Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   18   19   20   21   22   23   24   25   ...   56

45 
 
ÇalıĢqan,  zəhmətsevər  idi,  düzlüyü,  doğruçulluğu  ilə  ad  çıxarmıĢ  və 
padĢaha sədaqətli idi, ötkəm olsa da elə bunun üstündə Yekaterina DaĢkova ilə get-
gedə  soyuyan  əlaqəsini  1793-cü  ildə  tamam  kəsdi  ki,  onun  Yekaterianın  ünvanına 
söyüĢlərini sinirə bilmirdi. 
Bu  "tatarçılıq"  onda  o  qədər  güclü  və  parlaq  hiss  olunurdu  ki... 
Qonaqpərvər,  əliaçıq  ev  sahibi  kimi  məĢhurlaĢmıĢdı.  Onun  ziyafətləri  Ģən  və 
təmtəraqlı keçirdi. 
Derjavinin ikinci babası tatar idi, atasının atası xristian, babası isə Narbek 
(Nər bəy) Mirzə Ġbrahim idi. Deməli, Derjavin özü bu tatar nəslinin üçüncü xristian 
nümayəndəsi idi. Hələ ki, tatarçılığı səbatla daĢımaqda idi. 
Derjavin  öz  əsli-kökünü  Ģerlərində  xüsusi  mövzuya  çevirir.  Bu  mənĢə 
onunçün tapıntı olur sanki. "Qapıçıya" Ģeirində qapıçı kiĢinin də soy adının Derjavin 
olması  onu  yaman  əyləndirir,  özünü  zarafatla  onunla  müqayisə  edir,  əsas 
fərqləndirici əlamətsə qapıçının rus, özününsə türk olmasıdır. Elə Ģən-Ģən də davam 
edir:  O  kutya  yeyir,  mən  salma  (salma  xəmirdən  hazırlanan  tatar  yeməyi).  Mənim 
atam Murza (əmir) olub, onun atası keĢiĢ və s. “Tonçiyə” Ģerində isə (Tonçi-italyan 
rəssamı,  90-cı  illərdə  Rusiyaya  gəlmiĢdir)  rəssam  onun  Ģəklini  çəkdikdə  üzünün 
cizgilərini  ararkən,  Ģair  buna  məna  verir,  özü  öz  soyunun  keçmiĢi  ilə,  Ģöhrəti  ilə 
öyünür. 
 
YaxĢısı budur çək Ģəklimi  
Çək naturadan necə varsa.  
Buzlu ölkədə doğuldumsa da  
Ulu babamın adı idi Baqrım. 
 
Derjavin  iki  dəfə  evləndi.  Ġkinci  xanımı  da  mötəbər  ailədən  idi, 
Djakovlardan. Ömrünün sonuna yaxın cavan qızlardan və dadlı yeməkdən ötrü ürəyi 
gedirdi. 
Öz  süfrəsinin  baĢında  elə  toxluqdan  da  öldü.  Vaxtilə  Novqoroddakı 
malikanəsində  gəzməyə  çıxarkən  Xatının  gözəl  mənzərəsinə  valeh  olaraq,  əbədi 
burada yatmaq istərdim, deyə eyham vurmuĢdu. Vəsiyyətinə əməl etmiĢdilər. Xatın 
monastrında dəfn olundu. Hər Ģeyə "düzəliĢ verən" Sovet hakimiyyəti illərində onun 
da,  sonra  onun  yanında  dəfn  olunan  xanımının  da  yerini  dəyiĢdilər,  yeni  yerə 
köçürdülər.  1959-cu  ildən  də  öz  yeni  yatağında  ikinci  yuxusunu  almağındadı  tatar 
xanı Baqrım Mirzənin varisi, rus Ģeirinin atası Derjavin. 
 
 


46 
 
ƏSİR ŞAİR VƏ ƏSİRLİKDƏ QALAN İLHAM - AY BULAT 
 
Rus  ədəbiyyatında  Ay  Bulat  təxəllüsü  ilə  yazıb  yaradan  Ģairin  əsil,  rəsmi 
adı: Baron Konstantin Mixayloviç Rozen idi. Rus Ģairi Ay Bulat (1817-20.04.1865, 
Peterburq) özünü Jukovskinin sələfi sanırdı. Yaradıcılıqlarındakı 
oxĢar  notlara,  dərin  kədərə,  həm  də  baĢlıcası  tale  və 
qismətlərindəki bənzərliklərə görə. 
...Azad Qafqaz qan içində boğulurdu; bu qədim diyarın 
istilaçılarla  girdiyi  ölüm-dirim  savaĢında  ürək  parçalayan  bir 
tale oyunu baĢlanır, bir qismət, alın yazısı yazılırdı. Terek çayı 
boyunca  qəsbkarlarla  döyüĢdə  məhv  olan  bir  ailənin  2  yaĢlı 
uĢağı  yaralı  olsa  da  möcüzə  olaraq  sağ  qalır;  körpə  elə  yaralı 
olaraq  əsir  düĢür.  Arxiv  materiallarından  aydın  olur  ki,  1819-cu  ildə  Qafqaz 
korpusunun  A.P.Yermolovun  komandanlığı  altında  Dədə  Yurt  kəndinə  hücumu 
zamanı əsir düĢən uĢağın əsil adı Özübəy Ay Bulatdır. Bu gələcəyin Ģairi idi. 
Lakin  elə  allahın  sonsuz  mərhəməti  və  Ģəfaqətindəndir  ki,  təbiətən 
insanpərvər  bir  adam  olan  və  müasirləri  arasında  "vicdanlı  alman"  kimi  tanınan 
baron  Rozen  Mixayil  Karloviçə  rast  düĢür.  Baron  qanlı  meyitlərin  içindən  onu  bir 
yaralı  quĢ  kimi  götürür,  sağaldır;  tərbiyə  edib  himayəsinə  alır.  Rozen  Mixayil 
Karloviç xidməti iĢi ilə əlaqədar olaraq PolĢaya dəyiĢildikdə onu da özü ilə aparır. 
Burada  artıq  9  yaĢa  girən  əsir  uĢağı  xaçlayırlar;  Baron  öz  familiyasını  ona  verib 
övladlığa götürür. Bu illərdə PolĢanın caniĢini olan böyük knyaz Konstantin (rus çarı 
I Aleksandrın və çar I Nikolayın ortancıl qardaĢları) bu yeni xristiana yüksək lütf və 
mərhəmət göstərək öz adını verir: Konstantin Rozen. UĢaq Özübəy Ay Bulat isə öz 
adını unuda bilmirdi. 
...Qanla çalxanan Qafqazın hər bucağı fəlakət içində idi. Kəndlərin, aulların 
baĢdan-baĢa  yandırıldığı,  əhalinin  qırılıb-çatıldığı  bir  zamanda  doğulan  (1817)  bu 
uĢağın  Bulat  (Polad)  adı  valideynlərinin  onun  qada-bəladan,  Ģərdən  hifz  olunması 
arzusundan yaranmıĢdı bəlkə?! 
Rus  hərb  tarixində  məĢhur  olan  Rozenlər  familiyası  Baltik  yanı  Alman 
zadəganları  ailəsinə  məxsusdur.  Ailə  öz  Ģəcərəsinin  Ģöhrətli  hərb  xadimləri  ilə 
öyünməkdə  haqlı  ola  bilər.  Rozenlər  ailəsindən  iki  zabit  hələ  çox  gənc  ikən 
Qafqazda ġeyx ġamillə döyüĢlərdə öldürülmüĢdü (1847, 1854). Ay Bulatı oğulluğa 
götürən  Baronun  qardaĢı  Ġvan  Karloviç  Rozen  general-leytenant  rütbəsində  idi  və 
Axalsıx, Ġrəvan döyüĢlərində iĢtirak etmiĢdi. 
Baron  Mixail  Rozen  özü  xoĢrəftar,  həlim  bir  adam  idi.  Alman  səliqəsi, 
dəqiqlik,  sentimentallıq,  bunlarla  bərabər  rəhimdilliyi  həmiĢə  ətrafındakıların  xoĢ 
təbəssümünə  səbəb  olurdu.  ÜrəyiyumĢaq  Rozen  artıq  1826-cı  ildə  istefaya  çıxaraq 
Xarkovda  öz  malikanəsində  yaĢayır  və  gələcək  Ģairi  də  yanında  -  himayəsində 
saxlayırdı.  Rozen  həmiĢə  onun  vəlineməti  olaraq  qalmaqda  idi.  Onun  özünün  və 
qohumlarının  sarayda  məruf  adamlardan  sayılması  səbəbi  ilə  yüksək  hökumət 


47 
 
fərmanı  ilə  gənc  Ay  Bulat  1839-cu  ildə  Dövlət  Dəftərxanasında  iĢə  təyin  olunur. 
Sonra  Sinodda  təsərrüfat  idarəsində  iĢə  keçirilir.  Paytaxtda  -  Peterburqda  yaĢayır, 
dövrün məĢhur sənətkarları, rus Ģairləri A.A.Krayevski və P.A.Pletnevlə yaxınlaĢır, 
nəĢr olunmağa baĢlayır. Gözəl Ģeirləri ilə dərhal diqqəti cəlb edir. "Odaliska" (türk 
sözü odalıq qız, "cariyə"), "Ġtta", "Qaley Mirza", "Ruhum qürbətdədir", "Ölüm" kimi 
bədbin,  ağır  əhval-ruhiyyəli  Ģeirlər  yazır.  Xidməti  iĢi  ilə  əlaqədar  Adriatik  dənizi 
sahillərində  olarkən  buradan  aldığı  təəssüratlar  nəticəsində  yazdığı  Ģeirlər  daha 
kədərlidir. 
Konstantin Rozeni daĢıdığı rəsmi adı ilə yox, Ay Bulat adı ilə tanıyırdılar. 
Xüsusən ədəbi mühitdə bu imza onu məĢhurlaĢdırmıĢdı. Qabaqcıl rus mətbuatında - 
"Oteçestvennie  Zapiski"  də,  "Literaturınaya  Qazeta"da,  "Biblioteka  dlya  çtenie", 
"Sovremennik" və s. məĢhur mətbu orqanlarında məhz bu adla çıxıĢ edir. V.Belinski 
ondan  dövrün  ən  tərəqqipərvər  mətbu  orqanı  olan  "Sovremennik"  jurnalının  (bu 
jurnalın əsasını rus poeziyasının sütunu olan A.S.PuĢkin qoymuĢdu) daimi müəllifi 
kimi bəhs edir, onun adını rus ədəbiyyatının görkəmli simaları olan Ģair Vyazemski, 
Baratınski,  Rastopçina,  Yazıkov  və  baĢqaları  ilə  yanaĢı  çəkirdi.  Ay  Bulatın 
Ģeirlərindəki bədbinlik, ağır ruhi həyəcanlar səmimi və güclü hisslər olub oxucusunu 
da  dərhal  sarır,  bu  Ģeirlərin  sevilməsinə,  geniĢ  yayılmasına  Ģərait  yaradırdı.  Hətta 
onun  "Ölüm"  Ģeirini  uzun  illər  M.Y.Lermontovun  irsinə  daxil  etmiĢdilər.  ġeirdə 
tüğyan edən asilik və qəm-qüssə, hicran motivlərinə görə. 
Dövrün,  həmin  illərin  mürəkkəb,  eyni  zamanda  tükürpədən  mənzərəsi 
göstərir ki, Qafqaz müharibəsi gedən vaxt belə uĢaqlar - ata-anası, bütöv nəsli məhv 
olan fəlakətzədələr çox idi. Sonralar belə yetimciyəzlərin xristianlaĢdırılmasına heç 
bir maneə yox idi. 
M.Y.Lermontovun "Mıtsıri" (1839) kimi dərdli bir əsəri də (faciəsi?) eyni 
ilə  belə  bir  hadisəyə  həsr  edilmiĢdi.  Bəlkə  elə  Lermontov  yenicə  xristianlaĢdırılan 
müsəlman uĢağının bədbəxtliyini bu hadisədən götürmüĢdü? Axı bu hadisə dildən-
dilə  düĢə  bilərdi  və  Qafqazda  hər  kəs  bilən  (xüsusən  hərb  dairələri)  bu  əhvalatı 
Lermontov  da  eĢidə  bilərdi.  Xarabazarlığa  çevrilmiĢ  gülĢən  ovalar,  miskinləĢmiĢ, 
əldə-ayaqda qalmıĢ ellər, haqq sözünə görə dara çəkilən yurdun oğulları nəhayət Ģair 
qəlbində güclü təəssüratlar doğura bilməzdimi?! Əlbəttə, bu yalnız Ģair Ay Bulatda 
məĢhur  Mıtsırinin  prototipini  görmək  istəyimizlə  bağlıdır.  Zahiri  faktlar  bunun 
əleyhinədir. Məsələn,  Ay Bulat  özü Lermontovdan cəmi 3  yaĢ  kiçikdir. Mıtsıri isə 
daha  gec  doğulmuĢdur.  Amma  oxĢar  cəhətlər  də  çoxdur.  Mıtsıri  (mıtsıri  gürcü 
dilində  "yenicə  xaçlanan"  deməkdir)  bu  17  yaĢlı  rahib  doğma  diyara,  qəbiləsinin 
qartal  kimi  azad  yaĢadığı  dağlara  can  atır.  Əslən  müsəlman  olan  bu  gənc  rahibə 
qaçmaq müyəssər olur. UĢaqlıqdan xatirələrində əziz saxladığı doğma  yerlərdə o 3 
gün azad quĢ kimi gəzib dolaĢır. 
Lermontovun  yaxınlarının  və  dostlarının  xatirələrinə  görə  (məsələn,  ġan-
Girey A.R. və Xastatov A.A.) o özü tənha bir rahibə rast gəlmiĢdi ki, bu monax ona 
özünün  əslən  dağlı  müsəlmanlardan  olduğunu,  körpə  ikən  kəndlərinin  yandırılıb, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə