Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə43/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   39   40   41   42   43   44   45   46   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
38 
İnulin və oliqofruktoza ballast materialı rolu oynayır, yaxşı həzm olunur, az kalorilidir və şəkər 
xəstələri üçün olduqca əlverişlidir. Onlar bir qədər şirin dada malikdir. Digər balbast maddələrindən fərqli 
olaraq inulin və oliqofruktoza probiotik səmərəsi göstərir: bifidobakteriyaların inkişafını və fəallığını 
stimulyasiya edir. Həmin bakteriyalar işə yoğun bağırsaqda yerləşərək orqanizmi qida pozğuntuları zamanı 
yoluxmadan qoruyur. Inulin probiotikinin sutkalıq dozası 1 q-a yaxındır. Inulin (C
6
H
10
O
5
) – polişəkərlər 
qrupuna məxsus üzvi maddə olub, D – fruktozanın polimeridir. O, ağ toz olub, isti suda asan, soyuq suda isə 
çətin həll olandır. Molekul kütləsi 5000-6000-dır. Şirin dadlıdır. Turşuların və inulaza fermentinin təsiri ilə 
hidroliz olunduqda D – fruktoza və az miqdarda qlükoza əmələ gəlir. Inulin və onun fermentativ 
parçalanmasının aralıq məhsulları olan – inulidlər oksidləşdirici xüsusiyyətə malik olmur. Inulin molekulu 
furanoza formasında 30-36 fruktoza zəncirindən ibarətdir. Nişasta kimi inulin də ehtiyat karbohidrat rolu 
oynayıb, bir çox bitkilərdə başlıca olaraq mürəkkəb-çiçəklilərdə, həmçinin zəngçiçəklilər, zanbaqçiçəklilər, 
bənövşəçiçəklilər fəsiləsi bitkilərində tapılır. Georgin, sünbülçiçəyi, kasnı və yer armudunda (topinanbur) 
insulinin miqdarı 10-12%-ə çatır. Bitkilərdə inulinlə birlikdə demək olar ki, həmişə qohum karbohidratlar - 
psevdoinulin, inulinin, levulin, heliantenin, sinustrin, irizin və b. Tapılır ki, onlar da hidrolizdə inulin kimi D-
fruktoza əmələ gətirir. Inulin insan orqanizmində asanlıqla sorulduğundan ondan tibbdə şəkər diabeti zamanı 
nişasta və şəkərin əvəzedicisi kimi istifadə olunur. Sənayedə fruktoza alınması üçün ilkin material rolu 
oynayır.
Rusiyanın Krasnodar vilayətində yer armudunun emalı üzrə zavod tikilməkdədir. Burada yer 
armudunun yetişdirilməsi, onun pektin, inulin və digər məhsullara emalı planlaşdırılmışdır.
Topinambur yumrularının tərkibi tədqiq olunmuş, qara kök və topinamburdan müxtəlif emal 
məhsulları hazırlanma imkanları araşdırılmışdır. Məlum olmuşdur ki, müxtəlif bölgələrdə becərilən qara 
kökdən alınan şirələr istər tərkib, istərsə də keyfiyyətcə bir-birindən fərqlidir. Lakin diqqət çəkən ümumi 
cəhətləri də olmuşdur. Belə ki, hər iki halda şirələr bulanıq olmuş və ümumi durultma üsullarının tətbiqi 
labüd olmuşdur. Şirənin pektinsizləşdirilməsi üçün pektolitik ferment preparatlarından, durultmaq üçün isə 
jelatin və kizelsol yapışqan maddələrinin istifadə olunan optimal dozaları müəyyənləşdirilmişdir. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə