Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə25/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   21   22   23   24   25   26   27   28   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
21 
Koksun çıxımı temperaturun artması ilə birbaşa mütənasibdir.Daş kömür qətranı xammal ehtiyatları 
arasında ən yüksək koks çıxımına malikdir.Burdan alınan koks iynə kimi bir quruluşa malikdir və polad 
istehsalında elektrodlar üçün istifadə edilə bilər. 
DAŞ KÖMÜRÜN KOKSLAŞMA XASSƏSİ. AŞAĞI VƏ YUXARI TEMPERATURDA
KOKSLAŞMASI 
 
Cəfərzadə Z.Y. 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
E-mail: czarnigar@gmail.com 
 
Kömür havasız mühitdə qızdırıldıqda tərkibindəki üzvi maddələr parçalanaraq ya qaz ,ya da qətran 
olaraq kömürdən ayrılır.Əldə edilən maddədə karbonun kütlə payı artır və karbonun miqdarı çox olan bu 
maddə koks adlanır. Qətran 550-600 °C temperaturda əldə edildiyi halda ,qaz 900-1000 °C temperaturda 
əldə edilir.Əgər məqsəd alüminium sənayesində istifadə edilən koks almaqdırsa prosesin temperaturu 900-
1000 °C aralığında olmalıdır. 
Kömürün kokslaşma qabiliyyətinin müəyyən olunmasında kömürün və kokslaşma şərtlərinin 
öyrənilməsi vacibdir.Yeni çıxarılmış kömür lazımi kokslaşma xüsusiyyətlərinə malik olsa da,müəyyən bir 
müddət hava ilə təmasda olduqdan sonra kokslaşma prosesində xoşagəlməz nəticələr verə bilər. 
Kokslaşma xassəsi hər kömürdə olmayan sadəcə müəyyən qrup daş kömürdə olan 
xüsusiyyətdir.Kokslaşma xüsusiyyətinə malik kömürlər 300-500 °C aralığında yumşalıb axıcı hala gəlirlər 
ki,buna da kömürün plastikləşməsi deyilir. 
Kokslaşma xarakterinə sahib olmayan kömürləri də üç üsuldan istifadə etməklə kokslaşdırmaq olar: 
- Kokslaşma xassəsinə malik kömürlə qarışdırılaraq klassik koks sobasında kokslaşması 
- Kokslaşma xassəsinə malik olmayan kömürün müəyyən ölçüdəki hissələrinin çox yavaş və etina ilə 
xüsusi sobalarda kokslaşması 
- Kokslaşma xassəsinə malik olmayan kömürün presləmə edərək müəyyən formaya gətirildikdən sonra 
xüsusi sobalarda kokslaşması 
Kömürlərdə kokslaşma prosesləri koks sobasına verilən istiliyə görə iki əsas qrupa bölünür: 
1. Aşağı temperaturda kokslaşma (450-700 °C) 
2. Yuxarı temperaturda kokslaşma (900-1000 °C) 
700-800 °C temperaturda aparılan proses isə hədəflənən əsas məhsula görə bu iki qrupdan birinə aid 
edilir.Aşağı dərəcədə aparılan kokslaşma əsasən kömürdən qətran əldə etmək məqsədilə aparılır.Əsas etibarı 
ilə kokslaşma qabiliyyəti olmayan daş kömür,liqnit istifadə edərək tüstüsüz yanacaq olan yarımkoks istehsal 
edilir.Kokslaşma qabiliyyəti olmayan kömür kokslaşmada istifadə edildikdə əldə edilən koksun 
hissəciklərinin iriliyi və möhkəmliyi sobaya verilən kömürün hissəciklərinin iriliyi və möhkəmliyindən daha 
azdır.Yarımkoks isitmədə,kimya sənayesində istifadə etmək üçün əlverişlidir. 
Aşağı temperaturda kokslaşma prosesində koks çıxımı yüksək olub 77%-ə qədər çata bilər.Koks 
qazının çıxımı isə azdır.Koks qazında hidrogen miqdarı az,metan miqdarı isə çox olma səbəbilə istilik 
ayrılması daha çox olur.Həmçinin qətranın çıxımı çox,ammonyakın isə azdır.Koksda qalan uçucu maddə 
miqdarı isə 5-7%-dir.Uçucu maddənin tərkibi səbəbilə alışma istiliyi də azdır (425 °C). 
Yuxarı temperaturda kokslaşma metallurgiyada istifadə edilən koks əldə etməkdən ötrü aparılır. Bu 
zaman kokslaşma qabiliyyətinə malik kömürlər 3-4 mm-ə qədər xırdalandıqdan sonra horizontal kameralı 
sobada kokslaşdırılır.Buradan alınan koks alüminium və polad tökmə sənayesində istifadə edilir. 
Yuxarı temperaturda kokslaşmada aşağı temperaturdakına nisbətən koks çıxımı azdır (70%).Koks 
qazının çıxımı və onun tərkibindəki hidrogen miqdarı da çoxdur.Amma yanarkən ayrılan istilik miqdarı 
azdır.Qətranın çıxımı az (3%),ammonyakın çıxımı yüksəkdir.Bu prosesdə koksun sobadan çıxarılması daha 
asandır.Uçucu maddə 1-2%-dir.Alınan koksun alışma istiliyi 605 °C-dir. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə