
dövlət  adamı.  Yalnız  o  idi  ki,  ilk  dəfə  məiĢət  sözlərinə  belə  Ģairanəlik  və 
emosionallıq verib Ģeirə gətirmiĢdi. 
Fəaliyyətinin  böyük  hissəsini  Derjavinin  yaradıcılığının  toplanıb  nəĢr 
olunmasına,  Ģərhinə  sərf  edən  və  bu  yaradıcılığın  bütövlüyünə  çalıĢan,  ömür  həsr 
edən akademik Y.K.Qrot  yazırdı ki,  "çox az rus adamı olub ki,  həm  yaradıcılıqda, 
həm  xidməti  iĢində  bu  qədər  səy  göstərsin.  Ona  görə  o  həmiĢə  tarixi  sima  olaraq 
tarixin  özündə  qalacaq".  Romanovlar  sülaləsindən  bir-birinin  ardınca  üç  imperator 
taxt-tacının  yanında  -  yaxınında  dayana  bildi.  Bəzən  dilini  saxlaya  bilmir,  kəskin, 
hikkəli bu dil ilə də  çar sözünə  ikiqat  cavab verirdi.  Ağlı  baĢına  gəldikdə  peĢiman 
olur, azacıq qorxuya düĢür, lakin Ģairliyi köməyinə çatırdı. Hətta çar qəzəbini yatırda 
bilirdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə