Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
24
3. Layın təbii enerjisinin kəskin azaldığı və öz ağırlıq çəkisi altında quyu
dibinə gəldiyi hallarda
neftvermə - dərinlik nasosları.
Neft yataqlarını təşkil edən kollektor süxurlar nefti özünə çəkir və islanma hadisəsi baş verir. Süxurlar
neftlə islanır və süxurun daxilinə süzülür. Süxurda saxlanılan neft lay təzyiqinin yeksək olduğu hallarda belə
quyu dibinə sıxışdırıla bilmir. Bu səbəbdən layın neftvermə əmsalı 0,1 – 0,7 arasında dəyişir. Burada qalan
digər hissə neft isə süxurlarda qalan özlülüyü yüksək olan neftlərdir. Neft yataqlarının ehtiyatlarının böyük
diapozonda olduğu nəzərə alsaq qalıq neftin əldə olunmasının cacibliyini anlamaq olar.
Qaz yataqlarının istismarı zamanı layın qazvermə əmsalı 0 – a bərabər ola bilir. Belə ki, qaz neft kimi
islatma xassəsinə malik olmadığı üçün süxurlarda qala bilmir və qaz papağına doğru qalxdığı üçün birbaşa
quyu dibinə hərəkət edə bilir.
Neftvermə əmsalı laydan çıxarılan neftin layın geoloji ehtiyatına olan nisbətidir: K = V/V
g
Burada: V – laydan çıxarılan
neftin həcmi, m
3
; V
g
– layın geoloji ehtiyatı, m
3
.
Neft yataqlarının yuxarıda göstərilən üç üsuldan heç biri ilə istismarı mümkün olmadıqda qalıq neftin
karyer və yaxud yeraltı üsulla istismarı aparılır. Açıq mədən üsulu ilə qalıq neftin çıxarılması
iki əsas
əməliyyatdan ibarətdir: tərkibində neft olan süxurların çıxarılması və neftin alınması üçün emal müəssisəsinə
daşınması. Bu işlənmə metodu ilə yatağın kapitalı və istismar xərcləri nisbətən azdır və karbohidrogenlərin
süxurdan çıxarılması üçün əlavə işlərdən sonra yüksək neft çıxımı əldə olunur (65 ilə 85% arasında). İstismar
üçün qazma maşınları,
ekskovatorlar, buldozerlər və s. istifadə olunur.
Neftli süxurlara malik olan ən böyük yataq Atabaska yatağıdır (Kanada). Burada qum layının qalınlığı
90 m dir, yatım dərinliyi 600 m – dir. Süxurların bitumla doyması 2 – 18 % arasında dəyişir. Neftlə doymuş
qumların tərkibi aşağıdakı kimidir: silikat qətranları – 24 %, asfaltenlər – 19 %, kükürd – 5 %, azot – 10 %,
koks – 19 %. Bitumun sıxlığı 1020 kq/m
3
, ehtiyatları 128 mlrd ton, neftli qumların çıxarılması çoxçalovlu
ekskavator ilə həyata keçirilir. Sonra çıxarılan neftli qumlar konveyer vasitəsi ilə karyer yaxınlığında
yerləşən istehsal zavoduna nəql olunur. Karyerin son konturu texniki – istisadi əsaslandırma
ilə müəyyən
olunur. Layın dərində olan hissələrinin açıq üsulla istismarı iqtisadi səmrəli olmur. Çünki çıxarılan
məhsuldar mədən kütləsi ilə çıxarılan ümumi mədən kütləsinin fərqi yüksək olur. Belə olan halda açılış
əmsalı yüksək olur. Belə yataqların istismarı yeraltı üsulla aparılır. Neftli qumlu süxurların bərkliyi az
olduğu üçün onların qoparılması birbaşa – konbaynla aparıla bilər. Belə olan
halda konbayn və konveyer
kompleks şəkildə istifadə olunur. Hər ikisi fasiləsiz mədən avadanlığıdır. Yatağın açılması mailliyi yüksək
olan şaxta lüləsi ilə aparılmışdırsa konveyer lenti xırdalanmış neftli süxurları birbaşa yer səthinə çıxara bilər
və mədənin məhsuldarlığı artar. Yox əgər şaqüli şaxta lüləsi ilə açılmışdırsa olda şaxta ətrafı
sahəyə lentli
konveyerlə səthə isə qaldırıcı avadanlıqla çıxarıla bilər. Konbayn vasitəsi ilə çıxarılan
süxuru nəql eləyən
konveyerlər aralıq və magistral olmaqla fərqlənirlər.
Dostları ilə paylaş: