Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə31/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   27   28   29   30   31   32   33   34   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
26 
Müəyyən olunmuşdur ki, brom və karboksil tərkibli modifikasiya olunmuş butilkauçik ümumi təyinatlı 
kauçuklarla daha asan qarışır və möhkəm bircinsli qarışıq əmələ gətirir.
FLÜORAPATİTİN AMMONİUM SULFAT İŞTİRAKI İLƏ SULFAT TURŞUSUNDA
PARÇALANMASI REAKSİYASINA TURŞUSUNUN QATILIĞININ TƏSİRİ 
 
Əhmədova G.H. 
Sumqayıt Dövlət Universiteti 
 
Sulfat turşusunun ilkin qatılığının təbii fosfatların parçalanma dərəcəsinə təsirini öyrənmək üçün 
aparılan tədqiqatlar aşağıdakı şərtlər daxilində olmuşdur: sulfat turşusunun ilkin qatılığı 50-70% həddlərində 
dəyişdirilmiş, ilkin temperatur 65

və sulfat turşusunun norması 100q apatit konsentratına nəzərən 70 q 
monohidrat təşkil etmişdir.Məlumdur ki, təbii fosfatların parçalanması prosesində sulfat turşusunun qatılığı 
mühüm əhəmiyyət kəsb edir. Sulfat turşusunun qatılığının artırılması nəticəsində apatitin parçalanma 
dərəcəsi ilk anlar yüksəlməyə başlayır, bu isə əmələ gələn məhsulun kalsium ionları ilə qatılaşmasına 
gətirir. Nəticədə kalsium sulfatın kristallaşması sürətlə gedir və apatit hissəcikləri üzərində CaSO
4
*H
2
O – 
dan ibarət olan sıxlaşmış təbəqə əmələ gəlir. Əmələ gələn kalsium sulfat təbəqəsi reaksiyanın sürətini 
azaldır və apatitin sonrakı parçalanması zəifləyir. 
Sulfat turşusunun qatılığının aşağı həddlərində parçalanma dərəcəsi yüksək olur, lakin bu zaman 
sistemə çoxlu miqdarda su daxil olduğundan hazır məhsulun bərkiməsi prosesi zəifləyir, alınan superfosfat 
isə standart normalarına uyğun gəlmir. 40%-li (NH
4
)
2
SO
4
əlavəsi ilə aparılan tədqiqatın nəticələri aşağıdakı 
cədvəldə verilmişdir.Cədvəldən göründüyü kimi, sulfat turşusunun kütləsinə nəzərən əlavənin miqdarının 
10- 20% həddlərində sulfat turşusunun müxtəlif qatılıqlarında parçalanma dərərcəsinin artması və azalması 
baş verir. Apatitin nisbətən yüksək parçalanma dərəcəsi sulfat turşusunun qatılığı 61% , əlavənin miqdarı isə 
10% olduqda müşahidə olunur. Maksimum parçalanma dərəcəsi isə sulfat turşusunun qatılığı 63%, 
ammonium sulfat əlavəsinin miqdarı isə 20% olduqda müşahidə olunur. 
Cədvəl. Ammonium sulfat əlavəsinin 20% miqdarında (sulfat turşusunun kütləsinə nəzərən) və sulfat 
turşusunun müxtəlif qatılıqlarında alınan superfosfatın kimyəvi tərkibi (H
2
SO
4
–ün norması: 70 küt.h, ilkin 
temperatur 65


Sulfat turşusunun 
qatılığı,% 
P
2
O
5
, (kütlə %-i ilə) 
N, % 
H
2
O , % 
Parçalanma 
dərəcəsi,% 
Ümumi 
Mənim-
sənilən 
Sərbəst 
51 
53 
55 
57 
59 
61 
63 
65 
68 
71 
19,65 
19,69 
19,72 
19,78 
19,80 
19,96 
20,00 
20,12 
20,25 
20,33 
16,03 
16,16 
16,34 
16,60 
16,65 
17,22 
17,74 
17,25 
16,28 
16,08 
11,04 
11,10 
11,18 
11,22 
11,31 
11,40 
11,53 
11,67 
11,84 
11,97 
1,95 
1,91 
1,87 
1,81 
1,78 
1,74 
1,69 
1,64 
1,60 
1,52 
15,07 
14,38 
13,52 
12,66 
11,79 
10,85 
10,16 
9,44 
8,78 
8,40 
81,58 
82,07 
82,86 
83,92 
84,09 
86,27 
88,70 
85,74 
80,40 
79,09 
Cədvəldən göründüyü kimi, sulfat turşusunun qatılığı artdıqca superfosfatda P
2
O
5üm
– nin miqdarı 
artır,P
2
O
5mən.b
. və P
2
O
5sərb.
–in qatılığı isə çox az miqdarda dəyişir. 
Bu hal iki, bir - birinin əksinə yönəlmiş və bir - birini azaldan meyarlardan asılıdır. Bu faktorlardan 
turşunun aktivliyinin artması parçalanma dərəcəsinin yüksəlməsinə, sistemin kalsium sulfat
monokalsiumfosfatvə monoammoniumfosfat kristallarının bərk fazaya keçməsi ilkin xammalın parçalanma 
dərəcəsinin zəifləməsinə təsir göstərir. 
Beləliklə, ammonium sulfat iştirakı ilə apatit konsentratının sulfat turşusunda parçalanmasına 
turşunun ilkin qatılığının təsiri müxtəlif olur. Ona görə də, praktik məqsədlər üçün optimal şərait əlavənin 
miqdarının 10-20% həddləri, sulfat turşusunun ilkin qatılığının isə 61-63% H
2
SO
4
həddləri hesab olunur. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə