Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   12   13   14   15   16   17   18   19   ...   56

33 
 
Qızıl Ordadan ayrılaraq Arslan Çələbi-Murza baĢında 30 əyan-əĢrəfi və yaxınları ilə 
öz  bayrağının  altında  böyük  knyaz  Dmitri  Donskoya  sığınır.  Arslan  (rus 
mənbələrində Orslan) Çələbi Mirzə pravoslavlığı qəbul edərək xaçlanır və Prokopi 
adını  alır.  Böyük  knyaz  özü  belə  bir  türk  əyanını  xaçlanmasında  iĢtirak  edir  və 
mükafat olaraq bu yeni xristiana dolanmaq üçün Kremenetsk Ģəhərini bağıĢlayır. Öz 
əyanı Zotin Jitovun qızı ilə onu evləndirir (9, s.9, 49). Arslan Mirzə (Prokopi) oğlu 
doğularkən ona Lev adı verir -yəni oğluna öz Arslan adının rus variantını qoyur. Lev 
artıq ĠrtiĢev yazılır. Sonrakı nəsillər də bu adı unutmurdular; bu ailədə Lev (Arslan) 
adı tez-tez qoyulurdu. 
Nüfuzlu  əyan,  böyük  nəsil  baĢçısı  olan  Arslan  Çelebi  Murza  həm  də 
Arsenyevlərin,  Somovların,  RtiĢevlərin  və  daha  bir  neçə  rus  ailəsinin  nəsil  baĢçısı 
(sələfi) olmuĢdur (27, s.292). 
Bəs onda  Arslan Çələbinin oğullarının  Dostoevski familiyası haradandır? O 
necə yaranmıĢdır? 
1456-cı  ildə  Moskva  knyazı  Vasili  Temni  ilə  yola  getməyən  ĠrtiĢevlər  öz 
tərəfdarları olan knyaz ailələri ilə, baĢlıcası isə öz nəsillərinin vəlineməti olan Dmitri 
Donskoyun  əmisi  uĢaqları  ilə  Litva  torpaqlarına  köçür.  (Ġndi  onların  yaĢayıĢ 
məskənləri müasir Belorusiya ərazisindədir). Düz bu tarixdən 50 il sonra Minskdən 
282 verst aralı olan, onlara knyazın bağıĢladığı həmin Dostoev kəndinin adından da 
yeni familiyalarını götürürlər. Odur ki, bu nəsil hələ bir müddət müxtəlif familiya ilə 
- bəziləri  ArtıĢ, bəziləri isə  yeni  familiya  ilə  -  Dostoevski çağırılır (9, s.59). Yazıçı 
özü  etiraf  edirdi  ki,  o  ArtiĢevlərdəndir  və  Dostoevski  familiyası  soy  qohumlarının 
yaĢadığı Dostoevo kəndinin adındandır (27, s.292). 
Yazıçı  özü  də,  ailəsi  də  nəsillərindən  çıxmıĢ  1577-ci  ildən  Minskin 
Rozesensk  monastrının  yepiskopu  olan  Stefan  Dostoevskini  əslində  özlərinin 
pravoslav qolunun əcdadı sanırdı və onun adını fəxr və ehtiramla anırdı. Çünki bu 
nəsildən ilk dəfə bu kiĢi rus dilini öyrənməyə və yazmağa baĢlamıĢdı. Bu torpaqlar 
hələ  Rusdan  çox  aralı  idi;  istila  tarixi  hələ  qabaqda  idi.  Bəlkə  buna  görə  Dmitri 
Karamazov  (yazıçının  "Karamazov  qardaĢları"  əsərinin  qəhrəmanı)  sabiq 
sevgilisinin  dalınca  gələn  polyaklarla  mehmanxanada  Rusiyanın  Ģərəfinə  badə 
qaldıranda  onlar  inadla  bu  sağlığı  rədd  edirdilər?!  Onlar  1772-ci  ilə  qədərki 
Rusiyanın Ģərəfinə! Deyə  güzəĢtli tost irəli  sürəndə  özlərinin köhnə  yurd qayğısını 
çəkirdilər  bəlkə?!  Axı  ortada  tarixi  həqiqət  dururdu:  Rusiya  PolĢanı  istila  edib  -  o 
zaman Ukrayna, Belorusiya da Reç Pospolitaya daxil idi, - bölmüĢdü dəfələrlə. 
...1620-ci  ildə  türklər  və  Kırım  tatarlarının  PolĢa  ilə  müharibəsində  Stefan 
Dostoevski  türklərə  əsir  düĢür.  1624-cü  ildə  əsirlikdən  qayıdaraq  kilsələrdə 
minnətdarlıq ziyarətləri keçirir (9, s.58). 
Ailə  sonralar  Ukraynaya  köçməli  olur.  II  Yekaterinanın  apardığı  rus-türk 
müharibələrinin  nəticəsində  xeyli  Osmanlı  torpaqları  Rusiyaya  ilhaq  edilirdi. 
Yazıçının  atası  isə  15  yaĢında  məskunlaĢdıqları  Kamenetsk  Podolsku  öz  baĢına, 
xeyir-duasız  tərk  edir.  Moskvada  yerləĢir,  həkimlik  sənətinə  yiyələnir.  Əsrlərlə 


34 
 
Belorusiya,  nisbətən  sonralar  Ukraynada  (əvvəl  bu  torpaqlar  Rusiya  imperiyasına 
daxil idi) güzəran keçirən bu Qızıl Ordalı ailəsindən ilk kiĢi yazıçının atası olur ki, 
nəhayət  paytaxtda  -  Moskvada  yerləĢir.  UĢaqları  doğularkən  o,  kilsə  nəzdindəki 
Yoxsullar xəstəxanasında  həkim iĢləyirdi.  Lakin bu  xəstəxana  padĢah  himayəsində 
idi.  Əvvəlcə  çar  I  Aleksandr  və  I  Nikolayın  anası  buraya  qəyyumluq  edirdi,  onun 
ölümündən  sonra  isə  çar  özü  anasının  adını  daĢıyan  bu  xəstəxananı  öhdəsinə 
götürmüĢdü. 
Düzdür, əli çörəyə çatandan sonra yazıçının atası nə qədər kəndlərinə məktub 
yazsa  da,  hətta  qəzetlərdə  elan  versə  də,  valideynlərindən  bir  xəbər  çıxmayır. 
Nəhayət, ata-anasının öldüyünü güman edən gənc  həkim axtarıĢlarını kəsir. Amma 
valideynlərinin  sadəcə  naxələf  övladlarından  inciyə  bilmiĢ  olmaları  nədənsə  onun 
ağlına gəlmir. 
Sonralar  Dostoevskinin  atası  öz  kəndliləri  tərəfindən  öldürülür.  Bu  barədə 
uĢaqları daim xəcalətlə susurdu. 
Amma çoxları belə  güman edirdi ki, o öz arvadbazlığının qurbanı olmuĢdu. 
Arada bic doğulan uĢaq da var idi. Öz zülmkarlığının bəlasına tuĢ olduğunu deyənlər 
də  tapıldı.  Axır  ki,  kəndlilərinin  onu  görməyə  gözü  yox  idi.  Deyirdilər  ki,  yazıçı 
"Karamazov  qardaĢları"  əsərindəki  ata  Karamazovda  -  Ģərab  düĢkünü,  Ģəhvətpərəst 
və  xəsis  Fyodor  Pavloviç  Karamazov  surətində  öz  atasının  obrazını  yaratmıĢdı. 
Lakin  haqq üçün deməliyik  ki,  bu ata  ağır iĢdən sonra  hər axĢam balalarını baĢına 
yığıb Karamzinin tarixini onlara oxuyardı. Yazıçı gələcəkdə tez-tez bu səbəbdən rus 
tarixini əvvəldən axıradək bildiyini qürurla qeyd edəcəkdi(9, s.157). 
Varlı  və  övladsız  xalalarının  nəzəri  hələ  çox  kiçikkən  anasız  qalan  bu 
uĢaqların  üstündə  olsa  da,  eləcə  də  hələ  analarının  sağlığından  onlarda  qalan 
mehriban  dayələrinin  nəvaziĢini  hiss  etsələr  də  zalım  atanın  qəddarlığı  onlara  öz 
yetimliklərini daim hiss etdirməkdə idi. Bunlarla bərabər, oğul  - gələcəyin yazıçısı 
isə qəlbində qızılgülləri qönçələndirirdi. Qəlblərə soxulan iblisin boğulmasını, insan 
ürəyinə daim fərəh bəxĢ edən gözəlliyin isə var olmasını istəyirdi. 
"Dünyanı yalnız gözəllik xilas edəcək!" deyir, özü də buna hər kəsdən artıq 
inanırdı. Yeganə xilaskar olaraq gözəlliyi qəbul edirdi. Ürəkləri fəth edən, iblisi diz 
çökdürən  gözəlliyi.  Axı  öz  insanlıq  simasını  itirən,  içində  gözəlliyi  boğan,  Ģər 
qüvvələrə təslim olan və çirkinləĢən yalnız bədbəxtlərdir. 
Yazıçı  beləliklə  əsirlikdə  qalan,  çarmıxa  çəkilən  ruhani  gözəlliyin  azad 
olmasını bəĢəriyyətin xilasının baĢlıca Ģərti olaraq qəbul edirdi. Mitya Karamazov da 
belə  düĢünür.  Bu  natural  gözəllikdən  kənar  və  uca  tutulan  mənəvi  gözəllik, 
ürəklərin, düĢüncələrin gözəlliyidir. 
Bu  gözəlliyi  -  nəfsdən  uzaq  gözəlliyi  o  dəhĢətlər  içində  öz  ürəyində 
daĢıyırdı. 
Əslən  fransız  olan  sevimli  arvadının  ölümü,  ölmüĢ  qardaĢının  boynuna 
çəkdiyi ailəsinin xərcləri, boğazadək girdiyi borclar onu bədbəxt edirdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə