Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə42/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   38   39   40   41   42   43   44   45   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
37 
İşlənmiş riyazi model bundan sonra izopropanolun asetona oksidləşdirici dehidrogenləşməsi prsesinin 
optimal idarə olunması məsələlərinin həlli üçün istifadə olunacaqdır. 
 
Ədəbiyyat 
1. Арешидзе Х.И., Чивадзе Г.О., Иоселиани Д.К. // Тр. конф. по вопросам геологии, физико 
химических свойств и применения природных цеолитов. 1–5 ноября 1981. Тбилиси: Мецниереба, 
1985. С. 258. 
2. Алиев А.М., Матиев К.И., Сафаров А.Р., Гусейнова А.М. Подбор активного 
модифицированного цеолитного катализатора и кинетика реакции окисления изопропилового спирта 
в ацетон. Азерб. хим. журн., 2014, № 4, с. 9-17.
3. Шахтахтинский Т.Н., Бахманов М.Ф., Келбалиев Г.И. Методы оптимизации процессов 
химической технологии с программами для ЭВМ. Баку: ЭЛМ, 1985, 260 с.
4. Бесков С.Д. Техно-химические расчеты. М.: Госхимиздат, 1950, 560 с.
5. Вейлас С. Химическая кинетика и расчеты промышленных реакторов. М.: Химия, 1967, 416 с. 
 
 
İNULİNLİ XAMMALDAN QİDA MƏHSULLARI İSTEHSALININ TƏDQİQİ 
 
Əliyev E.S., İsrəfilova Ş.R. 
Azərbaycan Dövlət Aqrar Universiteti 
E-mail: elzaminaliyev567@mail.ru, shahana.92@mail.ru 
 
İnulin bitki mənşəli təbii polişəkər olub, D-fruktofranoza (fruktoza) qalıqlarından təşkil olunmuşdur. 
Qalıqlar bir-biri ilə β-2,1 əlaqələri ilə birləşməklə α-D-qlükotiranoz (qlükoza) qalığı ilə sona çatır və orta 
molekul kütləsi 3500-5000 olur.
Inulin ilk dəfə 1804-cü ildə kəşf olunmuşdur. Adını isə 1811-ci ildə Cuula Rosal (Georgii) bitkisindən 
götürmüşdür. Son vaxtlar inulin süd məhsullarında və desetrlərdə yağların əvəzedicisi kimi geniş istifadə 
olunur. 
Inulin bütün polifruktanlar kimi bir sıra ümumi xassələrə malik olur. Belə ki, fırlanma bucağı mənfi, 
bərpaedici xüsusiyyəti çox zəif, hiqroskopik, isti suda həll olan və çox asan karamelləşəndir. Inulinlər 
polimer zəncirinin uzunluğuna görə fərqlənir. Belə ki, aşağı molekullu inulin (orta polimerləşmə dərəcəsi 10 
və az) və yüksək molekullu (orta polimerləşmə dərəcəsi 20 və çox, hətta 35-ə qədər) inulinlər mövcuddur. 
Aşağı molekullu və yüksək molekullu inulinlərin xassələri xeyli fərqlənir. Aşağı molekullu inulinlər yüngül 
şirintəhər olub, soyuq suda yaxşı həll olur. Yüksək molekullu isə neytral dadlı olub, hətta qaynadıldıqda belə 
çətinliklə həll olur. Belə ümumi məlum olan fakt mövcuddur ki, polimerləşmə dərəcəsi nə qədər yüksəkdirsə, 
insulinin bioloji aktivliyi bir o qədər çox olur.
Inulin nişasta kimi ehtiyat karbohidrat olub, bir çox bitkilərdə əsasən də mürəkkəbçiçəklərdə, 
həmçinin lianlarda, bənövşələrdə və s. olur. Inulinə malik 3500-dən çox bitki növü məlumdur.
Kasnı və yerarmudunda inulinin miqdarı 20%-ə qədər, zəncirotu köklərində, yulaf kökündə və s. 15%-
ə qədər, baş soğanda 2-6%, pıtraqda 9-12%, bananda 0,3-0,5%, buğda və düyü ununda 1-4% olur.
Inulin dünyada sənaye miqyasında ən geniş istifadə olunan prebiotikdir. Dünyada illik inulin 
istehsalının həcmi 100 min tondur. Təcrübi olaraq bütün sənaye inulini topinanburdan deyil, kasnının 
kökümeyvələrindən alınır. Baxmayaraq ki, onlarda inulinin miqdarı təqribən eyni olur. 
Son on ildə yalnız ABŞ-da insulin istifadəsi ildə 0,5-dən 5,4 milyon tona yüksəlmişdir. Inulinin 
yayılmasına digər misal həm diabetlər, həm də profilaktik xüsusiyyətli ümumi qəbul üçün pəhriz məqsədi ilə 
istifadə olunmasıdır. Elmi və patent ədəbiyyatlarında inulinin bir sıra bioloji fəal törəmələrinin sintezi və 
sınağına dair məlumatlar vardır. Inulinin bəzi kompleks birləşmələri və törəmələri qan əvəzedicisi kimi, 
dəmiri daxil etmək üçün inyeksiya preparatı, soyuqdəyməyə qarşı preparatlar kimi istifadə olunur. Son 
vaxtlarda yapon alimləri tərəfindən anti Spid fəallığa malik inulinli preparatlar yaradılmışdır.
Probiotik təsirə malik (inulin, qida lifləri) məhsullar bazarı Avropada müstəsna dərəcədə müsbət 
istehlak meyllidir. 1 kq tibbi insulinin orta qiyməti 50-200 avro arasında dəyişir. Təbii inulinin əsas mənbəyi 
mürəkkəb çiçəklilər fəsiləsinə aid olan bitkilər topinanbur, ənginar, zəncirotu, kasnı, pıtraq, yerarmudu, qara 
kök və b. O, həmçinin qidamızda istifadə olunan bir çox bitkilərdə də vardır. Onlardan buğda, soğan, 
qulançarı göstərmək olar. Oliqofruktoza inulinin komponenti olub, ondan ayrıla bilir. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə