Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə35/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   31   32   33   34   35   36   37   38   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
30 
tənzimlənməsi mümkün olmur və qabın daxilindən su kondensatını kənar etmək çətin olur. Bu çatışmazlıqlar 
süni soyudulan xüsusi kameralarda saxlanmada olmur və burada havanın qaz tərkibi uyğun qurğunun köməyi 
ilə nizamlanır. Kameralarda mühitin tələb olunan tərkibi məhsulun tənəffüsü, yəni onun oksigeni udub 
karbon qazı buraxması hesabına yaradılır. Digər bir yol kənar mənbələrdən, o cümlədən qaz mühitinin 
generatoru, qaz mübadiləedici və qaz balon qurğularından istifadə etməklə tələb olunan tərkibdə qaz 
mühitinin nizamlanmasıdır.
Məhsul yüklənməzdən əvvəl kameranın hermetikliyi, kameradaxili və xarici temperaturun təqribən 
bərabər olduğu yoxlanır. Sonra kamera bağlanır və ventilyator yaxud kompressorun köməyi ilə təzyiqi 250 
Pa qaldırılır və 100 Pa-la düşənə qədərki vaxt ölçülür. Əgər kamerada məhsulun tənəffüsü hesabına 
subnormal qaz mühiti yaratmaq lazımdırsa, onda təzyiqin düşmə vaxtı ən azı 18 dəqiqə, normal mühitdə ən 
azı 9, tələb olunan tərkibdə qaz mühiti kənar mənbələrdən verilən qazın hesabına nizamlandıqda isə ən azı 
4,5 dəqiqə olmalıdır. Əgər kameranın hermetikliyi olmazsa, bu çatışmazlıq aradan qaldırılmalıdır.
KİMYƏVİ BİLİKLƏRİN SİNERGETİK TƏHLİLİNDƏ TƏLİM METODLARINDAN İSTİFADƏ 
 
Əkbərova G.Y. 
Naxçıvan Dövlət Universiteti 
E-mail: 
gulhaneekberova@gmail.com 
 
Kimyəvi biliklərin sinergetik təhlili zamanı metodların çoxluq təşkil etməsi müəllimlik təcrübəsində, 
dərsə hazırlaşma və təlimdə çətinlik yaradır. Buna görə də gələcəyin kimya müəllimləri təlim metodlarının 
təsnifatındakı mürəkkəbliyi göz önündə saxlamalıdır. Təlim metodları təsnifatının müxtəlifliyinə səbəb, ona 
müxtəlif seçimlə yanaşılmasıdır. Təsnifatın müxtəlif əsaslara söykənməsi ilə sinergetik yanaşmada müxtəlif 
elmi prinsiplər üzə çıxır. Məsələn,təlimin metodlarını elmi mənbələrə görə təsnif etməyi İ.Y.Qoland və 
S.Q.Şapovalenko təklif etmişlər. M.A.Danilov, M.M.Levin, D.M.Kiryuşkin və V.S.Polosin metodların 
təsnifatını elmin didaktik prinsiplərinə görə seçməyi təklif edirlər. 
Kimyanın sinergetik təhlilində istifadə olunan tədris metodlarını Y. K.Babanski aşağıdakı qruplara 
bölür: Tədrisin dərketmə fəaliyyətinin təşkili və yerinə yetirilməsində istifadə olunan metodlar; Tədrisin 
dərkedilmə fəsliyyətinin sübuta yetirilməsinə təkan verən metodlar; Tədrisin dərkedilmə fəaliyyətinin 
səmərəliliyinin yoxlanılması və özününəzarətin təşkili prosesində işlənən metodlar. Kimyəvi biliklərin 
sinergetik tədrisində təlimin metodları, sistemin xarakterini və inteqrasiyasını R.Q.İvanova öyrənmişdir. 
Burada ümumi sistemlər metodu metodlar qrupu və hər hansı bir metodun kiçik hissəsi ilə birgə araşdırılır. 
Ümumi metodlara aşağıdakılar daxildir: 1. İzahlı əyani vasitədən istifadə üsulu (illüstrativ üsul); 2. Qismən 
axtarış üsulu (evristik üsul); 3. Tədqiqat üsulu 
Bundan başqa göstərilən sistemlərə xüsusi metodlar da daxildir: şifahi, əyani - şifahi, əyani, şifahi - 
təcrübi. Hər bir xüsusi metod müəyyən xarakter və metodiki üsullarına görə bir - birindən seçilir. Beləliklə , 
şifahi metodlar qrupuna ifadə, nəql etmə, söhbət, müstəqil işlər, şifahi - əyani metod isə əyani vasitələri 
nümayiş etdirməklə izahat, şagirdlərin mətn və dərslik üzərində sərbəst işləri daxildir. Şifahi - əyani - təcrübi 
metodlar qrupuna, şagirdlərə paylanmış materiallar üzərində onların apardığı işlər, kimya təcrübələrinin 
yerinə yetirilməsi, cihazların quraşdırlması, modelləşdirilmə, yazılı və qrafik işlərin yerinə yetirilməsi 
daxildir.
Kimyəvi biliklərin sinergetik təlim və tədrisində əsas elemntlərindən biri metodların düzgün 
seçilməsidir. Sinergetik tədris prosesinin dinamik quruluşunu məntiqi idrakın inkişaf etdirilməsilə təyin 
etmək olur. Burada xüsusidən - ümumiyə, ümumidən - xüsusiyə, xüsusidən - xüsusiyə olan araşdırmalar əsas 
əhəmiyyət kəsb edir. Bunların arasındakı münasibətləri induksiya, deduksiya və analogiya xarakterizə edir. 
Kimyanın sinergetik tədrisində mövcud metodların təsir tərəfini təlim prosesində müəllim ilə şagirdlərin 
qarşılıqlı fəaliyyəti təşkil edir. Burada nəql etməyə, mühazirəyə, söhbətə və müstəqil işlərə xüsusi yer verilir.
Kimyəvi anlayışların sinergetik tədrisində metodların təsnifləşdirilməsi əsasında üç meyar üzərində 
dayanılmışdır: təlim prosesinin quruluşu, onun məzmunu və müəllim ilə şagirdlərin qarşılıqlı fəaliyyəti. 
Deyilənlərə əsaslanaraq metodları üç qrupa bölmək olar: 
a) Ümumiməntiqi metodlar
b) Kimyəvi tədqiqat metodu
c) Ümumi pedoqoji metodlar



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə