Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə40/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   36   37   38   39   40   41   42   43   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
35 
dövrdür. Bununla yanaşı, satışların üstünlük təşkil etdiyi kvas növü – okroşkalı (doğramac) kvasdır. Kvas 
istehlakının mövsümiliyi bir sıra xüsusiyyətlərlə əlaqəlidir: 
- texnoloji istehsal parametrləri ilə;
- qeyd olunan dövrdə iqlim şərtləri ilə;
- təzə tərəvəzlərin çıxması ilə (əsas komponenti kvas olan soyuq şorbalardan istehlak imkanı).
Təəssüf ki, 20-ci əsrin sonunda kvas, bu növ məhsul təklifləri ilə rəqabətə dözməyərək əsas milli zəif 
spirtli içki mövqeyini itirdi. Müxtəlif mütəxəssislərin fikrincə, 21-ci əsrin əvvəli kvas istehsalının dirçəlişi, 
nisbətən stabil bazar və böyümə tendensiyasının saxlanması ilə xarakterizə olunur. İndiki zamanda kvas 
istehsalı dinamik inkişaf edən zəif spirtli içki sektorudur. Bu hal yeni, o cümlədən, mükəmməlləşdirilmiş 
istehsal texnologiyaları ilə içkinin yeni realizə texnologiyalarının vəhdətinin tətbiqi sayəsində mümkün 
olmuşdur. 
Kvas çeşidlərinin genişləndirilməsi və funksional istiqamət vermək üçün bir çox tədqiqatçılar qeyri-
ənənəvi bitki xammalından istifadəni məsləhət görürlər. 
Beləcə, misal üçün, kvas suslosuna (horrasına) qurudulmuş formada qaragilə, albalı, nanəcövhər 
yarpaqları və ya üyüdülmüş qıtıqotu kökü; dəniz ağtikanı cecəsi (jmıxı) və ətirli-ədviyyə bitkiləri – nanə, 
qaraot (oreqano), zəncəfil; mineral su və daur itburnusu, sadə mərsin, Çin cır limonu və Sarjent 
başınağacından (kalina) giləmeyvə siropları, kəklikotu, qanotu; mərsin şirəsi; adaçayı, itburnu, nanə, qaraot, 
kəklikotu, çobanyastığı ekstraktları əlavə etmək təklif olunur. Kvas kupajlamasında xörək duzunun istifadəsi 
həmçinin, içkinin dad aspektlərini genişləndirir.
Tünd alkoqollu içkilər əmtəə qrupunda, reseptində şirələr, morslar, bitki xammalının nastoykaları kimi 
inqredientlər olan likör-araq məmulatları fərqləndirici qida dəyərinə malikdir. İstifadə olunan meyvə
giləmeyvə, otlar və onların tərkibində olan alkoqol qoruyucu xüsusiyyətlərə malik komponentlər sayəsində 
bu içki qrupu, araq kimi güclü spirtli içkilərlə rəqabət apararaq ümumi spirtli içki kütləsində müəyyən bir yer 
tutmalıdır. Hazırki dövrdə dövlət tərəfindən spirtli içki istehlakının yeni modelinin formalaşdırılması üzrə 
aparılan siyasət əhalinin spirtli içki istehlakının strukturunun aktiv dəyişikliyinə gətirib çıxartdı. Beləcə, son 
illərdə müxtəlif içki növlərinin üstünlüyü tendensiyası ortaya çıxıb. Son dövrlərdə istehlakçılar üstünlüyü 
pivəyə, müxtəlif araq markalarına və likör-araq məmulatlarına verir. 
İstehsal olunan bitki mənşəli içkilərin çeşid müxtəlifliyi, onların çoxkomponentliyi, ilkin xammalın 
kimyəvi tərkibinin mürəkkəbliyi, istehlakçının keyfiyyət və içkilərin qida dəyəri baxımından tələblərinə 
maksimum dərəcədə cavab verən hazır məmulatların alınması üçün istehsalda müasir texnologiyaların 
tətbiqini öncədən müəyyənləşdirir. İçkilərin stabilləşdirmə sahəsində elmi tədqiqatlar, mövcud yüksək 
keyfiyyətli içkilərin mükəmməlləşdirilməsinə kompleks yanaşmanın və onların istehsalının qabaqcıl 
texnologiyalarının yaradılmasının mühüm tərkib hissəsidir. 
Beləliklə, tədqiqat aparmaq üçün içki növlərinin seçimini, texnologiyasında qablaşdırmadan öncə 
köməkçi texnoloji vasitələrlə şəffaflaşdırma mərhələsindən keçən yarımfabrikatların və hazır məmulatların, 
xüsusilə, kvas, likör-araq məmulatları və şirə məhsullarının xeyrinə etmişdirlər. Bu növ içkilərin 
keyfiyyətinin artırılması və qorunub saxlanması texnologiyasının mükəmməlləşdirilməsi onların bazarda 
mövqeyinin möhkəmlənməsinə və artım tendensiyasının saxlanmasına imkan verəcək. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə