Mineral güBRƏLƏRİn təSNİfati


Xlorsuz kaliumlu gübrələr



Yüklə 12,67 Mb.
səhifə15/44
tarix26.04.2022
ölçüsü12,67 Mb.
#86037
1   ...   11   12   13   14   15   16   17   18   ...   44
C fakepathMühazir .bakalavr Min.gübr

Xlorsuz kaliumlu gübrələr

xlorsuz kaliumlu gübrələr sitrus, tütün, kartof, üzüm kimi bitkilər üçün, daha doğrusu gübrədə xlorun iştirakına mənfi təsir göstərən bitkilər üçün nəzərdə tutulmuşdur. Belə gübrəyə dünya bazarında böyük tələbat var. sement zavodlarının elek-trik süzgəclərinin tozu yaxşı xlorsuz kalium gübrəsi hesab edilir. Kalium sulfat bütün növ torpaq və bitkilər üçün yararlı olan qatılaşdırılmış xlorsuz kalium gübrəsidir. kalium sulfat yüksək xərc tələb etdiyinə görə nisbətən az istehsal olunduğundan onu xüsusilə xlora həssas bitkilər üçün istifadə etmək daha məqsədəuyğundur.

Xlorsuz kalium gübrələrinin tərkibinə adətən kalium sulfat daxildir. Təmiz kalium sulfatın tərkibində 54,06% K 2O vardır. Son zamanlar kalium sulfat - kalium xloridin natrium sulfat və sulfat turşusu ilə konversiyasından alınır ki, bu da xlorsuz kalium gübrəsi kimi istifadə olunur.

Xlorsuz kalium gübrələrinin ən qatı növü olan kalium sulfat Gəncə alüminium istehsalat birliyində az miqdarda gil torpaq istehsalı zamanı yan məhsul kimi alınır.

Kalium xloridin xlorsuz kalium gübrələrinə turşu üsulu ilə emalı və sulfatlı-xloridli kalium filizinin hidromexaniki emalı zamanı yan məhsul kimi tərkibində HCl olan qazlar əmələ gəlir. Hidrogen xlorid bu qazlardan su ilə udularaq xlorid turşusunun alınması üçün istifadə olunur. Kənd təsərrüfatında xlorsuz kalium gübrələrinə olan tələbata əsəsən kalium xloridin konversiyası ilə kalium sulfat istehsalı təşkil olunur. Sulfatlı-xloridli polimineral kalium filizləri közərtmə zamanı qələvi metal xloridlərinin sulfatlara konversiyasına əsaslanan hidrotermiki üsulla xlorsuz kalium gübrələrinə emal oluna bilər.

Texniki kalium sulfat və turş kalium sulfat gübrəsi yüksək qatılıqlı xlorsuz kalium gübrəsidir. Onlar polimineral kalium filizlərinin kompleks emalı yolu ilə, həmçinin kalium xloridin sulfat turşusu ilə qarışılıqlı təsirindən alınır. Bu gübrələr sarımtıl çalara malik ağ rəngli xırda kristallik görünüşə malik tozdur. Kalium sulfat və turş kalium sulfat gübrəsinin tərkibində 50-56% kalium vardır. Kənd təsərrrüfatında bu gübrələr geniş istifadə olunur. Kalium gübrələri bütün torpaqlarda istifadə oluna bilər, lakin qiyməti baha olduğundan yaxşı olar ki, onlar xlora həssas torpaqlarda istifadə olunsun (sarı tütün, sitrus və s.). Bu gübrələr hiqroskopik deyil, saxlama zamanı yaprıxmır.


Yüklə 12,67 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə