Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   16   17   18   19   20   21   22   23   ...   56

41 
 
salaq ki, PuĢkinin "Kapitan qızı" əsərində qalanın komendantı Puqaçov üsyanının ilk 
çağlarındaca  əsir düĢmüĢ baĢqırdla  görüĢərkən dili,  ağız-burnu  kəsilmiĢ bu  keçmiĢ 
qiyamçını görüb 20-25 il qabaqkı üsyanı xatırlayır. 
Ġndi istila olunmuĢ bu yerlərə ruslarla bir gələn alman kolonizatorları (Ana 
tərəfdən  Alman  zadəganları  ilə  qohum  olan  Romanovlar  onları  yeni  əldə  olunmuĢ 
torpaqları  istifadə  etmək  üçün  dəvət  edirdilər)  içində  bir  müəllim  Derjavinə 
Orenburqda  alman  dilini  mükəmməl  öyrədir.  Fransız  dilinin  Rusiyanın  kübar 
dairələrini fəth etməyinə hələ var idi. Hələ ki, Pyotrun səcdə və təbliğ etdiyi alman 
dili və alman mədəniyyəti üstün nüfuza malik idi. 
Beləliklə,  Ģair  əvvəl  ev  tərbiyəsi  almıĢ,  daha  sonra  gimnaziyada  təlim-
tərbiyə görmüĢdü. 1760-cı ildə Mühəndis məktəbinə yazılmıĢ, Volqa üstündə qədim 
Bulqar Ģəhərinin xarabalıqlarının tədqiqi ilə məĢğul olmuĢdu. Bu iĢlə  yüksək saray 
əyam,  elm-maarif  fədaisi  Ġvan  ġuvalov  özü  maraqlanırdı.  Derjavinin  tərtib  etdiyi 
sənədləri  -  Volqaboyu  Ģəhərlərin,  o  cümlədən  Çeboksar  tatar  Ģəhərinin  planının, 
relyef  və  landĢaftla  bəzəməsi  çox  bəyənilmiĢdi.  ġuvalov  özü  çariça  Yelizaveta 
Petrovnanın sevimlisi idi;  yalnız  elə  Rusiyada  deyil,  bütün Avropada  savadı ilə ad 
qazanmıĢdı. 
Volqa Bulqarıstanın qədim paytaxtı olan bu çiçəklənən, abad Bulqar Ģəhəri 
1431-ci  ildə  Vasili  Tyomnının  qəsbkar  qoĢunları  tərəfindən  dağıdılıb  tənəzzülə 
uğramıĢdı.  Xarabalıqlar  belə  Ģəhərin  bir  vaxt  mövcud  olan  ehtiĢamını 
çatdırmaqdadır.  Derjavinin  görə  bildiyi  böyük  minarə  çox  sonralar  -  1841-ci  ildə 
dağılmıĢdı. 
Gənc Derjavin ona tapĢırılan bu iĢdə səy və çalıĢqanlığına görə qvardiyaya 
poruçik keçirilmiĢ, Peterburqa gəlmiĢ, saray çevriliĢinin iĢtirakçısı olmuĢ, həmin gün 
ağ atlı, amazonka libaslı Yekaterinanı görmüĢdü. Təxminən 20 il sonra həyat onları 
daha  sıx  yaxınlaĢdıracaq.  O,  Yekaterinadan  böyük  lütv  və  ehsan  görəcək,  özü  isə 
onu  gah  öyəcək,  gah  öyrədəcək,  gah  da  məzəmmət  edəcəkdi.  Özü  çox  savadlı  və 
ağıllı  olan  imperatriça  Derjavinin  ağlına,  düĢüncəsinə  valeh  idi.  Öz  fikirlərini 
ustalıqla  Yekaterinaya  çatdırıb,  onun  düĢüncəsinə  təsir  edə  bilirdi.  Onun  haqqında 
"Hökmdarın  Horatsisi"  deyəcəkdilər.  Bu  etibar  və  sədaqət  haqqında  lətifələr 
yaranacaqdı.  Guya  bu  soyadı  -  Derjavin  "tutub  saxlayan"  sözündəndir,  məhz 
özündən  qızıĢıb  çıxan  hökmdarın  qabağını  almağı  bacardığı  üçün  qazanıb.  Bu 
uydurma  olsa  da  həqiqətin  özü  idi;  dövlətin  bütün  iĢlərini  öz  əlindən  keçirən 
Yekaterinanın  bütün  iĢ  günü  qaynar,  çılğın  bir  atmosferdə  keçirdi,  heç  nə  onun 
diqqətindən yayına bilməzdi. 
Baqrım Mirzənin nəvəsi Ģahanə Ģerləri və türksayağı qəlbə girmə bacarığı-
səmimiyyəti ilə  yüksək rütbəli saray əyanı olacaqdı.  Hətta  imperatorun iqamətgahı 
QıĢ  Sarayında  öz  dairəsində  yaĢayacaqdı.  Bu  rütbəni  ona  nə  hərb  Ģücaəti  və 
nailiyyətləri, nə də var-dövləti yox, yalnız söz-ilahi söz qazandıracaqdı. 


42 
 
Amma  o  vaxta  hələ  çox  vardı.  Mənhus  kasıblıq,  ardınca  atasının  ölümü, 
özünün  yetimçilik  qəhri  uzun  zaman  onu  xoĢbəxtlikdən  və  firavan  həyatdan  uzaq 
saxlamaqda idi. 
Atası xidmət vaxtı daha gənc ikən at təpiyindən ağır zədə almıĢdı. Bu zədə 
onu qəbrə vaxtsız apardı. Atası öləndə evdə 15 manatları belə yox idi ki, borclarını 
qaytarsınlar; ana üç uĢaqla tək qalmıĢdı. Onun köməksiz vəziyyətindən istifadə edən 
qonĢular Derjavinlərə  məxsus torpaqları da mənimsədilər. Dul, savadsız ana əlində 
uĢaqları  saatlarla  qapılarda  Ģikayətə  dururdu;  ədalət  gözləyirdi.  UĢaqların  böyüyü 
gələcək Ģair idi. 10 yaĢı vardı. Bu yaĢda gördüyü bu alçaldıcı səhnələri ömrü boyu 
unuda bilmirdi. Bu türk oğlunda ədalətə hörmət o qədər güclü idi ki, çara (Pavelə) 
cavab da qaytarmıĢdı neçə Ģahidin qabağında ola-ola. 
Derjavin  necə  olur  olsun  əli  pula  çatmaq,  anasına  kömək  etmək  istəyirdi. 
Bu gün isə hələlik həmin yol çətin yol idi. Derjavinin həvəslə "inqilab" adlandırdığı 
saray  çevriliĢi  baĢa  çatdı,  "inqilabın"  liderləri  və  onlara  yaxın  adamlar  səxavətlə 
mükafatlandırıldı.  O  isə  Moskvada  yaĢamalı  idi.  Qarovul  xidməti  aparırdı, 
unudulmuĢdu, az qalmıĢdı postda duranda qar uçqununa yuvarlansın və ac itlər onu 
dağıtsın... 
Amma  asudə  vaxtlarda  və  xüsusən  gecələri  çox  oxuyurdu;  öz-özünə  bir 
məĢğələ  də  tapılmıĢdı.  Soldat  arvadlarına  məktub  yazmaq.  Bu  mirzəliyi  səbəbiylə 
soldat  folklorunu  öyrənirdi,  sadə  rus  dilinin  sözlərinə,  sirlərinə  bələd  olurdu; 
istəyirdi ki, məktublar kəndə çatanda maraqla oxunsun. 20 yaĢına çathaçatda idi. 
Puqaçov  üsyanı  alovlanarkən  əlinə  fürsət  düĢür;  ucala  bilər,  əlinə  var-
dövlət  keçə  bilərdi.  Öz  xahiĢi  ilə  döyüĢə  yazılır.  Üsyanın  yatırılmasında  ən  qızğın 
yerlərdə  vuruĢur,  tərkibində  olduğu  korpusda  fərqlənir,  əlinə  düĢən  üsyançıları 
dinməz-söyləməz  asır;  üsyanda  isə  iĢtirak  edən  tatarlar,  mordvalılar,  marilər, 
baĢqırdlar - onun soydaĢları Yekaterinanın bu torpaqlara artan zülmünün qurbanları 
idi. Üsyan yatırılan kimi təltif olunur. Lakin Yekaterinanın mükafatı (300 təhkimli 
və  torpaq)  ürəyincə  olmur,  səxavətlə  mükafatlandırılan  baĢqa  xoĢbəxtlərə  paxıllığı 
tutur. 1777-ci ildə saraya yaxınlaĢır, bu dairədən olan bir qızla - gələcək çar Pavelin 
süd bacısı ilə evlənir. Bu qızın atası Bostidon familiyalı portuqaliyalı idi. Toyqabağı 
vəliəhd Pavellə də görüĢür, xeyir-dua alır, yaxĢı cehizə sahib olur. Üstəlik Rus-Türk 
müharibəsindən sonra Rusiyaya yeni keçən Dneprboyu torpaqlar zadəganlara müftə 
paylanarkən  Xerson  quberniyasından  təhkimlilərlə  birlikdə  6000  desyatin  bərəkətli 
torpaq  əldə  edir.  Ġndi  artıq  1000-dən  çox  təhkimlisi  (bu  say  hər  zaman  yalnız 
kiĢilərin miqdarını göstərirdi) və çoxlu torpağı var idi. 
Damarlarında  türk  qanı  axırdı;  karyera  tutmağa,  Ģöhrətə  can  atır, 
varlanmağa  olan  hərisliyinə  qələmini  də  qoĢurdu.  Onun  sevimli  qəhrəmanları  öz 
dövrünün  böyük  Ģəxsiyyətləri  idilər;  Rus  dövlətinin  Ģöhrətli  sərkərdələri 
Rumyantsov,  Suvorov,  böyük  dövlət  xadimləri  Potyomkin,  qraf  Zubov,  NariĢkin, 
Qalitsın onun coĢqun odalarında parlaq komplimentlərlə vəsf edilirdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə