Ministry of education of azerbaijan republic sumgayit state university


MİNERAL SULARIN FİZİOLOJİ XÜSUSİYYƏTLƏRİ VƏ TƏRKİBİNİN FƏRQLİLİYİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə13/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   9   10   11   12   13   14   15   16   ...   579
magistr2021 3 2

MİNERAL SULARIN FİZİOLOJİ XÜSUSİYYƏTLƏRİ VƏ TƏRKİBİNİN FƏRQLİLİYİ 
 
Allahverdiyeva S.R. 
Azərbaycan Dövlət İqtisad Universiteti
E-mail: 
Allahverdiyeva.sema@list.ru
 
 
Mineral sular insan orqanizminə müalicəvi təsir edən, tərkibində nisbətən çox miqdarda qaz və duz 
tərkibli faydalı bioloji aktiv elementləri olan, ümumi minerallaşma dərəcəsi yüksək sulardır.
Mineral sular 
daimi kimyəvi tərkibi ilə xarakterizə olunan təbii qrunt sularıdır. 
Vətənimizin mineral su bulaqları rəngarəng və tükənməzdir. Ölkəmizin ərazisində 1000-dən artıq 
mineral su bulağı mövcuddur. Bu bulaqların çoxu respublikanın dağlıq rayonlarında yerləşir. Düzən 
rayonlarda da bu bulaqlara rast gəlmək olur. Buna baxmayaraq mineral sular buruq qazma yolu ilə də 
çıxarılır. 
Azərbaycan fiziki-coğrafi baxımdan kəskin dəyişən relyef quruluşuna malikdir. Ərazinin 85,5 min 
kvadrat kilometri ümumi düzənliklərdən ibarətdir. Təbii mineral su bulaqları olan sərvətimizin 90%-dən 
çoxu, yəni 905-i dağlıq ərazilərdə, qalanları isə - 98 mineral su bulağı düzənlik sahələrdə yerləşmişdir. 
Bu bulaqların suyunun əsas komponentləri minerallar, qazlar, üzvi birləşmələrdir. Suyun tərkibindəki 
minerallar asanlıqla həzm edilə bilən bir formadadır. 
Təbii sulardakı kimyəvi elementlər müxtəlif qeyri-üzvi formalarda: ionlar, molekullar, kolloidlər və 
mürəkkəb birləşmələr halında olur. Suyun ion tərkibi onun fizioloji təsirini müəyyənləşdirir. Sularda
kationlardan, əsasən Na
+
, K
+
, Ca
2+
, Mg
2+
, anionlardan - C1-S0
4
2-
, HC0
3

təyin olunur.
Müxtəlif sularda ionların miqdarı əhəmiyyətli fərqə malikdir. Məsələn, "Borjomi" mineral suyunda, 
kationların miqdarı (mq%): natrium -120, kalsium -35, maqnezium – 4-dir. “Narzan”da isə kationların ən 
çox payı kalsiumunun – 60 mq% üzərinə düşür və natriumun miqdarı 20 mq%, maqneziumunki isə - 15 
mq% olur. "Bərəkətli mənbə", "Bulaq Belogoriya" süfrə sularında - natrium və kalium üstünlük təşkil edir. 
Mineral suların fizioloji xüsusiyyətləri onlarda olan mikroelementlərin tərkibi ilə müəyyən edilir: 
dəmir, arsen, bor, kremniy, brom, yod. Mikroelementlər endokrin vəzilərdə, əsəb və digər toxumalarda 
toplanır, hormon, ferment və vitaminlərin quruluşuna daxil olur, sintetik proseslərdə iştirak edirlər. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə