Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə33/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   29   30   31   32   33   34   35   36   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
28 
Üzvi doldurucu olan şabalıd qabığı tozu ilə doldurulmuş kompozitin istismar göstəriciləri, qeyr-üzvi 
dolduucu olan boksit şlamı ilə doldurulmuş kompozitin istismar göstəiciləri ilə müqayisədə zəifdir. Buna 
səbəb boksit şlamının tərkibində olan oksidlərin molekullararası qarşılıqlı əlaqənin yaranmasında aktiv 
olmasıdır. 
POLİPROPİLENİN AKRİLONİTRİLLƏ MODİFİKASİYASI
 
Əhmədzadə A.Ə. 
Sumqayıt Dövlət Universiteti 
 
Poliolefinlər son zamanlar sintetik polimer materiallar sırasında qiymətli kompleks xassələrə malik 
olduqlarına görə əsas yerlərdən birini tuturlar. Onlar geniş temperatur intervalında yüksək dielektrik 
xassələri, kimyəvi davamlılıqları, istiliyə və şaxtaya qarşı davamlılıqları, möhkəmlikləri, aşağı xüsusi çəkiyə 
malik olmaları və s. göstəriciləri ilə xarakterizə olunurlar. Yuxarıda qeyd edilən göstəricilər poliolefinlərin 
biləvasitə quruluşları ilə əlaqədar olduğundan onlardan bir sıra hallarda xüsusi sahələrdə istifadə etmək 
mümkün olur. 
Poliolefinlərin içərisində polipropilenin (PP) xüsusi çəkisi böyükdür. Onun əsas alınma üsulu 
propilenin Siqler-Natta katalizatoru iştirakında polimerləşməsidir. PP-nin polimerləşməsi zamanı onun 
tərkibində funksional qrupların olması katalizatoru dezaktivləşdirir və nəticədə polimerləşmə prosesi getmir. 
Bununla əlaqədar olaraq PP makromolekullarının funksionallaşdırılması yolu ilə onun funksional 
törəmələrinin alınması probleminin həlli əsas məsələlərdən biridir. Karbon zəncirli polimerlərin 
makromolekullarına funksional qrupların daxil edilməsi onların xassələrinin kəskin dəyişməsinə səbəb olur. 
Beləliklə polimer zəncirinə müxtəlif funksional qrupların daxil edilməsi ilə lazımi xassələrə malik polimer 
materiallar almaq mümkündür. 
Təqdim olunan iş PP makromolekuluna akrilonitrilin (AN) birləşdirilməsi yolu ilə polimer zəncirinə 
nitril qruplarının daxil edilməsi ilə alınan modifikatların xassələrinin öyrənilməsinə həsr edilmişdir. Belə ki, 
polimer zəncirinə nitril qruplarının daxil edilməsi onların istiliyə və aqressiv mühitin təsirinə qarşı 
davamlılıqlarını artırır. 
Tərəfimizdən AN-in toz halında olan PP-ə birləşdirilməsi ekstruderdə peroksid tipli inisiator 
iştirakında PP-in emalı şəraitində aparıldı. 
Modifikasiya olunmuş və modifikasiya olunmamış PP-in İQ-spektrinin müqayisəsi göstərdi ki
modifikasiya prosesi zamanı funksionallaşma aşağıdakı sxem üzrə gedir: 
CH
3
CH
2
=CHCN
J
CH
3
CH
3
CH
3
CH
3
CH=CH
CN
Modifikasiya prosesini optimallaşdırmaq məqsədi ilə funksionallaşma dərəcəsinə AN-in, inisiatorun 
qatılıqlarının və temperaturun təsiri öyrənilmişdir. Müəyyən edilmişdir ki, funksionallaşdırma dərəcəsi 
monomerin miqdarından asılıdır. Belə ki, PP:AN nisbətində monomerin qatılığının artması ilə 
funksionallaşma dərəcəsi başlanğıcda artır, sonra isə azalır. PP-in qatılığının artması ilə PP zənciri və 
inisiatordan alınan radikal arasında zəncirin ötürülməsi reaksiyasının ehtimalı artır və nəticədə zəncirin 
qırılma reaksiyası sürətlnir. 
Müəyyən olunmuşdur ki, inisiatorun qatılığının artması polimer zəncirinin calaq dərəcəsini artırır. 
Funksionallaşma reaksiyasının selektivliyinin aşağı olması səbəbindən calaq prosesində yalnız 
funksionallaşmış PP-in əmələ gəlməsini gözləmək olardı. Lakin aparılan təcrübələr göstərdi ki, modifikasiya 
prosesi zamanı PP-AN məhsulları ilə yanaşı poliakrilonitril də alınır. 
Müəyyən edilmişdir ki, reaksiya mühitində AN-in miqdarı artdıqca həm PP-AN, həm də 
poliakrilonitrilin miqdarı artır və nəticədə calaq effekti azalır. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə