Ministry of education of azerbaijan republic sumgayit state university


ELASTOMER, OLİQOMER VƏ BİTUM ƏSASLI KOMPOZİSİYA



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə22/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   18   19   20   21   22   23   24   25   ...   579
magistr2021 3 2

 
ELASTOMER, OLİQOMER VƏ BİTUM ƏSASLI KOMPOZİSİYA 
 
Cəfərov V.V. 
Azərbaycan Dövlət Neft Sənaye Universiteti 
E-mail: 
vugardjafarov57@mail.ru 
 
Yüksəkmolekullu birləşmələr, o cümlədən oliqomerlər, polimerlər və elastomerlər hansı ki, 
monomerlər əsasında alınır, müasir dövrün tələblərinə uyğun kompozisiya materiallarının hazırlanmasına 
bir çox hallarda yararlı olmurlar. Məsələn, istismar zamanı yüksək temperatura davamsızlığı onun termiki 
destruksiyasına, mexaniki göstəricilərinin, yapışqanlıq qabiliyyətinə və.s mənfi təsir göstərir. Ona görə də 
müxtəlif çatışmazlıqları aradan qaldırmaq üçün kimyəvi və ya fiziki üsullarla onlar modifikasiya olunur. Son 
zamanlar sənaye miqyasında istehsal olunan yüksəkmolekullu birləşmələrin modifikasiyası ilə məqsədli 
kompozisiya materiallarının alınması, tədqiqi və tətbiqi istiqamətində aparılan tədqiqatlar üstünlük təşkil edir 
və zamanın aktual problemlərindən hesab olunur.
Fenol-formaldehid oliqomeri (FFO) sənaye miqyasında istehsal olunan ilk oliqomerlərdəndir, lakin bu 
gündə onun çatışmayan cəhətlərinin (kövrəkliyinin aradan qaldırılması, istiyə davamlılığının yüksəldilməsi 
və ən əsası da tərkibində qalan sərbəst fenolun miqdarının azaldılması və.s) aradan qaldırılması istiqamətində 
çox saylı tədqiqatlar aparılı. 
Tədqiqat işində fenol - formaldehid oliqomeri epixlorhidrinlə modifikasiya olunmuş və ondan 
əlaqələndirici kimi istifadə etməklə , elastomer və bitumla birgə qarışdiraraq məqsədli kompozit 
hazırlanmışdır.
Azərbaycanda Bakı “neft-yağ” zavodunda istehsal olunan bitum hansıki, tərkibində olan parafinin 
miqdarı bəzən təxminən 8% olur, əslində isə, yəni norma 2-3% olmalıdır. Dövrü ədəbiyyatların 
araşdırılmasından məlum olmuşdur ki, bitumun əsas göstəricilərini yaxşılaşdırmaq üçün oliqomerlərdən və 
elastomerlərdən istifadə olunur. Bunlarında əsas göstəriciləri bir-birindən fərqlənir (cədvəl 1) 
Cədvəl 1. Bitumun növləri və göstəriciləri 
№ 
Növləri 
Göstəriciləri 
Penitrasiya, mm 
Yumşalma temperaturu, °C 
Uzanma, sm 



Maye 
Yarımbərk 
Bərk 
-- 
5-20 
0-5 
-- 
25-50 
60-95 
60-65 
45-60 
1-5 
Bitumun özlülüyü çox olanda iynənin onun qatlarına girmə dərinliyi ( yəni penitrasiya- bitum qatına 
iynənin 100 qram yükün təsiri nəticəsində 5 saniyədə girdiyi dərinlik, mm ) azalır.Neft- qaz zavodunda 
istehsal olunan Bakı 85/25 markalı bitum DÖST 22245-ə cavab vermədiyindən onu oliqomer və elostomerlə 
modifikasiyası nəzərdə tutulmuşdur.
Komponentlərin qarışdırılması 60-80 °C temperaturda aparılmışdır. Cədvəl 2-də elastomer + oliqomer 
+ bitum əsaslı kompozitin tərkibi və əsas göstəriciləri verilmişdir. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə