Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   15   16   17   18   19   20   21   22   ...   56

39 
 
Odur  ki,  Ģair  bu  müharibə  uğurlarından  qanadlanaraq  dövlət  adamlarına 
yazdığı  məktublarında  (məsələn:  A.M.Çerkasskiyə  -  Çerkasski  onun  xahiĢini 
imperatriçaya  yetirəcəkdi)  türkləri  nəinki  bir  qeyri-xristian  xalq,  kafir  kimi,  söyüb 
yamanlayır, bununla bərabər onları özünün irsi düĢməni sayaraq lənətləyirdi. Sanki 
vətəni  tərk  edib  qürbətə  düĢmələrinin  günahkarı  nə  özləri,  nə  girdikləri  cəsusluq 
girdabı, nə siyasi avantüra, xəyanət torları qurub toxumaları idi!!! 
Bu  sətirlərin  müəllifi  kimi  onu  da  buraya  əlavə  etmək  istəyirəm  ki,  bu  ilin 
yayında Ġstanbulda olduğum zaman 2003-cü ildən ġiĢli bələdiyyəsi tərəfindən qədim 
bir parkın Dmitri Kantemirin anadan olmasının 330 illiyi münasibətilə onun adı ilə 
adlandırılmasının Ģahidi oldum. Park "Maçka bağı", Dmitri Kan Temir bağı adlanır 
(həmin  zamanlar  Ģəhərin  bu  ərazisinin  adı  Maçka  imiĢ).  Məhz,  Osmanlı  hökuməti 
onun atasına Moldaviyada hakimlik imtiyazı vermiĢ, ardınca oğullarını Ģahzadə kimi 
tanımıĢdı. ġahzadə Kantemir də Ġstanbulda pərvəriĢ tapdığından türk musiqisini elə 
sevmiĢ,  elə  sevmiĢdi  ki...  onu  ən  çox  musiqi  adamı  kimi  tanıyırdılar.  Kanunu 
dizlərinin üstünə alıb necə vəcdlə çalarmıĢ?! 
Kantemirin "Osmanlı imperiyasının tarixi" əsəri Türkiyə haqqında yazılan ən 
yaxĢı  və  ən  obyektiv  əsər  idi.  Volter  öz  "Məhəmməd"  faciəsini  yazanda  həmin 
kitabdan istifadə etmiĢdi. Bunu o sonralar tarixçinin oğluna yazdığı məktubda etiraf 
edirdi (2, s.24). 
Kantemirin uĢaqları Rusiyada var-dövlət və Ģan-Ģöhrətə çatdılar; ən adlı-sanlı 
familiyalarla  qohum  oldular.  Hər  zaman  monarxların  nəzəri  üstlərində  oldu. 
Rusiyanın  satirik  Ģairi  sayılan  Antiox  Kantemir  çariça  tərəfindən  ayrıca  minlərlə 
kəndli  ailəsi  ilə  mükafatlandırıldı;  hələ  çox  gənc  ikən  Ġngiltərəyə  səfir  göndərildi. 
Çox gənc ikən də, 36 yaĢın içində vəfat etdi. Hələ yaradıcılıq imkanlarının yarısını 
belə sərf etmədən. Bu tale idi... Heyf... 
 
NƏRBƏYİN OĞLU, TATAR İBRAHİM MİRZƏNİN NƏVƏSİ 
ŞAİR ƏYAN QAVRİİL ROMANOVİÇ DERJAVİN (1743-1816) 
 
Teymur Ģəhi-ləngə olub tabeyi-fərman  
Xan ToxtamıĢı eylədik al qanına qəltan. 
Ta oldu Qızıl Ordaların dövləti talan,  
Məsko Ģəhinə faidəbəxs oldu bu meydan.  
Əlyövm uruslaĢmaq ilə ziĢərəfiz biz,  
Öz qövmimizin baĢına əngəl kələfiz biz. 
(M. Ə. Sahir. "Fəxriyyə " Ģeirindən) 
 
Beləliklə, Teymurləngin ToxtamıĢ xana qarĢı üç dağıdıcı yürüĢü və paytaxt 
Saray  Bərkəni  talan  edib  xaraba  qoyması  Qızıl  Orda  dövlətinin  sarsıdılıb 
parçalanmasına səbəb oldu. ToxtamıĢın ölümündən sonra Ordada qarıĢıqlıq yarandı 
və  indiyədək  Qızıl  Ordadan  olan  asılılıq  öz-özünə  aradan  qalxdı.  Ardınca  da  bu 


40 
 
fürsəti  əldən  verməyən  Rus  Orda  imperiyasının  malik  olduğu  bu  geniĢ  ərazidə 
hökmran  vəziyyəti  qazanmağa  baĢlayır.  Buna  da  müvəffəq  olur.  Qızıl  Orda 
xanlarının  nüfuzu,  gücü,  nəhayət  səltənəti  bu  zamandan 
baĢlayaraq  Moskvaya  -  Moskva  böyük  knyazlarına,  ardınca 
çarına  keçir.  ZəifləmiĢ  türk  zadəganları  Rus  knyazlarına 
yaxınlaĢmağa meyl etməyə baĢlayırlar. 
Böyük  Moskva  knyazı  (o  zaman  hələ  rus  hökmdarları 
çar  titulu  daĢımırdılar)  Vasih  Tyomnının  zamanında  (1415-
1462)  əsilzadə  tatarların  rus  sarayına  yaxınlaĢmaları  və 
xristianlığı qəbul etmələri güclənib artmaqda idi. 
Elə  bu  zamanlarda  Böyük  Ordadan  ayrılıb  Rus  dövlətinə  üz  tutan, 
Moskvada  xidmətə  girən türk əsilzadə  ailələri içərisində  Ġbrahim Mirzə də  var idi. 
Ġbrahim  Mirzənin  adı  ədəbiyyatlarda  ən  çoxu  Baqrım  Mirzə  kimi  rast  gəlinir.  Rus 
zadəganlığını  "Məxməri  kitabı"na  görə  Baqrım  Mirzənin  ailəsindən  Narbekovlar, 
Akinfovlar,  Keqlevlər  və  ya  Teqlevlər  soyları  ayrılır  (3,  s.98-99).  Narbekovlar 
ailəsinin bir üzvü Derjava ləqəbi ilə məĢhurlaĢan Aleksey Derjava Kazanda xidmət 
edirdi. 
Elə  bu  adam  ilə  də  Narbekovların  yeni  cavan  qolu  yaranır  və  qədim 
familiyanın  tarixi  yeni  məcraya  girir;  onlar  artıq  öz  soyadlarını  Narbekov  yox, 
Derjavin yazdırırlar. 
Baqrım Mirzənin nəvələri Kazandan bir azca aralı Volqa və Kama çayları 
arasındakı ərazilərdə - MeĢi çayı çahilində bəhrəli yaxĢı torpağa sahib idi. 
1743-cü ildə bu ailədə öz ana vətənində - Kazan vilayətinin LaiĢ rayonunun 
Karmançı,  digər  adı  Sokur  olan  kəndində  böyük  Ģair  Qavriil  Romanoviç  Derjavin 
doğulur. 
Ġmperatriça  II  Yekaterinanın  stats-sekretarı,  senator,  sonra  imperator 
Pavelin  zamanında  Ali  sovetin  üzvü,  dövlət  xəzinədarı,  imperator  I  Aleksandr 
dövründə Ədliyyə naziri olan böyük rus Ģairi Derjavin istər öz bioqrafları, istər digər 
tarixçilər  tərəfindən  tatar  bəyi  Baqrım  Mirzənin  varisi  sayılır.  Atası  Böyük  Pyotr 
dövründə orduda xidmətə baĢlamıĢ və çarın öz alayında döyüĢlərə girmiĢdi. Sonralar 
da  öz  qohumu  olan  bir  qızla  evlənmiĢdi.  Atası  özünün  beĢ  qardaĢı  arasında 
bölünmüĢ  bir  mirasa  sahib  idi.  Ailənin  ilk  uĢağı  müqəddəs  Qavriil  (Cəbrayıl) 
günündə doğulduğundan adını Qavriil qoydular. 
Pyotrun  qızı  Yelizavetanın  hakimiyyətinin  ilk  ili  idi;  bu  qədim  tatar 
məskəni  üsyan  alovları  içində  yanırdı.  Tarix  boyunca  tatar  vətəni  olan  bu  yerlər: 
Volqa  sahilləri  və  Uralboyu  torpaqlar  sürətlə  ruslaĢdırılır,  görünməmiĢ  vüsətlə 
bərəkətli Or çölləri köçürülmələrlə məskunlaĢdırılırdı. Burada rus hərb qalaları kimi 
Orsk və Orenburq (hər ikisi Or çayı üstündə salınıb) tikilib möhkəmləndirilir, yeni 
müstəmləkələri itaətdə saxlamaqda olan istilaçı hərbi qüvvələri mühafizə edir. Yerli 
xalqların  zorla  xristianlaĢdırmağa  və  müstəmləkəçilik  zülmünə  qarĢı  çıxıĢlarını 
amansızlıqla  yatırdan  çar  hökuməti  üsyanı  qan  içində  boğmaqla  susdururdu.  Yada 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə