Ministry of education of azerbaijan republic sumgayit state university


VİSBREKİNQ PROSESİNİN MODELLƏŞDİRİLMƏSİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə21/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   17   18   19   20   21   22   23   24   ...   579
magistr2021 3 2

VİSBREKİNQ PROSESİNİN MODELLƏŞDİRİLMƏSİ 
 
Сəfərov Ə.Q. 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
E-mail:cfrovl89@gmail.com 
 
Visbrekinq ağır neftin keyfiyyətini yüksəltmək məqsədilə neft zavodları qalıqlarının (atmosfer yaxud 
vakuum distillə) və başqa ağır xammalın qaza, benzinə, distillat və visbrekinq qalıqlarına emalının ən 
qədim üsullarından biridir. 
Visbrekinqin əsas məqsədi – yüksək karbohidrogen molekullarının termik parçalanması hesabına
sobada qızdırılarkən, ağır məhsulun özlülüyünü aşağı salmaqdan ibarətdir. 
Dəyərsiz qalıq neft yanacağına tələbat getdikcə azalır. Bu səbəbdən belə yanacağın çıxımının 
azalmasına imkan yaradan visbrekinq - neft emalı zavodlarının əsas proseslərindən biridir. 
Digər tərəfdən, baxmayaraq ki, visbrekinqin texnologiyası yüksək xərclər tələb etmir, şərtləri çox
sərt deyil, katalizator istifadə olunmur, enerji daşıyıcısının qənaətinə imkan verir, artan ekoloji tələblər və 
daha yüngül məhsullara tələbat visbrekinqin rəqabət qabiliyyətini azaldır. Buna baxmayaraq, ağır yanacağa 
ehtiyac olan yerlərdə visbrekinq öz üstünlüyünü saxlayır.
Tədqiqatlarda visbrekinq prosesinin ümumi nöqteyi-nəzərləri dərindən analiz olunub, üstün və 
çatışmayan cəhətlər aşkar olunub, prosesin tipləri, parametrləri, və kimyası ilə, kinetik qanunauyğunluqları 
öyrənilib. 
Visbrekinq prosesinin parametrlərindən ən əsasları: temperatur, təzyiq və təmas müddətidir. Onların 
hər birinin artması- reaksiya şəraitinin sərtliyinin artması deməkdir. Məlum hədlərdə bu parametrlər demək 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
18 
olar ki, bir-birini əvəz edir, bu da lazım olan şərait sərtliyinə ( çevrilmə dərəcəsinə) nail olmağa imkan 
yaradır. Çevrilmə dərəcəsinin saxlanılması yolundan asılı olmayaraq, məhsulun çıxımı və keyfiyyətinə 
praktiki olaraq təsir etmir. Çevrilmə dərəcəsi temperatur və təmas müddəti ilə düz mütənasibdir. Buna 
baxmayaraq, o asfaltenlərin sonrakı flokulyasiyası ilə qalığın qeyri stabilliyinin yaranmasına gətirir, buda öz 
növbəsində koksun yaranması ilə nəticələnir. 
Məhsulun çıxımı və çevrilmə dərəcəsinin hesablanması üçün asılılıqlar alınıb. Visbrekinq prosesinin 
hər iki tipi – spiral borulu soba və çıxarıla bilən reaksiya kamerası üçün modellər qurulmuşdur. 
Modelə əsaslanaraq aktivləşmə enerjisinin və hissəciklərin təsiri sayının qiymətlərini əvvəlcədən
xammalın keyfiyyətinin analizləri əsasında demək olar. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə