Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə26/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   22   23   24   25   26   27   28   29   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
22 
QLİSİDİLOKSİ-2-(3
1
-İKİÜZVİSİLİLPROPOKSİ) ETANLARIN SİNTEZİ 

Dadaşov C.Y. 
Sumqayıt Dövlət Universiteti 
E-mail:cdadashov@std.bsu.edu.az
 
Alkenlərin oksidləri yüksək reaksiya qabiliyyətli birləşmələr kimi unikal xassələrə malik epoksid 
qatranlarının alınması üçün qiymətli xammal kimi hələ keçən əsrin ortalarında tədqiqatçıların diqqətini cəlb 
etmişdi. Epoksid qatranları sənayenin çoxtonnajlı məhsullarından biri olub, yapışdırıcılar, elektroizolyasiya 
materialları, müxtəlif örtüklər və digər vasitələr kimi sənaye və texnikanın müxtəlif sahələrində geniş tətbiq 
olunurlar. Lakin bu qatranların şaхtaya və benzinə qarşı davamlılıqlarının, termiki və termooksidləşmə 
stabilliklərinin nisbətən aşağı olması onların daha geniş miqyasda istifadəsini məhdudlaşdırır. Elmi-texniki 
tərəqqi ilə əlaqədar olaraq, sоn dövrlərdə pоlimerlərdən və plastik kütlələrdən hazırlanan məmulatların 
ekstremal şəraitdə istifadəsinə tələbat daha da artmışdır. Bununla əlaqədar оlaraq uzun müddət yüksək 
temperatur şəraitində istismar оluna bilən termоstabil və yanmayan pоlimer materiallarının hazırlanması 
aktual məsələlərdən birinə çevrilmişdir. Mütəхəssislərin fikrincə bu məsələnin həlli iki yоlla mümkündür. 
Birincisi, хüsusi təyinatlı pоlimer materiallarının yaradılması, ikincisi isə sənaye miqyasında istehsal оlunan 
mövcud pоlimer materiallarının və sintetik qatranların хassələrinin məqsədyönlü mоdifikasiyasıdır. 
Yuxarıda qeyd olunanlar nəzərə alınaraq mövcud tədqiqat işi dialkil(aril)silanların 1-propeniloksi-2-
qlisidiloksietana katalitik birləşmə reaksiyası üzrə 1-qlisidiloksi-2-(3
1
-ikiüzvisililpropoksi)etanların sintezinə 
həsr olunmuşdur. Ədəbiyyat mənbələrindən məlumdur ki, trialkil(xlor)silanların platin katalizatorları 
iştirakında divinil və izoprenin monooksidləri ilə reaksiyası zamanı oksiran həlqəsi açılır və doymamış 
siloksitörəmələr əmələ gəlir. 
Doymamış molekulun quruluşunun hidrosililləşmə reaksiyasının istiqamətinə təsirini təyin etmək
eləcə də silisiumüzvi mono- və diepoksibirləşmələr sintez edərək bəzi kimyəvi xassələrini və mümkün tətbiq 
sahələrini öyrənmək məqsədi ilə dialkil(aril)silanların H
2
PtCl
6
∙6H
2
O və (asas) Rh(CO)
2
katalizatorları 
iştirakında 1-propeniloksi-2-qlisidiloksietana birləşmə reaksiyası ətraflı tədqiq edilmişdir. Müəyyən 
edilmişdir ki, dialkil(aril)silanlar tədqiq olunan doymamış epoksialkenə yalnız CH
2
=CH− rabitəsindən 
Farmer qaydası üzrə birləşirlər. Bu zaman oksiran həlqəsinin açılması müşahidə edilmir və reaksiya müvafiq 
silisiumüzvi epoksibirləşmələrin alınması ilə nəticələnir:
H Si
R
R
1
H +
O
O
O
O
O
O
Si
H
R
1
R
+
+
O
O
Si
O
O
O
O
R
R
1
a
b
(1)
a) R=CH

və R
1
=C
3
H

(I), i-C
3
H
7
(II), C
4
H

(III), i-C
4
H
9
(IV), C
6
H
13 
(V), C
7
H
15 
(VI), C
6
H
5
(VII); 
R=R
1
=C
2
H
5
(VIII), C
6
H
5
(IX).
b) R=CH

və R
1
=C
3
H

(X), C
4
H

(XI); R=R
1
=C
2
H
5
(XII).
(1) Reaksiyası üzrə sintez edilən I-IX silisiumüzvi epoksibirləşmələrin tərkibi elementlərin analizi ilə, 
quruluşu isə İQ- və NMR 
1
H – spektrpskopiya üsulları ilə təyin edilmişdit. Məsələn, fərdi təmiz maddə 
olması QMX metodunun (alovla ionlaşdırılan detektor, kalonun ölçüləri 1600 x 3.0 mm, 15% PEQA ilə W 
xromosorbunda 165 
0
C temperaturda, qaz daşıyıcısı –helium, qaz daşıyıcısının sürəti 27 ml/dəq.) köməyi ilə 
təyin edilən və təmizliyi 99.6% olan IV birləşmənin İQ-spektrində rəqs tezlikləri 2105, 1250 və 3060 sm
–1
olan udma zolaqları vardır. Bu udma zolaqları müvafiq olaraq Si−H rabitəsinin asimmetrik valentlik 
rəqslərinə və oksiran həlqəsinin CH
2
-qrupunun valentlik rəqslərinə məxsusdur. Araşdırılan spektrin 1050-
1090 və 1660 sm
–1
sahələrində Si−O−C qruplaşması və CH
2
=CH− rabitəsini səciyyələndirən udma zolaqları 
yoxdur. Beləliklə, araşdırılan spektr məlumatları göstərir ki, tədqiq olunan reaksiya yalnız CH
2
=CH− rabitəsi 
üzrə gedir və müvafiq silisiumüzvi epoksibirləşmələrin alınması ilə nəticələnir. Oksiran həlqəsinin açılması 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə