Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə39/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   35   36   37   38   39   40   41   42   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
34 
həll edilməmiş məsələlərindən biridir. Belə zəif qatılıqlı abqaz xlorid turşularının məqsədli məhsulun 
alınmasında istifadəsi epoksid birləşmələrinin alınması texnologiyasını təkmilləşdirmiş olar.
Elektrolitik xlorlaşma və xlorhidrinləşdirmə reaksiyasını aparmaq üçün diafraqmasız elektroliz 
qurğusundan istifadə edilir. Anod materialı kimi platin, katod materialı kimi qrafit və yaxud polad materialı 
götürülür. Anodda cərəyan sıxlığı 5 – 10 A/dm
2
, temperatur 20-50 
0
C, xlorid turşusunun qatılığı 1-5 % 
götürülür. Elektrolit effektiv qarışdırılır. Aparılan şəraitdə xlorhidrinin çıxımı çevrilən maddənin miqdarına 
görə 75-90 %, selektivlik 90-95 % əşkil edir.
Yuxarıda göstərilənlərin həlli, zəif qatılıqlı abqaz xlorid turşusundan elektrokimyəvi üsulla olefinlərin 
xlorhidrinləşdirilməsi prosesində tətbiqi, xlorüzvi sintez sənayesinin çox tonnajlı tullantısının utilizə 
edilməsində böyük rol oynaya bilər ki, bu da həm çox qiymətli molekulyar xlorun sərfinə qənaət olunar və 
eyni zamanda ekoloji tarazlığın pozulmasının qismən qorunmasına səbəb olar.
BİTKİ XAMMALINDAN HAZIRLANAN İÇKİLƏRİN ÇEŞİD İNKİŞAFININ MÜASİR 
TENDENSİYALARI 
 
Ələkbərova Z.G. 
Azərbaycan Dövlət İqtisad Universiteti 
Email:zeyneb.alekbarova@mail.ru 
Əhalinin müasir rasional qidalanması insanda qəbul edilən və xərclənən enerji tarazlığının təmin 
edilməsinə, orqanizmin zəruri üzvi və qeyri-üzvi mənşəli nutrientlərlə təchizatına yönəldilməlidir. 
İnsanın normal həyat fəaliyyətini təmin edən balanslı qidalanma konsepsiyası özündə iki əsas 
istiqaməti birləşdirir - əvəzolunmaz amin turşuları, mineral duzlar, yarım doymamış yağ turşuları, vitaminlər 
kimi vacib qida komponentlərinin orqanizmə daxil olma zərurəti, eyni vaxtda bu nutrientlər arasında 
müəyyən nisbətlərin təminatı. Eyni zamanda adekvat qidalanma nəzəriyyəsi ona əsaslanır ki, qidalanma 
yalnız balanslı olmaqla kifayətlənməməli, həmçinin, adekvat olmalıdır, belə ki, tərkibində ballast maddələr 
mövcud olmalı və orqanizmin imkanlarına uyğunluq təşkil etməlidir. Müasir insan qidalanmasını içkisiz 
təsəvvür etmək çox çətindir. Bu, hər şeydən öncə, müvafiq məhsulun qida və bioloji dəyəri ilə 
əlaqədardır.İçkilər əlavə karbohidrat, üzvi turşu, mineral maddə, vitamin və digər bioloji aktiv komponentlər 
hesab olunurlar. Yerli və əcnəbi alimlər qidalanma keyfiyyətinin monitorinqi metodologiyasının işlənib 
hazırlanması istiqamətində aktiv tədqiqatlar həyata keçirirlər. Beləcə, O. V. Evdokimovanın məlumatlarına 
əsasən məktəbli uşaqlar 50%-ədək meyvə və giləmeyvə tələbatını tam ödəmir. 
Deller şirkəti (Almaniya) sağlam qidalanma konsepsiyasını meyvə və tərəvəzlər əsasında işləyib 
hazırlamışdır. Bu konsepsiya praktik və çoxlu komponentə malik olan içkilərin, qəlyənaltıların (çərəz, məzə) 
və şorbaların hazırlanmasını nəzərdə tutur. Müvafiq konsepsiya ÜST-nın orqanizmi bütün həyati vacib 
maddələrlə təmin etmək məqsədilə gündəlik 5 pors meyvə və tərəvəz qəbulu tövsiyyələrinə uyğun qaydada 
işlənib hazırlanmışdır. 
Hazırki dövrdə dünyada istehsalın dinamik artımı və bitki xammalından hazırlanan içkilərin 
istehlakına müvafiq, o cümlədən, yeni növ məhsulların yaranması hesabınasabit tendensiya müşahidə olunur. 
Beləcə, misal üçün, spirtsiz içkilər bazarında tərkibində 3-6 % meyvə şirəsi və ədviyyatlı ot ekstraktı olan 
“sağlamlığa yardımçı” içkilər peyda olub və müvəffəqiyyətlə reklam olunur. Mürəkkəb iqtisadi şəraitə 
baxmayaraq, son illərdə bizim ölkədə, həmçinin, qida sənayesinin bir sıra sahələri, o cümlədən, spirtsiz 
içkilərin (şirələr, nektarlar, morslar) və zəif spirtli içkilərin (kvas) istehsalı inkişaf edir. 
Müasir alıcı qidalanma məhsulları seçimində və onların “faydalılığı” baxımından daha seçici olmağa 
başlayıb. Buradan aydın olur ki, müasir iqtisadi inkişafın əsas üstünlüklərindən biri alıcıların tələbatını 
maksimum ödəyən malların buraxılışıdır. Onu da qeyd etmək lazımdır ki, yerli bazarda içki istehsalçıları 
arasındakı yüksək səviyyəli rəqabət içkilərin keyfiyyətinin daimi artma zərurətini müəyyən edir. 
Şirə məhsulları spirtsiz içki kateqoriyasında istehlakçılar arasında məşhur məhsullardan biri hesab 
olunur. Əlbəttə, bu əmtəə qrupu Rusiyada ilkin zəruri məhsullar siyahısına daxil deyil.İnsanlar yalnız 
müəyyən gəlir səviyyəsinə nail olduqca şirəli içkilər almağa başlayırlar və təbii ki, aşağı qiymət seqmentinə 
aid olan məhsullara üz tuturlar. 
Zəif spirtli qıcqırdılmış içkilər qrupuna kvas daxildir. İndiki dövrdə kvas xüsusi realizə aspektinə 
malik içkidir – mövsümilik. Bu, realizəsinin pik nöqtəsi iyun ayı olan, may-sentyabr aylarını əhatə edən 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə